Тёмный

Qızı və arvadı ilə küsülü ölən müğənni - Bərdəlinin həyatına son qoyan səbəb 

1000 Production
Подписаться 156 тыс.
Просмотров 208 тыс.
50% 1

Sağlığında hamı səsindən danışsa da, özü bu dünyadan köçəndən sonra ortaya böyük bir qalmaqal çıxdı... O isə səsini çərpələng edib kölgəsində bir neçə addımlıq yol gedə bildi. Biri var idi, 53 bahara bir dünya oxuyan Vidadi Bərdəli...
Vidadi Vəliyev 1959-ci ildə Bərdədə dünyaya göz açıb. 1981-cu ildə Aygün xanımla ailə həyatı qurub. Onun ilk ailəsindən 4 övladı var. Özü isə verilişlərindən birində 3 oğlu, 3 qızının olduğunu deyir.
Vidadi Bərdəli barədə söz düşdükdə təəssüf ki, onun səsi, ifaları, mahnıları deyil, daha çox qalmaqallı həyatı, qadınları və övladlarının adı hallanır. Çalışacam bu verilişdə bacardığım qədər Vidadinin sənətinə işıq tutaq.
Təəssüf ki, səsi yerə göyə sığmayan bir insanın sənəti haqqında bir səhifəyə sığacaq qədər məlumat toplaya bilmədim. Sağlığında zənguləsinin qarşısına çıxmağa cəsarəti çatan bir müğənninin olmadığı Vidadi Bərdəlinin bu gün sadə bir vikipediya səhifəsi belə yoxdur. Biz bu gün internet resurslarında Vidadi Bərdəli kimdir yazsaq, qarşımıza müğənninin bir neçə ifası, toyda səsləndirdiyi muğam və ailəsinin qalmaqallı açıqlamaları çıxır.
Vidadini xalq sevirdi və bu sevgini o nə puluyla, nə də başqa birinin hesabına qazanmışdı. Ram edilməz istedadı, son dərəcə yüksək səs tembri, oxuduğu muğamlar qısa vaxt ərzində bərdəli bir gənci Vidadi Bərdəli etmişdi. Onun tərzi, səs oktavası və digər peşəkar kriteriyalar barədə mütəxəssislər danışa bilər - təəssüf ki, əfsanəvi səviyyədə səsi olan bir insan haqqında demək olar ki, peşəkarlar danışmadılar və bu susqunluq hələ də davam edir. Haqqında peşəkar platformalarda heç bir mənbə tapa bilmirik. Onun haqqında yalnız Xalq danışdı, həm də bir ağızdan. Bu gün onun səsi, musiqisi haqqında peşəkar rəylərlə qarşılaşa bilmədiyimiz üçün yalnız bunu deyə bilirik; Viddi Bərdəlinin nəfəsi yetdiyi qədər də səsi var idi. Sinəsinin ən xırda nəfəsini musiqiyə çevirə bilirdi:
Vidadi Bərdəli həm də qarmonu mahir ifa edirdi. Həmkarı məşhur qarmon ifaçısı Zahid Məmmədzadənin xatirə gecəsindəki qarmon ifası da onun musiqi istedadına bir başqa səmtdən işıq tutur
Vidadi Bərdəlinin bir neçə ailəsi olması ilə bağlı məlumatlar mediada dəfələrlə səslənib. Bizə isə həyat yoldaşı Aygün xanımdan sonra adı ən çox hallanan digər yoldaşı Nahidə xanımın açıqlamaları tanışdır.
Nahidə xanımın qalmaqallı açıqlamaları və qızı Aytac Bərdəlinin ona cavabları bir müddət əvvəl Vidadi Bərdəli adını mediaya daşıdı. Nahidə xanım deyirdi ki, Vidadi Bərdəli qızı Aytac Bərdəlinin müğənni olmasını istəməyib. O, buna əsas kimi özünün müğənni olduğunu və bu peşənin çətin sahə olması ilə əlaqələndirib. Ölümündən əvvəl isə qızı ilə küsülü olub. Vidadinin oğlu Vüqarı isə 12 yaşından özünün saxladığını deyir. Qadının verdiyi informasiyalar arasında ən çox diqqətçəkəni isə Vidadi Bərdəlinin ölüm anı ilə bağlıdır. Nahidə xanım iddia edir ki, müğənni başqa bir adamın evində can verib. Onun iddiasına görə onun daha bir gizli həyatı olub. Hətta həyatının son 5 ilini həyat yoldaşı - yəni Aygün xanımla küsülü olub.
Lakin müğənninin həyat yoldaşı Aygün xanım Nahidə xanımı təsadüfi qadın kimi təqdim edir, Vidadi Bərdəlinin ölümündə birbaşa onu günahlandırır. Nahidə xanım həmin açıqlamada həmçinin onu da qeyd edirdi ki, onun Vidadi Bərdəlidən olan oğlu Tuncayın Aytacla münasibətinin olmamasına əsas səbəb bir telefon zəngi olub. Hansı ki, həmin vaxt Tuncay ögey bacısı Aytacla telefonda danışdıqdan sonra Aytacın telefonunu yad bir oğlan götürüb. Aytac isə onu yalançılıqda ittiham edib, onun bütün dediklərinin əsassız olduğunu bildirib.
2018-ci ildə Vidadi Bərdəlinin adı daha bir dəfə mətbuata sıçradı. Bu dəfə isə onun Nahidə xanımla evliliyindən doğulmuş oğlu Tuncay Vəliyevin narkotik vasitə ilə həbs olunması xəbəri yayıldı. Xəbərdə qeyd olunurdu ki, bu artıq Tuncayın ikinci məhkumluğudur və o, əvvəllər sağlamlığa qəsdən zərərvurma maddəsi ilə bir dəfə məhkumluq həyatı yaşayb.
