Тёмный

Bəhmən Vətənoğlu - Dünya 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 96 тыс.
50% 1

Şeir: Bəhmən Vətənoğlu - Dünya
Səsləndirmə: Bəhmən Vətənoğlu
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
BƏHMƏN VƏTƏNOĞLU - DÜNYA
Mərddən əsirgəyir öz sərvətini,
Namərdə xəsisə mərddi bu dünya.
Zalıma məzlumdu, məzluma zalım,
Yaman amansızdı, sərtdi bu dünya.
Hər ayın, hər ilin durub qəsdində,
Həm şərbət, həm zəhər tutub dəstində.
Milyonlar zər atır onun üstündə,
Sonu görünməyən nərddi bu dünya.
Eyş ilə işrətdi, ay Vətənoğlu,
Dərd ilə möhnətdi, ay Vətənoğlu.
Çəkməsən ləzzətdi, ay Vətənoğlu,
Çəksən özü boyda dərddi bu dünya.
Atamı, anamı aldın əlimdən,
Axırda qoydunmu tək məni, dünya.
Yerdən-yerə vura-vura sınadın,
Çəkdin imtahana çək məni, dünya.
Elə körpəlikdən qəsdimə girdin,
Əziyyət camında əzab içirdin.
Xəlbirin gözündən yaxşı keçirdin,
Xəlbirdən ələyə tök məni, dünya.
Şeş verib, yek verib mənim də nərdim,
Vaxt olub qarşımda diz çöküb dərdim.
Sənin tufanına çox sinə gərdim,
İndi əssə yıxar meh məni, dünya.
Hər saat söz olub düzülmək olmur,
Bal tək ürəklərə süzülmək olmur.
Sən elə gözəlsən üzülmək olmur,
Bəlkə bir də bitdim ək məni, dünya.
Səbrim tükənəndə səbri itirdin,
Verdiyin qərarı əmri, itirdin.
Günü günə satdın ömrü itirdin,
Nə yaman aldatdın Bəhməni, dünya.
"... Bəhmən Vətənoğlunun adı harada çəkilir, oradan mütləq Kəlbəcərin ətri gəlir. Şairin yazdıqları illər boyunca çap olunmayıb, şeir sərrafı olmayanlar tərəfindən bəyənilməyib və: «Həmişə də deyiblər ki, yaxşısını göndərin. Elə bu kimi hallara görə onun yazıları uzun müddət çap buraxılmayıb».
Qaçqınlıq vaxtı o da Gəncəyə köçmüşdü. Məskunlaşdığı yerdən Murovdağ görünürdü, həmişə də baxıb köks ötürürdü. Vətən həsrəti çəkmək ağır gəlirdi Bəhmənə. O da bu həsrətini kağıza tökürdü, bəlkə də buna görə "Vətənoğlu" deyirdi özünə.. Ən çox Vətəndən yazdığı üçün.. Ya da cəmiyyətdəki ədalətsizliklərə qarşı çıxıb xalqın əzablarını yazırdı deyə özünü "Vətənin bir oğlu" hesab eləyirdi.. O, həqiqətən xalqın şairi idi. Sovetin ən kəskin tənqidi Bəhmənin şeirlərində öz əksini tapırdı. Bunu kiçik bir şeir misrasından belə anlamaq olar:
Tarixdə tarixi bir iş görmədik
Özümüzü öyə-öyə qırıldıq,
Yaltaqlana-yaltaqlana ruslara
Erməniyə söyə-söyə qırıldıq.. "
#behmenvetenoglu #dünya #dunya #biraddimla #biraddimlayol

Опубликовано:

 

