Тёмный

Ramiz Rövşən - Qara paltarlı qadın 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 40 тыс.
50% 1

Şeir: Ramiz Rövşən - Qara paltarlı qadın
Səsləndirmə: Ramiz Rövşən
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
RAMİZ RÖVŞƏN - QARA PALTARLI QADIN
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var.
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb, deyəcəksən: İlahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm.
İndi görən niyə çəkir dərdimi?
Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...
Ramiz Rövşən:
“.... Sizə deyim ki, “Qara paltarlı qadın” o qədərdə evdar olmayan vaxtımın şeirlərindəndir. Bu şeirdə kişilərin sanki günahlarını yumaq hissi də var.
“Qara paltarlı qadın”ın bu qədər sevilməsinin səbəbi məncə zamanla bu şeirin alt qatına talelərin yığılması ilə bağlıdır. Həmin şeiri mən 1981-ci ildə yazmışam və 1987-ci ildə “Göy üzü daş saxlamaz” kitabımda çap olunub. O vaxt şeirin o qədər də populyarlığı yox idi. “Qara paltarlı qadın”ın populyarlaşıb, əks-səda doğurması 1990-cı illərdən sonra oldu. Düşünürəm buna 20 Yanvar, müharibə, itkilər səbəb oldu. Düzdü, “Qara paltarlı qadın”da kişilərə bəraət yoxdur amma yenə də yaşanılan itkilərində təsiri şeirə kədərli populyarlıq gətirdi...”
#ramizrövşən #ramizrovsen #qarapaltarlıqadın #qarapaltarliqadin #şeir #şair #poeziya #ədəbiyyat #seir #sair #göyüzüdaşsaxlamaz #goyuzudassaxlamaz #nəfəs #nefes #sevgi #şeirkitabı #ədib #xalqşairi #biraddimla #biraddimlayol

Опубликовано:

 

15 мар 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 28   
@seher.sefereli
@seher.sefereli 2 года назад
Ramiz Rövşən sen dövrümüz üçün bir hədiyyəsən. Allah sene uzun ömür versin
@semed_nurlan
@semed_nurlan 3 месяца назад
Ramiz Rövşən 🖤
@cemilesuleymanova4265
@cemilesuleymanova4265 2 года назад
Kişilər yox,qadınlar anlayır,təsirlənir bu şeirdən.Elə deyilmi?
@neymetbesirov8800
@neymetbesirov8800 Год назад
Mən təsirlənmirəm əksinə deyirəm ki o qədər ağlatmısansa qəbrin üstündə yalançı göz yaşı tökür. Biz tərəfdə ona elüzəri ağlamaq deyirlər yəni kənardakılar deməsin ki gör heç ağlayır😄 ölən ərinin arxacınca allah heç ona rəhmət eləməsin deyən o qədər qadın tanıyıram
@user-yy3mc9mc5h
@user-yy3mc9mc5h 10 месяцев назад
Unutmayinki bu seiri yazan bir kisidi❤😢
@lilith_11888
@lilith_11888 8 месяцев назад
​@@neymetbesirov8800atam anama nə qədər əziyyət versədə, hər gün ağlatsada, bir dəfə xoş söz belə deməsə də anam onu sevir. Mənim anam göstəriş üçün ağlamaz bilirəmki. Yazdığınız hər kəsə aid deyil məncə.
@kefsizisgender8156
@kefsizisgender8156 5 месяцев назад
Ona en çox gün ağlayan qadını ağladan vicdanlı kişiler de tesirlenir,qadını sağlığında ağlatmayıb güldüren kişiler de. KİŞİLERİ deyirem .
@muhammedbayramov9509
@muhammedbayramov9509 2 года назад
Qara paltarlı qadın Kişilər bir olmur, atam balası, - qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstə ağlayası Bir qara paltarlı gözəl qadına ümidi var. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq, yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan Ən çox ağlatdığın qadın olacaq. Göz yaşları yuduqca baş daşını, Qəbrində qurcalanıb deyəcəksən, İlahi, illər boyu ağlatdığım bu qadın görən necə saxlayıb bu qədər göz yaşını?! Bircə kərə nə saçını oxşamışam, nə gözünü silmişəm, Gözlərimə batır indi saçlarının hər dəni. İllər boyu bu qadına mən axı dərd vermişəm, İndi görən niyə çəkir dərdimi?! Bu qadın baş daşımı öpüb sığallamaqdansa, Yumruğuyla döysə, döysə yaxşıdı. Qəbrimin üstündə ağlamaqdansa, Məni söysə yaxşıdı. Yeri, yeri, qara paltarlı qadın, Kiri, kiri, qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridi, baş daşımı bəsdi basdın bağrına. Bütün mənə ağlayanlar kiridi, sən də kiri, qəbrim damır, ağlama!..
@xdicibrahimova2796
@xdicibrahimova2796 Год назад
Bu dünyada bəlkə sənə ən çox ağlayan, ən çox ağlatdığın qadın olacag🖤
@laleqacayeva6481
@laleqacayeva6481 2 года назад
Aglatdigin qadin söz verir ağlamayacam bir damla göz yaşi axitmayacam
@elsn-qw8dg
@elsn-qw8dg 4 месяца назад
Yaxşı ki varsınız bu dövrümüzün hədiyyəsi.
@ismailismailov5087
@ismailismailov5087 2 года назад
Çoooooox gözel bir şeir
@patriotaze6196
@patriotaze6196 6 месяцев назад
gözəl şair vsr olum
@y.z.i2801
@y.z.i2801 2 года назад
Müthiş ser
@nigarxalilova6637
@nigarxalilova6637 2 года назад
Qebrinin usdunde aglamaga qadini olmuyan kiwiler allah koneyiniz olsun
@Dark49238
@Dark49238 2 года назад
1:19....
@surxanelesgerov4084
@surxanelesgerov4084 2 года назад
Allah sizə can sağlığı versin
@leylaleyli5334
@leylaleyli5334 2 года назад
Hər kişiyə aid deyil mənim ücun yazilib sanki ama başa duşmur kişilərin çoxu
@lisaxwq490
@lisaxwq490 2 года назад
😭
@jmila9713
@jmila9713 2 года назад
Ruhu dərdlə qaranlığa qərq olsa sa, hər zaman nur saçar qadın... Cinsindən aslı olmayaraq, heç kimin qəlbi dərd görməsin...Şeirin yeri, xatirəsi o qədər başqadır...Təşəkkürlər bir daha🌼💙
@biraddimla
@biraddimla 2 года назад
🤍
@bensu3507
@bensu3507 Год назад
🖤
@elmiraagayeva1879
@elmiraagayeva1879 2 года назад
👍👍👍👍😔😔
@volk9490
@volk9490 2 года назад
Bu şeirde məna superdir, amma intonasiya deyişir. Elə bil heca düz gelmir yoxsa nədi bilə bilmirəm. Şeirden başı çıxan varsa yazsın nə ilə əlaqəlidir?
@feyruzgulusov4467
@feyruzgulusov4467 10 месяцев назад
Deyesen sərbəst vezndedi ona göredi yəqin
@CavidIbisov
@CavidIbisov 9 месяцев назад
@@feyruzgulusov4467yo qaqa əruz vəzniynən qarışığdı
Далее
Впервые дал другу машину…
00:57
Ramiz Rövşən - Qara paltarlı qadın
3:07
Просмотров 93 тыс.
RAMIZ ROVSHEN serleri
10:14
Просмотров 162 тыс.
Впервые дал другу машину…
00:57