Тёмный

Rast, Yaqub Məmmədov 

Mugamat
Подписаться 14 тыс.
Просмотров 66 тыс.
50% 1

Rast 3, Yaqub Məmmədov
Oxuyur: Yaqub Məmmədov, tar: Həbib Bayramov, kaman: Fəxrəddin Dadaşev

Видеоклипы

Опубликовано:

 

3 июн 2015

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 95   
@user-tl3cs4jh8w
@user-tl3cs4jh8w 4 года назад
"Mugam" adli neheng seltenetin evezedilmez memari Yaqub emi! Yerin behist olsun, Ustad! Ozuden sonra bir "Yaqub" boslugu qoydun milyonlarin qelbinde, senetde.
@ismayilrasulov
@ismayilrasulov 3 года назад
Qiymətli səs xəzinəsi Yaqub Məmmədov muğam tariximizin şərəfli səhifələrini yazıb Dünyada qəribə səslər çoxdur. Amma onlar möcüzəli deyil. Möcüzəli səs yalnız Tanrı vergisidir ki, o da hər kəsə qismət olmur. Belə səsi Tanrı sevib-seçdiyi bəndəsinə, böyük sənətkarlara bəxş edir. Unudulmaz xanəndə Yaqub Məmmədov belə sənətkarlardan idi. Yaqub Məmmədov (1930 - 2003) Qarabağ muğam ifaçıları məktəbinin orta nəslinin ən parlaq nümayəndələrindəndir. O, dinləyicilərə dərin emosional təsir göstərmək bacarığına malik idi. Onun ifasında bir çox muğam əsəri səsyazmaların qızıl fonduna daxil olub. Əslən qarabağlı olan Y.Məmmədov Asəf Zeynallı adına musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskidən dərs alıb. Müəlliminin sevimli muğamı olan "Çahargah" onun yaradıcılığında xüsusi yer tuturdu. Y.Məmmədov öz müəllimindən musiqi və poeziya sahələrində dərin bilik əxz edib. Yüksək mədəniyyətə, təbii fitri istedada, ifaçılıq qabiliyyətinə malik olan Y.Məmmədov bütün muğam dəstgahlarının, habelə klassik Azərbaycan poeziyasının mahir bilicisi idi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, çoxlu konsertlərdə iştirak edib, qastrol səfərlərində olub. Onun səsi yazılmış bir neçə qrammofon valı buraxılıb. Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından olan Yaqub Məmmədov sələflərinin yolunu layiqincə davam etdirib. Cabbar, Seyid, Xan, Zülfü məktəbinin ənənələrinə sadiq qalan xanəndə öz oxu tərzi ilə klassik muğam ifaçılığı üslubunu qoruyub saxlayıb. Eyni zamanda Yaqub Məmmədovun özünün ifa məziyyətləri, dəst-xətti var idi. Klassik muğam ifaçılığı çərçivəsindən kənara çıxmayan xanəndə məlahətli səsi ilə muğama yeni xallar, zəngulələr gətirmişdi. Onun yadigar qalan lent yazıları muğam tariximizin qiymətli səs yaddaşıdır.
@demirnagiyev7389
@demirnagiyev7389 4 года назад
Allah rəhmət etsin Yaqub Məmmədova. Yaqub bir Mugam adlı zirvədir və hansı tərəfdən baxsaq mayak kimi görūnūr. Onun ifaları muģamlarla bərabər ömūr sūrəcəkdir.
@yaverismayilov4946
@yaverismayilov4946 4 года назад
Bu kişinin paxilliģin çox çekdiler allaha andolsun ki bunun bu sesle ele oxuduģlari var ki lakin qeyretleri çatib dùze qiymet vermiyibler tarix ama bu dahi şexsiyetin keçdiyi senet yolunun şahididi allah rehmet elesin senetkara
@logmanabbasli2604
@logmanabbasli2604 4 года назад
Bundan yoxdur,nə də eşitməmişəm.Allah rəhmət eləsin dahi sənətkara.
