Тёмный

Ramiz Rovşən - Bir az uzun çəkdi ömrüm deyəsən - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 83 тыс.
50% 1

#kamranyunis #ramizrövşən #kamranmyunis #poeziyateatrı
#şeirlər #sevgişeirləri #şiirler #poeziya #vasifadıgözəlov
Ramiz Rovşən - Bir az uzun çəkdi ömrüm deyəsən
Bəstəkar - Vasif Adıgözəlov - Şərikli Çörək
Biz az uzun çəkdi ömrüm deyəsən,
deyəsən dostlar da darıxdı bir az...
Məni yedirtməkdən yoruldu dünya,
çörəyi yoruldu, suyu yoruldu.
Məni gəzdirməkdən bezdi yolları,
gözümə baxmaqdan gözü yoruldu.
İstəyənlər istəməkdən yoruldu,
Pisləyənlər psləməkdən yoruldu.-
biz az uzun çəkdi ömrüm deyəsən.
Yollar ayağımın altından qaçır,
Deyirlər düş daha,
bu boyda olmaz,
Şairin iştahı bu boyda olmaz,-
dostlar da birtəhər baxır üzümə.
Nə qədər dostum var,
şəhər dolusu,
Çoxunun ürəyi qəhər dolusu,
Qohumdan, qardaşdan,
özgədən küsüb,
Baxtından, özündən, güzgüdən küsüb
çoxu ağlamağa bəhanə gəzir.
Az qalıb, az qalıb, dözün deyirəm,
dostlar, dözün, gedəcəyim gün çatar.
Nəyə gücüm çatmasa da,
qola qara bağlatmağa,
dostları ağlatmağa
yəqin ki, gücüm çatar...
...Ancaq mənim gücüm çatmır, neyniyim axı,
neyniyim axı mən yazıq,-
gücüm çatmır bu dünyadan getməyə.
Bu dünya Dərbənd qalası,
Nə yolu, nə yolağası,
Qardaşım, atam balası,
gücüm çatmır bu dünyadan getməyə.
Sarmaşıb qol qıçıma
yaşıl yaşıl otları.
Bomboz buludları basır başımdan,
Çayları su alır gözüm yaşından,
iynəynən gor eşə-eşə,
dizimnən yer eşə-eşə
Addatdım ömrümü otuz yaşından,-
gücüm çatmır bu dünyadan getməyə.
Dalımca ağız əyənlər,
Şairlərin ehsanını yeyənlər,
Şair olan
cavan ölər,-deyənlər,
Mənim şair olmağa gücüm çatmır,
Öldür məni, ölməyə gücüm çatmır,
gücüm çatmır bu dünyadan getməyə.

Кино

Опубликовано:

 

18 окт 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 164   
@maralaliyeva7920
@maralaliyeva7920 5 лет назад
Əziz Ramiz Rövşən.Hörmətli Kamran bəy.Görəsən mənim qədər sizin şerləri duyan hər dəfə hönkürüb aglayan bir insan varmı.Yoldaşım dəli dolu,həyat sevən bir insan idi. Zəhrimar xəstəlik onu apardı.O son dəqiqəyədək mərd dayandı.Öləcəyini bilə bilə heç nəyim yoxdu deyirdi.Oda bilirdi gedir ancaq həyatdan doymamışdı bir övlad toyunda oynamamışdı.Bu şerlərə hər gün dönə dönə qulaq asıram.Sanki yoldaşımında mənimdə bilib amma dilə gətirə bilmədiyimiz bütün hisslərimizi duşüncələrimizi sizə danışmışıq sizsə sətirlərə köçürmüsünüz. İndiki dönəmdə mən sizi tanımadan sizinlə bu şeirlərin vasutəsi ilə dərdləşirəm. Var olun qarşınızda baş əyirəm böyük şair Ramiz Rövşən və əvızolunmaz sənətkar Kamran bəy.
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 года назад
Maral Aliyeva Allah Rəhmət eləsin yoldaşınızı. Ramiz Rövşəni duyan, his edən, anlayan, ağlayan, kövrələn, gülən,,,,,,bütün İnsanlara Eşq Olsun!
