Тёмный

Səməd Vurğun - Azərbaycan 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 72
50% 1

Şeir: Səməd Vurğun - Azərbaycan
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
SƏMƏD VURĞUN - AZƏRBAYCAN
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı somtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır.
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza.
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş? sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar.
Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.
Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!
Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Şeir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!
1935
*Şeir əlyazmasi əsasında ilk variantda olduğu kimi verilmişdir.
Yusif Alıyev:
“Səməd Vurğun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ilə kütləyə özünün zəmanə ruhlu şair olduğunu göstərmişdir. Ümumiyyətlə, Səməd Vurğunun şeirlərinin təhlilini vermək üçün gərəkdir ki, ədəbiyyatdan, tarixdən kifayət qədər məlumatın ola. Məsələn, milyonlarla insan “Azərbaycan” şeirini əzbər bilir. Şeir hər bir dövrün ruhuna uyğun gəlir. Lakin şairin yaradıcılığında ortaya qoyduğu milli problemləri duya biləcək az sayda insanlar var. Bu şeirdə Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın acısından danışıldığını nə dərəcədə bilirik? O zaman şeirdə bəzi bəndlərə diqqət çəkək:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən.
Bu və onun davamındakı misralarda şair Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət və imperiyaların mövcudluğu zamanı bu ərazilərin Azərbaycan türklərinə aid olduğunu bütün dünyanın bildiyini və buradakı qədim toponimlərin məhz türklərə aid olduğunun şübhəsiz təsdiqinə eyham vurur. Şeirin sonrakı bəndində isə:
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana.
deməklə şair Sovet Azərbaycanının ərazi və əhali baxımından kiçikliyinə rəğmən buna “mən bir uşaq” deyərək, İran Azərbaycanına isə “sən bir ana” deməsilə bu vəhdət daxilində tarixi bir coğrafiya cızmışdır.
Şairin böyük qardaşı Mehdixan Vəkilovun İmrayıl Alıyevə söylədiyi xatirələrindən:
“Səməd Vurğun Güney Azərbaycan problemini millətimiz üçün faciəvi problem adlandırırdı. Mən İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuşdum. Orada gizli və aşkar şəkildə arxivlərdə işləyirdim. Rastıma çıxan materiallar məni dəhşətə gətirirdi. Bu xalqın zəngin ədəbi-bədii yaradıcılığı, tarixi keçmişi qalaq-qalaq, toz basmış köhnəlmiş sənədlərdə yatırdı. Mən qadağan olunmuş sənədlərin mətnini əzbərləyərək yadımda saxlayırdım. Çünki hər hansı qeyd aparmağın acı sonluğu mənə məlum idi. Bu məlumatları Bakıya gəlincə gizlincə Səmədə danışırdım. Səməd qulaq asıb dinlədikdən sonra gözləri yaşarmış halda “ay Qara, bu xalq hər zaman yaratmış, yaradır, yaradacaq da” deyərək qəhərlənirdi”.
#səmədvurğun #semedvurgun #azərbaycan #biraddimla #biraddimlayol

Опубликовано:

 

11 ноя 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@Milky790
@Milky790 7 месяцев назад
Далее
qemlo
4:02
Просмотров 239 тыс.
Manaf Ağayevin   Dəbdəbəli Evi   Eksklüziv
8:28
Просмотров 106 тыс.
DO NOT Dunk Here ❌🏀
00:20
Просмотров 6 млн
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
SUCAYƏT AZƏR
5:04
Просмотров 30 тыс.
Vahid Əziz
2:58
Просмотров 8 тыс.
Seninle Kusulu qala bilmirem...
1:14
Просмотров 24 тыс.