Тёмный

Miri Yusif - Oğlum (Lyric Video) 

Miri Yusif
Подписаться 230 тыс.
Просмотров 603 тыс.
50% 1

Miri Yusifin “Oğlum” mahnısı artıq onlayndır.
Miri Yusifə RU-vid-da abunə ol: mikpro.az/myusifyt
"Oğlum" platformalarda: mikpro.az/oghlum.dinle
Musiqi: Miri Yusif
Söz: Fariz Zeynalov
Aranjiman: Tural Əliyev
Miksinq və masterinq: Oleq Naumov
Saksofon: Fərid Mailov
Miri Yusifi sosial şəbəkələrdə izlə:
Facebook: mikpro.az/myusiffb
Instagram: mikpro.az/myusifig
Twitter: mikpro.az/myusiftw
Telegram: mikpro.az/myusiftg
Genius: mikpro.az/myusifgn
Miri Yusifi rəqəmsal platformalarda dinlə:
Keçid: mikpro.az/myusif.dinle
Sözlər:
[Bənd 1]
Oğlum, həyatda hər zaman üzün gülər
Səndən uzaq olsun üzüntülər
Sənə baxanda fərəhimdən mənim gözüm gülər
Səadətin ətri həzin-həzin gələr
[Keçid]
Hər anaya görə oğlu dağdır
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq...
[Nəqərat]
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan
[Bənd 2]
Oğlum, xəyalım sənlə uçar hər yerə
Sənsən bəzək verən bu ömürə
Yaşananların hər anı duyğulu bir xatirə
İnan mənə, yaşayıram sənə görə
[Keçid]
Hər anaya görə oğlu dağdır
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq...
[Nəqərat]
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan
Miri Yusif tərəfindən ifa olunan "Oğlum" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “MY Music” tərəfindən qorunur. © 2021
Yayım hüquqları “mikpro” MMC-yə məxsusdur.
Etiketlər:
#MiriYusif #Oğlum #mikpro

Видеоклипы

Опубликовано:

 

11 июн 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 503   
@miriyusif
@miriyusif 3 года назад
Allah bütün, valideynlərə can sağlığı və balaların gözəl günlərin görməyin qismət etsin! Şəhidlərimizin valideynlərinin isə əllərindən və gözlərindən öpürəm. Sizə borcumuz bitməz!!!
@konulabasova2051
@konulabasova2051 3 года назад
Siz birdenesiz size demeye sozler coxdu sadece yazmaqla bitmezzz.........Allah Sizi Var Elesin Ailenizi Qorusun Balaca Balalari qorusun🤲🤲🤲Coxx sevilirsiz coxx❤❤❤❤❤❤
@fazilhesenli7997
@fazilhesenli7997 3 года назад
Allah canını sag elesin bəy. Hər bir musiqiniz kimi buda super insanın qanına işləyir sözlər, səs və musiqi ahəngi. Respect. M.Y
@sevdaatilahuseynova2352
@sevdaatilahuseynova2352 3 года назад
Allah şehitlerimize rahmet eylesin 🇦🇿🇹🇷 Qeyrətli,vatana,millete hayırlı oğul yetiştirmek her ataya her anaya nasıp olmuyor....
@WOLF-xo1on
@WOLF-xo1on 3 года назад
Menim de oglum var 11 yawinda heyatimdan razi olmasam da onun sayesinde ayaqdayam guclu olmaga gorynmeye mecburam,oglum menim her weyim.cox gozel oxumusuz her zamanki kimi Allah butun balalari qorusun👍👍
@surayanasibova211
@surayanasibova211 3 года назад
Amin. Düzdür
@nerminmusayeva5062
@nerminmusayeva5062 3 года назад
Qardasim Sehid olub( Ve anam Bu gun Oz statusunda Bu mahnini paylasib Yanan ureyive Ölmüş Ruhuva Qurban Ana Seni cox sevirem Ve eminem Qardasimda Seni cox sevir🥀
@nigaraslanli6840
@nigaraslanli6840 3 года назад
Dərdinə qurban o ananın. Bir gün belə olsun unutmuruq onları😔🇦🇿
@rahimibrahimov1603
@rahimibrahimov1603 2 года назад
Caaannnn Allah sebr versin.vicdani,insanligi olan butun azeri ovladlari sizi sevir shehid analari😢
@drsun3880
@drsun3880 2 года назад
Baş tacımızdır o Analar 🤲 Allah səbr versin!
