Тёмный

Onu Fuad Poladovdan ayırdılar, uşağını tələf etdirdilər, 42 yaşında tanınmaz halda öldü 

TV11
Подписаться 45 тыс.
Просмотров 97 тыс.
50% 1

Cavan yaşında tanınmaz hala düşdü, basdırmağa yer tapmadılar
Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Xalq artisti aktrisa Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulub. Atası Nüsrət Fətullayev Azərbaycan teatr tarixinə ən yaxşı rəssamlardan biri kimi düşüb. Bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. Əmisi Fateh Fətullayevi tamaşaçılar “Ögey ana” filmində İsmayılın atası kimi tanıyır. Digər iki əmisi Şəmsəddin və Nurəddin bəstəkar olub.
Vəfa hələ uşaq olanda onun valideynləri ayrılır. O, anası ilə birgə yaşamağa başlayır. Vəfanın uşaqlıq və yeniyetməlik illəri teatrla bağlı olub. Hələ uşaqlıq illərindən anası ilə birgə teatr tamaşalarındakı uşaq rollarında çıxış edib. 9 yaşı olanda Şeksprin “Qış nağılı” pyesində kralın oğlu Mamili obrazını ifa edir. Anası ilə tərəf müqabili olur.
Vəfa Fətullayeva orta məktəbi bitirəndən sonra Zaur Nağıyev adlı bir idmançı ilə tanış olur. Onlar böyük məhəbbətlə bir-birlərini sevirlər. Az müddət görüşəndən sonra ailə qururlar. Amma bu evlilik çox kədərli ayrılıqla başa çatır. Deyilənə görə, gənclərin ayrılmasının baiskarı Hökümə Qurbanova olur. O, qızını aktrisa və özünün davamçısı kimi görmək istədiyindən onun ailə qurub səhnədən uzaqlaşmasına heç zaman razı olmayıb. Həyat yoldaşını aktrisa kimi görmək istəməyən Zaur Vəfadan ayrılmalı olur. Məhz ərindən boşanandan sonra Vəfa Teatr İnstitutuna girir.
Sonralar bu faktın həqiqiliyini Zaur öz müsahibələrinin birində təsdiq edir. O, bildirir ki, onların ayrılmasına səbəb məhz Hökümə xanımın qızını aktrisa görmək istəməsi olub: “Mən teatra qarşı deyildim. Çünki anam, əməkdar artist Tutuxanım Həmidova rəqqasə olmuşdu. Ona görə də səhnə adamlarının iş rejimi məni qane etmirdi. Bu səbəbdən də Vəfanın teatrda işləməsinə narazılıq edirdim. Anası da deyirdi ki, mənim davamçım mənim qızım olmalıdır. Mən onunla tanış olandan bir neçə ay sonra bildim ki, o, Hökümə Qurbanovanın qızıdır. Bunu mənə bildirmirdi. Bu hərəkəti məni ona daha da bağladı. Biz evləndik, yaxşı da ailəmiz oldu, amma teatr bizə qalib gəldi. Toyumuzdan bir neçə ay əvvəl anası yenə başladı ki, Vəfa aktrisa olmalıdır, teatra getməlidir. Mən acıq edib onlardan getdim. Bir gün anam zəng vurdu ki, bizə gəl, qonağımız var. Gəldim gördüm ki, Vəfa bacısı Nailə ilə bizə gəlib. Vəfanın boynunda qara kəlağayı vardı. Bacısı dedi ki, Zaur teatr söhbəti daha olmayacaq. Durun, burdan gedin “zaqs” idarəsinə. Ailə qurduq. Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dörd aylıq hamilə idi. Ordan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Gördüm oturub ağlayır. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq mən sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, Dəmiryol xəstəxanasında usağımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq”.
Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkar Fuad Poladov olur. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qurmurlar. Onların münasibətlərinin ciddiləşməsindəki maneələr bu günə qədər də sir kimi qalır.
Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olub.
Hafiz Fətullayev bu məsələ haqqında deyir: “Başa düşürdülər ki, nə qədər Hökümə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam... Hökümə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökümə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin, başqa cür olub”.
