Тёмный

Fərariliyə görə həbs edildi, 5 dəfə evləndi, özündən 37 yaş kiçik qız aldı 

1000 Production
Подписаться 156 тыс.
Просмотров 105 тыс.
50% 1

#1000production #trend #birivaridi
Videoda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Official yutub kanalındakı videomaterillardan ( • HİCRAN E.Sabitoğlu,S.... ) istifadə edilmişdir.
Videoda SEYYİD STUDİO yutub kanalındakı videomateriallardan ( • Video ) istifadə edilmişdir.
Videoda Расим Махмудов yutub kanalındakı videomateriallardan ( • istəyirsən texnikuma g... ) istifadə edilmişdir.
Videoda Azərbaycan Filmləri yutub kanalındakı videomateriallardan ( • Video ) istifadə edilmişdir.
Videoda Azərbaycan Filmləri yutub kanalındakı videomateriallardan ( • Video ) istifadə edilmişdir.
Azərbaycan teatr tarixinin unudulmaz sənətkarlarından birini anırıq... Biri var idi, sənət həyatı stabil, şəxsi həyatı dəhşətli eniş-yoxuşlarla zəngin Xalq artisti Hacıbaba Bağırov
Hacıbaba Bağırov 1932-ci il iyunun 6-da Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.
1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra isə Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. H. Bağırovun yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrının uzun illər rejissoru olmuş Soltan Dadaşov oynayıb. Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir.
Musiqili Komediya Teatrının tarixində ən məşhur və uğurlu tamaşalardan olan “Hicran” tamaşasında əfsanəvi üçlüyün (Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslanın) yaratdığı aktyor ansamblı öz təkrarsızlığı ilə yadda qalıb. Çoxları isə bilmir ki, bu səhnələri yaradan zaman aktyorlar küsülü idi.
1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1996-cı ildən Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.
AzTv-nin keçmiş sədri, mərhum Elşad Quliyev Hacıbaba Bağırovun ana bir, ata ögey qardaşı olub.
Aktyor 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.
Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib. Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, xalq artistinin bu nikahdan övladı olmayıb.
Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən olan Şölə adlı qızı olub.
Sənətkarın ilk övladı son övladından 50 yaş böyükdür.
Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edirlər ki, bu, absurddur və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər:
“O iki şeyi çox sevirdi. Qadınlarla intim münasibətlər qurmağı və gözəl geyinməyi. Axı bəy nəslindən idi”.
Bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.
Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin o vaxtki sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur.
O, teatra daxil olan kimi əməkdaşlar qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H. Bağırov imiş. Hətta bəzən aktyorun probleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahiş etməyi də özünə ar bilməzmiş.
Sənətkarın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər “ölüm-itim dünyasıdı, birdən görüşmərik…” olub. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişib.
O, 2000-ci illərə qədər yaşayan barmaqsayı incəsənət korifeylərindən idi. Bu gün onu bizə xatırladan isə təkcə əzizləri, övladları yox, daha əbədi əlamətləri, yəni obrazlarıdır.

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 92   
@elvanehemidli3891
@elvanehemidli3891 Год назад
Gözəlaktyor idi. Şəxsi həyatı niyə kimisə maraqlandırır?
@ilqarebilov4197
@ilqarebilov4197 Год назад
Allah rəhmət eləsin.Ele onun evdən çıxması və heç bir iddia bildirməmesi onun əsl nəslindən yeni köklü olması ile haqlıdır
@turkoglu520
@turkoglu520 Год назад
Allah rehmet elesin gözel aktyor olub qelblerde yasayirlar,onlar getdiler sehneni de özleri ile apardilar,hindikiler aktyor deyil,bozbaslardi🥱hayiflar olsun siz birde geri qayitmeyeceysuz😞
@НаниСафарова
@НаниСафарова Год назад
Аллах рехмет етсин.Истетадлы Актерлардан Бири иди.Чох Севдалы Севки Марагы Инсана Хейир кетирмез.
@ebulfezbabayev2456
@ebulfezbabayev2456 Год назад
Heqiqeten kalifey aktyor olub allah rehmet elesin
@ruslanazizzov632
@ruslanazizzov632 Год назад
Allah rehmet elesin
@SamsungSamsung-oo2id
@SamsungSamsung-oo2id Год назад
Allah rəhmət eləsin!