@suhaniob7112
@suhaniob7112 2 года назад
Allah sebrinizi versin... Basimizin taci Şehidler ve Analari 😔
@ceyranveliyeva2084
@ceyranveliyeva2084 2 года назад
Şehid analarının ellerinden öpürem.Allah Şehidlerimize rehmet elesin.
@Niyetquliyev62
@Niyetquliyev62 Год назад
Dünən bir oğul anasi olacağimi öyrəndim və bu mahni yadima düşdü.Çox kövrəyəm,çox sevinciliyəm.Allah uşaq yolu gözləyən hər kəsi sevindirsin məndə onlarin içində❤️
@UgurOmerBro
@UgurOmerBro 11 месяцев назад
Sag salamat qucaginiza alasiniz insallah
@sebishnur5177
@sebishnur5177 7 месяцев назад
Sag salamat insAllah
@maqamaqam1316
@maqamaqam1316 3 года назад
Allah Bütün Qarabağ müharibəsində Şəhid olan Anaların İgid oğullarını Rəhmət Etsin, yerləri cənnət olsun 🙏
@miriyusif
@miriyusif 3 года назад
Amin! Onlara bütün ömrümüz boyunca borcluyuq!
@orxansmdv5456
@orxansmdv5456 3 года назад
Amin
@iradanuriyeva3911
@iradanuriyeva3911 3 года назад
Amin
@ceyranveliyeva2084
@ceyranveliyeva2084 2 года назад
Amin
@islamagayev3674
@islamagayev3674 2 года назад
Amin yerleri cennet olsun
@mirabbasheydrli6615
@mirabbasheydrli6615 3 года назад
Bu mövzuda çox mahnılar oxunub.Sizin oxuduğunuz yerin bir başqa .İnsanın bütün duyğularını bu musiqidə canlandırmısınız...
@miriyusif
@miriyusif 3 года назад
Mirabbas, qardaş mən yalnız hiss etdiklərimi və yaşadıqlarımı yazmışam :)
@nahidalekberov3567
@nahidalekberov3567 3 года назад
Oglu olmayanlarcin bu mahni bele duyguludusa gor oglu olannarcin nece bir hisdirde 👍👏👏 Allah bizede ogul evladk qismet elesin Qo bizde sevincle qulaq asa asa duygusallasak 👍
@battleboy8229
@battleboy8229 3 года назад
Amma 3000 ogulun ana atasinin arzulari gozunde galdi😢😢Cebrailler,Xudayarlar,Orxanlar,VusalarElnurlar yarimcig galan arzular😢😢😢😢
@aminmemmedov2369
@aminmemmedov2369 3 года назад
😢😢😢utanaıram oģlumu sevmekden opmekden her qucaqladiqca kövrelirem acı ceken analari fikirlewirem derdimiz cox böyukdu😢
@simuzrhuseynli9669
@simuzrhuseynli9669 2 года назад
@@aminmemmedov2369 utanma o senin balandi..Allaha acia geder herenin oz yazisi var.
@lili...520
@lili...520 Год назад
😢🥺
@marilun6051
@marilun6051 3 года назад
7illik ovlad hesretinden sonra dunyaya gelen ogluma olan sevgimi ifade eden hele bele gozel mahni olmamisdi 😍
@ShamilChobanzade
@ShamilChobanzade 3 года назад
Tarix bilmədən özləri tarix yazan "ŞƏHİDLƏRİMİZƏ" bəstələnən ən xoş,gözəl mahnı.Sadəcə *_"ŞEDEVR"_*
@konulunmetbexi
@konulunmetbexi 2 года назад
5 ay sonra oğlum olacaq😍 Allah sağlıqla qucağıma almağı nesib etsin. Oğlum, heyatda her zaman üzün güler. İnşallah♥️ Ara sıra gelib dinledecem oğluma bu mahnını. Olandan Sonra birlikde dinleyerik♥️
@islamagayev3674
@islamagayev3674 2 года назад
InsAllah
@narminquluzada7911
@narminquluzada7911 2 года назад
İnşAllah🤲🏻🧿
@nergizezizova8506
@nergizezizova8506 2 года назад
Sağ salamat böyüsün inşallah indi gəlib dinləyə bilərsiniz bir yerdə 🫂💙
@clalnagdliyev5174
@clalnagdliyev5174 Год назад
Allah qorusun Amin
@shalalacabbarli9704
@shalalacabbarli9704 Год назад
İnşallah!
