Тёмный

Söz birləşmələri. Söz birləşmələrin növləri 

Dangerous Anumals and Beautiful nature
Подписаться 7 тыс.
Просмотров 579
50% 1

Söz birləşmələri. Söz birləşmələrin növləri. Söz birləşmələrin təsnifatı. 1-ci növ təyini sözbirləşməsi. İsmi birləşmələr. Feli birləşmələr. Təyini söz birləşmələr. Birinci növ təyini söz birləşmələri. İkinci növ təyini söz birləşmələri. Üçüncü növ təyini söz birləşmələri. Qrammatik əlaqə. Ismin halları. Nitq hissələri. Qrammatik şəkilçilər. Şəkilçilərin növləri. Mənsubiyyət şəkilçisi
#azərbaycandili # Sözbirləşmələri #şəkilçilər #sintaksis #muellimleriniseqebulu #qrammatika #muellim #dim #miq #muellim #miq #kurikulum #ibtidaisinif #test #sınaq #imtahan #onlinedərslər #onlayn #muellimleriniseqebulu #sertifikasiya #testlər
Əlavə materiallar
Söz birləşməsinin növləri
Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri iki yerə bölünür:
1. İsmi birləşmələr
2. Feli birləçmələr
İkinci tərəfi adlarla (əşya, əlamət, hərəkət, say adları) ifadə olunan söz birləşmələri ismi birləşmələr adlanır.
Məsələn, kitabın vərəqləri, yaşamaq həvəsi, yumurta sarısı, qaşları çatma, şagirdin çalışmağı, atın qaçmağı, uşaqların dördü və s.
İsmi birləşmələrin birinci tərəfləri ikinci tərəfləri izah etdiyindən bunlar təyini söz birləşmələri də adlanır.
Təyini söz birləşmələri tərəflərin bir-birinə qrammatik cəhətdən bağlanma üsuluna görə üç növə ayrılır:
1. Birinci növ təyini söz birləşmələri
2. İkinci növ təyini söz birləşmələri
3. Üçüncü növ təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir morfoloji əlamət iştirak etmir. Məsələn, geniş meydan, uca dağ, azad seçkilər, şirin meyvə, taxta qapı və s.
Birinci növ təyini söz birləşmələrinin əsas (ikinci) tərəfi həmişə isimlə, asılı (birinci) tərəfi isə isim (da. bina), sifət (şirin qarpız), say (beş kitab), əvəzlik ( o adam), feli sifət (uçan quş) və feli sifət tərkibi ( bütün suallara cavab verən oğlan) ilə ifadə olunur.
Birinci növ təyini söz birləşməsi cümlədə başqa sözlərlə qrammatik əlaqəyə girdikdə müvafiq qrammatik şəkilçi onun ikinci tərəfinə artırılır, birinci tərəf olduğu kimi qalır.
Birinci növ təyini söz birləşmələrinin hər biri ayrı - ay-rılıqda cümlə üzvü olur. Cümlədə birinci tərəf həmişə təyin, ikinci tərəf isə müxtəlif cümlə üzvləri ola bilir. Məsələn, Qara buludlar günəşin qaraşısını tutmuşdu. Mən dünəndən bu sənədləri araşdırmaqla məşğul idim. Qoca əyləşib şirin qarpızdan doyunca yedi.
Tərkibindəki sözlər mənaca ayrılmağa imkan verməyəndə birinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Biz onu üç saat gözlədik. Bu gün səni iki saat gözləməli olduq. Sən bu yerlərə bir də gəlmə.
Növ təyini söz birləşməsinin birinci tərəfi qeyrimüəyyən yiyəlik halda olur, ikinci tərəfi isə III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn, qala qapıları, yaz havası, qoz ağacı, qız qalası, durna qatarı, Xəzər dənizi, Odlar yurdu, islam dini, bahar fəsli və s.
İkinci növ təyini söz birləşməsinin hər iki tərəfi, bir qayda olaraq, isimlə ifadə olunur. Məsələn, meşə heyvanları, ev quşları, ellər gözəli, dağlar maralı və s. Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə substantivləşir. Məsələn, beş arzusu, oxumaq həvəsi, gözəllər gözəli və s. Bu birləşmələrin tərəfləri eyni vaxtda cəmlənə bilmir. Ancaq tərəflər ayrı - ayrılıqda cəmlənə bilir. Məsələn, Qafqaz dağları, türk dilləri, hava yolları, ellər gözəli, dağlar maralı, sular sonası və s.
Müstəsna hallarda birləşmənin hər iki tərəfi cəmlənir. Məsələn, atalar sözləri, həmkarlar ittifaqları, elmlər namizədləri, elmlər doktorları, genclər təşkilatları və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında ba.qa sözlər işlənə bilmir. Məsələn, durna qatarı, yol boyu, Sabir bağı, qala qapıları və s. birləşmələrin arasına hər hansı bir söz əlavə etmək mümkün deyil.
Bunlar ikinci növ təyini söz birləşmələrinə məxsus xösusiyyətlərdir.
Cümlədə başqa sözlərlə qrammatik əlqəyə girdikdə müvafiq qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır. İkinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü kimi çıxış edir. Məsələn, Bu, dağ havasının xəstəyə təsirindən idi. Nəhəng qoz ağacından əsərəlamət qalmamışdır. Ana heykəli çox əzəmətli idi. Bacım göz həkimidir. Şəfəqlər dağlar döşünə səpilir.
Tam melumat language.az/05...
Teqlər.
Söz birləşmələri, Söz birləşmələrin növləri, Söz birləşmələrin təsnifatı, 1-ci növ təyini sözbirləşməsi, İsmi birləşmələr, Feli birləşmələr, təyini söz birləşmələr, Birinci növ təyini söz birləşmələri, İkinci növ təyini söz birləşmələri, Üçüncü növ təyini söz birləşmələri, qrammatik əlaqə, ismin halları, nitq hissələri, qrammatik şəkilçilər, şəkilçilərin növləri, mənsubiyyət şəkilçisi
Soz birlesmeleri, Soz birlesmelerin novleri, Soz birlesmelerin tesnifati, 1-ci nov teyini sozbirlesmesi, ismi birlesmeler, Feli birlesmeler, teyini soz birlesmeler, Birinci nov teyini soz birlesmeleri, ikinci nov teyini soz birlesmeleri, ucuncu nov teyini soz birlesmeleri, qrammatik elaqe, ismin hallari, nitq hisseleri, qrammatik sekilciler, sekilcilerin novleri, mensubiyyet sekilcisi

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@aykaazerbaycan
@aykaazerbaycan 2 года назад
Sizi tanımağıma şadam👋nə gözəl danışırsınız.
Далее
ДОМИК ДЛЯ БЕРЕМЕННОЙ БЕЛКИ#cat
00:45
iPhone 16 для НИЩЕБРОДОВ!
00:51
Просмотров 610 тыс.
Söz birləşmələri😉
21:56
Просмотров 28 тыс.
ДОМИК ДЛЯ БЕРЕМЕННОЙ БЕЛКИ#cat
00:45