Тёмный

Orkhan Zeynalli ft. Nargis Majidli - Günbatımları (Rəsmi Musiqi Videosu) 

Orkhan Zeynalli
Подписаться 90 тыс.
Просмотров 482 тыс.
50% 1

Orkhan Zeynalli-nın Nargis Majidli ilə birgə ifa etdiyi “Günbatımları” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya RU-vid-da abunə ol: mikpro.az/ozeynalliyt
Rəqəmsal platformalarda dinlə: bfan.link/gunbatimlari
Lyrics and music: Orkhan Zeynalli
Music producer: İslam Şirvani
Mix and master: Adil Nəcəfov
Sound recording: Camal Qurbanov
Vocal: Nargis Majidli
Producer: Sevinj Aliyeva
Line producer: Anar Baxtiyaroğlu
Director: Emin Muradov
DOP: Murad Muradlee
1st AD: Orxan Cahangir
Gaffer: Rashad Bagirov
Focus puller: Sübhan Quluzadə
Color: Emin Muradov
Make up: Adelya
Dresser: Faxriyya Zeynalova
Cover: Sada Aliyeva
Backstage: ZK Karimov
VFX: Marbior
Cast: Sevinc Əliyeva
Production: SFN Film
Post Production: Emotion Group
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozeynallifb
Instagram: mikpro.az/ozeynalliig
Genius: mikpro.az/ozeynallign
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozeynallidinle
Sözlər:
[Nəqərat: Nargis Majidli]
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
[Bənd 1: Orkhan Zeynalli]
Üzərimə çox gəlmə
Mən o adam deyiləm
Kibritini at kənara
Yaşdır odun, alovlanan deyiləm
Bəs deyilmi əllərim?
Bəs deyilmi gözlərim?
Qoyduğum yerdə yoxsan artıq
Bəs deyirdin gözlədim?!
Mahnıdan çıxmasaqmı?!
Mənim evimdir o
Başqa evin içində sanki daha çətin
Sevimli olmaq
Buzlarımı əridəcəyim hardasa bir dünya varsa
Orada yəqin həqiqətəm, burada sözlərim yalansa
Mahnılarımı dinlə, bu sevgi burada bitsin
Bu sevgi bitməyəndə nə baş verir, yaxşı bilir
Ver əlini, yum gözünü, ürəyinin səsinə inanma
Mahnılarda Orxan həyatdakından yaxşı biri
[Nəqərat: Nargis Majidli]
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
[Bənd 2: Orkhan Zeynalli]
Gizlənirəm içində sonetlərin
Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin
Səma sənin, dəniz mənim, görüşək bu rep - gəmi
Sevməyin şərt deyil, əzizim, mahnımı dinlə, arada yad et məni
[Keçid: Orkhan Zeynalli, Nargis Majidli]
Gəl uçaq Marsa
(Orada günbatımları mavi)
Gəl uçaq Marsa
(Yaşayarıq onu biz ani)
Gəl uçaq Marsa
(Orada günbatımları mavi)
Günbatımları mavi
[Nəqərat: Nargis Majidli]
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani
Orkhan Zeynalli tərəfindən Nargis Majidli-nin iştirakı ilə ifa olunan “Günbatımları” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#OrkhanZeynalli #Günbatımları #mikpro

Видеоклипы

Опубликовано:

 

12 дек 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 615   
@orkhanzeynalli
@orkhanzeynalli 2 месяца назад
4 may Bakı İdman Sarayındakı solo konsertimdə bütün sevilən mahnılar böyük orkestr müşaiyəti ilə ifa olunacaq. Biletlər artıq satışda! Görüşərik❤️
@nargismajidli
@nargismajidli Год назад
Necə gözəl hislərlə oxumuşdumsa, elə də dinləyirəm. Hər kəsə xoş dinləmələr🎉
@nilaynacafli5638
@nilaynacafli5638 Год назад
🎉🎉🎉
@tamillaagayeva3961
@tamillaagayeva3961 Год назад
Beybimiz♥️
@emilnaghiyev
@emilnaghiyev Год назад
Çox mükəmməlsiz🤌
@salyanmusic
@salyanmusic Год назад
Qəşəy
@ogtayhajizade5061
@ogtayhajizade5061 Год назад
Bıyy 😁❤️
@orxan13
@orxan13 Год назад
Bu klip çəkiləndə ordan keçirdim adaş. Konsertə pul tapıb gələ bilməməyimə çox heyvslənmişdim, yolun kənarında durub uzun uzun seyr eyləyib çox sevindim səni görməyimə, məni uşaqlıq illərimə Hosta apardı xatirələr.
