Тёмный

Qəbələ və Qəbələlilər haqda 33 İNANILMAZ FAKT 

Yerin Qulağı
Подписаться 56 тыс.
Просмотров 12 тыс.
50% 1

#qəbələrayonu #qəbələ #azerbaijan
Ərazisi əvvəllər dəniz olan, görməli yerləri ilə göz oxşayan, orta ömür müddəti 70 il olan, paytaxt Bakıda 225 kilometr aralıda yerləşən Azərbaycanın ən qədim şəhərlərindən biri - Qəbələ
Yerin Qulağı RU-vid kanalı Qəbələ və qəbələlilər haqda ən maraqlı 33 faktı təqdim edir:
1. Şıx Baba piri - Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb. İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200-1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir. Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir.
Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur.[3] Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33-dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı - deyə qeyd edilib.
1. Qəbələ rayonu 30 avqust 1930-cu ildə yaradılıb.
2. Rayonun tərkibinə Qəbələ şəhəri, Bum, Vəndam və Nic qəsəbələri, 62 kənd daxildir. Ən böyük Qəmərvan, ən kiçik kəndi isə Abrıx kəndidir.
3. Qəbələ rayonu ilə Bakı arasındakı məsafə 225 kilometrdir.
4. Nəqliyyat kodu 36-dır.
5. Ərazisi 1548 kvadrat kilometrdir.
6. Qəbələ rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşir. Köhnə adı Qutqaşen olub. Qərbdən Oğuz, şimaldan Rusiya və Qusar, şərqdən Quba, İsmayıllı, cənubdan isə Yevlax və Göyçay rayonları ilə həmsərhəddir.
7.Əhalisi 110 min nəfərə yaxındır. Onlardan təqribən 33 min nəfəri şəhərdə, qalan əhali isə kəndlərdə yaşayır. Qəbələnin ən çox əhalisi olan 8,943 nəfər ilə Vəndam qəsəbəsi, ən az isə 44 nəfər ilə Küsnət kəndidir.
8. Qəbələdə görməli ən vacib yerlər:
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi - 1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.
Qədim Nic - Rayonun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup - udinlər yaşayır.
Bum kəndi - Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Bu, əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi və bələdiyyə mərkəzidir. Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb. Bu kənd öz folkloru ilə də məşhurdur. Yerli folklor ansamblı nağara və zurnanın müşayiəti ilə oynanılan “Zop-zopu” çoban oyununun şərəfinə eyni adı daşıyır. Dəvəyə minmiş iki uşaq öz dostlarını əyləndirir. Onlardan biri əyilir və digəri şeir oxuyaraq onun üzərindən tullanır və yerə düşdükdə uşaqlar “Ənzəli” sözünü qışqırırlar.
Vəndam kəndi - Respublikada ən böyük kəndlərdən biri sayılır, rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Yalnız İsmayıllı və Qəbələdə yetişdirilən qızıl əhmədi alma növü də bu bağların məhsuludur.
Küsnət kəndi - Qəbələ rayonunun şimal hissəsində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bir zamanlar bu kənd yazıçı və hərbi xadim, “Müqəddəs Georgi” ordeninin ilk azərbaycanlı kavaleri İsmayıl bəy Qutqaşınlının yay iqamətgahı olub.
Yeddi gözəl şəlaləsi - Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir.
Mucuq şəlaləsi - Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər.

Наука

Опубликовано:

 

5 окт 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 113   
@yeringulagi
@yeringulagi Год назад
Ərazisi Əvvəl Dəniz Olan Qəbələ Rayonu Haqqında Bilmədiyiniz 33 İNANILMAZ FAKT. Başqa hans məlumatları yaza bilərsiz?
@gangster_sheki999
@gangster_sheki999 3 месяца назад
Böyül Qafqazın ətəyində Azərbaycanın Şimalında gözəl bir şəhər Qəbələ
@yeringulagi
@yeringulagi 2 месяца назад
Salamlar olsun
@Remix.Azerbaycan
@Remix.Azerbaycan 7 месяцев назад
Qəbələli olduğuma hemşe sevirem 😊
@yeringulagi
@yeringulagi 7 месяцев назад
Salamlar olsun. Qəbələ əla yerdi. Bəyəndizmi videonu?