@havvaknylmz2874
@havvaknylmz2874 2 года назад
Bütün Türk şehitlerinin ruhu şad olsun.Türk milletleri hep var olsun.🇹🇷🇦🇿
@azaliev4829
@azaliev4829 Год назад
Heyatda tek yaşamağa sebebim oğlum ve qızım.❤❤🥰🥰🤲🤲🕋🕋
@Sakina.Asgarzade_
@Sakina.Asgarzade_ Год назад
Gözlərim o qədər doldu ki🥺bu musiqini dinləyəndə hər dəfə dinləyəndə ağlayıram bu musiqi övladına sonsuz həsrət qalan ana ataların iç səsidir. Şəhid valideyinlərinin övladları ilə bağlı çox arzuları var idi daha onlar gerçəkləşə bilməyəcək Ruhunuz şad olsun! Qarşınızda baş əyirəm🙏😔
@mavideniz3202
@mavideniz3202 2 года назад
Oğlum 2 heftedir esker gedib. Cox darixiram onunçun. Allah şehid valideynlerine sebir, dözüm versin. Allah butun şehid balalarimiza rehmet elesin🥀
@guluferzani5620
@guluferzani5620 3 года назад
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.Hər ata-anaya qeyrətli oğul qismət etsin.Mahnıya görə çox sağ olun.Çox bəyəndik.
@turkkahvesi5547
@turkkahvesi5547 2 года назад
Allah kaybettiklerimizin yerine yenilerini elbet verecek , ama annelerin yüreği hep acı icin de kalacak . Tüm şehit annelerine sabır diliyorum, evlatlarının mekanı cennet olsun . Şarki müthiş, aradaki saksofon sesi sanirim farklı bi hava katmış tebrik ediyorum. Cangardaşlar, başarınız başarımız ❤❤❤
@zeyneb9661
@zeyneb9661 3 года назад
Her anaya gore oglu dagdir🥰 Turan balam❤️
@miriyusif
@miriyusif 3 года назад
Allah bütün balaları qorusun!
@gozl8149
@gozl8149 3 года назад
*Oğlum olarsa, sənin adını verəcəm ona. Bu da mənim sənə sözüm olsun. )*
@miriyusif
@miriyusif 3 года назад
Yadımda saxladım a :)
@gozl8149
@gozl8149 3 года назад
@@miriyusif Məndə unutmayacam heç vaxt)
@user-zv1og1cb9h
@user-zv1og1cb9h Год назад
Амин🙏.
@ilkin_hmdli.offical8547
@ilkin_hmdli.offical8547 3 года назад
Miri Yusif musiqilərin Bir incidir. Belə davam et! SƏN SEVİLİRSƏN MİRİ YUSİF.🤩🤩🤩Cavabını gözləyirəm.🔥
@miriyusif
@miriyusif 3 года назад
Var olun!