@alihasanov2747
@alihasanov2747 2 года назад
Min rəhmət Yaqub müəllimə. getdi. möhürünü vurub getdi. bir daha olmayacaq. çox təəssüf
@alihasanov2747
@alihasanov2747 2 года назад
SAĞ Ol] Muqamat bəy min sağ ol ki belə muğamları bizə ərməğan etmiziniz
@raulraul3557
@raulraul3557 4 года назад
Yaqub Məmmədov zirvəsinə kimisə məcbur dirmaşdırlmsin..!
@elxanpashayev9906
@elxanpashayev9906 8 лет назад
görə istər Sabir istər Arif.Syleyman və digərləri YAQUBU ən nəhəng xanəndə kimi qəbul edirlər. allah ona rəhmət eləsin
@ramizabdullayev1882
@ramizabdullayev1882 3 года назад
Xanla Yaqub mugamatin zirvəsidir bütün dövrlərinin
@logmanabbasli9748
@logmanabbasli9748 6 лет назад
Muğam həvsakarlarının bəziləri Rastın mahir ifaçısı kimi digər xanəndələrin adını çəkirlər.Mən belə fikirləşirəm ki,bu kişiyə kimisə tay qoymaq böyük ədalətsizlikdir.Muğam Yaqub müəllim üçün,Yaqub müəllim də muğam üçün yaranıb.Nəniki Rastı ,oxuduğu bütün muğamları hamıdan üstün oxuyub.Təriflədiyiniz xanəndələrə qulaq asmaq istəyirəm.Amma yarımçıq kəsib keçirəm bu möhtəşəm və əvəzi olmayan xanəndənin ifasına.Allah bu kişiyə rəhmət eləsin.Ömürünün axırına kimi eyni tempdə oxudu.Ruhu şad olsun.
@xalidismayilov8233
@xalidismayilov8233 3 года назад
Allah rəhmət eləsin baldı səsi
@elxanpashayev9906
@elxanpashayev9906 8 лет назад
Rəhmətlik YAQUB MƏMMƏDOV qeyd etdiyim kimi RASTİN ən möhtəşəm ifaçisi oldugunu 1967-ci ildə Agdam şəhərində olan konsertdə sybut etmişdir.Həmin konsertdə XAN əmidən tutmuş yzdə olan bytyn xanəndələr iştirak etmişdilər.Həqiqətən o gecə ifa olunan RAST yaşli oxuyanlarin dediklərinə görə nə YAQUBA qədər nədə YAQUBDAN sonra oxunmayib mən bilmirəm o ifani azərbaycan televiziyasi lentə alib yoxsa yox o gecə Agdam tamaşacilari cox möhtəşəm bir ifanin şahidi olmuşdular. Ona
@aidentaylor8119
@aidentaylor8119 3 года назад
you prolly dont care but if you're bored like me atm you can stream all the new movies and series on instaflixxer. I've been streaming with my brother recently xD
@tonyelijah1753
@tonyelijah1753 3 года назад
@Aiden Taylor yea, have been using InstaFlixxer for months myself :)
@Ali_Gasanogly
@Ali_Gasanogly 11 месяцев назад
Eziz dost, men de Yaqubun perestishkariyam. Meslehet gòrùrem ki, Agabala Abdullayevin de rastina qulaq asasiniz, yutubda var.
@huseynove8299
@huseynove8299 4 года назад
Imumiyetle Azerbaycanda Xan Emi ve Yaqub Memmedov kimi sese malik olan ifaci olmuyub gece saat 3dede yuxudan oyadsanki menimcun Cahargah Rast oxu oxuyacaq Allah rehmet elesin 😔🙏
@elxanpashayev9906
@elxanpashayev9906 8 лет назад
Agabala Abdullayevi YAQUBLA myqyisə etmək dyzgyn deyil cynki YAQUBUN ifalari cox möhtəşəmdir hələki mugam aləmində ona tay tutula biləcək xanəndə yoxdur ona bərabər olanlar CABBAR və XAN olmuşdur hamisina rəhmət
@oyunveeylence6130
@oyunveeylence6130 5 лет назад
Ağaxan olan yerde Heçkimdi.
@omrvoyunlar5509
@omrvoyunlar5509 4 года назад
@@oyunveeylence6130 ağaxanın səsi yaqubun səs oktavasına çatmır
@yaverismayilov4946
@yaverismayilov4946 4 года назад
@@oyunveeylence6130 aģxan oxuyandi ama elbabìnin arifin caneli kimi xanendelerin yanindan yaqubun verinde kimse dura bilmezdi ona bu qerarı tebiyet verib
@logmanabbasli9748
@logmanabbasli9748 5 лет назад
Yaradıb e Rastı rəhmətlik.
