Тёмный

Ramiz Rövşən - Çığırtı - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 7 тыс.
50% 1

#kamranmyunis #ramizrövşən #kamranyunis #poeziyateatrı
#eminsabitoğlu #şeirlər #şiirler #sevgişeirləri #poeziya
Ramiz Rövşən - Çığırtı
Bəstəkar - Emin Sabitoğlu - "Təhminə" film musiqisi
Öz səsindən alışıb
cavan-qoca çığırır.
Ağıllısı-dəlisi,
toxu-acı çığırır.
Qəbirlərin
ağzını yırta-yırta,
Ölülər çığırır torpağın altda, -
yoxsa torpaq çığırır?!
Çığırtımız gedib çatır Allaha,
yuxuda səksənib Allah çağırır.
...Sən niyə susursan, atam balası,
sən nəyi gözləyirsən?
Qulaqlar batıran bu çığırtıdan
səsini gizləyirsən.
Bəlkə qorxursan ki, səsin ilişər,
səsin düyün düşər
bu çığırtırda.
Birdən bu dolaşıq səs düyünündən
adam öz səsini ayıra bilməz.
Hərdən pıçıltıyla yara-yoldaşa
deyiləsi sözlər deyilə bilməz.
Demə, pıçıltıyla düşmən yıxılmaz,
Demə, pıçıltıyla qala alınmaz.
...Çığıra-çığıra dua oxunmaz,
Çığıra-çığıra layla çalınmaz...
Ay kimi, gün kimi batıram indi
susan dodaqların pıçıltısına.
Mən də öz səsimi qatıram indi
əsən yarpaqların xışıltısına.
Çöldə kin bilməyən, acıq bilməyən
quşların səsinə qatım səsimi.
Füzulıdən bəri üzü gülməyən
bu qərib səsimi, yetim səsimi.
Bir az əllərimlə üzümü örtüm,
Nəfəsim ovcumda isinsin bir az.
Bir son yarpaq kimi
dodaqlarımdan
Qopan pıçıltım da isinsin bir az...
Nə çoxdu danışan...
Susum bu axşam,
Qoy barı bir söz də sabaha qalsın.
Bu ocaq alova çıxmasın tamam,
Qoy barı bir köz də sabaha qalsın.
Hamı çığırmaqdan doyanda bir gün,
Batanda hamının səsi, ilahi,
Əlimi yan-yana gətirəcəyəm
Ovcumda o bircə sözü, ilahi.
Köz kimi közərən o pıçıltıdan
hamı öz səsini alışdıracaq.
Onda bir-birini dünyada bəlkə
hamı pıçıltıyla danışdıracaq.
- O nə çığırtıydı, - deyəcək hamı, -
nə yaxşı, eşidib kar olmamışıq.
Nə yaxşı, dilimiz söz tutur, Allah,
çığırıb-çığırıb lal olmamışıq...

Кино

Опубликовано:

 

20 ноя 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 71   
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Nə çoxdu danışan.... Susum bu axşam❤️🙏 Susub bu ifanı təkrar-təkrar dinləmək!!!❤️
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Hərdən pıçıltıyla yara-yoldaşa, deyiləsi sözlər deyilə bilməz. Demə, pıçıltıyla düşmən yıxılmaz, Demə, pıçıltıyla qala alınmaz.
@shefaehedova9211
@shefaehedova9211 4 года назад
Bir gun oz səsimi eşitmək,özümü dinləmək istərdim.Bircə gun bari...
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Çığıra-çıgıra dua oxunmaz, Çıgıra- çığıra layla çalınmaz.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Год назад
Çıgırsan da ,bagırsan da taleyinle barış gülüm. Taleyini yazan Allah gismətine böyle yazıb. Gaçagaç dünyamızda bir gün sene yetər ölüm. Üsyan etmə deyəcəklər Ceyhun yenə yolun azıb.
@hemidhemid8677
@hemidhemid8677 3 года назад
Möhtəşəm Ramiz Rövşən zirvəsi və o zirvəni bizlərə catdıran Kamran müəllim ,Əzizimiz Kamran müəllim. Var olasınız
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Nə yaxşı dilimiz söz tutur Allah, çığırıb-çığırıb lal olmamışıq....🙏💐
@aliyevaliyevs8713
@aliyevaliyevs8713 4 года назад
Ramiz Rövşən bir dünyadı! Hər sətrin, misranın altında bir məna, bir mesaj var. Səsinizə, ürəyinizə sağlıq belə gözəl çatdırdığınıza görə! 😘
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
MÖXTƏŞƏM! RAMIZ RÖVŞƏN .KƏMRANM YÜNIS ALLAH SIZI GORUSUN .VAR OLUN !