@zumrud.khurban2321
@zumrud.khurban2321 3 года назад
Allah bütün Şehidlermize rehmet elesin usaqlarina ise uzun omur parlaq gelecekleri olsun InsAllah Allah sizede uzun ömür sağlam can versin o gozel usaqlarinizinda saglam can parlaq gelecekleri olsun InsAllah Ne yaxşi ki varsiz Miri Yusif
@miriyusif
@miriyusif 3 года назад
Amin
@atasatasov7828
@atasatasov7828 2 года назад
@@miriyusif respect👏👏👏👏👏
@mammadova100
@mammadova100 3 года назад
Anam vp storisine qoymaq ucun yeni mahni kesf edecek tesekkurler Mir Yusif) esger qardasima xitaben🤩😁
@fridhuseynov7855
@fridhuseynov7855 2 года назад
Mənim Balamda Əsgərdi. Hər gün, dəfələrcə qulaq asıram. Allahım bütün balaları qorusun İnşəAllah. 🤲🏻😊
@Lodos_123
@Lodos_123 2 года назад
Aglatdin bizi Miri bey . Sanki sözlərin altında hüzün gizlənir musqidednde hiss olunur. Allah şəhid qardaşlarımıza rəhmət etsin
@aliyevaaliyeva4319
@aliyevaaliyeva4319 3 года назад
Mohteshem❤️😍
@telatumgozelov8250
@telatumgozelov8250 3 года назад
Canım Atam Allah seni rehmet elesin! Oğlunun gözel gunlerini göre bilmedin heyf..😓😣
@Jardin13
@Jardin13 3 года назад
Allah rehmet elesin menim de atamin ili teze cixib 😔😔😔😔
@telatumgozelov8250
@telatumgozelov8250 3 года назад
@@Jardin13 Allah rehmet elesin 🙏🏻😔
@aynurmammedalieva
@aynurmammedalieva 2 года назад
_Her anaya gőre oģlu daģdır_ _Her ataya bir oģul dayaq..👏🏻❤👍_
@aynasedili5961
@aynasedili5961 3 года назад
Yazilan serhlerin ekseriyyetinin cavablandirilmasi,gozel bir goruntu 👍 ugurlu alinib👏🙏 Amin Allah balalarimizi bize cox gormesin🙏 bizide onlara😉
@Sakina.Asgarzade_
@Sakina.Asgarzade_ 10 месяцев назад
İncəsənət aləmində siz bir əfsanəsiniz bu musiqi insanı çox kövrəldir! Çox sadəsiz hər zaman belə qalın🤍🙏
@aydanquluzade9930
@aydanquluzade9930 3 года назад
Eziz Miri Yusif ve her zamanki kimi gozel musiqi👏 barmaqla sayilacaq senetcilerdensinizki her mahniniz diller ezberi olur
@miriyusif
@miriyusif 3 года назад
Çox xoşdur!!!
@dnizliyeva2473
@dnizliyeva2473 2 года назад
5 ay sonra dünyaya gələcək oğluma gəlsin bu mahnı💙Görməsəm,toxunmasam belə səni çox sevirəm körpəm..Ümid edirəm aylar sonra birlikdə dinləyəcəyik bu mahnını🤲
@beyazpapatya632
@beyazpapatya632 2 года назад
Sen secilirsen Miri Yusif. Her musiqi her mahnin insanin ruhunu oxsadir. Tesekkurler. Sabah oglumun ad gunudu ve bu mahniya klip yigib ona hediyye edecem. Bir daha tesekkurler
@eminibrahimli3036
@eminibrahimli3036 3 года назад
Canim oglum....
@fatyaass7014
@fatyaass7014 3 года назад
Ovv Miri yaradib yenə
@almazsadiqova
@almazsadiqova Год назад
Allah şəhid balalarımızada rəhmət eləsin.unutmayaq heç zaman.
@metanetmirzeyeva3403
@metanetmirzeyeva3403 3 года назад
Allah bütün oğulları qorusun. Başda esger qardaşlarımızı, qazilerimizi, şehid qardaşlarımız qelbimizde daim yaşayacaq. Heqiqeten bir oğul anasıyam bilmirem bu niye beledi onu hansısa zirvede görmek menim gözlerimin gülüşüdü. Ferqi yoxdu qız oğlan allahım her ikisini biz valdeyinlər üçün xeyirli bir övlad kimi qarşımıza çıxartsın🙏
@amilseymur8359
@amilseymur8359 3 года назад
Allah bütün valideynlere övladlarinin xos gunlerin göstersin🤲🤲🤲 Cox gozel👍
@ceyhunbedeloglu5394
@ceyhunbedeloglu5394 Год назад
Bu gün oğlum dünyaya gelib. Ve inanın mene övlad sevgisi heqiqeten bir basqaymiş ferli hiss ferqli sevincdir. Allah övlad sevgisinde olanlara övlad qismet etsin İnşAllah. İnsan sevincden ağlayarmış men bu gün bunu yaşadım 😍😊
@arzuhazili6435
@arzuhazili6435 3 года назад
Yaxinda dogulacaq ogluma hediyye olsun bu mahni ♥️
@guluheziyeva3305
@guluheziyeva3305 Год назад
İnşallah gələn il bu vaxti bu mahniya oglumnan qulaq asaram💙🙏
@xaverbagizade1494
@xaverbagizade1494 3 года назад
Men bu buna sadece musiqi deil bir eserdir deyerdim...👏 Var ol MirYusif🙏🏼
@kemalesadiqova3094
@kemalesadiqova3094 3 года назад
Çox sağ olun Allah razı olsun, Allah sizə də can sağlığı versin 🤲Övladlarınızı qorusun 🤲Onların xoş günlərin görmək nəsib etsin 🤲💙👑🤗
@ngachayeva
@ngachayeva Год назад
Anaların 💙 övladı üçün bütün diləkləri və fikirləri bir mahnıda🥰
@Babyvideosnu
@Babyvideosnu 3 года назад
İki ay sonra oğlum olacaq inşAllah 🙏 onunla birlikdə dinləmək qismət olsun🙏🙏 İnan mənə, yaşayıram sənə görə ❤
@miriyusif
@miriyusif 3 года назад
Lap kövrəltdiz məni. Sağ-salamat gəlsin dünyaya!