80-ci illərin ortalarında Vəfa Fətullayeva gözlənilmədən sağalmaz bir xəstəliyə, qan xərçənginə düçar olur. Deyilənlərə görə onun bu xəstəliyə tutulmasına səbəb keçirdiyi bərk qorxu və stress olub. Anası Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. Hökümə Qurbanova və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın xəstəliyinin başlanğıcı olur. Çox keçmir ki, xəstəlik özünü göstərməyə başlayır. Səhhəti zəifləyir.
1987-ci ilin may ayında Vəfa və anası eyni xəstəxanada, amma ayrı-ayrı palatalarda yatırlar. Hökümə xanım da həmin ərəfədə xərçəng xəstəliyindən müalicə alırmış. Vəfa may ayının 21-də dünyasını dəyişir. Qızının vaxtsız ölümündən sarsılan Hökümə Qurbanovanın səsi bütün xəstəxananı lərzəyə gətirir. Vəfanın atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib, 2 aydan sonra rəhmətə gedir. Cəmi bir il sonra 1988-ci ildə isə anası Hökumə Qurbanova dünyasını dəyişir.
Həmin günləri Fuad Poladov müsahibələrində belə xatırlayır: Xəstəlik Vəfanı yandırmışdı. Onu son dəfə görəndə dəhşət məni bürümüşdü.

Опубликовано:

 

29 ноя 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 131   
@renaaqayeva9548
@renaaqayeva9548 6 месяцев назад
Hər zaman demişəm,yenədə deyirəm *bir övlad xoşbəxtdirsə və ya bədbəxdirsə, onun əsil səbəbkarı valideyindir *
@user-ou4ro9bk5f
@user-ou4ro9bk5f 6 месяцев назад
Doğrudu.
@mayaaziz1357
@mayaaziz1357 6 месяцев назад
Beli Vefani Anasi bedbext etdi.Fuad Poladovla cox xowbaxt olardi
@unvanlunvansiz7458
@unvanlunvansiz7458 6 месяцев назад
Dogru
@zkiyymmmdova-ei2lt
@zkiyymmmdova-ei2lt 6 месяцев назад
Məndə hər zaman bu fikirdəyəm . Təşəkkür edirəm !
@user-oo7ky6sr8h
@user-oo7ky6sr8h 6 месяцев назад
Yanlis fikirdi.Bir gadinin yaxsi heyat yoldasi varsa o xosbextdi,pisdise gadin bedbexti.
@elel3278
@elel3278 6 месяцев назад
Hər dəfə Vəfa Fətullayevadan söhbət gedəndə kədərlənirəm. Bir ailənin acı sonluğunu elə bil gözümlə görüb, dərimlə hiss edirəm.
@sevdademirci8759
@sevdademirci8759 6 месяцев назад
Vəfa Fətullayev hər zaman yaddaşlarda çox istedadlı, çox gözəl xanım kimi yaşayacaq. ALLAH RƏHMƏT ELƏSIN. AMİN. Paylaşım üçün sonsuz TƏŞƏKKÜRLƏR.. İzmir körfezinden selam ve sevgilerimle.
@yasemennagiyeva
@yasemennagiyeva 6 месяцев назад
Allah Rehmet Elesin Vefa Fetulsyevanı gözel Aktrisayde Cox gözel gözleri varidi ve ağ qadın idi Yeri Çenet olsun🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@TV11-azerbaijan
@TV11-azerbaijan 7 месяцев назад
Rəylərdə etik qaydalara riayət etdiyiniz üçün təşəkkür edirik.
@minayeiskenderova1278
@minayeiskenderova1278 6 месяцев назад
Allah rəhmət eləsin 🤲🏻🥀🥀😥 Allah o dünyasını versin 🤲 necə bir həvəslə oynadığı tamaşalara baxardıq çox heyif...
