Тёмный

O Qadını axtaracaqsan 

Tenha Wair
Подписаться 7 тыс.
Просмотров 31
50% 1

"O qadını axtaracaqsan"
(Bütün Analara böyük ehtiramla)
Gün gələr, bilirəm yəqin ki, gələr,
Axtarar hər yerdə onu gözlərin..
Sadəcə günlərdən elə gün gələr,
Gəzərsən sən onun ayaq izlərin.
Elə gün gələr ki, bir gün ömrünə,
Boynuna sarılmaq düşər könlünə..
Gələcək elə gün, dəqiq bilirəm,
Səsini eşitmək istəyəcəksən..
Gələn günlərinlə, ötən günlərin,
Yerini dəyişmək istəyəcəksən..
Gözlərin anidən yol çəkən zaman,
Kimsə qapınızı gəlib döyəndə,
Gözlərin qapıya yönələr o an,
Sanıb gəldiyini sevinc içində,
Puç olar ümidin, xəyalın aman..
Dönüb xatirəyə uzaqda qalar,
Ümidlər iitdikcə, xəyal azalar
Qulağına birdən tanış səs gələr,
Həyəcan içində dönub baxarsan,
Bu qədər oxşarlıq olarmı Allah..
Bir gülüş eşidib heyrət içində,
Yerində dayanıb donub qalarsan..
Şirin bir gülüşə, şirin bir səsə,
Canına düşəcək acı vəsvəsə..
Sual edəcəksən hardasan, harda?
Bir gün məhəllədə, küçədə, parkda
Bir skamyada ya nə bilim harda?!
Bir qadın görəndə, onun yaşında,
Onun yerişində, davranışında,
Simasında oxşarlıq axtararsan,
Yer üzündə ən çox sevdiyi donu,
Sən onun əynində canlandırarsan..
Qəlbində ümidlər şəfəqlər saçar,
Bəlkə həyatdadır, hələ də sağdır,
Bəlkə də həqiqət daha uzagdir..
Onu xəyalında canlandırarsan,
Qəlbini xəyalla ovundurarsan..
söz:Mehriban Meherremova
ses; Rzalı Yazar

Опубликовано:

 

9 мар 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@elmiramaherramova1457
@elmiramaherramova1457 Год назад
Kövrək ürəkdən gələn misraların titrək,duyğulu səslə ifası... Kədərli olsa da,poeziya gözəlliyi...
Далее
62. Bana güç ver | Tekamül Yolculuğu
5:36
Sirvan Khosravi - Khaterate To (Black Box)
4:55
Просмотров 12 тыс.
Bextiyat Kerimov.Ana seiri.
2:00
Просмотров 19 тыс.
gozel ve menali seir.
0:59
Просмотров 198 тыс.
Yaşımı soruşma derdimi soruş
1:22
Просмотров 82
Ramiz Rovsen menim bu dunyada xosbext duyğularım
0:48