Тёмный

Modal sözlər 

Dangerous Anumals and Beautiful nature
Подписаться 7 тыс.
Просмотров 831
50% 1

Modal sözlər. Təsdiq bildirən modal sözlər. Ehtimal bildirən modal sözlər. Şübhə bildirən modal sözlər. Nəticə bildirən modal sözlər. Ümumiləşdirmə bildirən modal sözlər. Bənzətmə bildirən modal sözlər. Müqayisə bildirən modal sözlər. Mənbə bildirən modal sözlər. İsnad bildirən modal sözlər. Təəssüf bildirən modal sözlər. Kədər bildirən modal sözlər. Köməkçi nitq hissələri. Azərbaycan dili.
#modalsözlər #ədat #köməkçinitqhissələri #ədatlar #Ədatlarınnövləri, #Azərbaycandili #azərbaycandili #testlər #Bağlayıcılar #muellimleriniseqebulu #qrammatika #muellim #dim #miq #muellim #miq #kurikulum #ibtidaisinif #riyaziyyat #test #sınaq #imtahan #onlinedərslər #onlayn #muellimleriniseqebulu #sertifikasiya #testlər
Modal sözlər
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi modal sözlər adlanır. Modal sözlər aşağıdakı mənaları ifadə edir:
1. Təsdiq bildirənlər: əlbəttə, əlbəttə ki, düzü, düzdür, doğrusu, doğrudan, doğrudan da, doğrudur, şəksiz, şübhəsiz, şübhəsiz ki, həqiqətən, sözsüs, təbil, təbil ki, yaxşı ki və s.Məsələn, Doğrudan da, bu gün əziz gündür. Düzü, səndən belə şey gözləmirdim. Təbil ki, Aytən doğru sözləyir. Bu xəbər məni, əlbəttə, sevindirdi. Yaxşı ki, tez gəlib çıxdınız.
2. Ehtimal və şübhə bildirənlər: gərək, gərək ki, yəqin, yəqin ki, görünür, görünür ki, ola bilsin ki, görən, görəsən, güman ki, ehtimal ki, bəlkə, bəlkədə, deyəsən, olmaya,olsun ki, demə. Məsələn, Görünür, bu qalmaqal hələ davam edəcək. Mən, ola bilsin ki, gəlməyəcəm. Yəqin ki, mən sabah gələ bilməyəcəm. Bəlkə də, sən onu tanıyısan. Deyəsən, bu gün yağış yağacaq.
3. Nəticə, ümumiləşdimə bildirənlər: demək, demək ki, ümumiyyətlə, deməli, xülasə, bir sözlə, nəhayət, qısa desək, beləliklə, axır ki, əvvəla, ümumən, qısası, müxtəsər, qərəz, əlqərəz və s. Məsəslən, Bir sözlə, nəticələr ürəkaçan deyil. Xülasə, hər, şey özümüzdən asılıdır. Sənin bu işdən, ümumiyyətlə, xəbərin yoxdur. Beləliklə, biz ora gedəsi olmadıq. Demək, dediklərim boşuna imiş. Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib, şəhadətnaməni aldım.
4. Bənzətmə və müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki, guya, guya ki və s. Məsələn, O, elə bil ki, yuxuya getmişdi. Sanki səni ilk dəfə idi ki, görürdüm. Guya sənin olanlardan xəbərin yoxdur.
5. Mənbə və isnad bildirənlər: məncə, səncə, fikrimizcə, bizcə, zənnimizcə, deyilənə görə, mənə görə və s. Məsələn, Fikrimizcə, hadisə tamam başqa cür olub. Deyilənə görə, Bakidan gələn olacaq. Qiyməyli əsərlərin itkin düməsi, məncə, sizin kimi böyük rəssamı daha çox maraqlandırmalıdır. Bizcə, bu məsələnin həlli çox da çətin deyil.
6. Təəssüf, kədər bildirənlər: təəssüf ki, heyif, heyif ki, əfsus, əfsus ki və s. Məsələn, Heyif ki, onu görə bilmədim. Təəssüf, sənin vəziyyətin acınacaqlı olacaq. Əfsus kimən məclisə gecikmişdim. Onların hara getdiklərini, heyif ki, görə bilmədim. Modal sözlər quruluşuna görə iki cür olur: sadə modal sözlər: beləliklə, xülasə, dogrusu, qısası, əlbəttə, əsasən və s.; mürəkkəb (tərkibi) modal sözlər. Mürəkkəb modal sözlər əsas nitq hissələri ilə ədatların, bəzən də qoşmaların birləşməsi yolu ilə yaranır: görünür ki, bir sözlə, söz yox, beləliklə də və s.
Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir və cümlə üzvlərindən vergüllə ayrılır. Sanki, elə bil modal sözlərində vergül qoyulmur. Bu iki modal söz bir-biri ilə qrammatik sinonimdir.
Modal sözlər cümlədə heç bir vəzifə daşımır. Modal sözlər cümlədə ara söz kimi işlənir. Məsələn, Onun belə danışması, doğrusu, mənim xoşuma gəlmədi. Bu cümlədə doğrusu modal sözdür, sintaktik baxımdan ara sözdür.
Müəllif: Elxan Ağayev. Video kanalımızda müəllifin icazəsi ilə yerləşdirilib.
Teqlər.
Modal sözlər, Təsdiq bildirən Modal sözlər, Ehtimal bildirən Modal sözlər, şübhə bildirən Modal sözlər, Nəticə bildirən Modal sözlər, ümumiləşdirmə bildirən Modal sözlər, Bənzətmə bildirən Modal sözlər, müqayisə bildirən Modal sözlər, Mənbə bildirən Modal sözlər, isnad bildirən Modal sözlər, Təəssüf bildirən Modal sözlər, kədər bildirən Modal sözlər, köməkçi nitq hissələri, Azərbaycan dili,
Modal sozler, Tesdiq bildiren Modal sozler, Ehtimal bildiren Modal sozler, subhe bildiren Modal sozler, Netice bildiren Modal sozler, umumilesdirme bildiren Modal sozler, Benzetme bildiren Modal sozler, muqayise bildiren Modal sozler, Menbe bildiren Modal sozler, isnad bildiren Modal sozler, Teessuf bildiren Modal sozler, keder bildiren Modal sozler, komekci nitq hisseleri, Azerbaycan dili,

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@____zahra7255
@____zahra7255 2 года назад
Allah size can sagligi versin, muellim!
@dangerousanimalsandnature
@dangerousanimalsandnature 2 года назад
Cavaba gore teshekkurler. umidvarig ki LIKE etmeyi ununmamisiniz. Albetteki ABUNE olmaginiz vacibdir
Далее
🍏 Устарели ОФИЦИАЛЬНО! 🤡
00:32
Мой телеграмм: v1ann
00:14
Просмотров 51 тыс.
Müsahibə sualı
15:17
Просмотров 2,7 тыс.
🍏 Устарели ОФИЦИАЛЬНО! 🤡
00:32