Тёмный

Rejissor onunla yatmaq istədi, rejissora şillə vurdu - “Ögey ana”nın real həyatda başına gələnlər 

TV11
Подписаться 51 тыс.
Просмотров 28 тыс.
50% 1

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Ancaq qardaşı Ruhulla Axundov tutulandan sonra Xoşsima xanımın da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.
Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır.
Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. Nəcibə Məlikova isə məcburiyyətdən, könülsüz aktrisalığı seçir. 10-cu sinfi qurtarandan sonra sənədlərini Teatr İnstitutuna verir və Fatma Qədrinin sinfinə qəbul olunur.
Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. “Yaşar” tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.
Elə Gəncədə işlədiyi zaman ailəli olub ayrılmış, bir oğlu olan Nüsrəddin adlı imkanlı kişi ilə tanış olur. Nəcibə xanım ilk gündən Nüsrəddinə bağlanır və onun evlilik təklifinə razılıq verir, evlənirlər.
Həmin vaxt gənc aktrisa Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır. Milli Dram Teatrında işləməyə başlayır.
Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Nəcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir - Saqib. Onun ilk nikahından olan oğlu Fuad, Nəcibə xanımın oğulluğu əvvəlcə onu qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.
Fuad Əsədov Nəcibə xanımın ölümündən uzun müddət verdiyi müsahibəsində deyir: “Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, əvvəl onu ana kimi qəbul edə bilmirdim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”.
Aktrisanın qayınanası xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Ümumiyyətlə, Nəcibə xanım qayınana sarıdan çox əziyyətlər çəkib. Hətta bir gün onlara qonaq gələn Ədil İsgəndərov Nəcibə xanımın qaynanasının hərəkətlərinə dözmür, yeməyini yarımçıq qoyub durur, qapıdan çıxanda deyir ki, Xanım xala, səndən kino çəkəcəm.
Onun həyat yoldaşı həqiqətən, yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. "Ögey ana" filmindəki İsmayıl obrazının prototipi oğulluğu Fuaddır, Cəmilə isə Saqibin obrazıdır.
Bu dəyişikliklərlə, görünür, tamaşaçını həqiqətdən yayındırmağa çalışıblar.
Aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də sadə insan olub.
Məşhur rejissorlardan biri Nəcibə xanıma rol qarşılığında arzuolunmaz təklif edir. Əsəbiləşən aktrisa rejissora şillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü danışarmış.
Ancaq ailədə təəssüf ki, nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş.
Bir gün Nusrəddin başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb gedir. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəvi şəkildə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.
SSRİ xalq artisti fəxri adına layiq görülür. Hindistanda qastrol zamanı üstünə meymun atılır, qorxudan şəkər xəstəliyinə tutulur.
Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” - deyib, arzusuna çatmaq üçün gözlərini həmişəlik yumur.