@Babyvideosnu
@Babyvideosnu 3 года назад
@@miriyusif Amin çox sağolun❤❤
@fazilismayilov3463
@fazilismayilov3463 3 года назад
Insallah sag salamat olar allah olmuyanlara qismet etsin🤲
@Babyvideosnu
@Babyvideosnu 3 года назад
@@fazilismayilov3463 Amin Allah🙏🙏
@ankaaziz
@ankaaziz 2 года назад
Ona göre yaşamağa deyer ,düzdü çox yorulacaqsiz yuxusuz geceler, yorğunluq, amma böyüdükce , 1 güıüşü ile unudulur herşey ,Sağ salamat ,xeyrli övlad olsun inşAllah bütün balalar🤗
@mariscebrayilova4052
@mariscebrayilova4052 3 года назад
Bütün mahnılar kimi ela ela ela Allah bütün balaları saxlasın qızla bağlı mahnılar inşallah ki olar yəqin ki ?
@agcaahmedova9455
@agcaahmedova9455 3 года назад
Qiza aid de mahni oxusaz lap ela olar 😍
@miriyusif
@miriyusif 3 года назад
Niyə də olmasın
@agcaahmedova9455
@agcaahmedova9455 3 года назад
@@miriyusif sebirsizlikle gozluyecem 🤗
@dozixva2276
@dozixva2276 3 года назад
Məndə bunu yazacagdım
@nubarsirinova5576
@nubarsirinova5576 2 года назад
@@miriyusif men de gozleyirem😍😍😍
@nubarsirinova5576
@nubarsirinova5576 2 года назад
@@miriyusif oglum yoxdur ancaq mahni insanin iliyine ishleyir👍🏻👍🏻
@zeynbhuseynova7263
@zeynbhuseynova7263 3 года назад
Bu mahnıdan sonra insan evlənmək istiyir🚬
@miriyusif
@miriyusif 3 года назад
Toyunuza da məni çağırın :)
@_moon_crown_
@_moon_crown_ 3 года назад
@@miriyusif arzularımdan biridir , ya konsertinizdə iştirak edim, ya da siz inşallah toyumda mahnı oxuyub iştirak edəsiniz❤️🙏 Uğurlarınız bol bol olsun
@keraaliyev9834
@keraaliyev9834 3 года назад
@@miriyusif çağıracaq məncə ...
@knanorucov5851
@knanorucov5851 3 года назад
Şansa baxe Miri Yusif yorumunuzu cavab verdi 😃 kaş o şans məndədə gətirərdi 😐
@_moon_crown_
@_moon_crown_ 3 года назад
@@keraaliyev9834 inşallah 👍❤️🙏
@eliasseyidli2082
@eliasseyidli2082 3 года назад
Niyə bu qədər mükəmməlsiz?Hər mahnınız ayrı gözəldi
@adgunu6281
@adgunu6281 3 года назад
Tam da oğlumun ad gününə az qalmisken ne gozel yerine duwdu❤️teşekkür edirem...