Bütün bu qalmaqallı hadisələr Vidadi Bərdəlinin ölümündən 6 il sonra baş verdi. Qayıdaq 2012-ci ilin noyabrına. Mütəmadi qəbul etdiyi içki, gərgin məclislər, yuxusuz gecələr, ailə, qadın və bəlkə də bizim bilmədiyimiz səbəblər ömrünün gözəl çağında onu anidən yaxaladı. Müğənni öncə Gömrük Hospitalına yerləşdirilir. Ardınca onu evinə gətirirlər. Noyabrın 30-da isə Vidadinin qəfil ölümü ilə bağlı xəbər yayılır. Onun ölüm səbəbləri kimi bir neçə variant səsləndirildi. Saytlar öncə Heptatit C, beyinə qansızması, spirtli içki və başqa səbəblərlə bağlı xəbərlər tirajladı. Səbəbin nə olmasından asıllı olmayaraq, o gündən etibarən Vidadi Bərdəlinin səsi əbədiyyən bu dünyadan çəkildi.
İlahi məqamlarda var-gəl edən insanlara atılan bütün böhtanlar, hətta onların yaşamış olduğu xoşagəlməz olaylar da, müqəddəs bir diqtəylə onların imzasına, simasına hopa bilmir. Səsi kimi üzü də su tək duru xatırlanır Vidadi Bərdəlinin... Ümid edək ki, onun güvəndiyi el necə ki, əsrlər əvvəl yazılan bayatıları, ağıları sinəsində bəsləyib bu günə çatdırıblar, Vidadi Bərdəlini də eləcə qoruyacaqlar. Yerin cənnət olsun, sənətkar!

Опубликовано:

 

1 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 459   
@gulzarbaku8395
@gulzarbaku8395 3 года назад
O baxır kimin üçün səsi ya öləndən sonra qalmaqal məni şəxsən onun səsi maraqlandirirdı Allah onun ruhunu şad etsin🤲🤲🤲
@elikbalacayeva7527
@elikbalacayeva7527 6 месяцев назад
Əsas Allahın qatında dəyərli olmaqdır. İnsanlar xəyanətkardır. Ruhu şad olsun sənətkarın. Sadəcə mükəmməl...
@gencelibalasi6337
@gencelibalasi6337 3 года назад
яхшы сенеткар олмаг лазым дейил биринчи яхшы ата яхшы аиле башчысы олмаг лазымдыр
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 3 года назад
vergili insanları sevgisi sənətdir onlar ailəyə zaman ayıra bilmir🍂🥀🍂🥀🍂🎤🎶🎼🤲🙏😰😰😰
@ТариелНагиев
@ТариелНагиев 3 года назад
Əsil kiwi Pulu Ailəsindən ūstūn tutmaz
@herseyburada7141
@herseyburada7141 3 года назад
@zlacnl9745
@zlacnl9745 3 года назад
Cox duzdu
@xzer3457
@xzer3457 3 года назад
@@aaaaaa-vg6gn xeyir birinci ayle meselen Nadir qafarzade masallah hemi gozel senetkardl hemde gozel ayle basclsldir vallah ayleden onde hecne yoxdu Vidadi beyin sesinin vurgunuydum gozel oxuyurdu Allah Rehmet elesin burda ne lazlmiydlki onun aylesin burda muzakire edesiz kisinin senetinnen danlsln ayleynen isiniz olmasln
@nahidhuseynova4603
@nahidhuseynova4603 3 года назад
Allah rəhmət etsin Vidadi Bərdəliyə. Sizdə çox sağ olun ki Vidadi Bərdəlini yad etdiniz. Allah sizdən razı olsun.
@sevinceliyeva3631
@sevinceliyeva3631 3 года назад
Salam xanim sizə evdən idarə edəbiləcəyiniz yuksək gəlirli iş təklif etmək istəyirəm.Isteseniz ətrafli məlumat verə bilərəm??
@valehfrziyev4043
@valehfrziyev4043 3 года назад
Allah rəhmət eləcin ğözəl insan idi
@kera-ve1vv355
@kera-ve1vv355 3 года назад
Ханым Аллаh белелерине ленет елесин, йад етмир ее аиле проблемлерини фаш едир билмийенлере де чатдырыр.
@lalanamazova76
@lalanamazova76 3 года назад
@@sevinceliyeva3631 0
@saidxalid5800
@saidxalid5800 2 года назад
@@valehfrziyev4043 bir poxda deyildi
@xanmabuzrli5517
@xanmabuzrli5517 3 года назад
Allah rəhmət eləsin gözəl sənətkarlarımızı 🙌🏻Atamın toyunda Vidadi Bərdəli oxuyub,belə sənətkara qiymət verilmədi çox heyf
@saidxalid5800
@saidxalid5800 2 года назад
Day denə toyda əziyyət çəkiblər ki , onun anqırmasından 😁
@elcinhuseynov8153
@elcinhuseynov8153 3 года назад
Bızım olkede kımın pulu arxası var onu one çekırler Allah rehmet elesın heyıf
@Yasmin_Lena_Cetinkaya
@Yasmin_Lena_Cetinkaya 2 года назад
Otuz ildi qulaq asıram hələ də qeyri adi gəlir Allah rəhmət eləsin
@terlan_eliyarov
@terlan_eliyarov 3 года назад
9 sinifde qizil diplom alib vidadi mellim..Allah rehmet elesin ..
@qmrxanimalisanova3566
@qmrxanimalisanova3566 3 года назад
Mene catmir ay kisiker evvel gozuvuz doyanacan gezun doyandan sorasa evlenin ki gozuvuz orda burda qalmasin ailevuz de dagilmasin
@genclik2000
@genclik2000 3 года назад
👍🧿👍👍👍
@seymureyyubov3355
@seymureyyubov3355 3 года назад
Bütün qadınlar eyni olmadığı kimi , bütün kişilər də eyni deyil.Hərə bir cqr tərbiyə alır.Xahiş edirəm ümumi danışmayaq.
