Тёмный

Nəzakət Məmmədova öldürülübmü? - 10 FAKT 

APA TV
Подписаться 332 тыс.
Просмотров 7 тыс.
50% 1

#APATV #NəzakətMəmmədova #NəzakətMəmmədovaƏliqızı #Əməkdarartist #müğənni #muğam #AsəfZeynallı #MusiqiTexnikumu #incəsənətinstitutu #Gəncə #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Nəzakət Əli qızı Məmmədova 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub. O, atasını çox erkən yaşda itirib. Anası qızını müəllimə kimi görmək istəyir.
Anası qızını müəllim görmək istəyir. Anasını nəzərə alan Nəzakət təhsil almaq üçün Bakıya gəlir. Ali məktəbə qəbul olunsa da, bir müddət sonra təhsilini yarımçıq qoyaraq Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir.
Sonralar təhsilini incəsənət institutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunu. 1971-ci ildə o, tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır.
Nəzakət Məmmədova gənc yaşda ailə qurur. Lakin, ailə həyatı o qədər də uğurlu alınmır. Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülüb söyülür. Bir axşam isə müğənni yenə də əri tərəfindən möhkəm döyülür. Deyilənlərə görə hətta o, üz-gözündən belə ağır zədələr alır. Onun harayına anası ilə bacısı çatır. Onlar Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakət həyat yoldaşından birdəfəlik ayrılır.
Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Onunla ailə qurmaq istəyənlər arasında müğənnilər də olur. Ancaq Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu tək böyüdür.
Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyir. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmır. Lakin, onu əməliyyata sövq edən tamaşaçı məktubu olur.
Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarını qətiləşdirir.
Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir.
Bacısı Kifayət xanım yuxuda Nəzakətin əməliyyata gedəcəyi təqdirdə öləcəyini görür. Bunu xanəndəyə bildirəndə isə o, gülüb deyir, “öləndə də öləcəm, qorxma. Mən ölsəm, sən Ceyhuna da baxarsan, anama da”.
Anası onun bu əməliyyata getməsinin qəti əleyhinə olub. Hətta ona deyib ki, ayıbdır. Camaat eşitsə, deyər ki, gedib üzünü çəkdirib. Getmə. Ölümündən sonra da Nəzakət Məmmədova haqqında yayılan müxtəlif şaiyələrə səbəb məhz el-oba töhmətindən çəkinmək olur. Nəzakət Məmmədovanın anası ciddi-cəhdlə qızının plastik əməliyyat nəticəsində rəhmətə getməsini gizlətmək istəyib.
Sənətçinin bacısı onun ölümündən sonra yaranan söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir: "Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: ru-vid.com...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

2 фев 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@tuba7893
@tuba7893 2 года назад
😢😢😢 bu gün Nəzakət Məmmədovanın səsinə səs, gözəlliyinə heç bir gözəllik çata bilməz🌹❤️🌹
@Leyla_Saripova1930
@Leyla_Saripova1930 2 года назад
❤😢
@liyevamnzr498
@liyevamnzr498 3 месяца назад
Çox ağır acı həyatları olub Allah rəhmət eləsin hər birinizə amin Allah
@ilahaaajjkkxhhhh
@ilahaaajjkkxhhhh 6 месяцев назад
Talehi getirmedi heyif.... Gozel senetkar
Далее
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Stray Kids <ATE> UNVEIL : TRACK "MOUNTAINS"
00:59
Просмотров 685 тыс.
Zeynəb Xanlarov xatirələr 1-ci hissə
25:15
Просмотров 43 тыс.
Nəzakət Məmmədova ölüm səbəbi...
5:51
Просмотров 566 тыс.