@cmi7922
@cmi7922 Год назад
Hansı tərəfdə çəkilib klip ?
@feedanhasanova
@feedanhasanova Год назад
Qobustan tərəfdir?
@raufmekhin.
@raufmekhin. Год назад
Lokbatan
@orxan13
@orxan13 Год назад
@@feedanhasanova Lokbatan- Qizildaş yolu
@feedanhasanova
@feedanhasanova Год назад
@@orxan13 çox sağ olun
@azadabandalieva
@azadabandalieva Год назад
“sevmək şərt deyil, əzizim mahnını dinlə arada yad et məni” 🪐🤍
@dervish_
@dervish_ Год назад
Marsda mahnısı səslənən ilk azərbaycanlı 💎
@AzRap.1
@AzRap.1 6 месяцев назад
Gəl uçaq səninlə marsa❤
@reyhanmemmedova2174
@reyhanmemmedova2174 Год назад
Gəl uçaq səninlə marsa orda günbatımları mavi💙
@abbasovfareed7148
@abbasovfareed7148 Год назад
"Buzlarımı əridəcəyim haradasa bir dünya varsa, Orada, yəqin, həqiqətəm, burada sözlərim yalansa..."
@nihadr06
@nihadr06 Год назад
Tezliklə konsertdə dinləmək diləyi ilə. Təşəkkürlər bütün komandaya! Yüksək səviyyəli bir iş👌
@yalquzaq_676
@yalquzaq_676 Год назад
Xoş gördük hər birinizi 🙂.2007 dən Orxan Zeynallını (H.O.S.T.U) dinləyirəm.90 - nıncı illərin uşağları daha yaxşı anlıyar məni.Həmin vaxtlar cəmiyyətin necə formalaşması , gənclərin dahada dərin düşüncəli olduğu açıq aşkar görünürdü.Elə insanlar həm yaşıdlarım varidi ki saatlarla söhbətləşib marağlı və fərqli fikirlər bölüşüb xüsusi zövq alırdıq sanki bir ruh ekizləri kimi.Çox heyif vaxt keçdikcə həmin o insanlar bu lənətə gəlmiş amansız zaman boşluqlarında itdilər, yox oldular.Ama bizlər hisslərə hakim olmaq nədir bilirdik, Qarşıya hədəf qoyub ona çatmağ nədir çox gözəl anlayırdıq, Pulumuz olmadan belə xoşbəxt olmağı bacarırdıq, Dürüstlüyə dəyər verib Vicdanımızı üstün tuturduq.Hər günümüzün sonunda , vaxtımızı günümüzü nəyə sərf etdiymizi düşünüb sabahı günü təkamül edirdik.Ən azı insan olduğumuzu hiss edirdik , day indiki zamandakı robot ( İnsan'lardan ) fərqli.Bu həyata niyə gəlmişik , nə etməli və hara gedəcəyik ?! Bu həqiqət axtarışında olmuşuq.Bir söznən ətraf çox sıxıcı olub.Insanların çoxu bir birlərini anlamır, mənfəətpərəstlikləri , eqoları bir-birlərini məhv edir.Hətta doğmalarımız belə bizi başa düşməyə əziyyət çəkir.Güvən, İnam Etibar haqda isə hec danışmayaq adi şablom, içi boş söz olub.Və dövrümüzün trendi olan Sevgi 😏....... İnan mənə bu lənətə gəlmiş xəstəlik sanki hansısa mağazadan aldığın lotereya kimidir uda da bilərsən, uduzada bilərsən.Sevgi mənə görə bir dəlixanadır , hər kəsin öz palatası var.Xoşbəxt olmağın üçün isə özünə aid palatanı seçməlisən.Sevgidə dilnən deyilməyən qanunlar var.Məsələn səni sevən , milyardlarla insanların içindən sənin seçdiyin insan, səni bir yarımçıq kəlmə ilə, bir baxışla səni başa düşməli..Çox şey danışmaq olar bu mövzuda ama belə şeylər nağıllarda olur 😂..Oxuyan şəxs sənidə çox yormuyum çox sağol bu kiçik söhbətə qonağ olduğun üçün 🙂.Ama unutma bu kiçik aramızdakı söhbətə like atarsanki bilim ki, neçə nəfərlə həm söhbət olmuşam 🫂 ✍️21 Dekabr gecə 03 : 22 də Qeyd etdim✍️
@Abbasov-pd2op
@Abbasov-pd2op Год назад
Fikrinizlə razıyam. Çox doğru dediniz. H. O. S. T. Yarananda mən heç doğulmamışdım amma indi dinlədiyim musiqilər ancaq Qaraqana, AİD ə aiddir
@mmmdova1981
@mmmdova1981 Год назад
.....