@qmrxanimalisanova3566
@qmrxanimalisanova3566 3 года назад
@@seymureyyubov3355 ola biler prosta men tanidiqlarimi. eyni gorurem
@senubermursalova9871
@senubermursalova9871 3 года назад
@@seymureyyubov3355 Men size teşekkür edirem,bizi melumatlandirdiqiniz ucun.Saqolun
@firuzazeynalova7715
@firuzazeynalova7715 3 года назад
Olene qedergozleri doymur
@ЧестныйЧеловек-ц5ж
Ən sevdiyim səs Vidadi Bərdəlidə olub.heyif yoxdur 😢
@ilhamkazimov3460
@ilhamkazimov3460 3 года назад
Allah rehmet elesin Vidosa(((.Bu hadiselerin bezilerinin istirakcisi olmusam ve...Vidadi ele bir musiqi irsi,ozune mexsus oxumaq terzi qoyub gedib ki,o irs Azerbaycan var olduqca hemise esidilecek!Rehmetliyin sagliginda ona guya ki,senetine etina etmeyen adli-sanli mugenniler, qabiliyyeti onu kapirovat ede bilenlerden sohbet gedir,bir omur onun senetine paxilliq etdiler,onu ezberleyib ozunu saymadilar guya ki!Yutubda Lotu MirSeymurun toy videosu var,o videoda gorersiz ki,xalq artistleri,hetta prodessor xanendenin uzunde o oxuyarken hansi dehsetli hissler var!Cunki onun seneti bu fexri adlarin hamisindan yuxarda dayanirdi,onlarin fovqunde idi!Biz Qence seherinde bir bir toy meclisinde olarken Vidadi rehmetliyin dunyaca unlu bir meshur xanendeni seneti,sesi ile hansi hala saldigini bir gorseydiniz...Pesekar bur musiqici kimi deye bilerem ki,heyatimda o seviyyede ,zenguleni tez ritmde vyran ikinci insan sesi esitmemisem!!!Allah rehmet elesin Vidosu...Siz de cox sagolun qeyri-adi,analoqunu esitmediyim ses-senet,musiqi terzi sahibini hec olmazsa yada salmisiniz!Allah razi olsun sizden.Onsuz da o senet insanlarin ruhuna hekk olunub!
@appssamsungapps1643
@appssamsungapps1643 3 года назад
Hansi kiwinin ki 2-3arvadi olur o kiwinin ne ferli ovladi.nede ferli ailesi olur.ya bankrot olur yada sonu pis gune duwur
@СеленаТагиева
@СеленаТагиева 3 года назад
Cox duz yazmisiz. Mende bir necesin taniyiram, eledi. Xowbextlik yoxdu
@residsafarov9233
@residsafarov9233 3 года назад
Ona görə deyirlər ki iki tərəfə baxan çaş olar..1 dənə olsun fərli olsun..
@resadmemmedov9904
@resadmemmedov9904 2 года назад
MEN RAZI DEYILEM, O NE SOZDU 2 3 ARVADI OLANIN AILESI, USAGLARI FERLI OLMUR?! MENIM HER YOLDASIMNAN 2 USAGIM VAR, OGULLARIM IDMANCI, QIZLARIMDA 11,13 YASINDA HICABLIDI.. BOS BOS DANISMA.. HER KESE AID DEYIL...
@azerbaycan8115
@azerbaycan8115 2 года назад
@@resadmemmedov9904 Sizin qlzlnlzln, özü, və siz öžünüz qlzlnlzln kiminsə üçüncü dördüncü xanlml olmaslnl istərmisiniz? Oki qaldl sizin özünüzün bir necə xanlmlnlz olmaqlna, deyək ki, oqlun, qlzln anaslna deyirki, ana atama de, mənə 5-manat pul lazlmdlr. Ana deyirki, bala, bu ğecə o, birisi arvadlnln yanlndadlr. Yani demək istədimki, özünüzün biyablrcl vəhşi ərəb həyatlnlzl başqalarlna tərif edib slramayln. Aylbdlr arvadlar növbə ğözləyəc ki, Rəşad bu ğecə mənim evimə ğələcək. Rəşadlnda kölnü istəməsə bir bəhanə edib o, birisinin yanlna ğedəcək.Əxlaqa bax. (Əhzab 33. ayə 51.( Ey Rəşad, xanlmlarlnla olan rəftarln və vaxtlarl onlarla bölmək barəsində) onlardan hanslnl istəsən növbəsini təxirə salar,və hanslnlda istəsən öz yataqlna ala bilərsən. Uzaqlaşdlrdlqlndan hansl istəsən yenidən tələb edib yataqlna ala bilərsən. Bunda sənə hec bir ğünah yoxdur.) Görəsən kiminsə yer dəyişdüyüşü edib ğecəni hanslsa arvadl ilə kecirəcəyinin butun dünyaya bəyan etməsinin, və yadlarlnda bunu bilməsinin nə əhəmiyyəti varki. Təsəvvür etki, bu sözü bir nəfər clxlb məhəllədə danlşlrki, bu ğecə ğülcöhrənin növbəsin təxirə sallb asyanln yataqlma aldlm. İnsanlar buna ne ad verər?
