Тёмный

Qızını Fuad Poladovdan ayırdı, övladı yaşda oğlanla eşq yaşadı - Qızını məcbur aborta göndərdi 

TV11
Подписаться 53 тыс.
Просмотров 69 тыс.
50% 1

"Bu adam"ın adətən özünü görməsək də, səsi qulaqlarımızı oxşayıb. Ali sovetin deputatı olsa da, təmirsiz evdə yaşayıb. "Bu adam" eşq macəraları ilə daim danışılan və həsəd aparılan SSRİ Xalq artisti Hökümə Qurbanovadır.
Hökümə Qurbanova Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısıdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Hökümənin atasından xanımı Məlikət üçün tikdirdiyi iki mərtəbəli mülkünü hökumətə təhvil verməyi tələb edirlər. Mülkü onun əlindən alır və onlara yaşamaq üçün elə həmin evdə iki otaqlı mənzil verirlər. Bu hadisədən sonra Hökümənin atasının ürəyi partlayır.
Ailənin çətin günləri başlayır. Hökümə oğlan paltarı geyinib evlərinin yaxınlığındakı baqqalın mağazasına çuvallarla yük daşıyır. Hər günün sonunda ona zəhmət haqqı kimi bir ovuc un verirmişlər. Bir gün isə yağışlı havada evə gələndə yıxılır, bir günlük qazancı olan un palçığa tökülür. Ağlaya-ağlaya baqqalın yanına gəlir, ondan əlavə un istəsə də baqqal vermir. Uzun illər sonra şöhrətli Hökümə Qurbanova həmin kişini parkların birində dilənən görür. Gedib mağazadan bir çörək alıb gətirib kişinin qarşısına qoyub gedir.
23 yaşı olanda Hökümə xanımın fotosu Cəfər Cabbarlının diqqətini cəlb edir və onu axtarıb taparaq “Almaz” filmində Yaxşı roluna çəkir. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılır.
İlk həyat yoldaşı Ələsgər Ələkbərovla qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə, guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütriflik edir, mən ona qızımı verə bilmərəm". İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Övladlarından sonra Hökümə səhnədən uzaq düşür: əri ona səhnəyə çıxmağa qadağa qoyur. 1933-cü ildə cütlük Ələsgərin qısqanclığı ucbatından boşanır.
Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür. İkinci dəfə boşanan o, özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Gündüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Bir qalanın sirri" filmində Elşən obrazını yaradan aktyor Gündüzdür. Ərinin yeni sevgilisindən xəbər tutaraq Gündüz Abbasovdan ayrılan Ofeliya Məmmədzadə isə Hökümə Qurbanovanın həyat yoldaşı olmuş Nüsrət Fətullayevlə ailə qurur.
Xalq artisti, ali sovetin deputatı olan Hökümə Qurbanova uzun illər iki otaqlı təmirsiz mənzildə yaşayıb.
Aktrisa qızı Vəfa Fətullayevanı sənətinin davamçısı kimi görüb. Bu istəyini nəyin bahasına olursa-olsun həyata keçirmək niyyətində olub. Vəfanın əri Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmirdi. Çox keçmir ki, bu fikir ayrılığı öz dırnaqarası "bəhrəsini" verir. Hökümə Qurbanova, hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatır, hətta Vəfanın hamiləliyinə son verdirir. Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkarı Fuad Poladov olur. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə xanım olur.
Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. O və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın və onun ağır xəstəliyə tutulmasına səbəb olur.
Ömrünün son günlərinə kimi Akademik Milli Dram Teatrında bir-birindən əvəzsiz obrazlar yaradan Hökümə xanım yaşının ahıl çağında övlad itkisi yaşayır. Qızı ilə yanaşı palatalarda müalicə alan aktrisanın qızı Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyindən vəfat edir. Onun faciəvi və vaxtsız ölümündən cəmi bir il sonra 1988-ci il noyabr ayının 2-də özü də Bakıda vəfat edir. Aktrisa Fəxri Xiyabanda dəfn olunub.