@beyazmelekliyeva9403
@beyazmelekliyeva9403 3 года назад
Ən böyük sadəlik bütün şərhləri oxuyub bir -bir cavab vermək 👏👏bir gün sizi görmək arzusu ilə İnşəAllah 😍
@aynuramammadova9687
@aynuramammadova9687 3 года назад
Hemiwe ki kimi peçatini vurur mahnilari ile.. halaldi. Var ol Miri Yusif
@elnareadigozelova1690
@elnareadigozelova1690 3 года назад
Gelen ay oglum olacaq❤️ne gozel tesaduf sevdiyim mugenninin bele mahni oxumasi❤️cox saqolun❤️
@cinarem.6323
@cinarem.6323 3 года назад
Həqiqətəndə çox gözəl musiqidi.😍Bu mövzuda çox mahnı olsada Miri Yusif hər zaman öz fərqini göstərir.💜
@gunayhacyeva3509
@gunayhacyeva3509 Год назад
Gozlerim dolur her bu mahnini dinleyende👍
@turkanhesenova7559
@turkanhesenova7559 3 года назад
Bu qeder semimi sozler ve mukemmel yorum ucun tesekkur edirem.
@mahirmemmedov7958
@mahirmemmedov7958 3 года назад
Hemiseki kimi gozel 👍Allah butun balalari qorusun Amin🤲
@Gulerism
@Gulerism 3 года назад
Gələcəkdəki oğlum sən rahat həyat yaşa deyə maman bütün gecə bu mahnıyla dərs oxuyub imtahana hazırlaşır yəni qadası xeyirsiz övlad olsan məndən incimə
@gunayasgerova7750
@gunayasgerova7750 Год назад
Çox qəşəng əlaaa mahnıdı.Allah butun uşaqları qorusun.Məndə 2 oğul anasıyam.Canım oğlanlarım yaxşık varsız🤲♥️
@agcaahmedova9455
@agcaahmedova9455 3 года назад
Her zaman ki kimi ureye toxunmusuz. Bir sozle MOHTEWEM 👍👍👍❤❤❤❤❤ SENETININ KRALI SEVIREM SIZI ❤
@bakiinkubator
@bakiinkubator 3 года назад
Övlad sahibi olmaq başqa bir duyğudur🤗Allah hər kəsə nəsib etsin bu gözəl hissdən. Allah hər kəsin övladını qorusun.Gözəl günlərini yaşatsın hər birimizə.amin
@ayselquliyeva3092
@ayselquliyeva3092 2 года назад
Dünyanin ən gözəl duygusu
@narmindarya
@narmindarya Год назад
Bele gözel ifaya göre teşekkürler. Bu mahnını oğlumun ad günü diskinde seslendirecem ❤️👏👏👏👏
@aisnhuseynsoy4994
@aisnhuseynsoy4994 3 года назад
1.5x -lə dinləyin ❤ Möhtəşəm ifa,həyatımızdakı insanlara layiq olduğu dəyəri hiss etdirməyi bacarmalıyıq ☺
@ibrahiminceoglu5217
@ibrahiminceoglu5217 2 года назад
Amin Allah benimde iki oğul balami bütün balalari qorusun
@tairhuseynov8614
@tairhuseynov8614 3 года назад
Miri, Allah senden razi olsun! Ti krasava, vosmoy vechniy! Day Allah zdorovya i scastya tebe i tvoim rodnim!
@yusifnecefov6522
@yusifnecefov6522 3 года назад
Miri Yusif imzası öz sözün deyir. Möhtəşəmsən adaş :)
@keraaliyev9834
@keraaliyev9834 3 года назад
Super ❤️....
@ibrahimmelikov9866
@ibrahimmelikov9866 3 года назад
Allah bütün balaları qorusun
@ilkAyxangoylerov1324
@ilkAyxangoylerov1324 Год назад
Canim ogluma gelsin ata ve anasina var ol balam 💋 Allah sehidlerimizede rehmet. Ve analarına boyuk sebr dileyirem😪😢
@aynurbabayeva5749
@aynurbabayeva5749 3 года назад
Canim Tahirim mene dunyanin en gizel payini qoyub getdi. 😢Aldigim nefesim heyatimin menasi oglum Sehrabi. Allah butun balalari qorusun🙏
@huseyineliyev2062
@huseyineliyev2062 3 года назад
her ananin ureyinden kecen sozler.butun balalari Allahim qorusun amin insallah.Oglum Huseynim canim gosumun isiqi ne yaxsiki varsan dinli imanli balam.
