Тёмный

Nəriman Həsənzadə - Eşq də qan ağlayır yetimlər kimi 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 201
50% 1

Şeir: Nəriman Həsənzadə - Eşq də qan ağlayır yetimlər kimi
Səsləndirmə: Nəriman Həsənzadə
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NƏRİMAN HƏSƏNZADƏ - EŞQ DƏ QAN AĞLAYIR YETİMLƏR KİMİ
Yaram təzələndi görəndə səni,
soruşma, bilmədim heç niyə, Ceyran.
Gəncə, tələbəlik illəri hanı,
qaytara biləydim geriyə, Ceyran.
Bir az kökəlibsən, saça dən düşüb,
gözlərin gözəldi eləcə, Ceyran.
Bir az, elə bil ki, səs kökdən düşüb,
çoxmu dəyişmişəm, mən necə, Ceyran?
Göndər köynəyini yuyum deyirsən,
qalmadı nə bacı, nə ana, Ceyran?
öz baxtı xəyanət elədi qəsdən
mənim köynəyimi yuyana, Ceyran.
Əl-ələ həsrətdi, nəfəs-nəfəsə,
dünyada köhnədən təzəsi yoxdu!
Köynəyə adicə ütü çəkirsə,
qadın əllərinin əvəzi yoxdu.
Sonradan kəşf etdim mən о varlığı,
mənə bəxş etmişdi onu Yaradan.
Bir evə dəymirsə qadın ayağı,
hörümçək tor qurur о evdə, Ceyran.
Sən də bir gözəlin rəfiqəsiydin,
nə desən, о sənə keçərdi, Ceyran.
Nə bilim, bəlkə də, sən istəsəydin,
işlər qaydasına düşərdi, Ceyran.
Kürə şəkillidi dünya, deyirlər,
büdrəyən yıxılır, yoxsa tutanı.
Mən sənin yanında yıxıldım yerə,
nә tutanım oldu, nə qaldıranım.
Mən onda kim idim?! - bir eşq dəlisi,
niyyətim qəsd idi bircana, Ceyran.
Yanında Gəncənin ilham pərisi,
qoşulub gəzirdin ceyrana, Ceyran.
Hardan keçsəydiniz, ordaydı yerim,
tale səadəti qısa verirdi.
Sinifdə əllərdə gəzirdi şeirim,
müəllim qaldırıb cəza verirdi.
Hədiyyə almışdım adına qızın,
qaldım yol üstündə halı pərişan.
Tələbə yoldaşım, verdim aparsın,
о da öz adına çıxmışdı, Ceyran.
Şəkil çəkdirmişdik gedib bir axşam,
tələbə dostlarım çıxmaz yadımdan.
Şəkildə mən bir az yaxın durmuşam,
tək orda çatmışam arzuma, Ceyran.
Qoruya bilməsən eşqi ər kimi,
bu yolda keçməsən alovdan-oddan;
Eşq də qan ağlayır yetimlər kimi,
qapılarda qalır о da sonradan.
Nəriman Həsənzadə:
“Qadın mənim nəzərimdə Vətənə bənzəyir. İnsan onunla öz vətənində xoşbəxtdir. Adam qadınla Vətəndən kənara gedəndə deməli öz Vətənini də özüylə aparır. Mənim taleyimə baxın ki, anam da dünyadan əlli yaşında köçdü, bacım da, yoldaşım da. Bəzən deyirlər ki, kişi niyə ağlayır? O ağlamaqdırmı, göz yaşıdırmı, daimi qəhərdirmi, bilmirəm. Onu bilirəm ki, qadınsız ev yasxanadır. Pis qadın yoxdur. Qadınları pis eləyən kişilərdir. Çünki, qadın inanandır, safdır. Mənim aləmimdə QADIN, UŞAQ, bir də ŞAİR - bunların üçünü də aldatmaq olar, çünki hər üçü də safdır. Nə desən, inanar. Onları aldatmaq da günahdır çünki, faciələr də elə burdan başlayır. Mən heç vaxt qadınımı aldatmadım.
Mənim Ceyran adlı bir tələbə yoldaşım var idi. Yaşlı vaxtımızda yaradıcılıq evində təsadüfən görüşdük. O vaxtı Ceyran mənim xoşuma gələn bir qızın rəfiqəsi idi. Tələbə vaxtı heç məni saymazdılar. Onlar gedəndə kölgələrini izləyirdim ki, görüm o qızı harda görəcəyəm. İndi burda yaradıcılıq evində Ceyranla o qədər doğma görüşdük ki. Hələ mənə dedi ki, köynəyin varsa, ver yuyum, Nəriman müəllim. Ondan bir doğmalıq, bir analıq gördüm. Ceyranla o görüşdən sonra “Eşq də qan ağlayır yetimlər kimi” şeirini yazdım:
Yaram təzələndi görəndə səni,
Soruşma, bilmədim heç niyə, Ceyran.
Gəncə, tələbəlik illəri hanı,
qaytara biləydim geriyə, Ceyran....”
#nərimanhəsənzadə #eşqdəqanağlayıryetimlərkimi #nerimanhesenzade #nərimanhəsənzadəşeirləri #nerimanhesenzadeseirleri #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #kitab #yazar #yazıçı #şeirlər #şairlər #şeirlərimiz #şairlərimiz #biraddimla #biraddimlayol

Опубликовано:

 

16 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Elza Seyidcahan - Tənha
4:02
Просмотров 2,7 тыс.
Nəriman Həsənzadə - Gəzəyən qız
1:03
Просмотров 3,6 тыс.
Nəriman Həsənzadə - Tələbəlik
2:00
Просмотров 11 тыс.
İTV Xəbər | 30.06.2024 | 18:00
23:29
Просмотров 14 тыс.
Vahid Əziz
2:58
Просмотров 8 тыс.
Nəriman Həsənzadə - Nə qəribədir
1:33
Просмотров 9 тыс.
Komedixana  366-cı Bölüm 29.06.2024
59:54
Просмотров 514 тыс.
Əhməd Cavad - Nədən yarandın
0:57
Просмотров 635