@az0009
@az0009 8 месяцев назад
Cəmiyyət barədə,zövqlər və dəyərlər barəsindəki bütün fikirlərinizə qatılıram.Həqiqətəndə sözlərinə axıra qədər,mənfəətsiz olaraq qulaq asan insan övladı tapmaq olmur.Təəssüf,şəxsən 15 il əvvəl mən belə bir cəmiyyətdən uzaq çox xoşbəxt idim.İndi isə nə həmin saflıq və üz qızarmasına rəast gəlmək mümkündür,nə də ki həmin Tər-təmiz duyğulara.Heyf!
@NazrynMusic
@NazrynMusic Год назад
Əladır👏🏻💫
@sdyarnuriyev5127
@sdyarnuriyev5127 Год назад
“Gəl uçaq səninlə Marsa Orda Günbatımları mavi Bizim nağılımız yalansa Yaşıyarıq biz onu ani”
@hitchhikersguidetothegalax
@hitchhikersguidetothegalax 8 месяцев назад
Yaşayarıq onu biz ani *
@nazrinsultanli777
@nazrinsultanli777 Год назад
Qızın səsi çox gözəldir, mülayimdir, rahatladıcı mahnıdır✨
@nargismajidli
@nargismajidli Год назад
Çox sağ olun❤
@tagiyevazerniyar
@tagiyevazerniyar Год назад
@@nargismajidli möhtəşəmsiz ❤️🥰
@raufpashayev5456
@raufpashayev5456 Год назад
Qizi sevdim😔❤
@reyhanmemmedova2174
@reyhanmemmedova2174 Год назад
Qoyduğum yerdə yoxsan artıq bəs deyirdin gözlədim...
@shirvany
@shirvany Год назад
Marsda çəkilən ilk yerli klip )) 💙
@ardistraveler
@ardistraveler Год назад
Orxan , mahnıların niyə belədi axı , 10 il əvvəl qulaq asanda hansı hisslər keçirirdimsə yenə eyni duyğular , sanki qoxusu var , Nargisin səsi də 👌
@artays
@artays Год назад
Əziz özüm...gəl uçaq Marsa🍷
@tahirnadirov4052
@tahirnadirov4052 Год назад
Super. Kaş 2.bənd daha uzun olaydı. Əladı amma.
@gunnaaii
@gunnaaii Год назад
"Səma sənin, dəniz mənim.. Görüşək, bu rep gəmi.."🌊🌅
@ayyss00
@ayyss00 Год назад
"Üzərimə çox gəlmə Mən o adam deyiləm Kibritini at kənara Yaşdır odun, alovlanan deyiləm"
@elchino_de_Yerazzi
@elchino_de_Yerazzi Год назад
Xanimin səsi çox gözəldi, Aiddə həmişəki kimi
@fatehm6218
@fatehm6218 Год назад
Bu dünya həssas qəlblər üçün bir cəhənnəmdir!
@qirmiziadam
@qirmiziadam Год назад
iş budu iş belə görülür.. buna deyirlər əmək zəhmət iş. əla
@fizioterapevtfatimamammadli
Bezmədən dinləyirəm🥹😻uğurlar👍🏻👍🏻👍🏻
@mehdiabbasov4997
@mehdiabbasov4997 7 месяцев назад
Bu mahnını ilk dinlədiyim vaxt bir qıza aşiq oldum və həyatımda ən sevincli günlər oldu . Ayrıldıg və bitti .
@thegang3137
@thegang3137 Год назад
İllərdi trackları vasitəsiylə bizimlə söhbət edən ADAM!
@nesiminebizade9765
@nesiminebizade9765 Год назад
Hərkəsin bir ELİFİ var... Adı ELif olmasada...
