Тёмный
No video :(

Ramiz Rövşən - Kölgə - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 22 тыс.
50% 1

#kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
#şeirlər #sevgişeirləri #eminsabitoğlu #ramizrövşən
Ramiz Rövşən - Kölgə
Bəstəkar - Emin Sabitoğlu
Sənin kölgən düşür burda hər şeyə;
Bu evə-eşiyə,
yorğan-döşəyə,
Körpəm mışıl-mışıl yatan beşiyə
sənin kölgən düşür gecəbəgündüz.
Kölgən düşür
qadınımın üzünə,
Gizlədir üzünün eyiblərini...
...Ağac kölgəsinə,
daş kölgəsinə
Maşın kölgəsinə, quş kölgəsinə
ilişir, dolaşır, qarışır kölgən.
Bütün kölgələri çəkib canına
təzədən canıma daraşır kölgən.
Görəsən, bir azca səni unudub
birtəhər başımı qatarammı heç?
Görəsən, kölgənin ucundan tutub
gəlsəm, gəlsəm sənə çatarammı heç?
Bəlkə ən dözümlü kölgədi kölgən,
qırılan, cırılan, sökülən deyil.
Tanrı kölgəsidi, bəlkə də, kölgən,
ölüncə üstümdən çəkilən deyil.
Gecələr kölgənlə üstümü örtüb
yuxlaya biləydim bu dünyada kaş.
Kölgənə üzümü-gözümü sürtüb
ağlaya biləydim bu dünyada kaş.
Ağlaya bilmirəm...
yağır yağış-qar,
Çöldə kölgən qalır yağış-qar altda.
Keçir kölgən üstdən
ağır maşınlar,
Kölgən tapdalanır
ayaqlar altda.
Kölgən dirsəklənib daşa-torpağa
dikəlmək istəyir, qalxmaq istəyir.
Dayanıb mənimlə qabaq-qabağa
gözümün içinə baxmaq istəyir.
Tez-tez bu şəhərdə aldanır gözüm,
sən donda görükür gözümə qızlar.
Bəlkə parça-parça doğrayıb-kəsib
kölgəndən don tikib özünə qızlar.
Kölgənə nə qədər əllər uzanır,
o küncə-bu küncə qısılır kölgən.
Aylar ötüb keçir, illər uzanır,
günbəgün gödəlir, qısalır kölgən.
Kölgən qısaldıqca
uzaqlaşırsan,
Bəlkə də, hardasa çılpaqlaşırsan.
Beləcə sən məndən, mən səndən uzaq
ölüncə yaşarıq tək-tək
dünyada.
Hələ bircə qarış kölgən qalıbsa,
mən qərib deyiləm, demək, dünyada.
Bir gün sən hardasa dil-dil ötəndə
son sözüm kölgənə yazılar sənin.
Kaş ki, vaxt bitəndə, əcəl yetəndə
qəbrimi kölgəndə qazalar sənin...

Опубликовано:

 

6 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 87   
@yeganequliyeva664
@yeganequliyeva664 5 лет назад
Hələ bircə qarış kölgən qalıbsa, mən qərib deyiləm hələ dünyada... Allah sizə gün gündən səsinizə, ruhunuza qüvvət versin. Sizi bu qədər sevənlər var. Maşallah. Hər zaman yaşayın, yaradın, sevilin. Əziz Kamran bəy.
@arzunesirova7854
@arzunesirova7854 4 года назад
Həsrətə bax, nə gözəl urəyi varmış. İndi belə sevənlər çox azdır
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Tanrı sevdiklərimizin kölgəsini belə üstümüzdən əksiy etməsin.
@yamr9306
@yamr9306 2 года назад
Amin
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Kölgəmdə aglayır... özümdən böyük görünsədə
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Hələ bircə qarış kölgən qalıbsa Mən qərib deyiləm, demək , dünyada
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Tanrı səsinizi, nəfəsinizi, ruhunuzu bu ocaqdan əskik etməsin Ustad! Nə yaxşı varımızsınız! 🙏 ❤️❤️❤️❤️❤️
@kmalm3909
@kmalm3909 5 лет назад
Vacib işim vardı amma dinləməyi daha vacib bilib şərh də yazıram...Mükəmməl..
