Тёмный

Nəriman Həsənzadə - Ürəyim ananı istəyir, qızım 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 261
50% 1

Şeir: Nəriman Həsənzadə - Ürəyim ananı istəyir, qızım
Səsləndirmə: Sabir Məmmədov
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NƏRİMAN HƏSƏNZADƏ - ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM
Ürəyim ananı istəyir, qızım,
Sən yaşa, dünyada qəmsiz-kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradır, saçlarım ağdır
Təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdır,
Amma tək qocalmaq dərd verir hərdən.
"Dağlar" deyə-deyə mən dağ aşmışam,
Hanı tale dostum, ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
Dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasaydın,
Deyərdim, dünyada anan olmayıb.
Daha yaş artdıqca səbrim azalır,
Yaş, yaşdı... Neyləsin, yaş əyir, qızım,
Qadınsız ata da anasız qalır,
Ürəyim ananı istəyir, qızım...
Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonu, Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov bir çox tamaşalarda rollar ifa etmişdir. 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində tamaşalarda oynamışdır. Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısıdır. 2018-ci ildən Azərbaycan Respublikasının Xalq Artistidir.
Sabir Məmmədov:
“Mənə deyirlər Sabir müəllim, görkəminiz, səs tembriniz… Sizdə naturaca bir dramatiklik var. Bu dramatiklik, filan... bunlar peşəkarlıqla bağlı olan məqamlardır. Mən aktyor olub həyatımı dəyişməmişəm. Gündə bir obraz oynayıram, bu o demək deyil ki, mən o obrazlar kimiyəm.
Qeyri-adi bir həyatım yoxdur. Kənddə doğulmuşam - Ağstafada. Bizim regionun mədəniyyətə bağlılığı böyük olub. Şairləri olub. Elə təkcə bizim kənddən on nəfər şair sayaram. Nəriman Həsənzadə bizim kənddəndi. Azərbaycanın ilk aktrisası Göyərçin xanım Qazaxlı olub. Qazax teatra, incəsənətə bağlı bir bölgədir. Biz də məktəbdə tamaşalar oynayırdıq. Belə-belə teatra həvəsim yarandı. Bu sənəti seçməyim bir növ bizim regionun sözə, şeirə bağlılığından yaranıb. Mənim özümün şeirə həvəsim böyük idi. Bərkdən şeir oxumağı sevirdim.
Dublyajla bağlı problemlərin başlıcası tərcümələrin bərbad olması ilə əlaqədardır. Dublyajda diksiya təmiz olmalıdı. Tamaşaçı səni dəqiq başa düşməlidi. Səs tembri uyğun olmalıdı. Sənə inanmalıdırlar ki bu, Dastin Hoffmandı, Jan Renodu. Məndə bu, alınır.
Bir vaxtlar “Tikan və qızılgül” adlı serial gedirdi. Xarici serial idi. Şekspirin “Şıltaq qızın yumşaldılması” pyesinin süjeti əsasında hazırlanmışdı. Baxılan serial idi. O serialda Petruçço obrazını dublyaj edirdim. Bir dəfə Sumqayıtda qohum toyuydu, çıxıb təbrik sözləri deyirdim, bir yaşlı qadın yaxınlaşdı mənə və yavaşca dedi:
“Petruçço sənsən. Elə bilirsən tanımadım?”
Yəni, bu dərəcədə inandırıcı alınmışdı”.
#nərimanhəsənzadə #ürəyimananıistəyirqızım #sabirməmmədov #şeir #şair #poeziya #biraddimla #biraddimlayol

Опубликовано:

 

13 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
NÜSRƏT
9:09
Просмотров 252 тыс.
SUCAYƏT AZƏR
5:04
Просмотров 30 тыс.
super bir şeir qulağ asın
5:51
Просмотров 338 тыс.
Əminə Yusifqızı - Qızım (Nanəli)
1:25
Просмотров 81 тыс.
29 yaşında vəfat edən azərbaycanlı müğənni
2:53