@xqaniqasimov5301
@xqaniqasimov5301 14 дней назад
Çox sağ olun,, Qəbələ haqqında maraqlı məlumatlar verdiniz,, işinizdə uğurlar arzulayıram
@yeringulagi
@yeringulagi 14 дней назад
Salam, siz də sağolun diqqətiniz və dəstəyiniz üçün
@elmiraisayeva8479
@elmiraisayeva8479 Год назад
Polad Həşimov!Allah rəhmət etsin👐 Amin👐
@yeringulagi
@yeringulagi Год назад
Allah rəhmət etsin
@elmiraisayeva8479
@elmiraisayeva8479 Год назад
@@yeringulagi 👐👐👐
@yeringulagi
@yeringulagi Год назад
@@elmiraisayeva8479 diqqətiniz üçün sağolun
@elmiraisayeva8479
@elmiraisayeva8479 Год назад
@@yeringulagi Təşəkkürlər👍
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Год назад
Ay ay mənim gözəl Qəbələm,necə geniş hər tərəfli məlumatlar hazırlamısız, xeyli vaxt ayırmısız həmdə çox sağolun Təşəkkürlər video üçün hörmətli dost.
@yeringulagi
@yeringulagi Год назад
Salam. Çox sağolun diqqətiniz üçün. Bəyənmənizə sevindim.
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Год назад
@@yeringulagi Siz sağolun zəhmət çəkib maraqlı faktlarla o boyda video hazırlayıb əmək vermisiz.Həm mənim öz rayonumuz haqqında bilmədiyim xeyli məlumatlar varmış sayənizdə bilmiş oldum Həqiqətən təşəkkür edirəm.Bu arada mən zarafat etdim bayaq sizinlə paxıl dərkən yəni yaxşı mənada zarafat etdim ☺️ üzürlü sayın
@tofiqquliyev3372
@tofiqquliyev3372 Год назад
Rayonlarımız bir birindən gözəldir
@mirvarirasulova2606
@mirvarirasulova2606 Год назад
Ətraflı məĺumat üçün təşəkkür edirəm
@urkerabilova6286
@urkerabilova6286 Год назад
Xahiş edirəm öz Ana Ata vətənim olan Qəbələnin Tarixini bu qədər bilmirdim ancaq Rayonu cox sevdiyimdən indi Jurnalistlə görüşüb öyrənmək istəyirəm .halal olsun sizə sizdən əvvəl də Kəmaləddin Heydərova ki Qəbələni Bütün Dünyaya Tanıtdı .
@elcinqribov5979
@elcinqribov5979 Год назад
Tşk yerli.
@elcinqribov5979
@elcinqribov5979 Год назад
@@yeringulagi İşinizdə uğurlar
@urkerabilova6286
@urkerabilova6286 Год назад
@@elcinqribov5979 Salam Elcin Qəribov siz Qəbələnin harasındansınız .Və hal hazırda harda yaşayırsınız .
@elcinqribov5979
@elcinqribov5979 Год назад
@@urkerabilova6286 AleykumSalam. Mən Qəbələnin.Böyük Pirəlli kəndindənəm və hal hazırdada orda yaşayıram
@urkerabilova6286
@urkerabilova6286 Год назад
@@elcinqribov5979 Axşamınız xeyir cox gözəl Allah ömür versin 100 yaş sağlam yaşayasan Ancaq Gözəl Qəbələdə .
@urkerabilova6286
@urkerabilova6286 Год назад
ALLAH KƏMALƏDDİN HEYDƏROVA 100 İL ÖMÜR VERSİN ANCAQ VERDİYİ CÖRƏYİ İTİRƏNİN GÖZÜNDƏNNGƏLSİN .AMİN .
@sabuhiallahverdizada4605
@sabuhiallahverdizada4605 Год назад
Eşq olsun. Gözəl hazırlanmış material. Əllərinizə, əməyinizə sağlıq
@sakhavathamid8987
@sakhavathamid8987 Год назад
Əladır!
@lamiyegulmemmedova36
@lamiyegulmemmedova36 14 дней назад
Vəndam ləzgidir deyərdizdə zəhmət olmasa? Qəbələlilərə salam olsun, Qəbələmlə fəxir edirəm 🥰🥰🥰🥰🥰🥰
@yeringulagi
@yeringulagi 14 дней назад
Salamlar olsun. O qədər dəyərli ləzgi dostlar var ki, eşq olsun
@gundelikteleqraf6448
@gundelikteleqraf6448 Год назад
Möhtəşəm şəhərdi, əla da işlər görülüb
@cinaytisi5674
@cinaytisi5674 Год назад
əla
@QamidOo
@QamidOo 23 дня назад
Qəbələnin ən böyuk kəndləri,Vəndam,Bum bir də Nic kənləridir,Qəmərvan onlardan sonra kicik kənddir.