@esmirakrimova1315
@esmirakrimova1315 5 лет назад
Var olun
@yaqutosmanl5593
@yaqutosmanl5593 3 года назад
Xeyirli gecələr mələyim sən bir il əvvəl təkrar dinlədin. Mən bu gün Allah qorusun dəyərli sənətkarımızi.
@esmirakrimova1315
@esmirakrimova1315 3 года назад
@@yaqutosmanl5593 Amin.....
@fatimulusoy4228
@fatimulusoy4228 4 года назад
Var olun👍👍
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
Nə qədər dostum var, şəhər dolusu, Çoxunun ürəyi qəhər dolusu
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Allah yaxşı dostları qorusun!🙏
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
@@yeganequliyeva664 Amin!🤲🤲🤲
@nazileqaziyeva5275
@nazileqaziyeva5275 3 года назад
Allahim bu qədər gözəl əsər və gözəl ifa hər gün qulaq asir am zövq aliram.
@hemidhemid8677
@hemidhemid8677 3 года назад
Qohumdan,qardaşdan,özgədən küsüb,baxtından, özündən, güzgüdən küsüb... Çoxu ağlamağa bəhanə gəzir😔😢😢
@sahxanmrustmova6400
@sahxanmrustmova6400 Год назад
Cox sağ olun Kamran bəy, belə gözəl şeirə görə, belə gözəl ifaya görə. UĞURLAR SİZƏ
@aydinahmadov7472
@aydinahmadov7472 Год назад
Şeir belə olar,şeiri də belə səsləndirərlər. Ramiz Rövşən kimi şair 100 ildə bir dəfə dünyaya gələr,ya da gəlməz. O dahi deyilsə,bəs kimdir!?
@sahibqasimov9889
@sahibqasimov9889 4 года назад
Dünyanın heç bir xalqında yerinde bele istedad yoxdu menim xalqım. Sevin bu şairləri paylaşın gelecek nesillerimiz bilsin poeziya nedi senet nedir. Budur gozellik
@zaurhaciyev6110
@zaurhaciyev6110 2 года назад
Deli olurame bu se'rleri bu sesi esidende. Ureyimi parçaladiz minnetdaram size
@nurcansandal6363
@nurcansandal6363 2 года назад
Ramiz Rövşən, heç ölməyi diləməyin siz. İnsanların qəlbində daima yaşayacaqsınız. Sizi o qədər sevirik ki! Siz ölsəniz belə arxanızca ağlayan bir qara paltarlı Nurcan var... Səsinizə sağlıq,Kamran bəy!
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Gücüm çatmır bu dünyadan getməyə..
@nazileqaziyeva5275
@nazileqaziyeva5275 3 года назад
Qulaq asmaqdan doymuram R Rövşənin poeziyasına bu ifada.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Год назад
Sagım solum getdi,deyə tək galdım. Gedəni saxlamag olmuyur gardaş Yaşım cavan iken gelben gocaldım Dünya heç bir kesle olmuyur sirdaş
@user-mh8tr8vu7i
@user-mh8tr8vu7i 10 месяцев назад
Камран я в восторге от ваших произведений...спасибо❤
@teriagayev8100
@teriagayev8100 3 года назад
Bu saatda bu şeirə qulaq asdım ruh dincəldi
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 года назад
Şair cavan ölər deyənlərə ar olsun! Ömrü verən Allahdır! Əzizimiz Ramiz Rövşən! -- Təki ölməyə gücünüz çatmasın! Arxanızca ağlayan qara paltarlı xanımların hönkürtüsünə tab gətirməyə mənimdə gücüm çatmaz! Allah sizi qorusun Sənətçi Kamran M. Yunis Var Olun!
@nurcahan6353
@nurcahan6353 4 года назад
🌹🌹🌹🌹🌹🌹🌹💓
@gulnaranur6387
@gulnaranur6387 2 года назад
Var olun
@safalenovo2222
@safalenovo2222 4 года назад
Elə mənim də gücüm çatmır özüm getməyə...
