Тёмный

Professor Misir Mərdanov DSX Xüsusi Məktəbinin qonağı olub 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Подписаться 4,5 тыс.
Просмотров 3,4 тыс.
50% 1

Mart ayının 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin qonağı olub.
Pedoqoji heyətlə görüşündə professor ölkəmizdə müəllim adını hər zaman uca tutan, hərtərəfli dünyagörüşünə sahib olan Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafında müstəsna xidmətlərindən danışıb. Xüsusi Məktəbin 2011-ci ildə Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilməsinin Təhsil naziri olduğu vaxta təsadüf etdiyini bildirib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlərindən danışan Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun alim və professor heyətinin Xüsusi Məktəbin müəllim və kursant heyəti ilə davamlı görüşlərinin təşkil olunmasının vacibliyini vurğulayıb
Tədbirdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyət göstərməsinin dövlətimiz və təhsilimiz üçün çox böyük əhəmiyyətə malik olduğu bildirilib, kursantlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə edilərək təhsilin müsbət dinamik inkişafı xüsusi qeyd olunub, auditoriyalarda canlı dərs prosesinə baxış keçirilib.
Rəsmi hissə başa çatdıqdan sonra professor Misir Mərdanov Xüsusi Məktəbin zəngin kitab fonduna malik kitabxanası ilə tanış olub, eləcə də müəllifi olduğu Riyaziyyat kitablarını məktəbə hədiyyə edəcəyini bildirib.
Sonda müəllim heyəti ilə təcrübə mübadiləsi aparılıb və kursantlara əhəmiyyətli tövsiyələr verilib, Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkilib.

Опубликовано:

 

9 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@gunaybalyeva2449
@gunaybalyeva2449 6 месяцев назад
Allah qorusun sizleri balalarim❤
@turalcanyev5616
@turalcanyev5616 4 месяца назад
EN WEFFAF VE EN DIRUST MEKTEBDIR YEGANE YERDIRKI VARLI KASIB UWAGI BIR BIRINDEN SECILMIR🙏
@user-pi5mt9wd8p
@user-pi5mt9wd8p 22 дня назад
Kim bu haqqında nələr bilir mən oğlumu qoymaq istirem
@ulvigarayev
@ulvigarayev 5 месяцев назад
Ehtiyatlı olmaqda fayda var çünkü cənab sabiq nazir, ayaq basdığı yerdə ot bitməyənlərdəndi
@turkturk6508
@turkturk6508 5 месяцев назад
Ruşvetxor misir
@DifaiZengezur
@DifaiZengezur 5 месяцев назад
Vetene Xidmet Xalqa Sedaqet
Далее
Bacon на громкость
00:47
Просмотров 58 тыс.
Bu Şəhərdə - Misir Merdanov Toyda (Hamilə, 2019)
6:44
18 Avqust- Sərhəd Qoşunları Günü.
3:41
Просмотров 1,6 тыс.
Polis Akademiyasında kursantların bir günü
3:10
Просмотров 93 тыс.