@Farid_Karimov
@Farid_Karimov Год назад
Oz uslubunu illerdir qoruyub saxlayir. Ehsen.
@Teymur13
@Teymur13 5 месяцев назад
Tələbə olan illərimizdə səninlə Orxan dinləyirdik. Mükəmməl olan.
@user-gi3wo5kl9g
@user-gi3wo5kl9g 4 месяца назад
Musiqi möhtəşəm.Nəqarət super.Mahni dinləyən zaman şərh oxumaq əladı
@senanalili7139
@senanalili7139 Год назад
Orxan bəy gələcəkdə uşaqlarıma sizin atanız bu mahnılarla böyüyüb deyə bilməkçün yazıram bu rəyi. Konsertiniz yelləndiyim ən az, olduğum ən möhtəşəm konsertlərdən biri idi. Musiqimiz sizinlə dəyərlidir.
@tebrizbabayev5278
@tebrizbabayev5278 Год назад
Bu ölkədə əməyə,bacarığa qiymət niyə yoxdur axi?hansısa səviyyəsiz tiktokerin hansısa səviyyəsiz paylaşımının baxışı milyonu keçir. Amma bu cür iş nəisə.möhtəşəmsiz Orxan
@pervinmemmedov7968
@pervinmemmedov7968 Год назад
Men senin mahinlarini dinleye dinleye artiq 34 yasindayam.)). Hemişə var ol.
@jalequliyeva9564
@jalequliyeva9564 Год назад
Orxanin klipi yasamasi😍
@nermintalibxanli2935
@nermintalibxanli2935 Год назад
Səma sənin, dəniz mənim.. Orxan Zeynalli fərqində olmadan mahnılarında elə sözlər yazır ki, sadəcə təəccüblə və hiss edərək dinləyirəm. Başqa heç bir ifaçı bu qədər dərin yaza bilməzdi.
@UNIVERSALLAR
@UNIVERSALLAR Год назад
Orxan təcrübəli bir reperdir, fərqindədir, hansı ki, sonrasında deyir görüşək bu rep gəmi, çünki gəmi həm səmaya, həm dənizə eyni zamanda toxunur
@nermintalibxanli2935
@nermintalibxanli2935 Год назад
@@UNIVERSALLAR heç belə düşünməmişdim, məntiqlidir
@hitchhikersguidetothegalax
@hitchhikersguidetothegalax 8 месяцев назад
​@@UNIVERSALLAR👏
@alizadeh5555
@alizadeh5555 Год назад
Aid kimi taniyib Orxan kimi bu qeder ugurlara imza atmagin ilklerden bugune ugurun sevindirir kohne hostcular seni cox sevir
@elishxan-ov7371
@elishxan-ov7371 Год назад
İLKLƏRDƏN HOST
@firudinfirudinli
@firudinfirudinli Год назад
Oldlar üçün ən gözəl vibesən orxan
@dolunayaltaykurtoglu3700
@dolunayaltaykurtoglu3700 Год назад
Geldim eee geldim eee 😈
@gartley8354
@gartley8354 Год назад
GünBatımları artık mavi olmadığında, uzay gemisiyle yeni bir eve uçabiliriz ♥.........🌿
@nigarnigaranam
@nigarnigaranam Год назад
Zövq aliram sizin mahnilariniza qulaq asmağdan ❤
@royadadasova7987
@royadadasova7987 3 месяца назад
Döndüm, dolaşdım , yenə burdayam🙋‍♀️ Gəl uçaq səninlə marsa, Orada gûnbatımları mavi🩵🌅
@elnurhumbetli7086
@elnurhumbetli7086 Год назад
16 il oldu Orxani tanıma yaşım.Her şey üçün teşekkürler AİD
@validcavid3805
@validcavid3805 Год назад
Baxıs sayının yarsı qeder beyenme buna ugur deyırem
@ferahimrehimov9874
@ferahimrehimov9874 Год назад
2007: Gəl gedək, ulduzlar rəqs edər bizimçün orda 2023: Gəl uçaq səninlə Marsa #since2007
@fidanliyeva6200
@fidanliyeva6200 Год назад
Orda günbatımları mavi!💙
@elvinadgozlov2355
@elvinadgozlov2355 Год назад
Qoyduğum yerdə yoxsan artıq Bəs deyirdin gözlədim? 🥀
@mehdicavadli7772
@mehdicavadli7772 Год назад
bəs deyirdin gözlədim…❤️
@lemankerim9051
@lemankerim9051 Год назад
Qızın səsi adamı sakitləşdirir, məlahətli səsi var. Yenə ugurlu mahnı 👍👍👍Orxan Zeynallının oxudugu tracklar tam başqadır.