@NaidaTuncay_Vidadi
@NaidaTuncay_Vidadi Год назад
@@residsafarov9233 yeqin sizde elədir ona göre deyirsən
@elnurmanafovdovltqullugu
@elnurmanafovdovltqullugu 2 года назад
Cox pesakar dedikleriniz onun paxilligini cekirdi.Vidadi Azerbaycanın şah oxuyanı idi.Onunla Azerbaycanda kimse qabaqlada bilmezdi
@ДжейхунаРасулова-э8щ
@ДжейхунаРасулова-э8щ 3 месяца назад
Aman aqli yox idi.arvadi usaqlari qedib basqasina ilisdi.axiri ureyi patladi oldi
@babababayev1546
@babababayev1546 3 года назад
Suket üçün çox sağol ama18yaşli şehidlermizede sujet hazrla dünyada kasbçlqdan başqa heçne görmeyen şehidlermizide işqlandrin
@rozahagverdi1202
@rozahagverdi1202 3 года назад
À111111å qq Ģq
@yasareliyev5471
@yasareliyev5471 Год назад
Allah hər ikisinədə rəhmət eləsin mənim üçün Vidadi Məhəbbətdən açığ oxuyurdu şirin oxuyurdu
@gulsenraxmanova3706
@gulsenraxmanova3706 3 года назад
Allah rehmət eləsin gözəl avazlı gözəl sesi vardı yeri cənnəti məkan olsun nə oglu nə qızı onun kımı oxuya bilmır təəsüflər olsunkı gözəl insanları itire itire gedirik allah rehmət eləsin sizəamın 🙏🙏🙏😔😢
@gulsenzulfuqarova7775
@gulsenzulfuqarova7775 3 года назад
Sağlığında mən bilirdim ki , yaşıdları içərisində ən güclü səsi olan Vidadi Bərdəlidir . Allah rəhmət etsin.Ruhu şad olsun. Heyif sənətkardan tez köçdü
@РенаМамедова-ъ2е
@РенаМамедова-ъ2е 3 года назад
Allah geni geni rehmet elesin, ruhu şad olsun....
@qenimetheyderova4485
@qenimetheyderova4485 3 года назад
Şöhret başın gicellendiribde, kişilerin əlinə pul düşen kimi birinci maşının, ikincide arvadın deyişir, sonrada olur nakam
@cimnazqarayeva9591
@cimnazqarayeva9591 3 года назад
Niyəki Vidadi Bərdəli deyəndə Birinci Səsi yada gəlir. Allah Rəhmət eləsin Böyük sənətkar.
@ehtiramshafiyev6887
@ehtiramshafiyev6887 3 года назад
Allah rehmet elesin .Gozel senetkar.O tek geldi ve tek getdi.Oz sozun deyib getdi . Urekleri parcalayan ses tek onda var idi.
@dilekquluzad9021
@dilekquluzad9021 3 года назад
Allah rəhmət eləsin.Vidadi əvəz olunmaz sənətçi idi.Vidadi Bərdədə doğulub böyüsədə atası Laçınlı idi.Onlar bütün yayı Laçında olurdular.Laçın toyları Vidadisiz keçmirdi.
@xalidqarayev4250
@xalidqarayev4250 3 года назад
Özün dediyi kimi, yarda axtarmasa məni, yar kimi, onu sevən insanlar həmişə axtaracaqlar. Məkanı cənnət olsun.
@herseyburada7141
@herseyburada7141 3 года назад
@kamalqarayev1104
@kamalqarayev1104 3 года назад
Peşəkar platformada olmaya bilər,amma Azərbaycanda onu tanımayan yoxdur,günü bu günə kimi. Vidadi Bərdəli özü artıq brend bir addır!!!!!!!!!!
@vasifugur1898
@vasifugur1898 3 года назад
Normal 1 mahnisini verin de, Hansi mahnisini vermisiz, ohoooo, ahaaaa, hahaaa, ohohohoho, bu nedir ? Allah rehmet elesin, men 1 defe bu mugenninin mahnisini esitdim restoranda, ora qonag gelmisdi, ele oxuduki, hami ayaga qalxib əl çalmişdi.
@nickbarrone6795
@nickbarrone6795 4 месяца назад
Vidadi Bətdəli çox saf və təmiz ürəkli, dostluğa sədaqətli insan idi. Çox heyifki o cür güclü səsi olan sənətkar çox tez getdi bu dünyadan. Allah məkanını cənnət eləsin ustad.
@mehmanbabayev3889
@mehmanbabayev3889 3 года назад
ALLAH qardaşımıza rəhmət eləsin, məkanı cənnət olsun. AMİN!
@agridag9990
@agridag9990 Год назад
Allah rehmet eylesin 8 km gara bağlar restorani 1998 97ci iler oradan taniyirdim Tebriz mahnsin ve mugami süper ifa edirdi bir söz demeyi ozume borç bildim o insan bin özel heyatinin sene mene hec bir adiyeti yoxdur o onun sexsi işi. dir nur içinde yat gozel insan
@payzgeldi486
@payzgeldi486 3 года назад
Meyxanaci Zaur Asiqi de unutmayaq ! Onuda hakinda bir vidyo olsa cox gözel olar.
@kenanhebilzade2412
@kenanhebilzade2412 3 года назад
Gözəl səsi vardı. Gənclik illərmizin müğənisi.. Həmişə qəlbimizdə yaşayacaq.. Çox xoşuma gəlirdi heyif tez getdi.. allah rəhmət etsin.. Səmədə xalq artisi verillər bucür sənətkara ad vermillər..
@fatosxanim4319
@fatosxanim4319 3 года назад
Teşekkür edirem bele gözel senetkari işiklandirmisiniz Vidadi bizim bütün toylarimizin yaraşiqi olub Allah rehmet elesin..
@namiqqurbanov2291
@namiqqurbanov2291 3 года назад
Allah rehmet etsin
@ilqarmemmedov8517
@ilqarmemmedov8517 2 года назад
necə böyük ürəyi var heyf
@ТалаТАзербайджанЛенкораньКосал
Allah Rəhmət Eyləsin. Gözəl Səsli Bir Sənətkar İdi
@qulishali2425
@qulishali2425 3 года назад
Gozel senetkar evezi olmuyan mekani cennet olsun 👑👑👑
@dilqendhumbetova165
@dilqendhumbetova165 3 года назад
Heyf elə sevgisizdə ölüb bəxdi qara doğulanlardan olub Allah rəhmər eləsin 😰😰
@eliskaeliska1193
@eliskaeliska1193 3 года назад
Allah vidadiye rehmet elesin, sizide cox saqolun ki bucur senetkari iwiqlandirdiz.
