Тёмный

Onu efirden redd edin, dediler, oglunu vehsicesine öldürdüler - Rafiq Huseynovun dehsetli heyati 

SerdArt
Подписаться 4,1 тыс.
Просмотров 3,3 тыс.
50% 1

Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.
Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilmir.
Təhsili əsgərlikdən sonraya qalan Rafiq əsgərliyə qədər işləmək üçün yer axtarmağa başlayıb. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı işinə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycanca səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var".
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur" deyib.
İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar.
Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Qatil onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirir, meyitin qalıqlarını isə çamadana yığır. Çətinliklə də olsa, bu cinayətin üstü açılır, qatil yaxalanır və ona güllələnmə hökmü kəsilir. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.

Развлечения

Опубликовано:

 

14 фев 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@romabadalov5844
@romabadalov5844 Год назад
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
@zezizezi2686
@zezizezi2686 2 года назад
Allah Sizə rəhmət etsin; davamcılarınıza verin qalan gənc ömrünüzü.məndə sizi cooox sevirdim..indidə sevirəm,mənimcün ölməmisiniz🌹
@gulbenizbabayeva1339
@gulbenizbabayeva1339 3 года назад
Allah rəhmər eləsin səni Rafiq müəlim , sənin ölümünə cox təəsüfləndim həyat sənə ən ağır zərbəni vurub Allah o dünyanızı versin 🙏
@raymondrichard7848
@raymondrichard7848 Год назад
Oğlunun belə amansız qətlə yetirilməsinin səbəbi nə olub?
Далее
Recycled Car Tyres Get a Second Life! ♻️
00:58
Просмотров 4,1 млн
Gale Now VS Then Edit🥵 #brawlstars #shorts
00:15
Просмотров 413 тыс.
Elvida Rafiq Huseynov (Gune davam)
5:41
Просмотров 152 тыс.
Rafiq Hüseynov
0:39
Просмотров 1 тыс.
Ofeliya Sənaninin doğum günüdür (ATV Səhər)
5:41
Məşhur diktor Rafiq Hüseynov dəfn edildi
1:02
Просмотров 3 тыс.
Идеальный день ребёнка😂
0:11
Просмотров 1,9 млн
Перепутал 🤣
0:17
Просмотров 673 тыс.