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 104   
@saravliyeva4908
@saravliyeva4908 Год назад
nədənsə mən xoşbəxt teatr aktyoru görmədim😢
@elirzayevraci7336
@elirzayevraci7336 Год назад
Sözün əsl mənasında . - vışi marka qəhi .
@rahilyaganbarova8808
@rahilyaganbarova8808 Год назад
Rehmet hamiya düşür amma Vefanin başina açdiqi oyunlara qöre ,aile daqitdiqina qöre ne deyim?
@НурайАлизаде-ю9з
Şəxsən mən ona Vəfaya görə rəhmət oxumuram.
@arifrehimov8038
@arifrehimov8038 Год назад
Netice cixardmax lazimdi
@birmocuzolsun1978
@birmocuzolsun1978 Год назад
Hünərin var heydər əliyevin və onun nəslinin keçmişindən danış amma olduğu kimi 🙄🙄🙄
@gurbancoban7663
@gurbancoban7663 Год назад
Onu da danişacaqlar lazim gelende lazim hele gelmeyib harasa gedib
@KUSKUN850
@KUSKUN850 Год назад
ABUNE OLDM ..SIZDEN GOZEL MARAQLI MELUMAT GOZLEYECEM
@sfqulumirzyev2880
@sfqulumirzyev2880 Год назад
Qehbelik o vaxt da var idi senetkarlar arasinda.hamisi o gunde idi
@ТаоАооа
@ТаоАооа Год назад
Şekil Leyla Bedirbeylinindi axi😊
@tamillasahar3095
@tamillasahar3095 Год назад
İnsanlar da bu Dünya kimi yalançi ve fanidir. Yani erkekler ne isterse ede biler. Gadin senetkarlara olmaz. Bir senetkar gösterin deyin ki bu senetkar pakdir. Sehnede bu hayati zaten yaşayirlar ve alişirlar. Sonra da haca gedib günahlarini yuyurlar. Aparici size ugurlar
@Qamiaz-tr.commercial
@Qamiaz-tr.commercial Год назад
Erkəklər də bu əxlaqsızlıqları o qadınlarla edib də,qadın etməsə ermək hardan edəcəydi,kimlə edəcəkdi ki,məntiq budur.Azərbaycan qadınına daima əxlaq örnəyi kimi baxılıb,erməni anaitlərlə,rus,fransız,yunan,italyan,ingilis,ispan,alnan və s-lərlə müqayisədə,amma bu gün qadınların "filankəs məşhurdur ona olar,qadına olmaz kişiyəmi olar?" kimi yanlış fikirlərilə artıq erməni anati fahişələrinin yolu ilə addımlamağa haqq qazandırmaq da bur Azərbaycanlı olaraq buzlərə baş ucalığı gətirməz.Haca getməklə günah yuyulmaz,Allah Təala qəlbləri,niyyətləri ən doğru şəkildə biləndir.İnsan gənc yaşlarında zina,xəyanət,əxlaqi dayazlıqlardan tövbə edib bunda uzaq durmağa başlayarsa,maksimum çalışarsa, o zaman Allah Təala da onun niyyətini qəbul edər.Amma,qocalanda,yaşlaşanda "tövbə" etmək Allah qatında ikiüzlülük kimi qəbul olunur,yəni qocalan adam kimə lazımdı ki,bir o da eyş-işrət,əxlaqzızlıq,zina,biclik etsin.İkiüzlülər üçün isə Allah Kitabı Qurani Kərimdə MÜNAFİQLƏR (yəni İkiüzlülər Surəsi) deyilən bir surə var,dəyərli xanım.Yəni mən burda din dərsi vermək fikrində deyiləm,sadəcə bildiklərimdən bir az sizə də xatırlatmaq istədim,təşəkkür edirəm.İsrəsəniz özünüz də Quran və İslamla bir az dərindən maraqlana bilərsiz,təbii ki,istəsəz,vaxt ayıra bilsəz
@НурайАлизаде-ю9з
Siz elə tərzdə dediniz ki, "Ali Sovetin deputatı olmasına baxmayaraq təmirsiz evdə yaşayıb", sanki bunu cox sadə olması ücün belə edib. Adam bir sandıqça qızılı özü ilə ora-bura daşıyır ancaq evini təmir eləmir, öz rahatlığına qıymır. Buna Ali Sovet nə etsin ki...? Bu cür qızıl, pul hərisi olub özlərinə qıymayan insanların yığdıqları heç vaxt özlərinə qismət olmur!