@ДжафарХасаев
@ДжафарХасаев Год назад
HACIBABA ÈYYAW ÌDÌ, O KÌWÌLÈRÌN FAHÌWÈSÌ ÌDÌ, SIRTIQ DÒVLÈTDÈN 4 DÈFÈ EV ALIB,
@iranamirzoyeva5135
@iranamirzoyeva5135 Год назад
Heç kəsi qınamayın. Beşikdən qəbirə qədər başımıza nə gələcəyini bilmirik . Allah cəmi ölənlərə rəhmət eləsin. Hakim Allah 👆
@dilaverhuseynov12
@dilaverhuseynov12 Год назад
Utanmır dədəslndən yaşdı kişiyə ərə gedib hələ çıxıb özün reklam edir
@rovsenmursaliyev67
@rovsenmursaliyev67 Год назад
ALLAH.RAHMAT.ELASİN.
@Fuaddauffuad
@Fuaddauffuad Год назад
Yaddaşlardan çıxmayan aktyor,ALLAH rəhmət eləsin
@nizamihesimovqarabaqazerba5030
ALAH REHMET ELESIN
@seideibrahimova6750
@seideibrahimova6750 Год назад
Bu aktyorların coxsinun taleyi bele oldu.Allah rehmet etsin
@esanesan691
@esanesan691 Год назад
Çünku arvadbazliq və şorķözlük qanlarinda var.
@seideibrahimova6750
@seideibrahimova6750 Год назад
@@esanesan691 olar🤣
@elmiraquliyeva6724
@elmiraquliyeva6724 Год назад
Bu elə arvad dəllalı imiş. Yaxşı ki yaraşıqlı deyilmış...
@ziyafetkerimova9226
@ziyafetkerimova9226 Год назад
Allah sizi güldürsün
@darkstartv2978
@darkstartv2978 Год назад
😅😅😅
@gunelhuseynova5658
@gunelhuseynova5658 Год назад
Kül təpəsinə namusu qeyrəti olan o poxları yeməz
@SamsungAs-ll3sx
@SamsungAs-ll3sx Год назад
Gözlərindən şəhvət yağır...
@gunelhuseynova5658
@gunelhuseynova5658 Год назад
@@SamsungAs-ll3sx 🤣👍
@humay66
@humay66 Год назад
Allah rəhmət etsin gözəl və istedadlı sənətkar idi ! 🤲🤲🤲
@tomirisbayil2784
@tomirisbayil2784 Год назад
Düz adam olmayıb. Gör kimi ilahiləşdiririk e... zəhləm getdi həm sənətindən, həm də şəxsiyyətindən.
@semayeagayeva8829
@semayeagayeva8829 Год назад
Pis insanlar ölənin paxırini sçıb onu narahat edərlər işiniz pislikdir gözəl aktyor olub vəssalam
@bahar2377
@bahar2377 Год назад
boyuksənatkar idi allah rəhmət eləsin
@МелекИбрагимова-у8е
Allah rəhmət etsin böyük sənətkarımıza
@Руслан-б1б8в
@Руслан-б1б8в Год назад
Аллах Рахмат Еласин йери цаннат олсун Амин расийа
@qulievraul2920
@qulievraul2920 Год назад
Allah rehmet elesin ....
@lamiyamemedova7696
@lamiyamemedova7696 Год назад
Allah rehmet elesin cox arvadbaz olub
@МеммедАлиев-ч3й
Arvadbaz yox qadınsevər. Sız deyən olsaydı ışdə hörməti olmazdı.
@ramilbagirov2730
@ramilbagirov2730 Год назад
Yaqub mehemmed kimi
@nainamutallibova8575
@nainamutallibova8575 Год назад
Zəhləm gedir hacıbabadan. Həyatını oynayıb sanki rollarında
@umidsiz9979
@umidsiz9979 Год назад
Fərarilik üstə tutulan insanları zonda p...x edirlər
@ramizvliyev8441
@ramizvliyev8441 Год назад
Allah rəhmət eləsin. Amma çox təəssüf ki, böyük sənətkarın, Ğəncə Dövlət Dram teatrındakı fəaliyyətindən, aktyor yoldaşlarının, pul yığaraq, onu Bakıya yola salmaqlarından danışmadınız....
@Fuaddauffuad
@Fuaddauffuad Год назад
Bakıya gəlməyə yol pulusu olmayıb?