@mirvarivanatiyeva6072
@mirvarivanatiyeva6072 2 года назад
Gücüm çatmır bu dünyadan köçməyə .....😔
@qasimovrafael4394
@qasimovrafael4394 Год назад
Çox gözəl sənətkar və ecazkar səsə malik aktyor həqiqətən ürəkləri fəth edir çox sevirik bu gözəl sənətkari uğurlar və möhkəm nailiyyətlər arzu edirik inşəallah
@ayisgnda6318
@ayisgnda6318 5 лет назад
Mən nə Ramiz Rövşəndən, nə də Kamran M.Yunisdən bezdim, yoruldum
@renababanli3490
@renababanli3490 4 года назад
Ramiz Rovwen sanki her bir kesin urek sizledini vereqe koxurur Kamran ise o sozlere lay lay deyir.insanlarin ureyuni titredir.hemun sozleri yawadir.Saq ol oqlum.sesine.avazina saqliq.Min yawa AMIN
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Var olun sevimli Sənətkarımız! 💥❤️💥❤️💥💥❤️💥❤️🙏
@yaqutosmanl5593
@yaqutosmanl5593 3 года назад
Yeganəm bu şeri yenə dinləyirəm və Ramiz Rövşən və Kamran bəyin sehrinə düşürəm.
@ulviyyahajili9267
@ulviyyahajili9267 5 лет назад
Atam balası gücüm çatmır bu dünyadan getməyə.Allah sevimli şairimizə və sizə uzun ömür versin ki bizi sənətinizlə sevindirəsiniz.Amin.
@Queen4100
@Queen4100 2 года назад
Bu musqi ürəyim parça parça olur bütün yaşdığım ömür gözümdə canlanır
@slalmrahova6966
@slalmrahova6966 6 месяцев назад
GÜCÜM CATMIR BU DÜNYADAN GETMƏYƏ,VAXT CATANDA YALVARSAMDA QALMAYACAĞAM😢
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Gücüm çatmır bu dünyadan getməyə .........
@yaqutosmanl5593
@yaqutosmanl5593 3 года назад
Hər zamaniniz xeyirli olsun dəyərli sənətkarımız.
@miriaxadov6839
@miriaxadov6839 Год назад
Insanin dudreti catmir bu setirleri yazanin,soyleyenin shenine soz demeye. Deyerinizi Allah versin. Çan Heçi,çan Heç,çan Heçi bize derin yara vuran Heçi catdin peyĝemberin ĝorushune, Allah megamini uça etsin,AMIN!
@afqanhuseynov2345
@afqanhuseynov2345 4 месяца назад
Aglamaga bəhanə gəzən dostlar
@mrs.g7974
@mrs.g7974 4 года назад
*Öldür məni, ölməyə gücüm çatmır..* *Gücüm çatmır bu dünyadan getməyə..*
@Wou-st8jq
@Wou-st8jq 4 года назад
ALLAH vaxtaşarı hər bir qòvmə peyģəmbərlər gòndərərdi ...bəndələri haqqa tapindırmaq ùçùn.....14 əsrdir ki ,gòndərmir...daha gòndərməyəcək. Amma hər zaman qəlbimizi nurlandıran , ruhumuzu pərvazlandıran ,hər sòhbətində --şeirində bizi haqdan ùmidimizi ùzməyə qoymayan saf insanlar gòndərir .Xahiş edirəm , tələsməyin getməyə....💧
@ZulickaZulicka
@ZulickaZulicka 5 лет назад
Men sizin šeyirlerinizin vurgunu oldum demek olarki bu gün bütün günü sizin šeyirlerinizi izlemišem .size Allah õmür versin .birde gõzel ruh versin üreyiniz ruhlansin sizde gõzel šeyirlerinizle bizi uzaq xeyalara aparin 💖sizi cox sevdim
@xatireemrahova2534
@xatireemrahova2534 3 года назад
Cox sag olun var olun
@aynuraslanova1915
@aynuraslanova1915 5 лет назад
itire ,itire gedirik,Ramiz bey.Biz sizi itirmek istemirik!!!