@yeringulagi
@yeringulagi 23 дня назад
Salamlar olsun. Hazırda ən böyük kəndi hansıdır?
@zeynabosmanova573
@zeynabosmanova573 11 дней назад
Bum qəsəbəsi böyükdür.
@yeringulagi
@yeringulagi 9 дней назад
sağolun məlumat üçün, kənd olaraq bəs?@@zeynabosmanova573
@birbaxkanal
@birbaxkanal Год назад
Sərdar bəy, Qax haqda videolar çox olsun
@mikayilmeheremov5615
@mikayilmeheremov5615 14 дней назад
Ən böyük kəndi Mıxlıqovanq Yevlax yox Agdaşla həmsərhəddir məlumatları düz verin
@yeringulagi
@yeringulagi 14 дней назад
Salam. Sağolun diqqətiniz üçün. Yenə baxım ona yaxşı dediz
@Kh_amzel1_
@Kh_amzel1_ Год назад
Gözəl Qəbələ
@yeringulagi
@yeringulagi Год назад
əladı
@ruhengizazimova8386
@ruhengizazimova8386 9 месяцев назад
❤Супер.Муреббе фестивалы хачан олур
@yeringulagi
@yeringulagi 9 месяцев назад
Salam. Payızda deyəsən, hələ olmayıb çünki. Araşdırım gərək
@yeringulagi
@yeringulagi 9 месяцев назад
hər il demək avqustuin sonu olur, bu il bilinmir hələ, tapa bilmədim
@karimova_17
@karimova_17 11 месяцев назад
Gəsəy məlumatlar idi. Cox sag olun 😊. Öz kəndimin adini esitmədim bircə😂
@yeringulagi
@yeringulagi 11 месяцев назад
Xoş gəldiz bir daha. Videonu bəyənmənizə sevindim. Növbəti videolarda izləyicilərimizin yazdığı kəndlərlədə bağlı qısa qeyd verəcəm, ya da ayrıca həmin kəndlə bağlı video hazırlayacam. Çox sağolun diqqətiniz üçün
@karimova_17
@karimova_17 11 месяцев назад
@@yeringulagi siz də sağ olun 😪
@KARA_KURT84
@KARA_KURT84 4 месяца назад
GOZEL QEBELEM❤❤❤❤❤❤❤
@yeringulagi
@yeringulagi 4 месяца назад
Salamlar olsun
@gundelikteleqraf6448
@gundelikteleqraf6448 Год назад
Alla rəhmət eləsin Polad Həşimov
@yeringulagi
@yeringulagi Год назад
Allah rəhmət eləsin
@behrambaxis_official
@behrambaxis_official Год назад
Melumat vererken savadli adamlardan soruşun milleti düzgün maarifləndirin Yevlaxla yox Ağdaşla hemserheddir hec olmasa xeriteye baxin day mektebde baxmamisiz neyneyek cekilen rolikin xetrine
@vusaleomarova9487
@vusaleomarova9487 Месяц назад
Menim nenemin ikiside Seyidqwlaqdandi emi qizi olublar. Qohumlarimiz var ama hec getmemiwem ora cox isteyirem gedim oralari gorum taniyim
@yeringulagi
@yeringulagi Месяц назад
Salamlar olsun. Yaxşı olar, görməli yerlərdi
@GundelikTeleqrafnews
@GundelikTeleqrafnews Год назад
Çox maraqlıdı, hansı bölgəmizdi
@lifeisbeautifullifeisbeaut1660
Qebelenin erazisinde hec zaman deniz olmayib. Yanlish melumatdir.
@lifeisbeautifullifeisbeaut1660
@@yeringulagi Salam. hec zaman olmayib ve bu sadece mumkun deyil. Qebele deniz seviyyesinden 800 metr hundurlukde yerleshir.
@elcinqribov5979
@elcinqribov5979 Год назад
Küsnət yoxa çıxdı. Yerində prezdent sarayı oldu təssüf
@foodchannel8721
@foodchannel8721 Год назад
çox fərqli stildə yığmısız, hər məlumat var
@EfqanAgayev-te7li
@EfqanAgayev-te7li 10 месяцев назад
Cox gozel videodu ama Şəhid Polad Həşimov General mayor idi
@yeringulagi
@yeringulagi 10 месяцев назад
Salam. Çox sağolun diqqətiniz üçün
@villagelife4514
@villagelife4514 Год назад
Dəniz olub ki?