@vasila.iskenderova5304
@vasila.iskenderova5304 Год назад
INDIKILER BIR BIRIYLE EFIRDE OTURMAQ ISDEMIRLER.DAHILIK BUDU BIR BIRLERIYLE DANIWMADAN BELE YADA QALAN OBRAZLAR YARADIBLAR.🇰🇿🇦🇿
@adrianbrody1304
@adrianbrody1304 Год назад
Ay maşallah Hacıbaba emi sen supermenimişsenki ...cəmi beşcə defe evlənib yazix.....
@ramilbagirov2730
@ramilbagirov2730 Год назад
Dunya heyat ve ... seks ustunde qurulub. Din özude
@ramilbagirov2730
@ramilbagirov2730 Год назад
@@Ulibka.777 bagıwla.kec günahimdan
@adrianbrody1304
@adrianbrody1304 Год назад
Qardaş o Şirbalanın mehebbeti elə onu öz həyatı kimidi
@ramalyaqubov
@ramalyaqubov Год назад
Allah rəhmət eləsin .Hacıbaba Bağırova .
@АнарИсаев-м4щ
@АнарИсаев-м4щ Год назад
Ale bu lap manyak imis ki, xetekar.
@seriyvolk1963
@seriyvolk1963 Год назад
Kişinin bir adı olar bir arvadı ,artistin oynadığı rollar qədər "arvadı "ola bilər ! Kişi kimi yaşamaq hər kişinin işi deyil .Aktyor kimi aktyor idi ,bizi sənləndirirdi ,ancaq bədbəxt həyat yaşayıb ,çox təəssüf ...
@zibeydaalakbarova1557
@zibeydaalakbarova1557 Год назад
Ppl
@firuzemelikzade4897
@firuzemelikzade4897 Год назад
Indi banbili dolub gic gic tamasa yaddada qalmir hec hayif sizden
@ferhadabutalibov82
@ferhadabutalibov82 Год назад
Yaxsi dansdiz,amma o ne demeydi qadinlarla intim munasibetde olmagi sevib..yersiz cumledi
@renaeliyeva212
@renaeliyeva212 Год назад
Ölənin dalınca danışmazlar,ay bisavadlar.
@elcinmedetov3534
@elcinmedetov3534 Год назад
Indiki dovurde bele istedadli aktyolar birde cetin tapilar
@sekretsekretovich5600
@sekretsekretovich5600 Год назад
P
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 6 месяцев назад
ВЕЧНАЯ ПАМЯТЬ ЛЕГЕНДЕ ❤ НЯСИБЕ. ЗЕЙНАЛОВОЙ. ❤ ГЕНИАЛЬНОЙ. ЗЕЙНАЛОВОЙ. НИЗКИЙ ПОКЛОН ❤ 25 МАРТА 2024ГОД 59Л БАКУ ХМАО 🐉 🐲 🐉
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 6 месяцев назад
АЧИБАБА БАГЫРОВ ❤❤❤ ПОМНИМ ❤ ЛЮБИМ ❤ СКОРБИМ ❤ СССР. БАКУ. СВЕТЛАЯ ПАМЯТЬ ЛЕГЕНДЕ ❤ 25 МАРТА 2024ГОД 59Л БАКУ ХМАО. 🐉 🐲
@raziyyetanirverdiyeva5512
@raziyyetanirverdiyeva5512 Год назад
Getdiler ...gelen joxdu.
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 6 месяцев назад
❤❤❤ ПОМНИМ ❤ЛЮБИМ ❤СКОРБИМ ❤ЛЕГЕНДА ❤НИЗКИЙ ПОКЛОН ❤2024ГОД 🐉 59Л ХМАО
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 6 месяцев назад
❤❤❤ МУСУЛЬМАН. С. ВЕЛИКИМ ПРАЗДНИКОМ. РАМАДАНОМ. ❤ 29. МАРТА 2024ГОД 59Л 🐉 ХМАО БАКУ 🐉
@ИванИванов-х3х8у
Dönem yox dövür.
@kemaleeliyeva2672
@kemaleeliyeva2672 Год назад
Neçe defe aile qurubmuş rehmetlik saya bilmedim. Ne mecburmuş göresen qizi yaşdaki ile aile qurmaq?