@melahetxudayarova7866
@melahetxudayarova7866 4 года назад
Biz darixmiwiq sizin ucun var olasiz ay oqul biz ailelikle size qulaq asiriq
@rashidvakil
@rashidvakil Год назад
Tələsmə şair, tələsmə...
@11oo67
@11oo67 5 лет назад
Böyük sənətkar, bu torpaq üzərində sizin kimi dəyərli insanlar gəzdiyi üçün zinətlənir. Bu dünya siz, sizin möhtəşəm əsərləriniz var deyə dəyər kəsb edir gözümdə. Var olun. Tanrı sizi qorusun! Təşəkkürlər.
@elcinbey6735
@elcinbey6735 5 лет назад
Bu nə gözəl ifadələr,nə gözəl sözlər...bu dünyadan ayrıldım bir anlıq.Allah sizin kimi sənətkarları qorusun.Sizlere hər zaman ehtiyacımız var
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
RAMIZ RÖVŞƏN .,KAMRAN .M. YUNIS .VAR OLUN .ALLAX SIZI GORUSUN .GÖZƏL ŞEIRDI
@maralaliyeva7920
@maralaliyeva7920 5 лет назад
Dünya dirduqca yaşayacaqsan şair.Heç doymuyacagıq səndən.
@sevincquliyeva9305
@sevincquliyeva9305 4 года назад
Yegane insanslz ki özu gözel xasiyeti rolarl bir birinden gozel insan
@ilkinseferov5970
@ilkinseferov5970 Год назад
Gucum catmır bu dunyadan getmeye
@yeganeyegane401
@yeganeyegane401 4 года назад
Var ol senetkar
@malekperova7442
@malekperova7442 3 года назад
Seir de gozel, ifa. da!
@safelturk1104
@safelturk1104 5 лет назад
Bu ucuz dünyada artiq heç ne yox... Az qalib... Ammm sizin sesinizden, peronizdan, ve üreyimizden keçenleri dememeyinizden doya bilmirem, gücüm çatmir...
@selalemirzoyeva613
@selalemirzoyeva613 11 месяцев назад
Çoxlarının düşünüb də dillərinə gətirə bilmədiyinə qədər sözü Ramiz müəllim qələmə alıb.Var olasız. Siz də Kamran M.Yunis olaraq o qədər gözəl çardıtırsız ki , qəlbimiz yerindən oynayır.Allah hər iki böyük şəxsiyyətə bətəkətli sağlam ömür versin❤
@safelturk1104
@safelturk1104 3 года назад
Ne olardi, ne olardi ki, bu sese, bu tekrarsiz qelbden süzülen duyqulara hemise qulaq asmaq olardi.. 😌
@qurbansoltanov2466
@qurbansoltanov2466 2 года назад
Gúcüm çatmır bu dünyadan getmeye
@lolaazeri3917
@lolaazeri3917 5 лет назад
Bu şeir tam başqa oldu.,heç özum özumə belə gucum çatmadı nəyinki,ölmək.
@xatiraheydarova3677
@xatiraheydarova3677 5 лет назад
Yollar ayağımın altından qaçır, Deyirlər düş daha, bu boyda olmaz...
@shemsmikayilova3142
@shemsmikayilova3142 5 лет назад
Bu dünyadan getməyə yox yaşamağa güc toplayaq. Həyat çox gözəldir.