@behbudovamanzar
@behbudovamanzar 2 месяца назад
Salamlar!Dunyanin ən xosəxt insanlarıyiq!Əllerimiz,ayaqlarimiz sagdir,qulaqimiz kar deyil , dilimiz də lal deyil!Cox şükürlər olsun!Ozumuzə deyər verək!Nə yaxşı sikəst deyilik!Cavanliqda üzümüzə bir sizanaq cixanda ozumuzu dunyanin bədbəxti hesab edirdik!Əlimizdə olanin qədrini bilmirik,itirəndən sonra heyfslenirik!Cox ibratamiz seirdir!Anlayana!Allah Vətən ugrundaoz əziz canından kecən şəhidlərimizə rəhmət eləsin!Qazilerimizs isə can sagligi versin!Onlar cavan ikən şikəst,əlil ,lal ,kar oldular! Gözəl _ gözəl oğlanlar!Muharibe salani Allah zəlil eləsin!Bax,onlar baxanda cox utanıram!Bəs onlarin yaşadığı dəhşətlər!Yanlarinda olən igid,cəngavər oglanlar! Yaraşıqlı, boylu _ buxunlu Pəncəli,Mubariz,Mehrab,Xudayar ,Cəbrayil...Allah rəhmət eləsin! Çağırmaq yox,susmaqla yad eləmək gərəkdir! Təşəkkürlər!Kamran bəy ! Çox gözəl ifa etdiniz!🙏🌹
@azmantelim-tedrismerkezi
@azmantelim-tedrismerkezi 4 года назад
Yunis Var ol. Səsinə qüvvət!
@user-bp7sx9qp3h
@user-bp7sx9qp3h 4 года назад
Ramiz Emin Kamran trinitisi. Müqəddəs üçlük. Nə qədər səsiniz var, bizlər də varıq. Bu barədə ədəbi superlatizm ruhunda, məfailun rədifində bir esse yazacağam. Söz
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 года назад
Hamı..Çığırmaqdan...Yorulub..Daha....❣👏🏻
@DrAliabas
@DrAliabas 3 года назад
Kamran müəllim Azərbaycanmızın yüksək incəsənətini belə gözəl təbliğ etdiyiniz üçün Sizə təşəkkür edirəm!!! Çox gözəl ifa!!!
@zulfiyyeelekberli4858
@zulfiyyeelekberli4858 3 года назад
Her kedere ucunanda sizin ifanlzda olan serler aqladlr icimizden.Ele yanlqll soyleyiesiniz ki.Icimizin yaralarl az qalir qopsun.Tesekkurler,istedad basqa sey.
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
Bu, çox sevdlyım musıgı .və bu şeır .neçədə .tamamlanfı ...MINƏTTARAM .VAR OLUN .ÇOOOOOOOX XOŞUMA GƏLDI ..ALLAX SIZI GORUSUN .KƏMRAN BƏY.AMIN!
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 2 года назад
Ramiz Rovsen Kamran. M. Yunis Tesekkurler! 🧡🧡
@stayblessedourrealjusticet2454
@stayblessedourrealjusticet2454 3 года назад
03/01/2021/170👍-Nə çoxdu danışan...,İLAHİ!💝👏🙏😷💔
@ranababanli4535
@ranababanli4535 3 года назад
" OZ SESINDEN ALIWIB,CAVAN- QOCA CIQIRIR" Qorxuram,sesimi,piciltimi dost ,taniw,ovlaslarim ewider ,USTAD!,Onun ucun ciqirmaqi yox picildayib,ovcumda qalan birce kelmeni demek ucun," Mensiz o dunyada darixmadinmi,bawimin taci,men darixdiqim kimi?" picildamaq isteyirem! Istad,defelerle bele dolanda bu kimi weirler ifalariniz ile kuknar aqacinin yarpaqlarinin usyani kimi ( o yarpaqlar da picilti ile daniwirlar) olan konlumu ovudiram! Saq olun ve Allah sizi qorusin! Amin!