@РамызОруджев
@РамызОруджев 3 года назад
Ailesine haram qatan gozu onda bunda olan kas 18 yasinda oleydi
@ilhamibrahimova3062
@ilhamibrahimova3062 3 года назад
Allah rəhmət etsin. Həqiqətəndə gözəl sənətkarlar ölmür. Xalqın rəğbətini gözəl səsi ilə qazanan sənətkarlar qəlblərdə əbədi yaşayır.Allah rəhmət etsin dünyadan köçən sənəti yaşadan sənətkarlara.
@sadaqetbayramova2094
@sadaqetbayramova2094 Год назад
Mən Onu heç dinləməmişəm sağlığında , indi isə ürək ağrısı ilə dinləyirəm.Çox acıdı,bel tez ölməyi.Qəbri nurla dolsun,Allaj rəhmət eləsin.
@refiqeeliyeva4982
@refiqeeliyeva4982 3 года назад
Ne olsun yaxşi oxuyurdu Allah rehmet elesin Ailsinə sadiq detildiki gəzəyən gözü onda bunda
@yb7773
@yb7773 3 года назад
Такого голоса как Видади нет и не будет. Я Его помню . Allah rehmet elesin. Очень рано умер.
@gulcahankerimheydarova9036
@gulcahankerimheydarova9036 2 года назад
Allah rəhmət eləsin gözəl sənətkar. Məkanın cənnət olsun. Amin....
@leyla.8899
@leyla.8899 3 года назад
Biz bugünde onu dinləyirik! Təkrarolunmaz səsdir! Heyif,çox heyif ki, aramızda deyil😰 Allah rəhmət etsin ❤️
@sevinceliyeva3631
@sevinceliyeva3631 3 года назад
Salam xanim sizə evdən idarə edəbiləcəyiniz yuksək gəlirli iş təklif etmək istəyirəm.Isteseniz ətrafli məlumat verə bilərəm??
@vilayethuseyinov3567
@vilayethuseyinov3567 3 года назад
Efsanevi senetkara Allah rehmet etsen! Vidadi 1 nomre idi. Size ise minnetdariq ki,bele senetkarlari yada salirsiniz.
@raminramin413
@raminramin413 3 года назад
Səsinə vurğunam Məkanı cənnət olsun Fanatiyam Amma.ozu özünə edəni el yığılsa.edə bilməz
@erestunhuseynovv5057
@erestunhuseynovv5057 3 года назад
Vidadi vaxtı ilə Neftçala toylarının kralı idi.Allah rəhmət etsin🖤💔
@mubarizxancanov4823
@mubarizxancanov4823 3 года назад
Allah rəhmət eləsin Vidadi müəllimə həqiqət onun qeyri adi səsi var idi . Bizim rayona toylara sağlığında çox gəlib Vidadi Bərdəli saatlarca mahını və muğam oxusun və saatlarca onu dinləyirsən dinləməkdən yorulmurdun. Çox şirin həzin səsi var idi. Sizdə qardaş çox sağ olun ki , Vidadi Bərdəli üçün verliş hazırlamısınız və onu yad etdiniz təşəkkür edirəm sizə. Allah Vidadi Bərdəliyə rəhmət etsin.
@ramidagayev292
@ramidagayev292 3 года назад
yy y y yy h.
@qaya9502
@qaya9502 2 года назад
men hele uşaqydım eşitmişdimki ibrahim tatlıses o vaxlar vidadiye mektub yazıbki çox gözel oxuyursuz bele oxyan birde gelmez
@ТахираБайрамова
@ТахираБайрамова 3 года назад
ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN ZALIMIN BALASI BÜLBÜL KİMİ CƏH - CƏH VURURDU ÇOX HEYİFLƏR OLSUN YERİ CƏNNƏT OLSUN.
@mirzahuseynova427
@mirzahuseynova427 3 года назад
Mən neçə dəfə o oxuyan toylarda olmuşam.Bir mahnısı var sənsizəm bəh-bəh ilahi huşum başımnan çıxırdı o səsə.Ölənin dalıynan danışmıyaq gəlin.Səhfsiz insan göstərin hamımızın səhfimiz var.Ölənə hörmət eliyək allah rəhmət eləsin amin.heyif 😔
@vuqareliyev5276
@vuqareliyev5276 3 года назад
Allah rehmet etsin ona butun onu sevenler adindan deyiren yerin cenet olsun senetkar
@ulvitalibzade3484
@ulvitalibzade3484 3 года назад
İnudulmayan səslərdən idi onun səsi Allah rəhmət eləsin.Aytac da gözəl xanım və gözəl müğənnidi.Fikir verin heç kim mənfi münasibət və mənfi bir koment yazmayıb. Çünki gözəl insan olub.
@iradeveliyeva8925
@iradeveliyeva8925 3 года назад
Allah rehmet elesin gözel senetkara
@turan3282
@turan3282 2 года назад
Aparıcı, ümumiyyətlə TÜRK Dünyasında Vidadi Bərdəli kimi oxuyan olmayıb.
@Cema-cu1nk
@Cema-cu1nk 3 года назад
Allah rəhmət etsin
@kera-ve1vv355
@kera-ve1vv355 3 года назад
Сизин не котунузе инсанларын шехси hейатына бурнунузу дуртурсуз? Сизлер журналист йох алчагларсыз. Тупурум сизе де сизин йолунуза да.