@lirare9576
@lirare9576 3 года назад
Allah butun balalari qorusun ogul ana uchun tam bashqadi
@ilaheelibalayeva5806
@ilaheelibalayeva5806 Год назад
Bu mətindəki bütün arzuları öz oğluma,və bütün gənclərə arzu edirəm.Ən böyük arzumdu onun şad günündə bu mudiqinin sədaları altında rəqs etmək.🤲💞😘
@mensimecabbarova5143
@mensimecabbarova5143 3 года назад
Sizə hormətim sonsuz konsertinzde olmagicox isteyirem.hər gun sizə sevə sevə qulaq asiram.Səsinizə quvvət var olhn her zaman
@vafasariyeva7066
@vafasariyeva7066 2 года назад
Allah ogullarimızin hec vaxt basinı aşagı etməsin.həmisə ailəsinə atasina anasina dayaq olsun Amin
@shebnemmemmedova4074
@shebnemmemmedova4074 3 года назад
Uğurlar 🤩🤩🤩
@kamranhumbatov3072
@kamranhumbatov3072 2 года назад
Elshen sen de bu mahnini oz oglun ucun qoymusdun, allah sene rehmet elesin, ancaq oz atan ucun cox boyuk yara qoydun getdin, Yerin cennet olsun Elshen , cox uzu nurlu semimi bir insan idin, allah o dunyani versin😔😔😔
@lirare9576
@lirare9576 3 года назад
Canim oglanlarim Allahim sizi qorusun Renatim Ravinim dayagim
@patipati7485
@patipati7485 3 года назад
Sevdim bu mahnını ...Bir valideynin oğul balasına ən gözəl arzuları söylənir bu mahnıda.Oğul balam Əsgərdir yolunu səbirsizliklə gozləyirik inşallah sərəncam cıxacaq bizlərdə sevinərik.Mahnı da deyildiyi kimi "sənə görə yaşayıram bu həyatda Ay İbom. Qəlbinizə sağlıq ,səsinizə qüvvət Miri Yusif Bəy.Allah bütün balaları xətadan , bəladan uzaq etsin.Aminnn
@aygunyusifova8341
@aygunyusifova8341 3 года назад
Xeyirli uğurlu olsun
@m_t4230
@m_t4230 3 года назад
İnşallah oğlumu sağ salamat qucağıma aldıqdan sonra bu mahnıya birlikdə qulaq asarıq🥰🤲 Möhtəşəm mahnı👍👍
@Elnur_242
@Elnur_242 3 года назад
Allah Oğul payı versin bütün valideynlərə amin 🙏
@nailahuseynova8011
@nailahuseynova8011 3 года назад
Çox gözəl,var olun. Göz yaşlarını saxlamaq mümkün deyil. Allah bütün balaları qorusun.
@user-hi7ps6jf8c
@user-hi7ps6jf8c 3 года назад
Самый лучший, самый добрый Мири Юфис, мы вас очень любим вы лучший 🙏🏻
@semsnur2049
@semsnur2049 3 года назад
Siz hər zaman möhtəşəm əsərlər ifa edirsiz... Bu isə bir başqadır. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun. Şəhid anaları siz biz minlərlə can borcluyuq... Haqqınızı halal edin
@arzusadiqzade230
@arzusadiqzade230 2 года назад
Ilk ovladim Rza oglum evezolunmaz en deyerli varligm ve en boyuk arzum xosbext ol Oglum...
@gunayhesenli2653
@gunayhesenli2653 2 года назад
Allah qardawimi qorusun🙏🏻
@sevaaliyeva3058
@sevaaliyeva3058 3 года назад
Oglum, menim her şeyim .♥️
@minahasimova4104
@minahasimova4104 3 года назад
🥰🥰🥰2gozel balama gelsin Miri Yusif Təşəkkürlər
@miriyusif
@miriyusif 3 года назад
Allah saxlasın!