@telefonsamsungg8240
@telefonsamsungg8240 6 месяцев назад
Unudulmaz gözəl aktrisa Allah rəhmət eləsin
@rahilceferov1839
@rahilceferov1839 6 месяцев назад
Universitetdə oxuyarkən bir dəfə yol gedirdik, qarsıdakı qadınlardan biri dedi ki, Vəfa arxaya bax, gör qız sənə necə bənzəyir?! Qadın arxaya dönəndə Vəfa Fətullayevanı gördüm. Mənə də həmisə deyirdilər ki, sən Vəfaya bənzəyirsən. Vəfa arxaya dönüb mənə baxandan sonra dedi ki, hə bənzəyir. O kiçik bir rastlasma indiyə qədər mənim yadımdadır.
@teranehesenova6661
@teranehesenova6661 6 месяцев назад
Xosbext insansiz.bextiniz oxsamasin
@SmartTecnolojies-pn6jr
@SmartTecnolojies-pn6jr 5 месяцев назад
Anada. Balaya. Belə edərdi dözülməzdi. Allah.o dünyasını. Bersin
@SmartTecnolojies-pn6jr
@SmartTecnolojies-pn6jr 5 месяцев назад
Amma. Fuada. Yaraardılar. Bəlkə. Xoşbəxt olardılar
@SmartTecnolojies-pn6jr
@SmartTecnolojies-pn6jr 5 месяцев назад
Ayda. Görün. Aramızdan. Necə. Gözəl. İnsanlar. Gedibe. Gedənlərin. Hələdə. Davamçıları. Yoxdur olmayacaqda. Allah. Gözəl insanların. Hamısının. O. Dünyasını. Versin.
@SmartTecnolojies-pn6jr
@SmartTecnolojies-pn6jr 5 месяцев назад
İndikilər. Vare. Heç. Pul. Xatirinə. Min. Cür. Oyunlardan. Çıxırlar buindi. Oxuyalar. Vare. Bəziləri. Heç. Utanırlarmı Şövkət. Xanıma Sara xanıma. Tükəzban xanıma. Flora. Xanıma. Və sairələrinə. Həmçin. Gözəl. Aktyorlarımıza. Baxıb. Heç. Utnmırlar. Televiziya. Ekranlarına. Çıxmağa. Ə. Onlarda. Utanan. Üz. Bar.
@flowerflower3671
@flowerflower3671 6 месяцев назад
Bir sözlə desək ana qızını bədbəxt etdi. Allah rəhmət eləsin Vəfa xanıma torpağı sanı yaşasın
@NargizShabanova
@NargizShabanova 6 месяцев назад
Cox gezel ve istedadli aktrisaidi!! Heyif cox tez dunyasini deyiwdi.😮 ALLAH REHMET ELESIN MEKANI CENNET RUHU WAD OLSUN AMIN 🤲🤲😢
@user-ui7qj2yy7g
@user-ui7qj2yy7g 6 месяцев назад
Allah rəhmət eləsin gözəl aktrisa idi yazısı bele yazılıbmış ❤🤲🤲🤲
@user-ez4vm2jj6y
@user-ez4vm2jj6y 6 месяцев назад
Bir ailənin faciəsi buna deyərlər.Dəhşətə gəldim.Həyatda necə dərdlər var imiş ilahi.Allah Vəfa xanıma və ailə üzvlərinə rəhmət eləsin amin
@Partizan-bh8oz
@Partizan-bh8oz 7 месяцев назад
Təşəkkür edirik. 🎉
@ziyafetbagirova9267
@ziyafetbagirova9267 6 месяцев назад
Allah rəhmet etsin. Vəfa heç vaxt yadımdan cıxmir həmişə rəhmət etsindeyirəm.Cünki onu bir aktrisa kimi çox sevirəm
@user-ti2wr9wu1i
@user-ti2wr9wu1i 7 месяцев назад
Səs tembriniz çox gözəldir Verilişə görə də sağ olun
@Partizan-bh8oz
@Partizan-bh8oz 7 месяцев назад
Allah rehmet elesin.