@gurbancoban7663
@gurbancoban7663 Год назад
O zaman qizili ùze çixarda bilmezdi elinden alardilar
@НурайАлизаде-ю9з
@@gurbancoban7663 düz deyirsiniz, ancaq qazancı olub ki, qızıl ala bilib. Əgər pulu olmasaydı necə ala bilərdi? Mən dəbdəbəli təmirdən danışmıram lakin o pulun az bir hissəsinə evini yüngülvari yəni orta səviyyədə təmir edə bilərdi ki, özünə xoş və rahat olsun. Mən insanların bu cüt düşüncələrini və hərəkətlərini özlərinə qıymamazlıq kimi anlayıram.
@НурайАлизаде-ю9з
Mənim ücün Hökümə Qurbanova kimdir? -- Qızının ailəsini dağıdıb onu bədbəxt edən zalım ana -- Hələ dünyaya gəlməyən nəvəsini öldürən qatil nənə Bundan sonra istəyir lap dünyanın xalq artisti olsun, mənim gözümdə onun sənətinin heç bir dəyəri yoxdur. Mən ona heç vaxt rəhmət deməmişəm, indi də demirəm. Vəfaya isə ALLAH qəni-qəni rəhmət eləsin, RƏBBİM onun axiratını gözəl eləsin. Amin.
@kera-ve1vv355
@kera-ve1vv355 Год назад
Салам ханым, меним корбакор гайнанам бундан да бетер олуб. Итин или кечен ай 29 - у чыхды. Бизе олусу де раhатлыг вермеди бошандыг.
@d.i.m6733
@d.i.m6733 Год назад
Düz
@sevinctagiyeva5405
@sevinctagiyeva5405 Год назад
Kim olursan ol insan deyilsənsə tutduğun mövqedən sui istifadə edirsənsə insanlığa ləyaqətin namusun iffetin yoxdursa demək sən .......... Bilirsən ki heç nəsən insan ölümündən sonrsyarəhmət yada lənət gazanar onun titulları sənəti bu dünya üçün və şöhrət üçündür öləndə gəbirdə heç kəsə lazım deyil tüpürüm onunsənətinə
@insallahesedov6595
@insallahesedov6595 Год назад
Həmişə danışığınıza maraqla qulaq asırıq.
@sefevi.6219
@sefevi.6219 Год назад
Qoydugunuz şəkil Leyla Bədirbəyli deyilmi?Səhv qoymusunuz. Amma səhv edə də bilərəm. Leyla xanım misilsiz gözəl olub. H.Qurbanovaya gəldikdə isə bu günə kimi ona rəhmət oxuyan görmədik. Cox məkrli, hökmoü, həm də ehtiraslı qadın olub. Gözü hec nə görməyib, hətta qızının xoşbəxtliyini belə gözü götürməyib.
@gulnarasafaraliyeva6691
@gulnarasafaraliyeva6691 Год назад
Şəkillər Hökümə x. Qurbanovaya aiddir. Diqqətli olun
@sefevi.6219
@sefevi.6219 Год назад
@@gulnarasafaraliyeva6691 görürsüzmü özüm dedim ki, səhv də edə bilərəm. Cünki bu şəkildə özünə bənzəmir.Daha gözəl görünür.Siyasi səhv etmədim, şükür.😏
@HuruAliyeva-il4nr
@HuruAliyeva-il4nr Год назад
Ana və qız - hər ikisinin fanatı olmuşam , Allahin rəhməti hər ikisinin üzərinə .......(((
@АганвРамиз
@АганвРамиз Год назад
Cox eqaist qadin olub
@mustafa-sl8nv
@mustafa-sl8nv Год назад
Leyla Bədirbəylinin şəklini qoymysuz🤣😜???