@ruslanruslan5041
@ruslanruslan5041 Год назад
Yevlaxla həmsərhəd olduğunu bilmirdim🤣
@yeringulagi
@yeringulagi Год назад
Salam. Bəli elə deyil. Orda texniki səhv gedib
@user-fs3ey1ct6l
@user-fs3ey1ct6l Месяц назад
Салам.Габала/Гутгашен/хаггында бу гадар мараглы малиматлар учун саг олун.Амма бир неча мелуматыныз дузкун дейил.Гоншу районлар,бойук кандлар.....??
@yeringulagi
@yeringulagi Месяц назад
Salamlar olsun. Çox sağolun diqqətiniz üçün. Bəli, səhvlər gedib, təşəkkür edirəm üslublu formada vurğuladığınız üçün
@user-fs3ey1ct6l
@user-fs3ey1ct6l Месяц назад
@@yeringulagi Salam olsun size Rossiyadan. Side sag olun. Qebele menimde dogma yurdundur,uzaqda yasasamda.Ugurlar size.🌿❤️🌿🤝🌿✌️🌿🖐XMAO 🌲❄️🌞-15*
@yeringulagi
@yeringulagi Месяц назад
Xoş oldu, bizi qürbətdən izləyirsiz, işləriniz avand olsun@@user-fs3ey1ct6l
@user-fs3ey1ct6l
@user-fs3ey1ct6l Месяц назад
@@yeringulagi Minnetdaram. Sizinde her isiniz avand olsun 🌿🪻🌿🙏🌿
@user-kx9fn3qm8o
@user-kx9fn3qm8o 8 месяцев назад
Şərq tərəfdən girişdən ilk kəndi olan Bunud kəndi,çox gözəl kəndi
@yeringulagi
@yeringulagi 8 месяцев назад
Salamlar olsun. Çox eşitmişəm adını, görmək qismət olmayıb
@cavadhemidov9476
@cavadhemidov9476 3 месяца назад
Ləzgilər 16000?))
@yeringulagi
@yeringulagi 2 месяца назад
Salam. Statistika 10 ildən bir yenilənir, indi təbii ki, qatbaqat çox olar həmin rəqəmdən
@ghos9461
@ghos9461 Год назад
Udinlər isəvi olanda Albaniya da isəvi dinini qəbul etmişdi. Yəni müsəlmanlıqdan əvvəl hamımızın dədəbabası isəvi-xristian olmuşuq.
@Djaxan_134ECM
@Djaxan_134ECM Год назад
Xrirtian yox,alban,
@user-uz8sx8pf8e
@user-uz8sx8pf8e Год назад
ЛАП АВВАЛ ГАБАЛА СОЗУ ЛАЗГИ ДИЛИНДА ОЛДУГУНУ ВА МАНАСЫ ТУРК ДИЛИНДА НА ДЕМАКДИР ОЛДУГУНУ ДЕ
@saidamusayeva2628
@saidamusayeva2628 3 месяца назад
Durca kendinin adini niye cekmediniz, gozel kendimizi
@yeringulagi
@yeringulagi 3 месяца назад
Salamlar olsun, digər bir videoda çəkmişəm
@nahidirwad1100
@nahidirwad1100 4 месяца назад
En boyuk kend qemervan yox vendamdir
@yeringulagi
@yeringulagi 4 месяца назад
Salam, dəqiq məlumatdı? Çünki rəsmi də başqa cür gedir
@nahidirwad1100
@nahidirwad1100 4 месяца назад
@@yeringulagi deqiq melumatdir.en boyuk kend erazisine gore vendam ehalisine gore nic kendidir
@cavadhemidov9476
@cavadhemidov9476 3 месяца назад
Vəndam və Nic qəsəbədir
@xqaniqasimov5301
@xqaniqasimov5301 14 дней назад
Vəndam Nic Bum qəsəbədir. Zarağan böyük kəndir
@muradovanurane4195
@muradovanurane4195 Год назад
Həmzəli halvasını da əlavə edin
@yeringulagi
@yeringulagi Год назад
Salam. Məşhur halva, məlumat üçün təşəkkür. Ümumi necə alınıb video?