@12eliyeva28
@12eliyeva28 6 месяцев назад
Coox sagolun, var olun Sevdiklərinlə ALLAHA ƏMANƏT OLARAQ ALLAH QORUSUN SEVDİKLƏRİNİZLƏ İNŞƏALLAH AMİN İnşaallah Amin
@katykaty8447
@katykaty8447 6 месяцев назад
Kim nə deyir desin, nə cəfənqiyyət yazır yazsın, bu ana bala nümunəvi xanımlar olub, respublikanın elitar xanımların sırasında lsyiqli yetləri var idi. Super idilər. Mədəni, entilliqent demək olar aristokratik xanımlar idi. Rusca, azərbaycanca mükəmməl danışırdılar. Onlara bütün aktrisalar paxıllıq edirdilər, kölgələrini qılınclıyırdılar. Hökümə x.səsi kimi səs hələ səhnəmizə gəlməyib və gəlməyəcək. İndi səhnədə söyüş söyürlər. Onlar əlçatmazdır.
@_F_N_A_
@_F_N_A_ 6 месяцев назад
Allah rehmet eylesin gőzel senetkarimizi😢
@elzagulehmedli9258
@elzagulehmedli9258 6 месяцев назад
Çox saq olun belə ətraflı məlumat üçün
@sevdahaciyeva1476
@sevdahaciyeva1476 6 месяцев назад
ALLAH rəhmət eləsin AMİN YA RABBİ.
@parvinallahverdiyeva767
@parvinallahverdiyeva767 6 месяцев назад
Allah rehmet etsin.
@niyazqelbinur.
@niyazqelbinur. Месяц назад
Allah rəhmət eləsin inşallah... Çooox heyif...
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 7 месяцев назад
Allah rəhmət eləsin.
@bizimsinif521
@bizimsinif521 6 месяцев назад
Allah rəhmət eləsin
@user-nt2jd1ds3n
@user-nt2jd1ds3n 6 месяцев назад
Çox sağ olun bu cür gözəl məlumata görə.davamı olsa izəyəcəm.yəni başqa aktyor yada aktisa həyatı hakqında bu cür geniş vidyonuz olsa abunə olub izləyəcəm.
@user-pw5ry3hk7u
@user-pw5ry3hk7u 6 месяцев назад
Allah rehmet etsin🤲🤲🤲sizede can cansagligi🙏👍🇦🇿🤝
@fatmanur592
@fatmanur592 6 месяцев назад
Allah rehmet eylesin amin
@nebidehuseynova2375
@nebidehuseynova2375 6 месяцев назад
En cox hormet etdiyim aktyor Fuad Poladov
@sevdam4236
@sevdam4236 6 месяцев назад
fuad poladov yaşayırmı
@nebidehuseynova2375
@nebidehuseynova2375 6 месяцев назад
@@sevdam4236 cox teessuf rehmete gedib
@latifayaqub5966
@latifayaqub5966 6 месяцев назад
Allahın rəhmətində olsun
@babakhasanov5845
@babakhasanov5845 6 месяцев назад
Allah rəhmət eləsin hayıf Vəfadan
@Sevam11
@Sevam11 5 месяцев назад
Hokume Qurbanova cox qəddar insan olub( esitdiklerimden)
@TV11-azerbaijan
@TV11-azerbaijan 7 месяцев назад
Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
Niyə ancaq bizim sənət adamlarının belə dəhşətli həyatı olur???
@mirvari95
@mirvari95 6 месяцев назад
😢
@user-qm7kx7mv1i
@user-qm7kx7mv1i 6 месяцев назад
Cəmiyyətin riyakarligindan
@inci__aa
@inci__aa 6 месяцев назад
Çünki o qədər günahlara girirlərki, O qədər 1cilik,məhşurluq naminə ,insanlara pislik edirlərki,bəlalara düçar olurlar.
@user-qm7kx7mv1i
@user-qm7kx7mv1i 6 месяцев назад
@@inci__aa görülür elə talançılıq la məsul olan rüşvəti, pozgunluq və savadsızlığı yayanlar yaman cəzasına catib
@Liles484
@Liles484 6 месяцев назад
Allahın sevmədiyi bir sənət olduğu üçün və bütün dünyada belədir aktyorlar şeytanın dostlarıdir
@user-hm6oc5xp6z
@user-hm6oc5xp6z 6 месяцев назад
Allah rəhmət eləsin
@nigarnigar2681
@nigarnigar2681 6 месяцев назад
Bu bütün deyilenler daha maraqli daha geniw ve sakit bir tembrda video montajlarla yazıb göstermek olmazdımı. Ele bil kim tez oxudu mövzu yarıwmasına çıxıb.