@logmanabbasli9748
@logmanabbasli9748 6 лет назад
Allah rəhmət eləsin muğamda əlçatmaz zirvə yaradan,bənzərsiz ifasilə xalqın sevimlisinə çevrilən Yaqub müəllimə.
@user-ot4iv8xp9t
@user-ot4iv8xp9t 4 месяца назад
Yaqub əmi əl çatmaz bir zirvədir, Yaqub əmi nəhəng bir xanəndədi Yaqub əmi muğamın Yaqub peyğəmbəridi. Allah onu tək yaradıb ona görə də Yaqub əmini heç kimlə mügaicə etmək olmaz . Allah dahi və əvəzolunmaz sənətkara gəni gəni rəhmət eləsin amin.
@elxanpashayev9906
@elxanpashayev9906 8 лет назад
Rəhmətlik Musiqişunas Vəli Məmmədov həmişə deyərdi Yaqub Məmmədovu kimliyindən asili olmayaraq kiminləsə myqayisə etsən onda sən YAQUBU kiciltmiş olursan YAQUB cox nəhəng xanəndədir ondan sonra 2-3 yer boşdur hələ 3-cy kim olacaq o da hələki yoxdur ona min rəhmət
@vaqifbedelov2547
@vaqifbedelov2547 5 лет назад
YAQUBUN.TƏLƏFFÜZÜNƏ .ƏN BÖYÜK QİRAƏT USTASIDA HƏSƏD APARAR.ONUN 3 SİNİF İBTİDAİ TƏSİLİ OLUB.BU İSTEDADLİ İNSANIN QƏZƏL SEÇİMİ. SəSİ QƏDƏR GÖZƏLDİR.ONUN İFASINDA .RAST SANKI ÇİN QIZI ÇİN GÖZƏLİDİR
@Etibar86
@Etibar86 9 лет назад
EŞQ OLSUN DAHİ SƏNƏKARIMIZ YAQUB MƏMMƏDOVA!
@afetazizli8046
@afetazizli8046 2 года назад
Klarnet ifacisi Elşad Cabbarov Allah seni rəhmət elesin
@elxanpashayev9906
@elxanpashayev9906 7 лет назад
Baxmayaraq ki,dahi xanəndə YAQUB MƏMMƏDOVUN ifa etdiyi ən gycly RAST dəstgahlardan hələki hec biri YTBA dyşməyib demək olar ki, bu ifa da həm texniki baximdan həmdə ifanin ifanin bytövlyjy baximindan mykəmməl bir ifadir.Demək olar ki,bu səhifədə ifa olunan RAST mugamlarinin ən gözəlidir.Allah rəhmət eləsin.
@ytb599
@ytb599 Год назад
Xzxddx//////////z/z////,j,v,hp2inc32. Hh is z,
@matlabibadov7986
@matlabibadov7986 5 лет назад
Аллах она рехмет елесин
@tural.niftliyev7296
@tural.niftliyev7296 6 лет назад
Yaqum emi . Allah sənə rəhmət eləsin.
@adiladil735
@adiladil735 4 года назад
ALLAH REHMET ELESİN SESİ AVAZİ OXUNUSU BİR BASQADİ
@aynurliyeva7663
@aynurliyeva7663 Год назад
Əsl muğam , əsl muğam səsi , əsl sənət , ruhun şad olsun böyük sənətkarımız !!!
@alihasanov2747
@alihasanov2747 3 года назад
ƏLA. Allah dahi. bənzərsiz xanəndəmiz Yaqub əmiyə rəhmət etsin. BU təkrarsız RAST muğamına qalaq asmaqdan doymuram. Gözlərimdən yaş sel kimi axır. ALLAHDAN arzum budur bizə birdə belə xanəndə qismət etsin. AMİN
@harmionegranger7166
@harmionegranger7166 6 лет назад
Super
@elxanpashayev9906
@elxanpashayev9906 8 лет назад
Hormətli MUGAMAT BƏY diqqətinizə cox sag olun təşəkyr edirəm
@user-po9hn2hf1u
@user-po9hn2hf1u 3 года назад
Allah rehmet elesin... Mohtesem ifa... Gozel mugam...