@drmuradrasul
@drmuradrasul Год назад
Bizi uşaqlığımızın H.O.S.T-lu günlərindən tam qoparmayıb, mahnılarından məhrum qoymadığın üçün çox sağol Orxan🤝🙏
@samirhesenli3188
@samirhesenli3188 Год назад
Neçə vaxtdır yox idin ustad! Həri getdik. Xanim da rəng qatib repə
@kifaytqurbanova9117
@kifaytqurbanova9117 Год назад
Qoyduğum yerdə deyilsən artıq Bəs deyirdin gözlədim? 🫂 Sən mənim tanıdığım və ən çox sevdiyim tanımadığım doğmamsan Orxan ❤️
@gulgunmammadli4447
@gulgunmammadli4447 Год назад
+💙
@feedanhasanova
@feedanhasanova Год назад
Eynən, hamımızın 🤗
@gulgunmammadli4447
@gulgunmammadli4447 Год назад
21 noyabr konsertdən sonra həyatımda yeni dönəm başladı, təsadüfən.Siz mənim həyatımda çox özəl insansınız, Orxan.Yaxşı ki, varsınız.Bu trek isə hazırki enerjimə, ruh halıma tam uyğundur.Çox sağ olun.Nərgiz xanımın səsi də çox gözəldir👌🏻
@elchino_de_Yerazzi
@elchino_de_Yerazzi Год назад
Təsəvvur elə biz ona 2007ci illərdən qulaq asiriq
@By-ram
@By-ram Год назад
Mükəmməl ❤️, təşəkkürlər Nəqarət və Nərgizin səsi çox gözəldi
@azadhostcular6064
@azadhostcular6064 Год назад
Mahnılarda Orxan, həyatdakindən yaxşı biri...
@farrukhabdullaev9243
@farrukhabdullaev9243 Год назад
Yenə nəqarət 🚀 Rəng çalarları, vizual effektlər, ümumiyyətlə klip çox rahatladır, üstünə bir də səslənmə və sözlərin verdiyi rahatlıq gəlir ki, bu da daha bir AiD klassikası yaradır. Əlasan, müəllim ❤️
@alizadeh5555
@alizadeh5555 Год назад
Bildiris gelen kimi🥰
@fidanliyeva6200
@fidanliyeva6200 Год назад
Proud of you!💙
@gasimzada.m
@gasimzada.m Год назад
Burdayıq♥️♾️
@0dermamedoff780
@0dermamedoff780 6 месяцев назад
Son zamanlarda dinləməyə həvəs göstərdiyim Azərbaycan mahnısı.
@cobanyastg3641
@cobanyastg3641 Год назад
"Istərəm torpaqda bitsin mavi qızılgüllər" cümləsindəki torpaq "Gəl uçaq səninlə Marsa. Orda günbatımları mavi" cümlələrində həyat tapdı. 🤍
@mmmdova1981
@mmmdova1981 9 месяцев назад
♡~✨🌙~GəL UçAq SƏNİNLƏ MaRsA OrDa GüNbAtImLaRı MaVi~💙🌠
@arifgunsli2816
@arifgunsli2816 Год назад
Orda gün batimlari Mavi
@nurlanzada7235
@nurlanzada7235 Год назад
Həmişəki kimi möhtəşəm
@Leylatehmezova6869
@Leylatehmezova6869 Год назад
Hər gun hostun kohnə mahnılarına və aid hekayəmə qulaq asırdım və çox pis olurdumki Host daha yoxdu.və indi bildimki Orxan Zeynallı yenədə repdədi..
@nikoh-li9091
@nikoh-li9091 Год назад
Qızın səsi adamı marsa aparır , Orxanın sesi paralel dünyaya. Ayılanda özünü 40-cı paralel də tapırsan.....
@zerinrustemli
@zerinrustemli Год назад
Daha gözəl ola bilməzdi🖤
@khanimdadashova6922
@khanimdadashova6922 Год назад
Hər trekdə tanış nəfəs.