@minahasimova4104
@minahasimova4104 3 года назад
Çox sağolun ALLAH sizin balalarınizi saxlasın ☺️
@NARA_8490
@NARA_8490 3 года назад
Miri Yusif super ugurlariniz bol olsun👏Oglumun gerek bu mahniyla klipini cekim💙
@user-um3ei3xu6m
@user-um3ei3xu6m 3 года назад
Belə gözəl ifaya görə təşəkkür. Oğluma baxa-baxa dinləmək ayrı bir gözəl. Tam ürəyimnən kecen sözleri mahnıda tapdım.
@aydannesirli8334
@aydannesirli8334 3 года назад
❣️siz var olduqca bizimdə ruhumuz qidalanır❣️
@fael1253
@fael1253 3 года назад
Menim oglum hele 2ayliqdi bu ifani ona olan icimdeki duygulara qatib dinledim.MÖHTEŞEM BIR HISS kecirdir insan😍Ela ugurlarniz bol olsun Eziz Mir Yusif💫🦋♥️ bu arada onuda qeyd edim ki,ogulumu yatizdirmag istediyim zaman onu musiqi ile yatizdirmag isteyirdim ama beyndyim bir ifa yox idi.Artiq bu ifa favorimdi.Cunki insanin icine huzur bexş edir♥️😇💫🧚‍♀️🧚‍♂️
@nigarquliyeva6660
@nigarquliyeva6660 3 года назад
3 qız anası olsam da mahnını çox bəyəndim. Allah bütün balaları qorusun.
@quluagayev1146
@quluagayev1146 3 года назад
Çox gözəl mahnıdı Allah sizdən razı olsun.
@iradanuriyeva3911
@iradanuriyeva3911 3 года назад
Unutma,böyüsən də gözümdə uşaqsan.
@eylerwere5203
@eylerwere5203 Год назад
Oğlum səni xoşbəxt görmək arzumdur.
@telishmka485
@telishmka485 Год назад
Burda bu mahninin altinda ,serhlerde nece heyatlar gordum …
@denizinanasi4000
@denizinanasi4000 6 месяцев назад
Necə gözəl əsərdir İlahi. Bir oğlum var 9yaşında Allah bütün balaları saxlasın çox kövrəlirəm buna qulaq asanda❤️🥺
@gozelabdur2795
@gozelabdur2795 3 года назад
Allah şehid olan ogullara rehmet elesin! Qazi ogullara can sagligina qovuşmagi qismen olsada arzulayiram Ogullara ise Qehremanlarimizin yolunu davam etmeyi dileyirem.... Teşekkurler gozel ifaniz üçün
@kamrankerimov6215
@kamrankerimov6215 3 года назад
QARDAW HALAL OLSUN.
@-nigarkrimova1648
@-nigarkrimova1648 3 года назад
Bunu oxudacaq bir Atamızda" olmadı...(
@teymursultanov3824
@teymursultanov3824 3 года назад
İn şə Allah siz oxudarsınız (
@-nigarkrimova1648
@-nigarkrimova1648 3 года назад
@@teymursultanov3824 🥺❤
@seriyyeabdullayeva3325
@seriyyeabdullayeva3325 3 года назад
Əla. Sözləridə həmçinin çox mənalı😍👍💙
Далее
Murad Arif - Oğlum
4:09
Просмотров 2,9 млн
Miri Yusif - Ağ Təyyarə
4:04
Просмотров 9 млн
ОБЗОР ТРЕЙЛЕРА STANDOFF 2 0.29.0 FUN&SUN
13:13
Oğlum
2:27
Просмотров 70 тыс.
Seninem
6:09
Просмотров 230 тыс.
canim oglum.#trending#shorts
0:22
Просмотров 52 тыс.
Zamiq Hüseynov - Oğlum
3:10
Просмотров 283 тыс.
Miri Yusif - Gözləyəcəm (Rəsmi Audio)
4:15
Просмотров 201 тыс.
Sən olmayan gecələr
4:01
Просмотров 277 тыс.
Miri Yusif - Qiymətlim
4:07
Просмотров 6 млн
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Просмотров 227 тыс.
5УТРА - Как твои дела
2:55
Просмотров 234 тыс.