@alihasanov2747
@alihasanov2747 3 года назад
SON 50-60 ildə ulu allah BİZƏ 2 əvəzsiz.bəzərsiz səs-Xanəndə bəxş edib Yaqub Məmmədov və ARİF BABAYEV. hər ikisini dinləməkdən doymuram. yaquba qalaq asanda onun. ARİFƏ qulaq asanda onun Təsiri altına düşürəm. hər ikisi bizimdir. Yaqub əmiyə min rəhmət. min faiz ruhu Cənnətdədir. ARİF BABAYEVƏ möhkəm cansağlığı. ONUNLA ruhumuzu rahatlayırıq
@logmanabbasli9748
@logmanabbasli9748 6 лет назад
Bir günə 5 dəsgahı ola bilər başqa bir energili adam yazdıra bilər.Əsas məsələ səsdə olan məlahət,etdiyi maraqı boğazlar və nəfəslərdir.Dinlədikcə dinləyirsən.Bir də təsniflə başlayanda daha da gözəl alınır.İstəyirsən sən də onunla bərabər oxuyasan.
@user-fb9rl1wx3l
@user-fb9rl1wx3l 4 года назад
Yaqubdan doymaq olmaz.
@alinasirli8958
@alinasirli8958 4 месяца назад
Мугам санатининг бу дахи устодина Аллах Рахмат этсин. Икинси Ягуб калмайиб, чатинки бундан сонра гелсин.
@elcinceferov2589
@elcinceferov2589 9 лет назад
Amin
@qonaqquliyev7783
@qonaqquliyev7783 2 года назад
Kişi qızıl xırdalayıb. ALLAH ŕəhmət eləsin..
@ibiwkoaxmedovv8145
@ibiwkoaxmedovv8145 5 лет назад
ele bir mugeni gormuremki yaqubun oxudugu mugaml oxusun varsa desin men oxuyuram
@elxanpashayev9906
@elxanpashayev9906 9 лет назад
azərbaycanda yeganə mugam ifacisidirki 1957 ci ildə studiyaya gəlmis bir dəfəyə bir gyn ərzində fasiləsiz olaraq beш dənə mugam dəstgahini lentə yazdirib bunun nə demək oldugunu mugam ifacilari yaxsi bilirlər bir dəstgahiyazdirmaq ycyn gynlər və bəzən aylar lazim olur indi siz təsəvvyr edin rəhmətlik yaqub məmmədov necə bir dahi səs sahibi olub ona min rəhmət
@logmanabbasli9748
@logmanabbasli9748 6 лет назад
Məhz buna görə onu çox istəyirəm.Sənə də təşəkkür edirəm bu məlumatlar üçün.Dəyərli məlumatdır.
@azeribalasi854
@azeribalasi854 4 года назад
Trkce ses deyil o muamlarda oxunan qezeller,tesnifleri yadda saxlamaq lazimdir,indikiler qezelleri kaqiza yazib oxuyur.
@alihasanov2747
@alihasanov2747 2 года назад
Bir daha sağ olun Muğamat bəy
@ramiz6369
@ramiz6369 7 месяцев назад
Allah rəhmət eləsin, bu avaz nadir. Səzdir, ölməzdir. Böyük ustad muğam məktəbidir Yaqub ölməyib, yaşayacaq.
@alihasanov2747
@alihasanov2747 3 года назад
Ruuhumuzu oxşayır. sakitləşdirir. mənəvi zövq alırıq
@natiqcavadov2804
@natiqcavadov2804 5 лет назад
Allah sene rahmet elesin Yaqub emi muhteşemsen senden olmuyub ve olmayacaq
@zahidmikayilov3680
@zahidmikayilov3680 8 лет назад
YAQUB BIR DEFE DOQULUB / IKINCI YAQUB OLMAYACAQ
@cefer.music1
@cefer.music1 5 лет назад
Yanılırsınız Zahıd qardas . Menim Müəllimim Yaqub Məmmədovun tələbəsi olub. Müəllimim də eynən ustadı kimi oxuyur
@cefer.music1
@cefer.music1 5 лет назад
Yanılırsınız Zahıd qardas . Menim Müəllimim Yaqub Məmmədovun tələbəsi olub. Müəllimim də eynən ustadı kimi oxuyur
@vuqarhasan1530
@vuqarhasan1530 7 лет назад
Allah rahmet eylesin.!