@patriotaze6196
@patriotaze6196 Год назад
Leyla Bədirbəylinin şəklini qoymusuz
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v Год назад
Hələ nə yaşı var? Öyrənər də?
@patriotaze6196
@patriotaze6196 Год назад
@@YasarBirsoy-y5v ☺👍❤
@kera-ve1vv355
@kera-ve1vv355 Год назад
Бу кеде не данышыр не тутур hеч озу де билмир. Арвад кими гейбет едир чамаатын кечмишини ешелейиб токур.
@natiqaqafarova7264
@natiqaqafarova7264 Год назад
Xeyr,Qurbanovanın şəklidir
@azeriamazon2988
@azeriamazon2988 26 дней назад
​@@kera-ve1vv355camaat da doğru həyat tərzi yasayardi
@sagittarius8080
@sagittarius8080 Год назад
Leyla Bədirbəylininin şəklini qoymusuz 🤦🏻‍♀️🤦🏻‍♀️🤦🏻‍♀️Ona görə sizin danışdıqlarınız da heç . Bu boyda səhv 🤦🏻‍♀️🤦🏻‍♀️
@rinarinarina3511
@rinarinarina3511 Год назад
Layla deyil Hokumedir
@sagittarius8080
@sagittarius8080 Год назад
@@rinarinarina3511 dəyişdi də Leyla idi əvvəl
@ТаранаАскерова-ф1п
Hökume xanim deyerli senet insani olub. Allah rehmet eylesin, Hökume xanima ve dunya gözeli Vefa xanima. Lakin, istedadli olmaq esil valideyin ola bilmek deyil
@az.555
@az.555 Год назад
Adı kimi hökmlü olub amma normal həyat yaşamayıb 😏
@Muvahid.
@Muvahid. Год назад
day denən. qadın ancaq şeytana ibadət edib.
@perikarxulu0796
@perikarxulu0796 Год назад
Matiryal yok, vidyo
@Sevulya328
@Sevulya328 9 месяцев назад
Necə olur ki 1933 də evlənir, Nailə doğulur, səhnələrdən uzaq düşür və 1933 ildə boşanır)) Eyni ilin içində baş verir bu qədər həngamə?😅😅
@КенюльАлекберова
@КенюльАлекберова 2 месяца назад
Burda hami yazir gözel aktrisa olub amam qadin kimi hecde yaxwi heyat surmuyub,Kiminse ailesini dagidib,kiwi sayi artirib
@samirsuleymanov2088
@samirsuleymanov2088 Год назад
Ayibdi.....sevimli aktrisani.....xalqin gozunde alcaltmayin....hansinizin nenesinin...kreslosunu elinden alibki
@nurlanaydinnur1520
@nurlanaydinnur1520 Год назад
santa barbiraya gulmusduk bu neyaaa
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 Год назад
Nədən Leyla Bədirbəylinin şəklini qoymusunuz
@xatirememmedzade729
@xatirememmedzade729 Год назад
Tanıyan da tanımayan da yazır.sekil Hökümə x.ozudir.heqiqeten de qızına qarşı böyük günah edib.
@ofeliyaxeyrullayeva9955
@ofeliyaxeyrullayeva9955 Год назад
Birdə ofelyanın ailəsin dagıdmagı da ən boyük günaı olub
@mirzagamemmedli6520
@mirzagamemmedli6520 Год назад
Leyla xanıma bunların nə dəxli.