@user-ig2su6mh7i
@user-ig2su6mh7i 6 месяцев назад
Allah rəhmət etsin!!
@gullualiyeva9845
@gullualiyeva9845 6 месяцев назад
Ruhun şad olsun əziz Vəfamiz Allah senin gunahini bagişlasin.Uca Alla Meqamini uca da elesin amin! Uca Allah sene də ata anana bacina baba nenelerine rehmet elesin amin!🤲
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
Anası bədbəxt eləyib. (((
@LalaMammadova-fp6yr
@LalaMammadova-fp6yr 6 месяцев назад
Tesirli😢😢😢
@gulnarhuseynova-5578
@gulnarhuseynova-5578 6 месяцев назад
Allah rəhmət eləsin gözəl xanım Fuad Poladovun məhəbbəti
@senuberqurbanova499
@senuberqurbanova499 6 месяцев назад
Allah axiretde qovusdursun onlari.Her ucunu sevirdim.Allah her ucune rehmet elesin.
@renaaqayeva9548
@renaaqayeva9548 6 месяцев назад
Anası 3 dəfə ailə qursa da,qızına bir ailəni çox görüb. Anası,Rəhmətlik Vəfa xanımı bədbəxt elədi,özü aktyorla evlənməsinə baxmıyaraq,qızını sevdiyi aktyora vermədi.
@gullualiyeva9845
@gullualiyeva9845 6 месяцев назад
Haqli da ollaraq qoayib çunku ozu aktuorla evlenmişdi ve bu evlilik qisqancliqa gore dagilmişdi.Ona görə qarşisin aldi qizinin bu sehvi etmesin istemedi.Ikincisi diger rehmetlik aktuor üc yaş Vəfadan kiçik subay oglan olub anasi razi olardimi oglu ozunden yaşli dul qadinla evlensin.
@unvanlunvansiz7458
@unvanlunvansiz7458 6 месяцев назад
Rekord qiribki
@narminamirgasimova4514
@narminamirgasimova4514 6 месяцев назад
GŎZEL SENETKAR,SEHNE YARAŠIGI ALLAH REHMET ELESIN, MEKANIN CENNET OLSUN!
@islamkazimov122
@islamkazimov122 7 месяцев назад
@GulushAlibalayeva520
@GulushAlibalayeva520 6 месяцев назад
Allah rəhmət eləsin ❤❤❤
@FatimeEhmedova-rv5cd
@FatimeEhmedova-rv5cd 6 месяцев назад
😢😢😢😢😢heyifff cox bedbext xanim imiş
@user-zb1si8cl4l
@user-zb1si8cl4l 6 месяцев назад
Çox. Sevirdim. Sevirəm.
@xanim1626
@xanim1626 Месяц назад
allah ömür versin sizə❤
@Partizan-bh8oz
@Partizan-bh8oz 7 месяцев назад
❤❤❤
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 7 месяцев назад
🎉🎉🎉
@asmarpiriyeva8556
@asmarpiriyeva8556 6 месяцев назад
Allah rehmet elesin
@elminazabdulvahabova2799
@elminazabdulvahabova2799 5 месяцев назад
😢😢😢
@maralvaliyeva4489
@maralvaliyeva4489 5 месяцев назад
Allah rəhmət etsin nur içində uyusun 🥀
@rahilceferov1839
@rahilceferov1839 6 месяцев назад
Amma Vəfaya nə qədər hörmətim varsa, anasına heç qəti hörmətim yoxdur, çünki cavan aktrisalara qarsı çox hörmətsizlik edib, onların qarsısını hər vasitə ilə kəsib.