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Yeganə dostumuzdur ki, bizi heç vaxt tərk etməyən kölgəmiz və göz yaşlarımız. Hara getsək harda yaşasaq da bizi tərk etmədən bizimlədir.
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 4 года назад
Sevdiklərimizin kölgəsi belə ən parlaq işıq tək saçar ömrümüzə🌸💖
@hemidhemid8677
@hemidhemid8677 3 года назад
Allah Sizi var elesin əziz qardaşım!
@higgsbozonu6909
@higgsbozonu6909 5 лет назад
Sırf poeziya bele olar -- qışqırıqsız, pıçıltı ile...Dövrümüzün Füzulisi ,Azerbaycanımızın döyünen üreyi Ramiz Rövşen, min yaşa ! Tanrı Sizi bize çox görmesin ,böyük ustad!💜
@nazlisirinli5666
@nazlisirinli5666 5 лет назад
Onun kölgəsi mənim ürəyimə düşüb😭
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Gozumnen yayinan seirlerden biri...gozeldi..
@lolaazeri3917
@lolaazeri3917 5 лет назад
Ölməkdən danışmayın.Siz axı gör nə qədər sevilirsiniz sizi sevənlər tərəfindən.Ölum haqdır. Amma siz bizə hələ coxxxxx lazımsınız.Teatr səhnəsində kino səhnəsində və Allahın bəxş etdiyi o səslə dinləyiclərə şeir səsləndirirsiniz.Allah sizə ömur versin Kamran Muəllim.YAXŞI ki,varsınız .
@yeganefermanli6685
@yeganefermanli6685 2 года назад
Möhtəşəm.Allah Xəlil Rzaya rəhmət eləsin .Ramiz Rövşənə uzun ömür can sağlığı arzuluyuram. Yazsın yaratsın .Sizdə Kamran bəy dəyərli sənətkarımız onların şerlərini bizə gözəl təmiz səsinizlə bizə çatdırasınız.TƏŞƏKKÜRLƏR
@punhanaxundzade9971
@punhanaxundzade9971 2 года назад
R. Rövşənin ən gözəl şeiri deyərdim bu şeirə. Kövrək hisslərin tüğyanı 😔Var olun seçimə və ifaya görə, dəyərli sənətkar
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Ürəyinizə sağlıq Ustad! 💥❤️❤️❤️💥🙏
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
Var olun.Yaşayın,yaradın və bizlər də zövq alaq.Səsinizə,ürəyinizə sağlıq,gözəl qardaşım
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
GÖZƏL MUSIGI ÇÖZƏL ŞEYR .GÖZƏL SƏNƏTKARIMIZ KƏMRAN.M. YÜNIS !
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
Kaşkı vaxt bıtəndə, əçəl yetəndə.Gəbrımı kölgəndə .gazarlar sənın!
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
Çox üzüldüm .bu şeyrı oxuyanda .çox kədərləndım .özümnən adlı olmayarag ...........
@aynurkazimova7855
@aynurkazimova7855 5 лет назад
Bu ifani beyenmemek ucun,gerek hissiyatsiz ve duygusuz biri olasan.
@userzemfira8022
@userzemfira8022 5 лет назад
👍👍👍........
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i 4 года назад
Сен бир колке кимиизлейирсен мени.хер йерде сени корурем колкен меним кормейен козум пенчереме душен бир ишыг гарнлыг куцелерде йанан бир ишыг ...хемише мене дузкун бир йол костерен хемише менимле. Олан хец вахт мени тек гоймайангем йолдашым
@ruslanfamilov819
@ruslanfamilov819 5 лет назад
Őlmek tezdi,yaşayin-yaradin.Ifanizla hemişe komeyime ĝelirsiz.var olun.
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Möhtəşəmliyə nə deyəsən.....
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
👍👍👍👏👏👏
@xatiraheydarova3677
@xatiraheydarova3677 5 лет назад
Beləcə sən məndən, mən səndən uzaq ölüncə yaşarıq tək-tək dünyada...
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 года назад
Sənin kölgən düşür burda hər şeyə,,, Ramiz Rövşən, Kamran M. Yunis Var Olun!