@sagittarius8080
@sagittarius8080 Год назад
dəyişib uje Hökümə xanımın şəklini qoyub
@liagaagayev.3275
@liagaagayev.3275 Год назад
Salam baxırıq sevirik amma öz dilimizdə danışın. Baqqalı da salmayın camaatın dilinə. Onsuzda yaxşı birşeylər götürmürlər.
@said689
@said689 3 месяца назад
Hokumə Gurbanovanin səklidir ozudur ki var
@untrueworlddreams1989
@untrueworlddreams1989 Год назад
Ay adam sən hər bir adamın şəxsi həyatını keçmişini açıb tökməklə düz iş görürsən? Bədbəxt qadın qızını bədbəxt da bədbəxt edibmiş
@GulerRustemova-k1u
@GulerRustemova-k1u 2 месяца назад
Qızıl yığınca evini təmir etdirərdi da
@azerbaycan9987
@azerbaycan9987 Год назад
QIZIL BAŞA BƏLADIR. COX GÖZƏL AKTRİSADIR. ALLAH RƏHMƏT ELƏSİN
@ДжафарХасаев
@ДжафарХасаев Год назад
HÒKUME QURBANOVANIN QIZI NAÌLÈ ÈLÈKBÈROVA NARXOZDA RUS DÌLÌ KAFEDRASININ MÙDÌRÌ ÌDÌ, VERMÈDÌYÌ ADAM YOX ÌDÌ, QÈHBÈLÌK EDÌRDÌ
@AgaliAgali-fi4cn
@AgaliAgali-fi4cn Год назад
3a
@AgaliAgali-fi4cn
@AgaliAgali-fi4cn Год назад
Mo
@МехрасМехманОглы
Qanlarinda var
@esmiraabasova2713
@esmiraabasova2713 Год назад
Gör necə xoşbəxt qadın olub, atası da ,anası da korifey sənətkarlar
@vefahummetli1039
@vefahummetli1039 2 месяца назад
Bəs birinci qızı Nailənin aqibəti?
@Qamiaz-tr.commercial
@Qamiaz-tr.commercial Год назад
Dayaz əxlaqlılıq o vaxt da var idi,sadəcə olaraq texnologiya o səviyyədə deyildi ki,bu sürətlə yayıla,o vaxt da paytaxtda bu daha çox idi.
@AzərbaycanTürkü
@AzərbaycanTürkü Год назад
Allah billir oqızılı yıgana qeder neqeder ter tökübmüş.
@НурайАлизаде-ю9з
İnsan tər tökür ki, sonra bəhrəsini görsün, Bu isə sandığa yığıb saxlayıb özü də təmirsiz evdə yaşayıb, yəni özünün və ailəsinin rahatlığına qıymayıb. Nəyə lazımdır bu cür tər tökmək? Belə insanların yığdıqları heç vaxt özlərinə qismət olmur.
@rahilceferov1839
@rahilceferov1839 Год назад
Mən həmisə Hökumə Qurbanovanı çox istedadlı və çox tərbiyəli qadın bilirdim. Amma çox təəssüflər olsun ki, əksini öyrəndim. Teatrda intriqanın əsasını qoyan, gənc istedadların qarsısını kəsən ,,hökumuska,,!
@jokersjoker5414
@jokersjoker5414 Год назад
Elə şəkildəki Hökumə Qurbanovadı...
@khanderamazanova4586
@khanderamazanova4586 Год назад
Leyla Bədirbəylini niyə qoymusunuz?
@hhhgh2311
@hhhgh2311 2 месяца назад
Elə belə qəhbə mütrüflər balalarımızı , gənclərimizi , cəmiyyətimizi pozub ! Ailə qədri bilməyən qancıq !