@GunelgunGunel
@GunelgunGunel 4 года назад
👏👏👏👏👏👏çox gözəldir həm şer, həm fondakı musiqi , həm də şeiri o qədər gözəl söyləmisiz ki təkrar təkrar dinlədim
@ulviyyahajili9267
@ulviyyahajili9267 Год назад
Sən niyə susursan atam balası
@user-be4yi7zd8f
@user-be4yi7zd8f 4 года назад
Келин гелбимизден кин кудрети атахын бир биримизе комек елимизи узадахын беле оларса басылмаз ветен
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Nə çoxdu danışan.... Susum bu axşam....
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Nə yaxşı dilimiz söz tutur Allah, Çıgırıb-çıgırıb, lal olmamışıq.
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Mən də öz səsimi qatıram indi əsən yarpaqların xışıltısına. ❤️Günümüzün ikinci Möhtəşəm şeiri, ifası, musiqisi❤️ Təşəkkürlər Ustad!
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
Cox sagolun K.M.Y.
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Nolar bir birimizin səsini eşidəy .Bir birimizin harayina çataq .Bir birimizi sevək Bir birimizi qoruyaq Sevək .Bir birimizi sevək .dəyər verək Görəsən çoxmu çətindi Allah sizdən razi olsun Kamran bəy🙏🏼🇦🇿🇦🇿
@aytekinelizade9542
@aytekinelizade9542 4 года назад
Bu musiqi meni menden alib aparir hele ustelik sizin seslendirmenizle bir basqa 😔
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 года назад
Bir az əllərimlə üzümü örtüm, Nəfəsim ovcumda isinsin bir az...
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
❤️❤️💕💐
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 года назад
@@yeganequliyeva664 ❤❤❤
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
@@aruhumunmlyi4361 Ürəyimiz birdi görürsüz eyni zamanda birlikdə! 💕
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 года назад
@@yeganequliyeva664 Elədir əzizim.Bu çox gözəl hissdir.❤❤❤
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
İlahi bu səs, bu müsiqi ,bu şeirlər öldürəcək məni...
@ilhamdeniz4987
@ilhamdeniz4987 4 года назад
Çok güzel ifa👏👏👏
@anarmemmedzade4697
@anarmemmedzade4697 4 года назад
Köz kimi közeren o piciltidan hami öz səsini alişdiracaq.....Mükemmel ikili 👍👍👍var olasiz
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 4 года назад
Yenə Ramiz Rövşən qələmi,yenə Kamran M.Yunis səsi 👏👏👏👏👏Allah qorusun sizi!
@reyhansgrova9513
@reyhansgrova9513 4 года назад
Sizi dinledikden sonra lal oluruq biz.Vallah.
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Nə çoxdu danışan,susum bu axşam..
@itsalwayshowheiyooh7029
@itsalwayshowheiyooh7029 3 года назад
169👍🏻hamı çığırmağdan doyanda1gün...🙏🏼🙄02/01/2021.
@abdulsafi3382
@abdulsafi3382 4 года назад
Qoy haqqı deyəndə çığırtımız kəsilməsin
@reyhansgrova9513
@reyhansgrova9513 4 года назад
Allah her ikinize can sagllgl versin.Ramiz Rovsen ve Kamran .M.Yunis.
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
8👍👍👍👍👍👍👍👍menen
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
İlahi...
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Cigira -cigira dua oxunmaz, Cigira - cigira layla oxunmaz
@azmantelim-tedrismerkezi
@azmantelim-tedrismerkezi 4 года назад
Bəzən şirin yuxular Bir ömürlük həyatı Bir gecədə əvəz edir. Bəzən şirin yuxular Büsbütün kainatı Dolanaraq hər yanı Heyran edir insanı.... Müəllif Babək Rəcəbli Yutubda şirin yuxular Babək Rəcəbli yazıb şeiri dinləyə bilərsiniz
@rufatmammadov5112
@rufatmammadov5112 4 года назад
" Cigirtimiz gedib catib Allaha Yuxuda seksenib Allah cigirir ..." var olun Ramiz Bey _Kamran Bey 👍🙏📝🎼
@shehriyarhesenli5824
@shehriyarhesenli5824 4 года назад
Çöldə kin bilməyən, aciq bilməyən, quşların səsinə qatım səsimi.......hər setirde duygulanib qaldım, Kamran qardaw. Bu havada neynediz....👏🍁☔ Allah sizi var elesin👐
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 года назад
Müqəddəsliyə səsliyən hər bir sözə, hər nəfəsə eşq olsun Ramiz Rövşən, Kamran M. Yunis Var Olun!
