Aman tanrım! Mən niyə bunu gec kəşf edirəm.Demək Azərbaycanda da lofiyə qulaq asan var imiş.Ya da belə demək lazımdır: Demək Azərbaycanda da keyfiyyətli mixlər edən kanal var imiş.❤
Allah haqqı alınmayıb! Hər şeyə müasir musiqi calamaqla yenilik və ya dəyişiklik olmur. Yoxdan nəsə yaratmaq başqa şeydir, amma olan şeyi korlamaq tamam başqa.
Allaha and içməyin. Çox gözəl də alınıb. Vaqif Mustafazadə də cazı muğamla sintez edəndə ona çox tənqid daşları atdılar ama o Allahın iznilə bir dahiyə çevrildi. Muğamı korlamadı əksinə dünyaya muğamı tanıtdı, mən də daxil bir çox gəncə muğamı sevdirdi. Yeniliklər pis deyil. Sadəcə sizin zövqünüz fərqlidir ona görə də bəyənmədiz. Buna ayrılan vaxta, çəkilən əziyyətə, muğamı xaricilərə tanıtma cəhdinə və başqa zövqlərə hörmətlə yanaşsaydınız daha yaxşı olardı. Xeyirli günlər inşaAllah.