@ramiz6369
@ramiz6369 7 месяцев назад
Belə ustadlarvə ecaźkar səsə malik olanlar bəlkə də, az gələr, dünyaya .ALLAH , QƏNİ, QƏNİ RƏHMƏT ELƏSİN USTADA. VƏ YAQUB SEVƏNLƏR VAR OLSUN, UNUTMUR SƏNƏTKARI.
@vaqifbedelov2547
@vaqifbedelov2547 5 лет назад
ELXAN.MƏN MUĞAMI DƏRİNDƏN BİLMİRƏM.ANĞAQ SƏSİ,MUĞAMDA GƏZİŞMƏLƏRİ,SÖZLƏRİN TƏLƏFFÜZÜ,HÖQTƏ VERGÜLÜ.BÜTÜN BU SAyDIĞIM KEYFİYYƏTLƏRLƏ YAQUB KİŞİ TƏKRAR OLUNMAZ XANƏNDƏLƏRDƏNDİR.O ÖLMƏZDİR BU ÜSTÜNLÜKLƏRLƏ.BU KİŞİ MUĞAMA,HƏM GÖRÜNƏ BİLƏN .HƏMDƏ EŞİDİLƏ BİLƏN HAXIŞLAR VURUR.O MÜSTƏSNA XANƏNDƏDİR.
@elxanpashayev1740
@elxanpashayev1740 3 года назад
Vaqif Bədəlov tamamilə dyz buyurursunuz,YAQUB dahi xanəndədir hələki onun bərabəri yoxdur.
@ramiz6369
@ramiz6369 5 месяцев назад
Yaqub Məmmədov klassik muğam ustası kimi, həmdə məlahətli səsinə görə, özündən sonra hamıya bir məktəbdir. Bu belədir, niyə qəbul edilməli deyil?
@vaqifbedelov2547
@vaqifbedelov2547 4 года назад
USTAD , MUĞAMI BU QƏDƏR ƏZİZLƏMİSƏN. BUNUN SƏBƏBİ NƏ OLUB, BİLƏN VARMI.SƏNİN ÜRƏYİN HƏMİŞƏ "GÜLÜB" .BELƏ OLMASA, SƏNİN İFALARIN BELƏ GÖZƏL SƏSLƏNMƏZDİ.YAQİB KİŞİ, SƏNİN MUĞAMDA KİMLİYİNİ UĞA TANRI ÖZÜ QİYMƏTLƏNDİRİB.SƏNİ TƏK YARATDI.MUĞAM LARIMIZ, SƏNƏ QUĞAJINI DAHA GENİŞ AÇIB.
@residrustemov2310
@residrustemov2310 Год назад
Tamamilə doğrudur,bir birindən kəskin fərqlənən muğamlarımız Yaqub Məmmədovun ifasında ələ alınıb.Bütün xanəndələrin repertuarında hansısa muğam daha gözəl alınıb.Yaqubun ifasında muğamların hər biri mükəmməldi.Allah rəhmət eləsin Böyük Sənətkarı.
@user-hk8ys1vz3g
@user-hk8ys1vz3g 2 года назад
Йашасын Азербайджан халгы онун шерефли мусигичилерине ешголсун. Йагуб мамедов гийметли шехсти
@matlabibadov7986
@matlabibadov7986 5 лет назад
Атасы бабасы ягубдур
@elikramibrahimov9048
@elikramibrahimov9048 2 года назад
48.921
@user-ms6ki4lw5k
@user-ms6ki4lw5k Год назад
д
@ayyartahirov4921
@ayyartahirov4921 8 лет назад
Hərənin öz fikri, öz duyumu... İştaha və sevgiyə zor etmək olmaz. Mənimsə ən çox vurulduğum Ağabala Abdullayevin "Rast"ıdır.
@oyunveeylence6130
@oyunveeylence6130 5 лет назад
Sef oxuyur axirin Ərraq oxuyur ama o ele deil.Gedin Ağaxan Abdullayeve qulaq asin rast desgahina görün necedi.