@Namik6819
@Namik6819 Год назад
5 defe evlenib sonuncu evliliyi de qız ona aşiq olub o da furseti fota vermeyib))
@zaqatala2399
@zaqatala2399 Год назад
Ele artistib quzi 50 yaw.kicik.olar.da o ki.arsıizdir
@Салим-б1т
@Салим-б1т Год назад
Салам! Александр Смоленск ( Россия ) шехеринде яшайыр,, копия атасыды,, мен таныйрам,
@АлиНасиров-с5к
@АлиНасиров-с5к Год назад
Аллаh рэхмэт елэсин бойук сэнэткара. Белэ сэнэткарларын эвэзи, нэдэнсэ йоха чыхыб. Онларын йерини верэн олмаз.
@mila.amirjanova
@mila.amirjanova 4 месяца назад
Салам Александр атасына чох охшайыр биз Смоленск шехеринде яшамышыг о расторан мудирийди яхшы таныйырам
@esanesan691
@esanesan691 Год назад
Arvadbazliq qaninda var imiş.
@Рагиба-б6б
@Рагиба-б6б 2 дня назад
Allah rehmet eylesin!
@feridahaqverdiyeva6776
@feridahaqverdiyeva6776 Год назад
Allah rehmet elesin
@klientallo2586
@klientallo2586 Год назад
Allah rəhmət eləsin
@azrbaycanim1706
@azrbaycanim1706 Год назад
ƏSLƏN CƏBRAYİLLİDİ
@раооаврволва
@раооаврволва Год назад
Onun şəxsi işidi Bu onun hayətıydi Hec kəsin ixtıyarı yoxdı kimin isə şəhsi hayətı koment etmək.
@vusaltagiyev7058
@vusaltagiyev7058 4 месяца назад
ALLAH HƏR BİRİNƏ QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN BÖYÜK SƏNƏDGARLARA AMİN!!!
@Firdovsi-cs7qk
@Firdovsi-cs7qk 23 дня назад
İnsan kimi, kişi kimi yaşamayıb ki.
@nashville_4
@nashville_4 Год назад
Cox yalan seylər yazmisiz.
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 6 месяцев назад
😅 ЩИР. БАЛА. 😅 ЛЕГЕНДА 😅
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 6 месяцев назад
СПАСИБО❤
@muradrzayev525
@muradrzayev525 Год назад
Allah.rehmet.elesi.sizi.köhne.kişiler.
@Ленкорань
@Ленкорань Год назад
Boyuk insan, boyuk sexsiyet unudulmaz insan...! Muasir sehnemizde Elmeddin onu hardasa evez edir.... Allah rehmet elesin....
@СевинджРзаева-с9ь
Allah Pəhmət Elesin 🙏🏻🙏🏻🙏🏻
@elcinmedetov3534
@elcinmedetov3534 Год назад
Oynadiqi rollari yazin ne qeder insanlarin uzunu guldurub istedadi bacariqile yadda qaldi.Allah rehmey elesin
@firuzemelikzade4897
@firuzemelikzade4897 Год назад
Esas odu ki gozel aktiyor olublar allah rehmet etsin
@xalidhumbetli8049
@xalidhumbetli8049 Год назад
Allah rəhmət eləsin əvəzolunmaz sənətkar
@sardarcabbarov2351
@sardarcabbarov2351 Год назад
Ола билер гадынлар ондан гачыб
@РахманМирзоев-с8е
Аллах хамысына Рахмат едсин амин:
@Qladiatorrr
@Qladiatorrr Год назад
Allah rəhmət eləsin məkanı cənnət olsun
@yeganeaskerova4700
@yeganeaskerova4700 Год назад
Allah rehmet elesin
@ramilbagirov2730
@ramilbagirov2730 Год назад
Yaxwi edib.
@mahbubaaliyeva3693
@mahbubaaliyeva3693 Год назад
Kul olsun atasi yasinda kisinin(hetta atadan daha boyuk yasda) altina giren o qiza ve onun anasina!Ne qeder utanmaz olasan ki bu addimi atasan!
@Ulibka.777
@Ulibka.777 Год назад
Mende qorxuram pedofillerden
@romamusa4175
@romamusa4175 Год назад
Allah rəhmət eləsin
Далее
Arzu Bağırovanın Etirafı
44:42
Просмотров 38 тыс.
pumpkins #shorts
00:39
Просмотров 30 млн
Səyavuş Aslan - Ay Zaur (22.05.2010)
20:52
Просмотров 392 тыс.