@metanetnurmemmedova7900
@metanetnurmemmedova7900 4 года назад
💞
@ulviyyahajili9267
@ulviyyahajili9267 5 лет назад
Allah bu gözəl ifa sahibini qorusun Amin
@seidexankisiyeva1174
@seidexankisiyeva1174 5 лет назад
👍👍❤️
@letifequliyeva9552
@letifequliyeva9552 4 года назад
🥀🙏🏻👏👏👏
@babekali8756
@babekali8756 5 лет назад
Wair nece gozel yazib. .
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Möhteşemsiniz
@samiraqdirli6543
@samiraqdirli6543 5 лет назад
*DİNLƏMƏKDƏN DOYMURAM* *XÜSUSƏN BU İFANI*
@11oo67
@11oo67 5 лет назад
Söz,musiqi,ifa - üçü də gözəl və əsrarəngizdir. Əgər bu möhtəşəm əsərlər olmasa,biz nə edərdik?!
@yamr9306
@yamr9306 2 года назад
😔
@user-it7wi7qk8m
@user-it7wi7qk8m 2 года назад
🙏🙏🙏
@tariyelmazanov1135
@tariyelmazanov1135 5 лет назад
Maşın kölgəsinə, quş kölgəsinə. İlişir dolaşır qarışır gölgən
@user-it7wi7qk8m
@user-it7wi7qk8m 2 года назад
Sevirsense Demegi Yasayirsan men son nefesime geder bu Kulgenin altnda yasamag isteyirem )))Любишь значит ты ещё живёшь!!!!!
@ejderkerimov1172
@ejderkerimov1172 5 лет назад
ALLAH SESINIZE QUVVET CANINIZA SAGLIQ VERSIN HER ZAMAN SIZI SEVE SEVE DINLERIYIK HISS EDIRIK BIZI KOHNE GUNLERE GERI APARIRSIZ SANKI
@muskofteacher3197
@muskofteacher3197 5 лет назад
Ürək sözlərimi çatdırmağa söz tapa bilmirəm. Allah sizin kölgənizi səhnədən, efirlərdən, ekranlardan əskik etməsin gözəl insan, DƏYƏRLİ SƏNƏTKAR Var olun Kamran Yunis💖 Sizi çoox sevirik
@aykababay284
@aykababay284 5 лет назад
Səsinizə, əməyinizə sağlıq!
@melekqizz6544
@melekqizz6544 5 лет назад
Ureyinize sagliq gozel insan 💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖💕
@ayguntehmez9588
@ayguntehmez9588 Год назад
Kölgen...kölgem...boşluq...boşluq
@pervanecafarzada3694
@pervanecafarzada3694 5 лет назад
😢😢😢💔💔
@samiraqdirli6543
@samiraqdirli6543 5 лет назад
*MÖHTƏŞƏMDƏN DƏ MÖHTƏŞƏM*
@nuray8045
@nuray8045 5 лет назад
Axsaminiz xeyir. Yene valeh etdiniz bizi, var olun. Insan olumden qorxmursa demekki ALLAHTELANIN dergahinda derecesi vardir mutleqki. Yasayin, saqlam olun, yaradin bizde dinleyib xeyallara, safliqa doqru bu maddi dunyadan deqiqeler olsa bele uzaqlasaq. Sizi seven "Nur"
@wamusik
@wamusik 5 лет назад
Möhtesem.
@nadirrzayev4755
@nadirrzayev4755 3 года назад
Şer yazdım... .oxudum dostuma Dedi,-“Yaxşıdı,xoşuma gəldi, Sözləri muncuq tək düzmüsən sapa Heyranam ahəngə,məna gözəldi” Şer dünyasına səfərə çıxdım Sirli möcüzəli aləmə düşdüm Neçə şairin əlini sıxdım Neçə alim ilə burda görüşdüm.
@solguncicek8977
@solguncicek8977 5 лет назад
😢😢😢
@nigarnadjafkulieva4040
@nigarnadjafkulieva4040 5 лет назад
Cox gozel ifadir!.Sag olun *Kamran Muellim*
@aytacasgarova2817
@aytacasgarova2817 5 лет назад
Minnətdaram, gözəl insan!
@suzanazeka7363
@suzanazeka7363 4 года назад
Yaxshi ki siz de varsiz....
@sebrsebr9683
@sebrsebr9683 4 года назад
Artıq kolgende yoxa çıxıb
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
🎧..........