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Var olun.
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 4 года назад
Bu ifanızdan çox kövrəldim😔
@nerminekamilova9223
@nerminekamilova9223 4 года назад
hemiweki kimi ela
@zaurhaciyev7729
@zaurhaciyev7729 Год назад
"Bu gerib sesimi bu yetim sesimi" bu soz menimcun deyildi sanki....
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
KAMRAN BƏY
@fatimulusoy4228
@fatimulusoy4228 4 года назад
15👍👍👍
@sebrsebr9683
@sebrsebr9683 4 года назад
Aydaa ne gözəl sözlər ne gozel ifa fon musiqi her şey gozel Allah cansağlığı versin size kamran bey
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 года назад
Agillisi,delisi çıgırır! Mükemmel şer,mükemmel ifa! Çox sagolun Kamran muellim bele derin menalı şerleri seslendirdiyiniz üçün!
@Nazli_official.
@Nazli_official. 4 года назад
Mohtewem 👏🏼👏🏼👏🏼👏🏼👏🏼👍🏾👍🏾👍🏾👍🏾
@ayxanyusif7004
@ayxanyusif7004 4 года назад
Cigiranda sesinizi bir duyaniniz olsun insallah..var olun bey mohtesemsiniz.
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Gunun ikinci seyiri.her iki seir ela.var olun Kamran muellim.
@KiberBobik1234
@KiberBobik1234 4 года назад
Bu cigirtili omurden menim taleyime dusub.(indide o gunler yadima dusende yenede o hissleri cigirmag isteyirem)Arxaya baxmaddan qaca-qaca cigirmag, yuksek tepeye qalxib cigirmag istemisem.
@gulyakocharli164
@gulyakocharli164 4 года назад
@maqsudehuseynova4480
@maqsudehuseynova4480 4 года назад
Indi baxiram seirlere.Hemiweki kimi supper.Var olun,Kamran bey🙇
@metanetnurmemmedova7900
@metanetnurmemmedova7900 4 года назад
💞
@yasmnqasmova138
@yasmnqasmova138 4 года назад
👏👏👏👏👏
@delyasukurova3244
@delyasukurova3244 4 года назад
Sesin dùyùn duwer bu cìqirtida..👍👍👍.🌹❤
@RomaXosrov
@RomaXosrov 4 года назад
Eşq olsun!
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
❤️11❤️
@gendafallahverdiyevq1914
@gendafallahverdiyevq1914 4 года назад
Sag olun siz varsiz amma bir sey pisdi ki hamisini eyni saslla oxuyursuz eyni ahangla
@userzemfira8022
@userzemfira8022 4 года назад
Siz hər dəəfə basqa səslə danısırsız möhtərəm dinləyici? İnsan zəhmət cəkib seiri secir, oxuyur, cəkir. Nə olar dəyər verməyi bacaraq. Lütfən bu qədər olmaz axı.
@renababanli3490
@renababanli3490 4 года назад
Ramiz Rovwenin weirkeruni sevmirdim, onun weirlerini mene KAMRAN YUNISIN IFASI SEVDIRDI. BIR AZ ARADA MUREKKEB YAZIR.MENASI DERIN OLSA DA.BU WEIR DE NE ISE ANCAQ SESINIZIN QUDRETI ILE GOZELLEWDIRIR.ALLAH DA QIWQIRARMIW?VE NIYE HER KES ANCAQ QIWQIRIR? CATMADI MENE.
Далее
2DROTS vs WYLSACOM! КУБОК ФИФЕРОВ 1 ТУР
07:25
Ahmed Arif ile 60 Dakika Şiir
59:14
Просмотров 146 тыс.
Levon Minassian - Bab'aziz
10:30
Просмотров 8 млн
Al Bano and Romina Power - Liberta - Modigliani
4:18
Заячий Стон - Рот пятничный
0:55
Каха бизнес-класс
0:48
Просмотров 3,4 млн