1 июн 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 55   
@cavidanisabayli1743
@cavidanisabayli1743 2 года назад
Kəlbəcər həsrəti ilə dünyadan köçən ŞAİR gözün aydın olsun.
@user-ws1vl3se2y
@user-ws1vl3se2y 2 года назад
😭😭😭😘
@mehdimmmdli6400
@mehdimmmdli6400 4 года назад
Bu sözləri yasdasdıqca hamı hiss edir ama bunu bu həyatı belə qələmə almaq hər ogulun hər kəsin isi deyil.bəh bəh.nə gözəl.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN A GÖZƏL KİSİ.
@smdisayev8485
@smdisayev8485 4 года назад
Allah sene qeni qeni rehmet elesin ay Vetenoglu sen bu dunyanin merd sairiydin Qebrin nurla dolsun . Azerbaycanin dahi sairi ✋
@elmirasaryeva9224
@elmirasaryeva9224 2 года назад
Yerın, qəbrin nurla dolsun.!
@zamiqcebrayilli5043
@zamiqcebrayilli5043 3 года назад
Müqəddəs yaranmış yaranmışınnan, Nə böhtandı dünya nə şərdi dünya.. Neməti şirindi özü gözəldi, Əbədi bir mülkü bəşərdi dünya. İstər əlli yaşa istər yüz əlli, Qoynunda yaşamaq bizə təsəlli. Nə ilki bəllidi nə sonu bəlli, Hey oxu tükənməz əsərdi dünya.
@faiqsirinov7408
@faiqsirinov7408 3 года назад
Gözəl misralar.
@hqiqtcabbarova2693
@hqiqtcabbarova2693 4 года назад
Allah sene rehmet elesin baba 😔
@SirinHmidov
@SirinHmidov 8 месяцев назад
Allah rəhmət eləsin
@RamileEzizova
@RamileEzizova 10 месяцев назад
Yerin cənnət olsun
@Merve-nl1ll
@Merve-nl1ll 10 месяцев назад
Dünya belə qalmaz ay VƏTƏNOĞLU , Sönən ocaqların yanan vaxtı var . Allah rəhmət eləsin , məkanı cənnət olsun dahi şairimizin , şairlərimizin.
@kerimshixlinski5738
@kerimshixlinski5738 9 месяцев назад
Bəəh nə gözəl deyır. Allah rəhmət eləsin.
@ilahhmidova3568
@ilahhmidova3568 4 года назад
İndi esse yıxar meh məni dünyaa😢
@smdisayev8485
@smdisayev8485 4 года назад
Allah senin yol yoldasin qardasin Sucaetede rehmet elesin✋😊
@ruslanceferli1904
@ruslanceferli1904 4 года назад
ALLAH rehmet elesin Behmana Sucayete bu cutluk sifahi xalq Edebiyyatini olmezliye qovusdurdular bir Gedebeyli olaraq cox fexr ediremki yaxsiki bu cutluk Azerbaycanlidirlar
@ertugagkaya6400
@ertugagkaya6400 3 года назад
Halkın gönlüne taht kuran büyük ustat Allah sana rahmet eylesin ışıklar içerisinde uyu bu eserini sanki sen özunle ve benim için yazmışsın doğru diyorsun çok amansızdır bu dünya körpelikten canıma girdi yerden yere vurarak ğelvirin gözünden lime lime ederek keçidi
@yasarkerimov2647
@yasarkerimov2647 2 года назад
Allah Rehmet elesin Mekani cennet olsun
@tofiqrustemli5850
@tofiqrustemli5850 3 года назад
Allah sənə rəhmət etsin gözəl şair .
@yunisyusif6548
@yunisyusif6548 4 года назад
Vətən yurd torpaq deyə deyə dünyasın dəyişən insanlara ulu yaradandan rəhmət diləgirəm
@kamilisayev5926
@kamilisayev5926 3 года назад
Ay dahi wair ruhun wad olsun Kelbecer azadı. 😢😥😥😢
@seymursirinov9189
@seymursirinov9189 5 месяцев назад
Allah rəhmət eləsin.
@raminismayilov1970
@raminismayilov1970 2 года назад
Allah sənə qəni qəni rəhmət eləsin məkanın cəənət olsun😥😥😥😥😥😥
@azerturksoylu8084
@azerturksoylu8084 2 года назад
Cennetmekan senetkar gozel insan. 💖🇦🇿😔
@qelender.kelbecerli
@qelender.kelbecerli 3 года назад
Allah rəhmət eləsin məkanı cənnət olsun Amin
@elsenehedov477
@elsenehedov477 Год назад
Allah səni rəhmət eləsin
@xeyyamvahabov912
@xeyyamvahabov912 4 года назад
Allah sene qeni qeni rehmeT eTsin dahi VeTen oglu 😪😪😪😪😪😪😪😪
@xyalkdrli.438
@xyalkdrli.438 2 года назад
Ya Rəbbim.
@laiqdadasov5847
@laiqdadasov5847 5 лет назад
Ne yaman aldatdin behmeni dunya 😔😔😔😔😔
@gulendamhesenova3063