@Nezrin-fe1wi
@Nezrin-fe1wi 5 лет назад
Cox sağ olun dinləməyə dəyər
@renaagayeva2817
@renaagayeva2817 5 лет назад
Həmişəki Kimi çox mükemmel,var olun inşAllah 🙏
@bennurmfd2919
@bennurmfd2919 5 лет назад
Kaş Ki....
@raminmemmedov7507
@raminmemmedov7507 5 лет назад
Ruhumun ŞAİRİ.Ramiz Rövşən yaz şairim yaz biz də təsəlli tapaq
@snsizolsmbagsla5814
@snsizolsmbagsla5814 5 лет назад
Səni unutmaq mənim üçün ölümdür. Mənim ölməyimi istəyirsənsə səni unutmağımı istə.
@kenanrza9095
@kenanrza9095 5 лет назад
Möhtəşəm səsləndirisiz Kamran müəllim. Çox istərdim sizin səsinizdə 3 şeiri dinləmək. Təbii ki, şeirləri bəyənsəz.
@kenanrza9095
@kenanrza9095 5 лет назад
Ramiz Rövşən və Kənan Rza yaradıcılığından. Sevəcəyinizə əminəm. "..Quru gözlərimə birdən yaş dolar, Birdən kövrələrəm, tənhalaşaram. Bu ögey şəhərdə bütün daşlara, Bütün ağaclara doğmalaşaram.. Hanı məni sevən? Hanı mən sevən? Ürəyim yeriklər addım səsinə. Bir vaxt qapısını çırpdığım evin Həsrətlə baxaram pəncərəsinə.. Tutar boğazımı qəhər bu gecə, Çağırsam, bir kimsə hay verməz mənə. Sevgiylə doludu şəhər bu gecə, Niyə o sevgidən pay verməz mənə?.." R.Rövşən Qəlbini bu qədər sıxma, amandı, Ahu gözlərinə dolmasın kədər. Sən ki, sevdaların ən gözəlisən, Sənin də qədrini birgün bilərlər. Bəlkə də görmürük, görə bilmirik, Hardasa bir ürək bizimçün, solar. Ehh.. bu da həyatın acı üzüdü, Ən gözəl sevgilər cavabsız qalar. Tutsa boğaznı qəhər, hıçqırıq, Gəl üz tut Tanrıya, hay verər sənə, Bəlkə də bir başqa, yad bir şəhərdən, Ən gözəl sevgidən pay verər sənə. Kənan Rza
@kenanrza9095
@kenanrza9095 5 лет назад
Kaş sən də mənimtək sevə biləydin, Dünyanın xoşbəxti olardıq gülüm. Ahu gözlərində sevinc olardım, Məhəbbət sehrinə dalardıq gülüm. Kaş bu saf sevgimə inan bir günü, Sevəcəm mən səni, sevməsən belə. Göz yaşım isladar Tanrı taxtını, Lərzəyə gətirər dünyanı naləm. Tanrı insaf edə, lütf edəydi kaş, Göylərdə kəsəydi nigahımızı. Səcdəyə gedərdim mən ömür boyu, Birlikdə açsaydıq sabahımızı. Qoymaram bir zərrə toz belə qona, Ayağın altına sərib ömrümü. Asıb tellərindən qurban edərəm, Bu yetim ömrümü, qərib ömrümü... Kenan Rza 29.10.2018
@kenanrza9095
@kenanrza9095 5 лет назад
Tənha adam Mən payız fəsliyəm, saralmış, solmuş Məndə yaz ətrini axtarma gülüm. Yarımçıq yazılmış sevgi şerində, Xöşbəxtlik sətrini axtarma gülüm. Axtarma hərarət buz əlllərimdə, Sənidə dondurar bircə toxunuş. Nakam taleyimdən söz açar mənim, Hər qəmli musiqi, kövrək oxunuş. Nə sevdir özünü, nə də məni sev, Uzaq dur bu miskin, bədbəxt adamdan. Kimsəsiz adayam, tərk edilmiş ev, Heç bayquş səsidə gəlməz bu damdan. Axtar xöşbəxtliyi, axtar özgədə, Sil məni bir yolluq sən yaddaşından. Adını saxlaram min il keçsə də, Toyuq dimdiyində dən yaddaşımda. Kenan Rza
@kenanrza9095
@kenanrza9095 5 лет назад