@behbudovamanzar
@behbudovamanzar 3 месяца назад
Salamlar!Bizi yaradan, yaşadan ,ömrü verən Allahdır!Vaxtımız çatanda bu dünyadan kocəceyik!Kimin yerini dar eləyirik axı!Mənasız yaşamaqdansa,insanlar üçün yaşamaq lazımdır!Bəlkə ...Nə bilim?Biz ölmək istəyəndə Allah bizim ömrümüzu daha da uzadır!Bir şey var ki,diri kimi yaşayıb,ölənlər də var! Ölüb unudulmayanlar da!Biz dünyaya gələndən bizi elə sevənlər də !Nəsillər dəyişir,adamlar dəyişir,üstünə yeniləri daxil olur,amma?Bizə olan sevgiləri dəyişmir!Ona görə də...Şairlər niyə cavan olməlidilər ki?O cavan ölənlərin də şeirləri,mahnıları onları yaşadır!"Bir qonağıq bu dünyada Bir gün ömür gedər bada..."Allah sizə uzun omur versin,Ramiz Rövşən!Sizi ölməyə qoymayan sizi sevən insanlarin məhəbbetidir!Bunu özünüz də bilirsiniz!O yalançı dostlarinizin elə özləri ölsün,siz gedib aglayasiniz,şeir yazasınız,ailələri sevinsin!Gedib halvalarini yeyəsiniz!🤣Kamran bəyə də təşəkkürlər!"Əldən _ elə keçir vəfasız həyat!Biz gəldi_ gedərik,sən yaşa dünya !_ demək hələ tezdir!❤️
@melekqizz6544
@melekqizz6544 5 лет назад
Bu dunyadan getmeye sizin haqqiniz yoxdu cunki siz tek ozunuz ucun yasamirsiz siz bizim ucun yasayirsiz bizler ucun yaradilmisiz gozel deyerli senetkarimiz sizi cox sevirik yasayin yardain sesinize ureyinize sagliq gozel insan💖💖💖
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Год назад
Dünyadan getmey,hər kəsin haggı Allah görür əlbət haggı,nahaggı Hag-hesab mizanı ,əməl tərəzi Dünyada etdiklerimizin vardı evezi.
@sbincfrova7217
@sbincfrova7217 5 лет назад
Gücüm çatmır bu dünyadan getməyə....mənim kimi....
@turanturk4266
@turanturk4266 Год назад
RAMIZ ROVSEN ❤️❤️❤️
@user-qr4mv2cj7x
@user-qr4mv2cj7x 2 года назад
Dəhşət sağ ol şair
@nurumustafayev5149
@nurumustafayev5149 5 лет назад
Sirli şair və sehirli səs Ramiz Rövşən&Kamran M.Yunis👏👏👏❤
@aynurkerimli5868
@aynurkerimli5868 5 лет назад
Yox, şair səndən küsməz dünya . Axı bu dünyada sənin kimi insanlar çox azdı. Həm də çoox az.....Allah səsinizə güc versin Kamran bəy, qoymayın Ramiz Rövşən dünyadan küssün ❤
@yaqutosmanl5593
@yaqutosmanl5593 3 года назад
Ramiz Rövşən şeirlərinə ürəyinizi ruhunuzu hopdurursuz bəy.
@denizmemmedova8983
@denizmemmedova8983 5 лет назад
Oxumadiqim werleri bize sevdiren gozel senetkarimiz bu sesin nece ruhumuza iwlemesi ,gozel wairimizin misralari...
@delyasukurova3244
@delyasukurova3244 5 лет назад
Gücüm catmır bu dünyadan getmeye....😔😔💔
@azrail-freefire6812
@azrail-freefire6812 5 лет назад
Dünyanın faniliyini dərk etmiş insanların şeri... Təşəkkürlər, Kamran bəy!
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Год назад
Dünya boş ,əyləncə, keçıcı, fani Dünyadan həzz alar ogru və cani. Sındırma yediyin boşgab, fincacni. Doydur yetimi,fegiri,kasıb,acanı.
@muradnovruzbekov1232
@muradnovruzbekov1232 5 лет назад
Sag olun KAMRAN bəy. Sag olun Ramiz Rövşən.