@anaraliyev1905
@anaraliyev1905 3 года назад
Allah sene rehmet elesin deyerli xanende dostum hormetle xanende Anar Eliyev
@kemalemusayeva7379
@kemalemusayeva7379 3 года назад
akademik bir səs idi yeri opera olmalıydı. Allah adamın axırını xeyir eləsin 😟bizim qardaşlar düz yola istədilər çəksinlər, ama gelmedi özü🙁
@aysunagayeva8902
@aysunagayeva8902 3 года назад
Salam Xanım size evden cixmadan yuksek gelirli bir is teklifim var etrafli məlumat üçün yazın
@NaidaTuncay_Vidadi
@NaidaTuncay_Vidadi Год назад
Kemalemusayeva. Hansi yolda idiki duz yola gelmedi,ayib olsun sebetkar haqda medeniyyetsiz danisma sen ozun duz yoldan cixmis olarsan
@kemalemusayeva7379
@kemalemusayeva7379 Год назад
@@NaidaTuncay_Vidadiqadağan edirəm yazdığınız sözə.aşıq bildiyini çağırar😟Vidadinin bilirəm sehnedə işlədiyimiz yere restorana gelirdi görmüşəm,ama sizi tanımıram.burde yazmıyın menə
@ИльгарГусейнов-ш7с
Аллах Рахмат елесин. На самом деле Видади родам из Лачына земляк мой . Его песни супер, очень жаль. Кто его песни Хот раз слушал не забудет не когда.
@АсифНорузов-ф3ч
@АсифНорузов-ф3ч 3 года назад
Да его корни из Лачына но родился в Барде и вырос там в то время очень много народа приезжали к нам жить потому что мы жили очень хорошо
@fatmahsnova4488
@fatmahsnova4488 3 года назад
Allah Vidadi Bərdəliyə rəhmət etsin məkanı cənnət olsun Amin Gözəl zil səsə malik mügənini yad etdiyinizə görə çoxsag olun hər bir insan saglıgında qiymətini alsa daha yaxşı olar xanəndənin səsi çooox gözəl idi Allah rəhmət eləsin dünyasını dəyişən gözəl sənətkarlarımıza 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻
@ГюнпльМира
@ГюнпльМира 2 года назад
Адлах рехмет елесин.Амин.
@elmiraaliyeva7969
@elmiraaliyeva7969 3 года назад
İKİ SEVDA CƏKƏNLƏRİN CƏZASI VAR ,DUZ DEYİLİB ! ZİNA EDƏNLƏRİN SONU HƏMİŞƏ FACİƏLİ OLUB . COX HEYİF , ALAH RƏHMƏT ETSİN ! AMİN !
@bestibedelova5119
@bestibedelova5119 2 года назад
👏🏻
@saidxalid5800
@saidxalid5800 2 года назад
Zina edənə rəhmət düşmür !
@gizemavclar7146
@gizemavclar7146 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN
@AydinBabayev-nr2pg
@AydinBabayev-nr2pg 3 года назад
Sizin çox gözəl danışıq qabiliyyətiniz var, diktorların əksəriyyəti sizdən öyrənməlidirlər.
@sfrliqurbanov6696
@sfrliqurbanov6696 3 года назад
Çox heyif çox heyif Allah rəhmət eləsin
@nexttelekom1349
@nexttelekom1349 3 года назад
Vidadi Bərdəli əslən Laçın rayonunun Mollaəhmədli kəndindən imiş.Şərhlərdən öyrəndim.Səsi olsa da,şəxsiyyətinə hörmət edən müğənni olmayıb. Qəni-qəni rəhmət! ,
@vuqartahirov9211
@vuqartahirov9211 3 года назад
Sağolun qardaş paylaşdığınız üçün böyük sənətkarımıza Allah rəhmət eləsin.
@xzer3457
@xzer3457 3 года назад
Vidadi bey neden rehmete getdiki ? Cox gozel oxuyurdu Allah o dunyasln versin Amin
@SamsungSamsung-qo3jr
@SamsungSamsung-qo3jr 3 года назад
Heyf Sizdən Vidadi,heyf bu səsdən.Allah rəhmət eləsin.Aytacı çox bəyənirəm.
@intizaraliyeva6838
@intizaraliyeva6838 3 года назад
Vallah səsi barədə bir söz deyə bilmərəm, amma zənquləsi bərbadidi. Çox qüc verirdi zənqulanı uzatsın, oda səliqəsiz çıxırdı. Baba Mahmudoğluda çox uzadırdı zənqülanı amma çox səliqəli qulağa yatımlı. Allah hər ikisinə rəhmər eləsin, qəbirləri nurlu olsun. Mən bəyənmədim oxuma tərzini.
@kifaytabdullayeva3019
@kifaytabdullayeva3019 3 года назад
Yəqin siz yaxşı vurursuz zənguləni ???? Musiqiçisiniz .
@МузаффарСафари-д8щ
ТАР ТАМИЗ👃👍
@heyatisgenderli4002
@heyatisgenderli4002 3 года назад
Vidadi yek senetkarlardan biri idi çusiqini anlayan biler
@NaidaTuncay_Vidadi
@NaidaTuncay_Vidadi Год назад
Sen ne billirsen zengule nedir
@zumrudnzrova8414
@zumrudnzrova8414 3 года назад
Nə qıdər ucalırdan ucal hər vəziyyətdə əsas ailəni 1 --ci yerdə qoy
@xalidqarayev4250
@xalidqarayev4250 3 года назад
Bir, sənətkar üçün xalq sevgisindən üstün heçnə ola bilməz. O,ki qaldı kiminsə Vidadi Bərdəli haqqında söz deməsinə mən düşünürəm ki, haqqı çatmadığı üçün Vidadi Bərdəli haqqında söz deməkdən çəkiniblər kiminsə Vidadi haqqında söz deməsinə ehtiyac yoxdur. VİDADİ BƏRDƏLİ damima qədir bilən insanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin məkanı cənnət olsun inşallah.