@elxanpashayev230
@elxanpashayev230 5 лет назад
Bilmədiyin məsələdən danişma rəhmətlik Agaxan A eləcə də əksər oxuyanlar mugami dahi YAQUBDAN öyrənib. Agaxanin YAQUB haqda dediklərin öyrən sonra fikir bildir.
@alihasanov2747
@alihasanov2747 Год назад
Cabbar . Seyid və Məşədi məmməd Fərzəliyevlərin Səsi öndə gedir. sonra Xan əmi gəlir. Xan əmi öz müsahibəsində demişdi Yaqub və Rübabə Muradova pis oxumurlar
@roosdvali7402
@roosdvali7402 6 лет назад
Rastın Möhrünü ŞAHMALI HACIYEV VURUB
@mesudeyvazov7177
@mesudeyvazov7177 5 лет назад
Roos Dvali gozel buyurdunuz
@elxanpashayev230
@elxanpashayev230 5 лет назад
Tamamilə yanliş fikirdir, Rəhmətlik Şahmali myəllimin oglu musiqi təhsillidir onunla əlaqə yaratsan o sizi musiqiçi kimi başa salar.Yaxşi ilə dahi ifanin fərqini bilmirsənsə səndə problem var.Mən mugami nöqtə vergylynə qədər bilirəm, eləcə də səsi.İnsanlari çaşdirmaq lazim deyil.
@elshadsultanov3343
@elshadsultanov3343 5 лет назад
Bu ifa orta səviyyəli bir ifadır başqa heçnə.Rastın zirvəsi Yaqubun ifasıdır,birmənalı.Xanın və Arifin ifası da pis deyil.Yanlış etmək günahdır, xoşuna gəlir o başqa məsələ.
@azeribalasi854
@azeribalasi854 4 года назад
Aqabala Abdullayev oxuyanda men goz yawlarimi saxlaya bilmirem,uwaq vaxti onun olduqu meclislerde olmuwam,aqzinda durr tokulurdu ,evezsizdi,ozude menim yerlimdi,ancaq Yaqub Memmedov bi bawqadir,allah her ikisinede rehmet elesin.
@jalilhaghi7589
@jalilhaghi7589 4 года назад
Allah gəbrin nurlan doldırsın
@nihadaliyev3038
@nihadaliyev3038 4 года назад
Super
@ayyartahirov4921
@ayyartahirov4921 8 лет назад
Hərənin öz fikri, öz duyumu... İştaha və sevgiyə zor etmək olmaz. Mənimsə ən çox vurulduğum Ağabala Abdullayevin "Rast"ıdır.
@hjhnmjgjkjjjkmm9625
@hjhnmjgjkjjjkmm9625 6 лет назад
Ayyar Tahirov bonlm
@alihasanov2747
@alihasanov2747 2 года назад
çox doğru
@user-rf4rx3wc1p
@user-rf4rx3wc1p 7 лет назад
Super
Далее
Zabul Segah 2, Yaqub Məmmədov
26:12
Просмотров 45 тыс.
"ŞUR" - telefilm 1967-ci il
27:30
Просмотров 100 тыс.
🎤Пою РЕТРО Песни ✧˖°
3:04:48
Просмотров 1,7 млн
Yaqub Məmmədov - Rast Mugamı 1956
20:49
Просмотров 10 тыс.
Musiqi xəzinəsi   Yaqub Məmmədov
1:07:23
Просмотров 18 тыс.
Sahmali Kurdoglu "Rast"
17:13
Просмотров 139 тыс.
Alim Qasımov - "Mirzə Hüseyn" segahı | 1982 | live
16:34
Sexavet Memmedov
14:32
Просмотров 199 тыс.
YAQUB MEMMEDOV MIRZE HUSEYN SEGAHI
19:25
Просмотров 70 тыс.
Aqil Məlikov Rast Dəstgahı
43:01
Просмотров 92 тыс.
Janona
4:09
Просмотров 559 тыс.
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Просмотров 6 млн
Shoxruxbek Ergashev - Alam ekan (Official Music)
4:37
Просмотров 251 тыс.
Toxi$ - I GOT U
3:31
Просмотров 1,7 млн