@sexavetdavudov6802
@sexavetdavudov6802 5 лет назад
Allah size omur versin men bu qeder gozel ser deyen gormemisdim insanin ruhunu oxsayir
@ilhamemuseyibova2804
@ilhamemuseyibova2804 10 месяцев назад
Səs möhtəşəmdir.Sag olun
@sevincnovruzova9686
@sevincnovruzova9686 5 лет назад
Addatdim omrumu otuz yawindan😔...Indi daha da cavanlawib ölum😢Allah Size de Ramiz muellime de saglam uzun ömur bexw elesin!Onun werleri ve sizin sesiniz qoymur biz dinleyicilerin ruhunu ölmeye.Ruhumuzun qidasisiniz
@smrhuseynxan5468
@smrhuseynxan5468 5 лет назад
Doğrudan bəzən ağlamağa bəhanə gəzirəm.. Daima və daima sizi dinləyirəm
@renababanli3490
@renababanli3490 4 года назад
" BIR AZ UZUN CEKDI OMRUM DEYESEN" GOZEL , HEYATI SOZLERDIR. REHMETLIK KAMAN USTASI HABIL ELIYEV ZARAFATYANA DEYERDI " NE QEDER YAWAMAQ OlAR UTANIRAM YAWAMAQA" ANCAQ SIZLERE, GENCLERE YAWAMAQ YARAWIR KAMRAN BEY! Bir de dunyadan getmek isteyen, omrunun uzun cekdiyini deyen insan , ancaq urek dostu, bext yoldawi dunyasini deyiwenden sonra adam bu dunyadan o olan dunyaya kocmek isteyir .
@alemnurkamalova4308
@alemnurkamalova4308 3 года назад
Kəmran bəy.allah sizə ÜZÜN ÖMÜR CAN SAĞLIĞI versn.Sizin səsiniz çağlayan bulaq səsinə bənzəyir.Saatlarla dinləməyi çox ARZULAYIRAM. Allah sisi qorusun.
@tahirexudaverdiyeva3655
@tahirexudaverdiyeva3655 Год назад
Ramiz bəy və Kamran bəy eşq olsun sizə. Hər adama qismət olmur sizə qismət olan xalq sevgisi. Allah sizi qorusun
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
Allah sızə çan sahlıhı versın .və .uzuuuuuun ömür ....GÖZƏL .TƏKRAR OLUNMAZ ŞAIRIMIZ .RAMIZ RÖVŞƏN ..VAR OLUN .
@mirkamalagayev7647
@mirkamalagayev7647 5 лет назад
Ilahi.boguldum bu derinlikden!! Boguldum bu qeherden!!
@dyrlidyrlim4524
@dyrlidyrlim4524 5 лет назад
👍❤Coxu ağlamağa bəhanə gəzir...Bir nəfər kimi...
@orxansemedbeyli7770
@orxansemedbeyli7770 Год назад
Sizi var etməyə dünya durduqca Şeiriniz dillərdə əzbər olduqca Baxmazki boşalıb sonra dolduqca Sizi yaşatmağa xalq gücü çatar
@letisxelefli5852
@letisxelefli5852 Год назад
Sesine saglik
@fidanakber5487
@fidanakber5487 5 лет назад
Tewwkkur ....
@samiraqdirli6543
@samiraqdirli6543 5 лет назад
*SEVİNDİM İN ŞƏ ALLAH HEÇ VAXTT GÜCÜNÜZ ÇATMAZ*
@ZulickaZulicka
@ZulickaZulicka 5 лет назад
Ellerine sagliq menim üreyimi .heyatimi yazmisan ele bil
@nazileqaziyeva5275
@nazileqaziyeva5275 3 года назад
Sizin səsiniz super. GETMƏYİN. BU SƏSƏ İFAYA EHTİYACİMİZ VAR. 💯YAŞAYİN. İNŞALLAH
@manzarasadova26
@manzarasadova26 4 года назад
Insanlara efirdən,radiodan ancaq belə səs belə nəfəs lazım.Doymaq olmur nə Şairin ruhundan,nə də böyük Sənətkarn nəfəsindən
@kamrankamran9149
@kamrankamran9149 5 лет назад
Cox gozel .super.ela
@minayeazimova6597
@minayeazimova6597 5 лет назад
Ne yaxwi ki bu dovrde dunyaya geldiniz nece ki texnika, internet, neceki qelbi duzluyu, pakligi seven insanlar olacaqsa sizler yawayacaqsiniz. Gede bilmeyeceksiz bu dunyadan cunki iz qoymusuz bu dunyaya sesinizle ruhunuzla...........
