Тёмный

Nəbi Xəzri - Mənim doğma kəndim, mənim limanım 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 185
50% 1

Şeir: Nəbi Xəzri - Mənim doğma kəndim, mənim limanım
Səsləndirmə: Nəbi Xəzri
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NƏBİ XƏZRİ - MƏNİM DOĞMA KƏNDİM, MƏNİM LİMANIM
Həyat təlatümlü ümman kimidir
Ulduzlu yollarla keçər karvanım.
Ömrüm dəryalara çıxan gəmidir,
Mənim doğma kəndim, mənim limanım.
Ora tələsirəm qışla, baharla
Mehriban küləyi nəğmədir mənə.
Mənim orda susur əsən tufanım
Bağımdan ucalan qoşa çinarla.
Sanki anam kimi əl edir mənə
Mənim doğma kəndim, mənim limanım.
Zülmətdə seçilməz cığır da, iz də
Görüşdür ümidim, sorağım mənim.
Yanır öz ulduzum, öz kəhkəşanım
Gözüm sahildədir, özüm dənizdə.
Evimin işığı - mayağım mənim
Mənim doğma kəndim, mənim limanım.
Uzaqda bir ilə çevrilər hər gün,
Qəlbim "Qayıt!" deyə elə car çəkər.
Coşan tufanlardan çağlar ümmanım
Ümidlə gözləyən sahillər üçün
Arzu lövbərləri intizar çəkər
Hanı doğma kəndim, hanı limanım?
Uzaq səfərlərdən qayıtdım yenə
Yoluma şəfəqlər düşdü zər kimi.
Çəkildi üfüqdən həsrət dumanım
Baş qoyub mehriban sahillərinə,
Uyudum mürgülü gəmilər kimi
Mənim doğma kəndim, mənim limanım.
Səhəri oyandım səsləndi aləm
Aldı duyğularım məni yerimdən.
Yenə yelkən açdı arzum, gümanım
Bu nədir? Limansız dura bilmirəm
Yaşaya bilmirəm ümmansız da mən.
Sağ ol doğma kəndim, sağ ol limanım
Mənim Xırdalanım, mənim limanım.
1924-cü il dekabrın 10-da Xırdalanda tacir ailəsində anadan olan Nəbi Babayev doqquz yaşında ikən üç qardaşını itirmiş, bir müddət sonra isə atası Kərbəlayı Ələkbər yaşananlara dözə bilməyərək rəhmətə getmişdi. Ailənin ağır yükünü çiyinlərinə almış anası Pərixanım Cəfərqızı xalça toxuyaraq, min bir əziyyətlə Nəbi və bacısı Şirinbacını böyütmüşdü. Ailənin digər övladları artıq ailə sahibi idilər. Məktəbdə “Böyüyəndə kim olacaqsan?” inşa yazısında kənd uşaqlarının çoxu sürücü olacağını yazmışdı. Onlardan fərqli olaraq, balaca Nəbi “Mən şair olacağam” - deyə qeyd etmişdi.
Şairin oğlu Arzu Babayevin sözlərinə görə atasının bu fikri sinifdə gülüşlə qarşılansa da, sonralar bu istək özünü doğrultdu:
“O hadisə atamın prinsipial olaraq bu sahədə irəliləməsinə yol açdı. Sonralar gənclik illərində Səməd Vurğun atama Azərbaycan poeziyasına gəlməsinə “pasport”, xeyir-dua verdi. 1944-cü ildə “O cavanın yaylığı”, “Söz” şeirlərini oxuyandan sonra tapşırır ki, o gənc şairi tapın. Atamın onda 20 yaşı vardı. Səməd Vurğun deyib ki, “Səni Yazıçılar İttifaqına üzv keçirirəm”. Atam isə hələ heç kitabının çıxmadığını deyib. Səməd Vurğun isə “Sən istedadlısan. Əgər üzərində işləsən, yaxşı şair olacaqsan” cavabını vermişdi. Bu onun istedadına verilən qiymət və stimul idi.”
“Ömür boyu ədəbiyyat dərsliyində atamızın yaradıcılığı hələ sağlığında tədris edilib. İndi isə proqramdan çıxarılıb. Bu bizi narahat edir. Ədəbiyyat dərsliklərində verilən bəzi şeirləri oxuyuram. Görəndə ki, orda kimlər tədris edilir, ancaq atamın yaradıcılığı çıxarılıb, bu bizə pis təsir edir. Həmçinin çox istərdik ki, atamızın vaxtilə yaşadığı binada bir xatirə lövhəsi və barelyefi olsun. Düzdür, atamın 75 illik yubileyində hələ sağlığında dövlət Xırdalanda böyüdüyü küçəyə onun adını verdi. Bakı şəhərində isə onun adıyla bağlı heç nə yoxdur. Ümidvarıq ki, Azərbaycan prospekti 29 ünvanında yerləşən və Nəbi Xəzrinin vaxtilə yaşadığı ünvana yolu düşənlər tezliklə onun barelyefinin qarşısına gül dəstəsi qoya biləcəklər “ - deyə şairin qızları Pərixanım və Gülümsər xanım söylədilər.
#nəbixəzri #nebixezri #mənimdoğmakəndimmənimlimanım #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #nəbixəzrişeirləri #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Лайфак года 😂
00:12
Просмотров 93 тыс.
Bəhmən Vətənoğlu - Dünya
2:26
Просмотров 99 тыс.
Sənət Sevincləri - Nəbi Xəzri
39:34
Просмотров 3 тыс.
ŞUKUR EDƏNLƏR İZLƏSİN - Haci Şahin Həsənli
27:38
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Просмотров 1,2 млн
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 243 тыс.