Ən gözəl qadınlar gündüzlər gülüb, Gecələr gözləri yaşla dolurmuş. Ən gözəl qadınlar sevgidən məhrum, Ən gözəl qadınlar tənha olurmuş. Taleyi əzəldən qara gətirir, Ömrünün cavanlıq çağın itirir. Həyatın ən gözəl bahar çağında Qəlbində qəm əkir, kədər bitirir. Ən gözəl qadınlar ən gözəl sevər, Amma ki, sevilməz sevdiyi qədər. Xəyanət acısı sızladar qəlbin, Bu nəcür yazıdı, bu nəcür qədər!? Ən gözəl qadını tanrı qısqanar, Ən gözəl qadını tanrı sevməzmiş. Ən gözəl qadına sahib olan kəs, Heyif ki, qədrini heç vaxt bilməzmiş. Ən gözəl qadınlar gündüzlər gülüb, Gecələr gözləri yaşla dolurmuş. Ən gözəl qadınlar sevgidən məhrum, Ən gözəl qadınlar tənha olurmuş. Kenan Rza
@kenanrza9095
@kenanrza9095 5 лет назад
Abi facebook profiliniz varsa oradan yazım sizə və ya münkünsə vatsappla əlaqə saxlayım sizinlə
@aydinqasimov763
@aydinqasimov763 5 лет назад
сәни унудув гачмаг олармы үрәјиниз гаршында ваш әјирәм вахмараг сиздә јашҹа вөјүкәм ама үрәјинизә сәсинзә салыг чох чох тәшәкүр еләјирәм
@aydinqasimov763
@aydinqasimov763 5 лет назад
чох сағолун мәним дәјәрли халгым
@aydinqasimov763
@aydinqasimov763 5 лет назад
рөвшән мәлимәдә тәшәкүрләр вуну јашамаса јаза вилмәз анҹаг елә көзәл чатдырырсыныз визләрә мән шәхсән тәшәкүр еләјирәм
@aydinqasimov763
@aydinqasimov763 5 лет назад
тәшәкүр еләјирәм вәли мәним дүнјамда өзүмә көрә шејирләримдә вар
@mehribancefer5665
@mehribancefer5665 4 года назад
Şair,gölgədən bərk yapışmayın o da adamı tərk edir.O ki,ola özgəninki.
@samiraqdirli6543
@samiraqdirli6543 5 лет назад
*AĞLATDIZ MƏNİ*
@lalequliyeva3073
@lalequliyeva3073 4 года назад
Sözləri şeirlə demək asanmı? Özləri düzülür sətir sözlər. Cahilçün adı bir söz olan sözdən, Arif neçə gözəl mənalar çözər.
@sudabedadasova4799
@sudabedadasova4799 5 лет назад
Geribe sairdi .Basga bir alemdi .
@gulshanhuseynova138
@gulshanhuseynova138 5 лет назад
Adicə bir kölgə şeri bizi hadan haraya apardı,,,, Hələ " Göy üzünə daş atan oğlan" Şerini demirsiz, ,,,,,,,
@cickyags4191
@cickyags4191 3 года назад
❤️431❤️
@ejderbaki8614
@ejderbaki8614 5 лет назад
Salam Kamran müellim xahiw edirem Heyat sen ne wirinsen şeirini de seslendire bilersiniz...Bextiyar Vahabzade.Hõrmetle...
@sevincrzayeva139
@sevincrzayeva139 3 года назад
Yaxlnlndan yaxlnml kolgemm!?
@sebrsebr9683
@sebrsebr9683 4 года назад
Senin kolgende senin kimi yox oldu...
@samiraqdirli6543
@samiraqdirli6543 5 лет назад
*ÖZÜMÜ UNUDA BİLİRƏM SƏNİ YOXX*
Далее
Ramiz Rövşən - Yuxu - Kamran M. YuniS
8:01
Просмотров 13 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 15 тыс.
La Tierra Robó El Anillo De Saturno #planetballs
00:14
Ramiz Rövşən - Persona (1)
17:12
Просмотров 22 тыс.
Komedixana  383-cü Bölüm 01.09.2024
53:31
Просмотров 604 тыс.
Ramiz Rövşən - Qadın - Kamran M. YuniS
5:30
Просмотров 49 тыс.