Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var, Hər gülün,hər çiçəyin öz adı var, surəti var. Qulaq as bülbülün avazına,sevda dəmidir, O çəmən güllərinin bir-birinə ülfəti var. Sığmaz idrakə bu dünya evinin sirrləri, Varlığın hüsnü-əzəldən nə böyük qüdrəti var. Dolaşıb aləmi Loğman kimi məna gəzirəm, Çünki mənali keçən günlərin ülviyyəti var. Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır, Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var. Məni yelkən kimi qərq etsə də dəryada zaman, Vurğun öldü deməyin, bir əbədi sənəti var.