@sushisanbaku
@sushisanbaku 6 месяцев назад
😢
@resmiyyemikayilova
@resmiyyemikayilova 6 месяцев назад
Alın yazısı bura qədərmiş
@afethuseynova7090
@afethuseynova7090 24 дня назад
Allah rehmet etsin. Yasindan asili olmayaraq, sevenlere yol gostermek lazim, onlarin arzularini ureyinnde qoymaq gunah. Tovsiye vermek basga, mane olmaq ise edaletsizlik.
@testaccount8681
@testaccount8681 7 месяцев назад
Hokume Qurbanova cox hokmlu qeddar olub.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
Bəli. Hökmünün axırı da belə olub. (((
@memmedovqaqash5560
@memmedovqaqash5560 6 месяцев назад
Ad insana çox şey deyir təssüfff
@natavan5303
@natavan5303 6 месяцев назад
Ürəyim sıxıldı bu nə taledi heyif çox heyif Vəfanın həyagına Ana qızını necə bədbəxt edib
@user-qm7kx7mv1i
@user-qm7kx7mv1i 6 месяцев назад
Hokumə Qurbanovanin itirdiyi əsas zinət onun ovladi idi, qizil isə hecnədir
@user-ii2eo5bj3s
@user-ii2eo5bj3s 6 месяцев назад
Hmm... aparıcı sadəcə 10 dəqiqə osdraga basır...o elə dedi bu belə dedi...
@nrmnrza7939
@nrmnrza7939 7 месяцев назад
😮😮
@rnasultanova3078
@rnasultanova3078 6 месяцев назад
Qızın evini anası kimi heç kəs yıxa bilməz
@user-ht4sc9cv5v
@user-ht4sc9cv5v 7 месяцев назад
🎉
@sevilia.m.1078
@sevilia.m.1078 6 месяцев назад
Bəsdirin də.Bəlkə ailəsi , usaqlari baxir.Onlara bur az hörmət edin. O qədər olub belə" əfsanəvi məhəbbət".Anasi da hamita ag olub sevdiyinə getmişdi, bir- iki il keçmədi ayrıldılar.
@bakuubaku-lu9qw
@bakuubaku-lu9qw 6 месяцев назад
Baxir deye nagil danissinlar?
@nargissbabazadeh
@nargissbabazadeh 5 месяцев назад
Allah rəhmət eləsin .gözəl aktrisa olsa da müdrik qadın olmayıb heyifler olsun.
@eminabasov4621
@eminabasov4621 6 месяцев назад
Nailə Əkəkbərova Ələsgər Ələkbərovun qizidir Vəfənin ana bir bacısı Hökümə Qurbanovanin birinci əri Ələsgər ələkbərovdur
@user-jm3vp7oo9e
@user-jm3vp7oo9e 6 месяцев назад
Soyuq məzara da zinətdir insan
@TGBaku086
@TGBaku086 6 месяцев назад
Məktəbdə oxuynda Məhv olmuş gündəliklər tamaşasına getmişdik.Vəfa Fətullayeva və Fuad Poladov baş rollarda oynayırdılar. Hər ikisi o qədər yaraşıqlı idilər ki gözlərimi onlardan ayıra bilmirdim.Rollarını da böyük məharətlə ifa edirdilər.O ki qaldı Hökümə Qurbanovaya o vaxtlar Az dramada onun dediyi olurdu.Çox hökmlü qadın idi.Hamı ondan çəkinirdi.
@elcinhasanzade1015
@elcinhasanzade1015 6 месяцев назад
Hökümə adının mənası elə hökmlü qadın deməkdir.
@user-rl9ws9mv2e
@user-rl9ws9mv2e 6 месяцев назад
Görəsən o qızıl sumkasini kim tapıb?