@Sabina_Shirinbayli
@Sabina_Shirinbayli 6 месяцев назад
Biraz evvel Budapest konsertinde birge oxuduq💙
@I3.Turqay
@I3.Turqay Год назад
Bəli, “ sevmək şərt deyil əzizim, mahnını dinlə arada yad et məni...”🖤🤙
@lalarasulova3775
@lalarasulova3775 Год назад
Dolu gözlərlə dinlədim, qırpmamağa çalışıram… Həm möhtəşəm konsert, həm də ardıyca gələn yeni trek və klip üçün təşəkkürlər. 💙
@turancelilsoy7583
@turancelilsoy7583 Год назад
Ölü ruhların diri bədənləri yeriyir, harasa tələsir.... bir trek xatırladır azacıq sanki ruhla bədənin birlikdə olduğu xoş günləri... nəsə belə bir şey
@xataikarimli
@xataikarimli Год назад
Yeni yetme vaxtlarim yadima dusdu qonsun qizin sevdim gunler
@elmar.qasimov
@elmar.qasimov Год назад
MARSDA ÇƏKİLƏN ƏN BOMBA KLİP.
@elvinabdullayev5817
@elvinabdullayev5817 Год назад
Astronomik səviyyədə romantika olub e lap😀
@vugarchingizi
@vugarchingizi 10 месяцев назад
Cox tesekkur edirem her ikinize, ruhum qidalandi, sizin kimi gencler dogma Azerbaycanimizi ireli aparacaq, klip gozel soz gozel musiqi gozel burada ancaq size aferin demek duser mene ve davami gelsin👍👍👍👍👍👍👍👍👍👍👍👍
@resadbabayev1685
@resadbabayev1685 Год назад
Orxan öz həyatın yazır🚬🚬
@rvsnj1207
@rvsnj1207 Год назад
Xanımın sesi 🖤
@nargismajidli
@nargismajidli Год назад
Təşəkkürlər🎉
@MrRamin113
@MrRamin113 Год назад
Orxan Zeynalıı çox müassir reperdir. Əməyi olanlara burdan öz adımla çox sağol deyirəm ki,nəhayət ki,normal və sadə bir klip gördük.
@nailagayeva1323
@nailagayeva1323 Год назад
Mahnı sözləri: Gəl uçaq səninlə Marsa Orada gün batımları mavi. Bizim nağılımız yalansa, Yaşayarıq onu biz ani. (2) Üzərimə çox gəlmə Mən o adam deyiləm. Kibritini at kənara Yaş oduna alovlanan deyiləm. Bəs deyilmi əllərim, Bəs deyilmi gözlərim? Qoyduğum yerdə deyilsən artıq Bəs deyirdin gözlədim? Mahnıdan çıxmasaqmı? Mənim evimdir o. Başqa evin içində sanki Daha çətin sevimli olmaq. Buzlarını əridəcəyim Hardasa bir dünya varsa Orda,yəqin, həqiqətən Burada sözlərim yalansa… Mahnılarımı dinlə, Bu sevgi burada bitsin. Bu sevgi bitməyəndə Nə baş verir yaxşı bilir Ver əlini, yum gözünü Ürəyinin səsinə inanma Mahnılarda Orxan Həyatdakından yaxşı biri. Gəl uçaq səninlə Marsa Orada gün batımları mavi. Bizim nağılımız yalansa, Yaşayarıq onu biz ani. (2) Gizlənirəm içində sonetlərin, Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin Səma sənin, dəniz mənim, Görüşək bu rep gəmi Sevmək şərt deyil, əzizim, Mahnını dinlə arada Yad et məni. Gəl uçaq Marsa (Orada gün batımları mavi) Gəl uçaq Marsa (Yaşayarıq onu biz ani) (2) (Gün batımları mavi) Gəl uçaq səninlə Marsa Orada gün batımları mavi. Bizim nağılımız yalansa, Yaşayarıq onu biz ani. (2)
@feedanhasanova
@feedanhasanova Год назад
Çox sağ olun 😍
@aqsinquliyev238
@aqsinquliyev238 Год назад
"Qoyduğum yerdə yoxsan artıq" olmalı idi.