@VafaViki-ln4zg
@VafaViki-ln4zg 8 месяцев назад
Rehmet her kese düwür. Allah biler kimi baqiwlayar. Amma bele baxiram hele o vaxtlarda demek aktrisalar sakit durmayib. Bunlarla erlerini deyiwdüyüw edibler. Neqeder qeddar olasan ki, evladinin evladini telef edesen. Allah kec gunahimdan. Qinamiram qorxuram qinanaram. Amma fikrimi bölüwmek istedim
@solmazakhundova9152
@solmazakhundova9152 Год назад
Allah rəhmət eləsin dahi sənətkarlarımıza! 🙏 Onların şəxsi həyatlarıdan yox, sənətlərindən danışın Ayıbdı, ölənin dalınca danışmazlar. Dedi-qodu danışan arvad kimi ağzına gələni danışan. Ayıbdır, ay ,,kişi''! Hünərin varsa indikilərdən danış. Ayıb olsun!
@afatalizade1116
@afatalizade1116 Год назад
👏👏👏👏
@elchineliyev4327
@elchineliyev4327 Год назад
Başqalarının eyiblərini açmayınki Alllah da sizin eyiblərinizi açmasın.
@RR6478
@RR6478 Год назад
ƏN AZINDAN VƏFA RƏHMƏTLİYƏ ETDİKLƏRİNƏ GÖRƏ ONA NİFRƏT EDİRƏM. PS.BƏZİLƏRİ YAZIRKİ,NİYƏ BUNLARI DEYİRSİZ??? AZ İNSANLARI İDEALLAŞDIRMAĞA ÇALIŞIN...HƏR ONSUZDA MİLLƏT HƏR ŞEYİ BİLİR...SADƏCƏ APARICI DÜZGÜN MÖVQEDƏN...HEÇ NƏYİ GİZLƏTMƏDƏN ÇATDIRIR...
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Год назад
bu ogeyn ana filmindeki ana deyil?
@refiqeeliekberova3758
@refiqeeliekberova3758 Год назад
ögeu anadakı Nəcıbə məlıkovadır
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 Год назад
Ah gənc nəsil Tanıyın Korifeylərimizi Ögey anadakı Nəcibə Məlikovadır
@sfqulumirzyev2880
@sfqulumirzyev2880 Год назад
Siz lap 😂
@liagaagayev.3275
@liagaagayev.3275 Год назад
Köhnələrdə də qəhbə çox imiş.Mən daha bunların çəkildiyi filmlərə baxmaram.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Год назад
Siz niyə televiziyaya, efirə çıxmırsız?
@xalidlkbrova2481
@xalidlkbrova2481 Год назад
Bu aktyor Elşənin belə deyək Hökümədən uşaqları olub?
@SerdArt
@SerdArt Год назад
@emin7225
@emin7225 Год назад
Başa düşə bilmirəm bu hökemə gil acından ölən deyildi sonrada aktyoru bəyənmirdi anası
@solmazkerimli9039
@solmazkerimli9039 Год назад
*Hökumə Qurbanovanın səsi çox qeyri-adi olub. Çox güclü aktrisa olub. Kleopatra rolu unudulmazdır. Onun şəxsi həyatı və xarakteri ilə yanaşı rollarından da danışılmalı və heç olmasa bəzi epizodlar göstərilməli idi. Gənc nəsil məşhur aktyor və aktrisalarımızın kiminlə eşq yaşamaqlarından, evinin təmirli olub-olmamasından çox, istedadları, teatr, kino fəaliyyətləri ilə tanış olmalıdır. Azərbaycan müstəqil dövlət olsaydı, Hökümə Qurbanova və o dövrün bir çox sənət adamları dünyada tanınmış olardılar. Hökümə Qurbanova kimi insanın tanıtımı 5-6 dəqiqəyə sığmaz. O iki böyük şəxsiyyətin qızı Nailə xanımdan da məlumat verilsəydi yaxşı olardı və ya Vəfa xanımın ayrıldığı həyat yoldaşı kim olub və s. Bunlar qızıl kisəsinin harada gəzdirilməsindən daha maraqlı olardı. Material tələsik, plansız və bəsit formada hazırlanmışdır. Təşəkkür.*
@TV11-azerbaijan
@TV11-azerbaijan Год назад
Dediklərinizi özünüz hazırlayın, telefonunuz var, görünür yazmağa da həvəsiniz var, yazın, işləyin, belə boş rəylərə vaxt ayırmayın, görün baxan olacaqmı.