@vuqareliyev5276
@vuqareliyev5276 3 года назад
Ikinci vidadi olan dor nedeki olmayib onu sesi kimi ses azerbaycanda olmayib nediki yoxdu cunki vidadi berdelini toylarin yarasiqidi
@haqqyerinitapar3567
@haqqyerinitapar3567 3 года назад
Hayf belesesin qedrini ozu bilmedi kohne kasetlerinden biz saxlamışıq axtarmaq tapa bilerik
@Тамерлан-ъ1н
@Тамерлан-ъ1н 3 года назад
ВИДАДИ МУАЛЛИМ ДИЙЕСЕН ЭСЛЕН САЛЬЯНЛЫДЫР.МЕН ОНУ САЛЬЯНДА УШАГ ВАХТЫ ТОЙЛАРДА ЧОХ ГОРМИШЕМ.
@konulrahimova6546
@konulrahimova6546 3 года назад
Sag ol hazirladiginiz veriliw ucun.Xalq ucun setekkarin wexsi heyati yox onun boyuk seneti maraqlidi.Cox tessuf ki beke insanlar cox tez kocur bu dunyadan.Allah rehmet elesin.Aytac xanimi da cox sevirem.Onun balasidi ve gozel sese malikdi.
@ricaycamoyeva5158
@ricaycamoyeva5158 3 года назад
Allah rehmet elesin
@melahetsoltanqizi3485
@melahetsoltanqizi3485 Год назад
Çox sağ olun ki, sənətkarları unudulmağa qoymursuz.Allah sizdən razı olsun.
@gelinqayinananintamlari3323
@gelinqayinananintamlari3323 2 года назад
Vidadi nedi? Ayibdiye Vallah. En azi atannan bir yawdadi. Ele bil tay tuwun haqqinda daniwirsan...
@yaverehmedov6893
@yaverehmedov6893 3 месяца назад
Allah rəhmət eləsin ruhu şad olsun çox heyif cavan köçdü bu dünyadan😢😢😢😢
@aslanaslanov7563
@aslanaslanov7563 5 месяцев назад
Dünya şöhrətli ustad demişdi bu Vidadi əğər qabal alıb oxusa ,biz batarığ fitri istedada malik olan böyük sənətkar səxsən tanyırdım uca Allah rəhmət eləsin beıə səs indi yoxdur.
@kemalebudaqova8623
@kemalebudaqova8623 3 года назад
Allah rehmet elesin .Men Vidadi Berdelini tanlmlrdlm .Yaxln qonwuda sunnet toyu vardl .Agstafa rayonunda.Hemin toyda Vidadi bey oxudu .Toy aclq havada gozel bir menzerede qurulmuwdu .Vidadi beyin zenguleleri butun kendi burumuwdu .Bu en cox toya yox boyuk bir ziyafete oxwadl. .Butun rayonun camaatl gelib onun sesine qulaq aslrdl .Men onu onda tanldlm .Allah gozel senetkarlmlza rehmet elesin .Amma toy boyu tez tez teziq dermanl icirdi .
@БахарМагеррамова-у6у
Вар олун ки О цур гийметли сенеткары яда салырсыныз мен он хеятымда бир дефе цанлы кордум бир дефе ифасыны динладим бизим район тоя келмишди о гедер козел охуду ки тойу сутка ярым давам еди инсанлары гоймурлулар тойун дагылмагына онда Онун козал сесини валех оллум инсан неца козал сеси олармыш Аллах резмет едсин 🤲🤲
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 3 года назад
ailə qalmaqlı olan yerdə nə fəxli evlad nə də rahat ölüm olmur daha çox unudulmaq😰😰😰
@denizerler5493
@denizerler5493 3 года назад
Qadinlarin erine saygıları olsaydı onun ruhunu şad ederdiler ölümünden sonra
@isgendersoltanov5795
@isgendersoltanov5795 3 года назад
Allah rehmet elesin gözəl sənətkara.
@shidlrolmz3225
@shidlrolmz3225 3 года назад
Əməyinizə sağlıq. Çox gözəl 👍 Allah sizdən razı olsun 🤲 Allah rəhmət eləsin 🤲🤲 Ruhu şad olsun 🤲🤲 Böyük sənətkar idi 💔🖤😢 Heyiif 💔💔🖤🖤
@pantheistmelankolia7677
@pantheistmelankolia7677 3 года назад
Oğlu iki dəfə tutulan. Ölürsəndəə arvad-arvad söhbətlərdən ötəri
@nurdaneibrahimli4232
@nurdaneibrahimli4232 3 года назад
Allah rehmet etsin,gozel insan ve gozel sese malikidi
@idjialieva3367
@idjialieva3367 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN, AİLƏVİ DOSTUMUZ İDİ,MOSKVAYA GƏLƏNDƏ HƏMİŞƏ BİZƏ GƏLƏRDİ,YOKDAŞİM DA BƏRDƏLİDİR,O GƏLƏNDƏ BİZİM EVDƏ TOY BAYRAM OLURDU HƏMİŞƏ,İNSAN KİMİ İNSAN İDİ, YERİ ÇƏNNITDİR ONUN,🙏🙏🤲🤲
@Клиент-ю2ц
@Клиент-ю2ц Год назад
Salam mene berdeley maskivdan yasiram si z harda siz berdein?