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 34   
@rnasultanova3078
@rnasultanova3078 8 месяцев назад
Bu aparıcını çox sevirik,davranışını,danışığını,təmkinini.Allah qorusun bütün oğullarımızı🤲
@user-df2lb6rv6g
@user-df2lb6rv6g 9 месяцев назад
Heyif belə gozəl xanimdan.Həmisə gozəl xanimlarin ərləri onlara xəyanət edir.Təbi gozəl aktrisalarimiz.Allah rəhmət etsin.❤
@TV11-azerbaijan
@TV11-azerbaijan 10 месяцев назад
Rəylərdə etik qaydalara riayət etdiyiniz üçün təşəkkür edirik.
@bakuazeri7507
@bakuazeri7507 9 месяцев назад
00000
@gulnarmemmedova7722
@gulnarmemmedova7722 8 месяцев назад
ALLAH REHMET ELESIN GOZEL SENETKARA
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 месяцев назад
Əla. 🎉🎉🎉
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
Allah rəhmət eləsin
@tamillasahar3095
@tamillasahar3095 10 месяцев назад
Allah rehmet elesin. Necibe Melikova böyük senetkar gözel bir xanim sevimli aktrisa idi. Amma ömrünün sonunda tenha fani dünyani terk etdi. Hayat çok geribedir bütün hayatini ogluna hesr eden gözel ana xalgin sevimlisi taninmiş melek gelbli xanim efendi tenha ömrünün sonuna geder tenha galdi. Evladin üzü garadi deyibler .
@susenabdullayeva1950
@susenabdullayeva1950 9 месяцев назад
Allah rəhmət eləsin!!
@teymurlngteymurlng2906
@teymurlngteymurlng2906 9 месяцев назад
Allah rəhmət eləsin. Gözəl xanım, talantlı aktrisa.
@nadirrzal233
@nadirrzal233 10 месяцев назад
Maraqlıdı!
@SəadətQasımova-w1b
@SəadətQasımova-w1b 13 дней назад
Xahiş edirik eşitdiyiniz xoşagəlməyən hadisələri yəni ara söhbətlərini verməyin.
@Sevam11
@Sevam11 8 месяцев назад
Nece de Ogey ana filminin realligini yasayib Necine xanim
@islamkazimov122
@islamkazimov122 10 месяцев назад
💖
@user-hh8zx8mn6m
@user-hh8zx8mn6m 8 месяцев назад
Menim ucun Azerbaycan gozeli bu xanim olub xanimkimi xanim xatin
@serdaramin1910
@serdaramin1910 10 месяцев назад
❤ 🎉
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
😮😢
@SəadətQasımova-w1b
@SəadətQasımova-w1b 13 дней назад
Bəli nıyə məlumatı düzgun götürüb vermirsinizAxı Nəcibə xanım Ssri xalq artisti deyildi Layiq idi..Min dəfə yazırıq reytinq qaldırmaq üçün iyrənc ara söhbətlərini verməyin.
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
😮😮😮😮
@SəadətQasımova-w1b
@SəadətQasımova-w1b 13 дней назад
Sözə bax siz Allah hansısa rejissor onunla yatmaq istədi .guya böyük bir maraqlı məlumat verdi başına dəysin
@user-az5119
@user-az5119 9 месяцев назад
Sizin özünüz etik qaydalara riayət etmədiniz. O rejissor da. Bir də Nəcibə Məlikova SSRİ xalq artisti olmayıb.
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 10 месяцев назад
🎉🎉🎉🎉🎉🎉
@yeraz8634
@yeraz8634 10 месяцев назад
Allah rəhmət eləsin bizim karifeyimizi
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 месяцев назад
Bu, Rəşid Behbudovun bacısıdı?
@ulka1972_
@ulka1972_ 9 месяцев назад
Xeyr beyi oqurlamasi filmindeki İsrafilin anasi Bibixanim Necibe Behbudova
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 10 месяцев назад
@user-xu4dm5ll5m
@user-xu4dm5ll5m 9 месяцев назад
Ramiz Melikov kimin ogludur
@user-vj9yu2vr3o
@user-vj9yu2vr3o 9 месяцев назад
Arif Məlikovun oğludu, mən bilən.
@TV11-azerbaijan
@TV11-azerbaijan 10 месяцев назад
TV11-ə abunə ola bilərsiniz.
@SerdArt
@SerdArt 10 месяцев назад
*******
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 месяцев назад
Guya SSRİ Xalq artistini sənətə görə verirlər? Hansı yekələrin əlinin altından keçib, Allah bilir.
@user-az5119
@user-az5119 9 месяцев назад
Əvvəla səfeh-səfeh danışma. SSRİ xalq artisti olan bütün sənətçilərimiz bu adı haqqına alıblar. İlki Üzeyir bəydən və Bülbüldən başlayır. Həm də Nəcibə xanım Məlikova SSRİ xalq artisti olmayıb, Azərbaycanın xalq artisti olub. Bir daha başından yekə danışma.
@ulka1972_
@ulka1972_ 9 месяцев назад
@@user-az5119 👍
@beastbeast9859
@beastbeast9859 7 месяцев назад
ALA ŞƏRƏFİN OLSUN! BİR XANIM HAQQINDA NECƏ BELƏ DANIŞA BİLƏRSƏN!
Далее
SİRDAŞ - Nəcibə Məlikova   29.10.2017
41:58
Просмотров 43 тыс.
Мужа или парня
00:42
Просмотров 14 тыс.
Cute
00:16
Просмотров 6 млн
ALİ TEHSİLİ OLMAYAN MEŞHURLAR
7:05
Просмотров 96 тыс.
MƏŞHURLARIN MƏŞHUR ÖVLADLARI
8:19
Просмотров 123 тыс.
"Qaraca qız"ın "Xədicə"si illər sonra
5:56
Просмотров 230 тыс.
"Ögey ana" filminin "Qəmər xala"sının taleyi...
4:49