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 Год назад
😢
@Partizan-bh8oz
@Partizan-bh8oz Год назад
Unudulmaz sənətkar
@TV11-azerbaijan
@TV11-azerbaijan Год назад
Materialı bəyəndinizsə, kanala abunə ola bilərsiz.
@vusalquliyeva2476
@vusalquliyeva2476 Год назад
🎉
@solmazkerimli9039
@solmazkerimli9039 Год назад
*Abunəlikdən çıxdım, kobud cavabınıza görə. Mənim yazdığım tövsiyə xarakterli, mədəni rəy idi. Nəzərə alacağınıza ümid etmişdim. Sizdən belə səviyyəsiz reaksiya gözləməzdim. Təəssüf!*
@TV11-azerbaijan
@TV11-azerbaijan Год назад
@@solmazkerimli9039 Yaxşı yol. Öz yazdığınız rəyə də baxın, bizim rəyimizə də, səviyyə fərqini özünüz görəcəksiz.
@KUSKUN850
@KUSKUN850 Год назад
COX SAGOLUN MELUMAT UCUN..ALLAH REHMET EDSIN HOKUME VE VEFA XANIMI🤲
@sefernuraliyev2189
@sefernuraliyev2189 Год назад
Sizde hec utanmag yoxmu? Sevgi azaddir insanin her yasda sevmek haggi var....ayibdir
@nextazercell9099
@nextazercell9099 Год назад
Bu aparıcı oğlan çox qəribədir. Bizim indiyə qədər sevdiyimiz, hörmət etdiyimiz adamların ancaq neqativ tərəfindən danlşır, necə deyərlər o adamları bizim gözümüzdən salmağa çalışır. (Zeynalabdin Tağıyev haqqında da fərsiz veriliş hazırlamışdı)
@sefevi.6219
@sefevi.6219 Год назад
Z.Tagıyev də hec ideal şəxs olmayıb. Sadəcə bizə onu qəhrəman, el atası kimi yeridiblər. Sovet dagılsndan sonra. Paridə bazlıga gedən, 70 yaşında arvadı ola ola 16 yaşlı qızla evlənən necə ideal şəxs ola bilər?
@HNA7895
@HNA7895 Год назад
​@@sefevi.6219düzdu özude pullu kişi olub niye getmesin parije bazdiga arvadida rus olub sef etmirəmsə hamisi eyni olub bu oğraşlar 21 esirdede
@lalenecefzade5320
@lalenecefzade5320 Год назад
Gic gic başlıq yazmaqa ehtiyyac yoxdur
@ilahaaajjkkxhhhh
@ilahaaajjkkxhhhh Год назад
Sozun esil menasida dahi senetkar
@brazer12
@brazer12 Год назад
Özünde yox özünden 😂
@serdaramin1910
@serdaramin1910 Год назад
🎉🎉🎉
@leylelekberzadeh9777
@leylelekberzadeh9777 Год назад
Çox sag olun əməyinizə satqı ilə yanaşıram.Qoy hamı bilsun ki,bu aktyor tayfasının həyatı nədir onıara özənməsinlər.Demək olar ki,əksəriyyətinin həyatı belə faciəli bitir,çünki axmaq həyat tərzi yaşayırlar
@maqo1252
@maqo1252 Год назад
Yaxşı zamanlar olub....kim kiminlə istədi sevgili yaşayıb...Xüsusən də aktyorlar arasında.....
@ТаранаАскерова-ф1п
Guya indi namusla qeyretle yaşiyirlar?
Далее
ТАРАКАН
00:38
Просмотров 855 тыс.
Witch changes monster hair color 👻🤣 #shorts
00:51
Üç məşhur qadının eyni faciəsi.
10:36
Просмотров 47 тыс.
ТАРАКАН
00:38
Просмотров 855 тыс.