@user-ed6gg7kv9v
@user-ed6gg7kv9v Год назад
Məndə deyirəm bu ifaçının səsi niyə belə mənə xoş gəlir.Sən demə Host qrupunda olub ordan tanıyıram bu səsi😢 mənim tələbəlik illərimə aparır səsi
@yalquzaq_676
@yalquzaq_676 Год назад
Nə qədər kütlə içində olsan belə, bu treck həqiqətən insanı gedə bilməyəcəyi yerlərə aparır...🌘🌌
@ilqardayi
@ilqardayi Год назад
Bu Mars deyile, pramoy Snickersdi😍🔥❤️
@suryyaliyeva7604
@suryyaliyeva7604 Год назад
Ən gözəl bildiriş 🥺😍😍😍😍
@karabakh..4010
@karabakh..4010 Год назад
Ümid edirem kitabın usdunde yazdigimi gormusen ve girib qulaq asmisan Mahni menim əvəzimə hər şeyi deyecek sene
@namiqhacixan866
@namiqhacixan866 Год назад
Sadəliyi və cəlbediciliyi ilə yenə gözləri qamaşdıran,insanın ruhunu dincəldəcək qədər qulaqları cingildədən bir proyekt👍 Uğurlar Orkhan🖤
@scalifbmiri7129
@scalifbmiri7129 Год назад
Superdi, mohtesemdi, bu mahniya ingilis dilinde sozler yazdir ve dagit yutubun ingilis kontentini
@RahibAyvazov1001
@RahibAyvazov1001 Год назад
Orxan Zeynallı 🖤
@Revane2007
@Revane2007 18 дней назад
Bu bir başlanğıc idi, Orxan nəbzi tutdu.
@user-mq3vd4if4q
@user-mq3vd4if4q Год назад
Gəncliyimin xatirəsi,konsertinə gələ bilmədiyim üçün təəssüf edirəm
@yeganeismayilova8465
@yeganeismayilova8465 7 месяцев назад
18 yaşimdan bəri favorimsiniz,... 11 il❤
@Ne_Orex._
@Ne_Orex._ 11 месяцев назад
İsmətim ❤️
@cracxy8483
@cracxy8483 6 месяцев назад
Mükemmel bir parça ya bağımlısı oldum
@tehmineismayilova3423
@tehmineismayilova3423 Год назад
Sen her zaman en yarali yerlere toxunaraq IFA etdin bizde her zaman en deriden dinledik)
@turankarimli
@turankarimli Год назад
Nərgizin səsi qəribə gözəldir. Uğurlar hər ikinizə. 🙏
@guler5555
@guler5555 Год назад
Bu mahnı digərlərindən fərqli hiss etdirir...
@elmeddinaydemirov6543
@elmeddinaydemirov6543 Год назад
aid, hər zaman sevgiyə aiddir..
@optimus9401
@optimus9401 Год назад
usaqligi hostla kecen ferqli dusunceleri olan 90ci illerin usaqlari hamimiz buradayiq))
@ziyadseyidov7681
@ziyadseyidov7681 Год назад
Möhtəşəm❤️‍🔥
@validcavid3805
@validcavid3805 Год назад
Qəşəy
@Revane2007
@Revane2007 18 дней назад
Bütün əziyyətlərə dəydi💫
@aynurzahid
@aynurzahid Год назад
Oooff çox qəşəngdi hər gün dinləyirəm
@ulkermemmedova6345
@ulkermemmedova6345 Год назад
Konsertde canli ifa ile dinlemek dileyiile❤️
Далее
MANUŞ BABA ŞARKILARI
28:09
Просмотров 1,7 млн
100❤️
00:19
Просмотров 26 млн
Orxan Zeynallı - Torpaqdan ev (Live)
4:44
Просмотров 51 тыс.
Qayıt Ömrümə
3:51
Просмотров 3,1 тыс.
Orkhan Zeynalli ft. Röya Miri - 40-cı Paralel
4:11
Jeyhun Samedov - Getmə (Rəsmi Video)
4:09
Просмотров 20 млн
AynaBand - O Gözlər (Yalçın Rzazadə Cover)
3:53
Gazan - Богатырь | Премьера клипа
2:17
NЮ - АУ  (ПРЕМЬЕРА трека)
3:16
Просмотров 977 тыс.
JONY - Реки вели (mood/lyric video)
2:37
Просмотров 859 тыс.
XG - WOKE UP (Official Music Video)
3:23
Просмотров 8 млн
aespa 에스파 'Armageddon' MV
3:33
Просмотров 15 млн