(Lyrics) Mən çox insanlar gördüm vaxtında Dağlara baxdım qar Tələsən addımlarla Sizə vaxtım yoxdu deməyə vaxtım var Tanıdım vaxtında Ayırıb vaxtımdan Sizə vaxtım yoxdu deməyə vaxtım var Çox insanlar gördüm vaxtında Dağlara baxdım qar Tələsən addımlarla Sizə vaxtım yoxdu deməyə vaxtım var Mən çox insanlar gördüm vaxtında Dağlara baxdım qar Tələsən addımlarla Sizə vaxtım yoxdu deməyə vaxtım var Tanıdım vaxtında Ayırıb vaxtımdan Sizə vaxtım yoxdu deməyə vaxtım var Kimə töhfə Həyat kiməsə qara lövhə Zahiri gövhər Olandan gördüm sən demə daxili tövlə O vaxtdan bu dövrə Həyat kiməsə cövhər Birinə verir möhlət Birinə töhmət Hər işi nömrə Olan adam hərdən şeytanla dəyişir növbə Günah ya tövbə Biri günaha batır, biri günaha salır lövbər Nə arzular batırdı bu körfəz Toxumu körpə Nifrət səpilən yerdə küdurət pöhrə Üfunət bünövrə Nifrət səpilən yerdə küdurət pöhrə Çox insanlar gördüm vaxtında Dağlara baxdım qar Tələsən addımlarla Sizə vaxtım yoxdu deməyə vaxtım var Tanıdım vaxtında Ayırıb vaxtımdan Sizə vaxtım yoxdu deməyə vaxtım var
Bu gün ən çox sevdiyim insanı itirdim. İnanmıram o gəlib bunu dinləsin və bu şərhi görsün. O insan Okaberi və 13 rəqəmin heç sevmirdi :( Okaber deyəndə başına daş düşürdü. Keçən yay Okanın konsertinə gizlin getmişdim ona görə mənlə neçə gün küsülü qaldı :( Və bu gün yəni ayın 13 ü məni tərketdi. 13 rəqəmin bundan sonra necə qəbul edəcəm bilmirəm :( Oka birdən gələn ay konsertə pulum olmasa gəlib qapıdan dinləyəcəm...
Sevdiyin bir şey üçün səndən küsülü qalan biri üçün üzülməyə dəyməz ciddən, həyat davam edir. Bilmək olmaz bundan sonrakı həyatına Okanı sevən biri ilə davam edərsən bəlkə, bu daha gözəl olar məncə.