@gulendamhesenova3063 3 года назад
Allah rəhmət eləsin,unudulmaz,ustad
@azersellugur7503
@azersellugur7503 2 года назад
Allah rehmet elesin cemi ölenlere.Qalanlara can sagligi.Seslendirene, videoya göre Allah saxlasin sizi.
@user-zg5gb8wm1j
@user-zg5gb8wm1j 3 года назад
Аллах рэхмэт елэсин сэнэ. Татарстан.
@nezaketmehdiyeva2432
@nezaketmehdiyeva2432 3 года назад
Allah rehmet elesin..
@mubarizahmedoglu35
@mubarizahmedoglu35 2 года назад
Əlləri qoynunda o, sərvinaz da Gecəyarı , yol gözləyir ayazda. Ona deyin, gələcəyəm bu yazda, Küsməsin Bəhməndən, yollar, a yollar.
@nilay7415
@nilay7415 2 года назад
Məkanı cənnət olsun .
@mahidmusayeva6979
@mahidmusayeva6979 Год назад
Çox gözəl şeir
@zamiqcebrayilli5043
@zamiqcebrayilli5043 3 года назад
Salam çoxsağolun sizə minnətdaram Kəlbəcərimizin usdad sənətkarı özü dünyasını dəyişsədə sözü sənəti dillərdə əzbər qalan Bəhmən Vətənoğlunu paylaşımlarınızla xatirələrdə yaşadırsınız. Mən özüm Bəhmən Vətənoğlu yaradıcılığının vurğunuyam. Allah Sücaətədə rəhmət eləsin hər ikisinnən çoxlu şeirlər bilirəm.
@mehbareesgerova9705
@mehbareesgerova9705 Год назад
Söz xəzinəsi .böyük şair təkratın olmayacaq ilahi vetği.Allah rəhmət etdin
@vusalxelilov8387
@vusalxelilov8387 Год назад
Vətənoğlu dahidir bu sahənin ustadı idi.Allah rəhmət etsin
@ismaylovcabbar5441
@ismaylovcabbar5441 4 года назад
Allah rəhmət eləsin...
@xeyyamvahabov912
@xeyyamvahabov912 4 года назад
Rebbim her kesin rehmeTe gedenlerine RehmeT eTsin RehmeTlik menim heyaTimi yazib 4 yawimda Atami Anami bacimi qardawimi aldi Elimden dunya😪😪😪😪😪😪😪😪😪😪😪😪
@rafaelismailov2365
@rafaelismailov2365 3 года назад
Allah rəhmət etsin
@jewjjsjeusbsbhshshshsh5861
@jewjjsjeusbsbhshshshsh5861 3 года назад
Yerden yere vurdun sen meni dunya..😢😢😢😢ALLAH Sene rehmet elesin gozel wair.
@yalguzag4563
@yalguzag4563 2 года назад
ALLAH rəhmət etsin ey dahi insan
@user-pu2if1jx5m
@user-pu2if1jx5m 3 года назад
Аллаһ рәһмәт етсин дүз языб😭😭😭😭
@intiqamsiriyev416
@intiqamsiriyev416 4 года назад
Allah rəhmət eləsin yerin cened olsun vətən oğlu amin Allah
@alimnesirli9425
@alimnesirli9425 2 года назад
ALLAH RƏHMƏT ELƏSİN
@sevindikbabayev9309
@sevindikbabayev9309 3 года назад
Allah rehmet etsin size şair
@MYTBeatz
@MYTBeatz 4 года назад
gözel sözler
@nicatnicat7705
@nicatnicat7705 3 года назад
Vallah düz deyir
@user-cn8bh4gr7g
@user-cn8bh4gr7g 4 года назад
Аллах рахмат елласин козал Ватан парвар инсан сиза
@ilqarqasimov5220
@ilqarqasimov5220 2 года назад
şairin kitabını necə əldə eliyə bilərəm?
@user-jd7ub6vx9c
@user-jd7ub6vx9c Год назад
DÈDÈ BÈHMÈNÌN QÈDRÌNÌ ÌLLÈR KEÇDIKCÈ DAHA ÇOX ANLAYACAYIQ . BU KÌWÌ BÒYÙK TÈFÈKKÙR SAHÌBÌ, BÒYUK FÌLOSOF ÌDÌ
@ibadverdiyev9760
@ibadverdiyev9760 Год назад
Allah rəhmət eləsin
@ehtibarbudaqov6685
@ehtibarbudaqov6685 2 года назад
Allah rəhmət eləsin
Далее
Bəhmən Vətənoğlu & Furqani @KanalPoeziya
5:36
Просмотров 238 тыс.
Bəhman Vətənoğlu və Məmməd Aslan
27:12
Просмотров 52 тыс.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Şair Sücaət Bakıda xəstəxanada
6:00
Просмотров 43 тыс.
Zelimxan Yaqub yigma seirler 2019 yeni
13:50
Просмотров 1,7 млн
Kəlbəcəri neynirəm_Kədərli bir DEYİŞMƏ!!!
2:50
Hüseyn Arif - Qayıt uşaqlığım
1:21
Просмотров 30 тыс.
Dünya Malından doymayan insan Əlövsət Saldaş
4:55
BEHMEN VETENOGLU GOZEL ATA SEIRI
8:41
Просмотров 180 тыс.
Mərhum Sucayətdən gözəl şer
3:38
Просмотров 115 тыс.
Zəlimxan Yaqub - Zarafat gəlməsin sənə bu dünya
3:30
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27