Тёмный

SODA görün hansı Xəstəlikləri Sağaldır - Həkimlər niyə demir? 

Demədi Demə
Подписаться 954 тыс.
Просмотров 24 тыс.
50% 1

#demədidemə #soda #Сода
“Soda” sözünü eşitdikdə, yəqin ki hamınızın gözünün önünə narıncı rəngdə bu bağlama gəldi. Bəli, elə həmin sodadan danışırıq bu gün. Soda tibbi baxımdan əhəmiyyətlidir. Onun faydalı xüsusiyyətləri qədim zamanlardan məlumdur. Lakin bu maddənin daxilə qəbulu zamanı bəzi məqamlara diqqət etməlisiz. Yoxsa orqanizmə zərər verə bilər. Sodadan müalicə vasitəsi kimi istifadə etmisinizmi? Faydasını görmüsünüzmü? Zəhmət olmasa elə indi şərh bölümünə yazın. Mən də onun faydaları və zərərlərindən danışım.
Çay sodası adlandırdığımız natrium hidrokarbonatdan (NaHCO3) məişətdə geniş istifadə olunur. Daha çox şirniyyat məmulatlarının hazırlanmasında istifadə edilən sodanın tibbi-müalicəvi xüsusiyyətləri çoxdur. Məsələn boğaz ağrısını azaldır. Bu üsul qədim zamanlardan məlumdur. Yəqin ki, ən kiçik qıcıqlanmada ananızın və ya nənənizin sizi isti soda məhlulu ilə qarqara etməyə göndərdiyini xatırlayırsınız. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul, həqiqətən, ağrıları azaltmağa kömək edir. Ancaq bilməlisiniz ki, angina zamanı soda kömək etməyəcək.
Öskürək. Soda ilə inqalyasiya bəlğəmin çıxarılmasına, boğazın yumşaldılmasına kömək edir. O da məlumdur ki, öskürək zamanı bir çimdik soda qatılmış ilıq süd içməyə dəyər.
Mədədə yanma hissi. Xoşagəlməz yanma hissi baş verən anda əlinizin altında dərman yoxdursa, qida sodası kömək edəcəkdir. Qələvi turşunu tez neytrallaşdıracaq və rahatlıq gətirəcək. Bunun üçün: ½ çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və kiçik qurtumlarla için.
Ağız boşluğunda problemlər. Soda ilə qarqara diş ətinin iltihabını azaldacaq, stomatiti və diş ağrılarını aradan qaldıracaq. Diş iltihabı zamanında soda ilə qarqaralar çox yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan suda həll edib qarqara edin.
Sümük və əzələ hərəkətlərində əhəmiyyətli olan turşu miqdarından artıq yığılanda ödəm əmələ gəlir. Bu ödəm faydalı olan turşunu zərərli hala gətirir. Sodalı su bu balansı düzəldərək hüceyrələrin deformasiyasının qarşısını alır. Xərçəngin yaranmasını əngəlləyir.
Qusma və zəhərlənmə. Zəhərlənmələr, ishal və qusmalar zamanı sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir, bədənin itirilmiş su ehtiyatını bərpa edir.
Helmintozlar. Bəzi alimlər əmindirlər ki, qida sodası imalələri insan bağırsaqlarında yaşayan parazitləri öldürə bilər.
Göbələk xəstəlikləri. Sodanın, xüsusilə, kandidozların öhdəsindən gələ bildiyinə inanılır.
Soda orqanizmdə olan artıq mayeni xaric edir və ona görə də hipertoniyada tətbiq edilir. Sodanın hipertoniya əleyhinə dərmanlarla birgə qəbulu müsbət səmərə verir və dərman dozalarının azaldılmasına yardımçı olur.
Tərdən pis qoxu gəlirsə, hamamda yuyunanda qoltuqaltı nahiyələrə və ayaq altına soda çəkmək olar. Ayaqqabıdan pis qoxu gələndə onun içini soda ilə sürtmək və ya soda səpib müəyyən müddət saxlamaq lazımdır.
İşdən axşam gəldiyiniz zaman yorğunsunuzsa, isti sodalı su vannası ilə ayaqlarınızı vanna eləsəniz yorğunluğunuz dərhal gedəcək.
Zərərləri:
Faydalarını saymaqla bitirə bilmədiyimiz sodanın zərərləri də var, bəli! Ümumiyyətlə, dünyada tamamilə zərərsiz heç nə yoxdur. Məsələn; yerkökü təhlükəsiz bir məhsul kimi görünür. Amma axtarsaq, dünyada mütləq bu tərəvəzə allergiyası olan bir insan tapılacaq.
Əlbəttə ki, düzgün istifadə edildikdə, qida sodasının sizə zərər verməsi ehtimalı azdır. Həkimin təyin etdiyi dozalara və reseptlərə ciddi əməl etsəniz, müalicə fayda verəcəkdir. Soda qəbul etməyə başlamazdan əvvəl ona allergiyanızın olub-olmadığını yoxlayın. Hər şey qaydasındadırsa, yenə də, bilin ki, bəzi hallarda sodadan uzaq durmaq məsləhətdir:
-hamiləlik;
-laktasiya;
Bu iki halda sodadan yalnız ağız boşluğunu yaxalamaq üçün istifadə edilə bilər. Bundan əlavə, həkimlərin “soda ilə ehtiyatlı olmalı” dediyi vəziyyətlər də az deyil:
qastrit və mədə xorası;
hipertoniya;
şəkərli diabet;
aritmiya;
Yadda saxlamaq lazımdır ki, sodalı su ilə heç bir dərman preparatı qəbul etmək olmaz! Həmçinin, əgər allergiyanız varsa, soda sağlamlıq üçün faydalı olmaq yerinə, qaşınmalara, səpkilərə, öskürəyə, şişkinliklərə səbəb ola bilər. Simptomlardan hər hansı biri hiss edilərsə, soda ilə müalicə həmən dayandırılmalıdır.