@hafiznazarov8499
@hafiznazarov8499 3 года назад
ALLAH SiZi QaNi-QaNi RaHMaT ELaSiN EY BÖYŪK TaKRAR OLUNMAZ SaNaTKAR RaHMaTLiK ViDADi BaRDaLi. MaKANiNIZ CaNNaT OLSUN iN$ALLAH. AMiN-AMiN-AMiN iN$ALLAH.😧😧😧😧😧
@haqqyerinitapar3567
@haqqyerinitapar3567 3 года назад
Heyatı n uzun mudettli oldugunu duşunenler Allahın verdiyi omru ele hamımız yaşaya bilmırık
@ДжалиловаК
@ДжалиловаК 2 года назад
Onun şəxsi həyatından deyil,sənətidən,səsindən danışın!ğuya başqa sənətkarların cox nümunəvi həyatımı var?Yoxdur!Bir sənət qalır, yaddaşlarda bir də insanlıq!
@ТимурМустафин-ь8ы
@ТимурМустафин-ь8ы 3 года назад
Allah rehmet elesin.Gozel sesi var idi,canli gulag asmisham...
@vusalmeherremov9091
@vusalmeherremov9091 3 года назад
Ayle qaranlıq mesedi heç kes bilmir orda ne var .kim ne deyir desin onun atası Vidadidi ataya hormet mehriban olun olana çare yoxdir
@hesenhesenov5442
@hesenhesenov5442 3 года назад
Allah sənə rəhmət eləsin böyük sənətkar yerini doldurmaq çox çətindir bu səsə sahib olacaq biri inanmıram olsun
@ibrahimehmedov9650
@ibrahimehmedov9650 Год назад
Sən kimsən boş boş danışırsan nəyiqə lazımdır arvat kimi qiyvət eləyirsən. Ayıb olsun.
@zulfiyyeabbasova9422
@zulfiyyeabbasova9422 3 года назад
Mahnı oxumaqdan da qarmon çalsaydı daha yaxşı olardı
@herseyburada7141
@herseyburada7141 3 года назад
@turanoeztuerk3186
@turanoeztuerk3186 3 года назад
Arvadlar başini yedi. 18 yaşindan taniyirdim Vidadini. Hetta ilk toyunda iştirak etmişem.
@xzer3457
@xzer3457 3 года назад
Arvadlar neynediki olar bilmek ?
@NaidaTuncay_Vidadi
@NaidaTuncay_Vidadi Год назад
Ne danisdigina fikir ver
@nesimiqehremanov2369
@nesimiqehremanov2369 2 месяца назад
Allah rəhmət eləsin böyük sənətgarımıza 🥀🥀
@familismayilov9569
@familismayilov9569 3 года назад
Man basha dusmurem her berk sesi olan bele kobud zengulesi olan senetkardi beyem? Sesde hecde sirinliyi yoxdu.Manaf Agayevde zil sese malik oxuyandi nolsunki Zato sirin sesi yoxduki. Vidadi Berdelu zengule eliyende adam utanir. Zenguleni eliyib Mehebbet Kazimov.
@azerqarayev7654
@azerqarayev7654 3 года назад
Mərhumun dalınca danışmağın hansı mədəniyyətə malik olduğunu göstərir.
@familismayilov9569
@familismayilov9569 3 года назад
@@azerqarayev7654 xeyr duz danismirsiz.Man merhumun sexsiyyatina zerer getirecey bir sey demedim axi.Baxin biz bele milletiyde.Tenqidnen tehqirin ne olgunu hele de qanmirig......Senet baximindan ne demisemse demisem.Sexsi heyainda neler bash veribse (yaqin pis seyleri hele demirem)man bu haqda hecna dimedim.Yaqin sizin dar dusunceniz buna imkan verirse cox heyif sizin savadsizliginiza .....
@familismayilov9569
@familismayilov9569 3 года назад
@@azerqarayev7654 kimse rehmete gedibse onu teriflemey mecburiyyatinde deyilik
@azerqarayev7654
@azerqarayev7654 3 года назад
@@familismayilov9569 bülbülü qaşqaldaq müqayisə aparırsan.
@familismayilov9569
@familismayilov9569 3 года назад
@@azerqarayev7654 oz savadini gosderirsen cox gumanki.Yaqin Baki medeniyyati gormuyen adamsan.Ona gore
@huseynxelilovcebrayilli9394
@huseynxelilovcebrayilli9394 2 года назад
Vidadi Bərdəli böyük sənətci idi ,cox mügənnilər o oldugu məclislərdə özünü göstərə bilmirdi . Yəni Vidadi Bərdəliyə sanki bir qisqancliq var idi .Allah rəhmət eləsin ,yeri boş qaldi
@КенанВелиев-ф3х
Vdadi xalqa aid insan idi onu allah oxumaq ücün yaratmışdı moskvada hamı onu cox sevirdi allah rəhmət eləsin
@vuqarbileceri4148
@vuqarbileceri4148 2 года назад
Tuncay indi srokdadi Cixmiwdi yene geti sroka Allah qapisini açsın cox yaxin aile munasibetimz var o aileynen yahwi insanlardi
@furkanyusif6601
@furkanyusif6601 3 года назад
O ailəsinə haram qatıb.Yəqin şöhrət onu çaşdırıb.Əslində təkcə özünü yox ,ətrafdakılarını bədbəxt edib.
@scarpionscarpion1885
@scarpionscarpion1885 2 года назад
Şair Sücaət demiş. Bədbəxt olmuyandan sənətkar olmaz. Allah rəhmət eləsin,gözəl sənətkar idi. Həmkarları ona görə bəyənməzdi ki,onun zəngulələri çoxusunu məhv edirdi,oxumaga peşiman edirdi. Kim istiyərki qarşısında güclü rəqib olsun. Üzü dönsün bu dünyanın
@NaidaTuncay_Vidadi
@NaidaTuncay_Vidadi Год назад
Cox dogru yazmisiniz
Далее
Vidadi Bərdəli
6:08
Просмотров 114 тыс.
Vidadi Bərdəli-Sənsizəm
3:51
Просмотров 557
ОБЗОР НА ШТАНЫ от БЕЗДNA
00:59
Просмотров 391 тыс.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45