@n2b14
@n2b14 11 месяцев назад
@@yeringulagi 👍
@yeringulagi
@yeringulagi 11 месяцев назад
@@n2b14 çox sağolun
@QamidOo
@QamidOo 23 дня назад
Nohur gölunu dəniz hesab etməyin,duzgun məlumat verin.
@yeringulagi
@yeringulagi 23 дня назад
Salam. Nohur gölü nəzərdə tutulmur, ümumiyyətlə çox qədim dövrdə dəniz olub deyilir, geniş videosu var, imkan olsa baxarsız
@user-mq9tc2rb8z
@user-mq9tc2rb8z 15 дней назад
​@@yeringulagikohne adı niye deyirsiz? Etraflı deyin ermenilere şerayit yaradırsız. Sovet dovrunde qurtqaşın olub deyin. Çunki Qebele adı Qebelenin esl tarixi adıdır, bugunde öz adını daşıyır.
@yeringulagi
@yeringulagi 14 дней назад
tarixi məlumatlardır, mən də özümdən demirəm təbii ki, çünki rəsmidə elə qeyd olunur@@user-mq9tc2rb8z
@user-mq9tc2rb8z
@user-mq9tc2rb8z 14 дней назад
@@yeringulagi Tarixi melumat deyil çunki tarixi saxtalaşdırıblar. Tarixi ad Qebeledi qurtqaşınin hele nenesinin nenesi dunyada olmayanda Qebele olub.
@sahilkerimov8504
@sahilkerimov8504 5 дней назад
​@@yeringulagi tarixi adı hardan qutqaşen oldu. Savdınız olsun da 1 . Kabalaka tarix oxuyun
@muqllidagah9336
@muqllidagah9336 Год назад
Müasir "xan"lardan kimlərin sarayları var orda , bunu da yazın .
@yeringulagi
@yeringulagi Год назад
Salam. Onu artıq orada yaşayan bilər. Yenə umumi qeyd etmişəm)
@rusifsefiyev7683
@rusifsefiyev7683 23 дня назад
En böyuk Qemervan deyil
@yeringulagi
@yeringulagi 23 дня назад
Salam z hansı kənddir bəs?
@xqaniqasimov5301
@xqaniqasimov5301 14 дней назад
Zarağan kəndi böyükdür
@yeringulagi
@yeringulagi 14 дней назад
Zarağan yolüstü gedəndə görünür, əla kənddir@@xqaniqasimov5301
@zeynabosmanova573
@zeynabosmanova573 11 дней назад
Qəmərvan balaca kəndir.
@tnzilltifova2798
@tnzilltifova2798 Год назад
Mənim gözəl Qəbələm.Maraqlı oldu ki, ən böyuk kəndi Qəmərvanmı?? Mən elə bilirdim ki,Vəndamdi. .....
@tnzilltifova2798
@tnzilltifova2798 Год назад
@@yeringulagi Əhali Vəndamda çoxdu,yəqin ərazi də Qəmərvanda çoxdu?
@elcinqribov5979
@elcinqribov5979 Год назад
Tşk yerli.
@cavadhemidov9476
@cavadhemidov9476 3 месяца назад
Vəndam qəsəbədir
@user-xp8ce6fx4i
@user-xp8ce6fx4i Месяц назад
😂😂😂Qebeleye Azerbaijanln en olu yeridi en Bahall Qebele istrahet elemeye ve yawamaga yaxwl devil
@yeringulagi
@yeringulagi Месяц назад
Salam. Yaşamağa niyə yaxşı yer deyil?
Далее
Azərbaycanın ƏN GÖZƏL 15 KƏNDİ Hansılardır?
8:12
Что-то пошло не так 😂
00:15
Просмотров 493 тыс.
100❤️ #shorts #construction #mizumayuuki
00:18
Просмотров 18 млн
ДЕНЬ РОЖДЕНИЯ БАБУШКИ #shorts
00:19
QƏBƏLƏDƏ ADI XƏRİTƏDƏN SİLİNƏN KƏND
8:23
Qəbələdə günlük kirayə Aframe villa.503827725
2:44
Ən çox əhalisi olan 10 Azərbaycan şəhəri/rayonu
5:24
Putin Zelenski barədə nə dedi?
13:19
Просмотров 5 тыс.
REAL VƏTƏN |  NAXÇIVAN |  DÜNYANIN NAXIŞI
43:56
Просмотров 26 тыс.
REAL VƏTƏN - Gəncə
44:45
Просмотров 18 тыс.