@tomris9191
@tomris9191 2 года назад
Ramiz Rövşən şeirlərini sizin ifanızda dinləməyin bir başqa ləzzəti var. Allah şairimizə də,sizə də can sağlığı versin
@sevincrehimova4757
@sevincrehimova4757 3 года назад
HEC ZAMAN GUCUNUZ CATMASIN BU DUNYADAN GETMEYE SEVIMLIMIZ RAMIZ ROVWEN♥️♥️♥️
@nergistar
@nergistar 5 лет назад
Super !
@vuqarkerimov176
@vuqarkerimov176 5 лет назад
Men sizin sesinizle oz werlerimden birini bax belece ewitsem ,rahatca olerem..
@letafetismayilova2755
@letafetismayilova2755 3 года назад
Nə qədər dostum var şəhər dolusu Çoxunun ürəyi qəhər dolusu😔
@susnqasmova5981
@susnqasmova5981 5 лет назад
Allah Sizi bu millətə çox görməsin.Şairin,sənətkarın aqibəti əbədi yanmaqdır,əbədi nəyinsə dərdin cəkməkdir,var olun,ömrün payızı,ağrı-acıları Sİzi sındırmasın.Süsən ANAR
@gulkarim6916
@gulkarim6916 5 лет назад
Oldur meni..gucum catmir olmeye..
@tuncay891
@tuncay891 3 года назад
40 yaşım təzə tamam olub bu dünyada yaşamaq o qədər cətindiki özümü 80 yaşında hiss edirəm😔💔
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 4 года назад
Güçüm catmir bu dünyadan getməyə...Şair sən tək deyisən...
@resm_analizi
@resm_analizi 3 года назад
Ramiz Rövşən şeir yazib, Kamran Yunis sozleri "dirildib"👍
@rufatmammadov5112
@rufatmammadov5112 5 лет назад
Söz tapmaq olmur gözel , ferqli ifaya ve şere göre 👏❤📝
@kamranmyunis
@kamranmyunis 5 лет назад
Var olun bəy...
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 года назад
❤️
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 года назад
😔
@userzemfira8291
@userzemfira8291 3 года назад
👍🎧
@susnqasmova5981
@susnqasmova5981 5 лет назад
Hörmətli Yıldızlı gecə xanım, gözümüzü yolda qoymayın,lap təlaş kecirməyə başlayıram,xahiş edirəm məni qorxuzmayın.Süsən ANAR
@susnqasmova5981
@susnqasmova5981 5 лет назад
@@yldzlgece2447 Siz də var olun bizim Yıldızlı gecəmiz,işıqlı xanımımız,hec zaman xəstələnməyin,səadət hər zaman Sizə yar olsun.Hörmətlə Süsən ANAR
@nazimqocamanlsair1066
@nazimqocamanlsair1066 4 года назад
Ramiz Rövşən Azərbaycan poeziyasında bir tapıntıdır
@muskofteacher3197
@muskofteacher3197 5 лет назад
Sevirəm dəəə bu səsi💖💖💖
@mehribanhetemova3273
@mehribanhetemova3273 5 лет назад
Eh, heyif ki nə bu dünya, nə bu can ,nə də ruhumuz bizim deyil Nə qədər getmək istəmişəm bu fani dünyadan😢Görən Ramiz məllimi nə bezdirib?
Далее
Amazing weight loss transformation !! 😱😱
00:24
Ramiz Rövşən - Bir qəfil zəng - Kamran M. YuniS
3:42
Ramiz Rövşən Şeirləri (1 Saat)
1:00:33
Просмотров 109 тыс.
Məmməd Araz - Dünya düzəlmir - Kamran M. YuniS
4:43
Hüseyn Cavid - İblis - Kamran M. YuniS
3:27
Просмотров 21 тыс.
Starman #starman #superman #starmanmeme #shorts
0:16