Nesimi Samaxili RU-vid kanlına xoş gəlmisiniz
PR Menecer: Tofiq Mirzeyev
Əlaqə : +994554847475
Söz, Mus: Nəsimi Şamaxılı
Aranjiman: Zeynəddin Səda
Video: Elnur Uğu
"Gecələr"
Sən səbəbsən mənim odlanmağıma
Qalıb həsrətdə alovlanmağıma
Tamaşa etmək üçün yanmağıma
Göydə ulduzlar olur cəm gecələr
Mənə yar olmasa həmdəm gecələr
Gülər əhvalıma aləm gecələr
Mənə yar olmasa həmdəm gecələr
Gülər əhvalıma aləm gecələr
Sönüb eşqin çırağı yol haradır
Qara zülfün kimi bəxtim qaradır
Bu qaranlıq mənə imkan yaradır
Gecə gündüz qəm gecələr
Məni yandırdı nazıyla o mələk
Dedi yanmağla deyil gündüzü tək
Yanacaqsansa bu atəşdə gərək
Həm gündüz yanasan həm gecələr
Sənə həsr etdim hər sözümü
Qoyarammı yuxu tutsun gözümü
Elə öyrətmişəm artıq özümü
Səni yad eyləyim hərdən gecələr
info@universalvorldtv.com
Əlaqə : +994519460011
www.universalvorldtv.com/en/
DİQQƏT! Kopyalamaq qəti qadağandır. Nesimi Samaxili kanalında yayımlanan mahnı və videolar © "Unıversal Vorld Tv" tərəfindən qorunur.
19 авг 2021