@zumrud6268
@zumrud6268 4 месяца назад
Siz bununla ailədə söz söhbət yaradırsımız araya soyuqıluq düşür H. Qurbanova çox özündən razı çox adamlara mane olub
@konulehedova4686
@konulehedova4686 6 месяцев назад
Ev daqidanlar
@Wins7777
@Wins7777 6 месяцев назад
Gozel qadinlar bextsiz dogulur deyilir. Bu Xanimin heyati onun subutu. O idmanci yoldasi ile xosbext de ola bilerdi. Demek qismetinde yox imish
@gulnarhuseynova-5578
@gulnarhuseynova-5578 6 месяцев назад
Yazıqlar necədə ağır günlər keçirdiblər
@asmarpiriyeva8556
@asmarpiriyeva8556 6 месяцев назад
Hem yegane evlad deyirsiz,hem Bacisi Naile deyirsiz
@hicretsevdals2746
@hicretsevdals2746 6 месяцев назад
Bəs mən də onu fikirləşirəm sonra deyirəm bəlkə ögey bacısı olduğu üçün elə deyir
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 7 месяцев назад
@sevdademirci8759
@sevdademirci8759 6 месяцев назад
VƏFA FƏTULLAYEVA
@xeyalekerimova5478
@xeyalekerimova5478 6 месяцев назад
Oglani görendə krminal verlişidie ele bilirem.. Adam qorxur dinleməyə
@perviznishat4669
@perviznishat4669 5 месяцев назад
Azerbaycan da.Asla bele.senetherlar olmayacak.. Azerbaycan tvlerinin hec 1 programina baxmak.olur
@gulsanenovruzova8938
@gulsanenovruzova8938 6 месяцев назад
Hökmə xanımın qızı olduğunu bilmirdim.
@pro-qt3li
@pro-qt3li 6 месяцев назад
Muslum Maqomayev de dayisi oglu olub
@SerdArt
@SerdArt 7 месяцев назад
*******
@vefamextiyeva877
@vefamextiyeva877 6 месяцев назад
Окума Гурбанова была эгоцентриком
@MilaMina-ln2ns
@MilaMina-ln2ns 2 месяца назад
Vəfa Fətullayeva deyəndə İslam Səfərlinin“ göz həkimi” tamaşasını xatırlıyıram.
@Grand_games707
@Grand_games707 5 месяцев назад
Əfsanəvi məhəbbət yox Zina Özünüzü və xalqi aldatsazda ALLAH i əsla aldada bilmərsiz
@user-ii2eo5bj3s
@user-ii2eo5bj3s 6 месяцев назад
Yalan söhbətdir. O vaxt baş bağlamaq yox idi. Gic gic yazmayın ki Vəfa xanım deyib istəsən başımı bağlayaram. Olmayıb bu
@user-kt4bd3qb7n
@user-kt4bd3qb7n 6 месяцев назад
Mən heçnə başa düşmədim
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
Fuad Poladov əvvəlcə Vəfa Fətullayevanın anası Hökümə Qurbanova ilə sevgili olub. Sonra qızı ilə başlayanda anası qoymayıb. Haqlı olaraq da qoymayıb. Ancaq yenə də anası bədbəxt edib.
@user-jd7ub6vx9c
@user-jd7ub6vx9c 7 месяцев назад
FUAD OĜRASHIN, ALÇAĜIN, FARMAZONUN BÌRÌ ÌDÌ
@user-qm7kx7mv1i
@user-qm7kx7mv1i 6 месяцев назад
Ana birinci ailəni dağıdanda DUSUNMƏLİ İDİ
@teranehesenova6661
@teranehesenova6661 6 месяцев назад
Bu hardan cixdi
@user-oo7ky6sr8h
@user-oo7ky6sr8h 6 месяцев назад
Ne danisirsiz? Ola bilmez
@Resul36
@Resul36 6 месяцев назад
F.Poladov H.Qurbanovanın oğlu yerinde olub
@sedayequrbanova8911
@sedayequrbanova8911 7 месяцев назад
P
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
Allah rəhmət eləsin.
@xuramanmustafayeva4013
@xuramanmustafayeva4013 6 месяцев назад
Allah rəhmət eləsin
@serdaramin1910
@serdaramin1910 7 месяцев назад
*******
Далее
How the hell is this done#joker #shorts
00:14
Просмотров 1,6 млн
How the hell is this done#joker #shorts
00:14
Просмотров 1,6 млн