Наука

Опубликовано:

 

30 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 33   
@tamarammmdova7950
@tamarammmdova7950 3 дня назад
Biz Sizə təşəkkür edirik gözəl bilgilərə görə.
@NurlanTagiyeva-bm4ie
@NurlanTagiyeva-bm4ie 15 часов назад
Allah köməyiniz olsun🙏🏿
@nigarsamilova3756
@nigarsamilova3756 3 дня назад
Mən də hərdən içurəm , jokanı tez götürür .amma çox az qatıram ilıa suya .çay qaşıgının ucunda .həmən kömək edir 👏👏👏
@ferzullayevaxalide152
@ferzullayevaxalide152 2 дня назад
Allah köməyiniz olsun
@semarahimova8339
@semarahimova8339 3 дня назад
Teşrkurler bilgi verdiyiniz ucun
@user-qy9wo7st5o
@user-qy9wo7st5o 3 дня назад
Zeherlenmişdim İcdim Faydai yaxşi oldu Teşegür
@suleymanovvvv
@suleymanovvvv День назад
Indi sodanin qiymeti qalxacaq
@gulnarseyidova5194
@gulnarseyidova5194 3 дня назад
Çox sağolun
@bextiyarhesenov6692
@bextiyarhesenov6692 3 дня назад
Mən daimi sodasan istifadə edir və xeyrini görürəm.Yaxınlara,dostlarada məsləhət görürəm.
@kamranquliyev9403
@kamranquliyev9403 3 дня назад
Təşəkkürlər
@refiqeabazerova5992
@refiqeabazerova5992 3 дня назад
İstifade edirem ve faydasin da gorurem ağzınıza ureyinize sagliq , meiwetdede cox komeyimize çatır her eve lazim
@user-xr1he1vq5o
@user-xr1he1vq5o 3 дня назад
Mənə yanmasını soda ilə keçirirəm. Barmağımı yaşlayıb sodaya batırıram və dişimin dibinə çəkirəm. Anında yox edir. Çox faydalıdır.
@GoogleKullanicisi-zx6pw
@GoogleKullanicisi-zx6pw 2 дня назад
Ode xeyirlidimi goren bu soda bilen varsa yazsinda ve xeyirdise bunu nece iciller ac qarnami ya tox yemeyden qabagmi ya sora
@Mikayl-wd1mk
@Mikayl-wd1mk 19 часов назад
Sodanın hec ziyanı yoxdur bütün yolxuçu xəstliklər ,qoçalıqa qarşı , iş qabiliyəti ,umunitet...Neumuvakini ,Uqlovu ,Simancini öyrənməli vəperikisi də unutmaq olmaz ,100 q.araq,200 qırmızı caxır ,təmiz su ❤❤❤❤❤❤
@aygunhsnova8429
@aygunhsnova8429 3 дня назад
Sizə uğurlar arzulayıram Təşəkkür edirik məsləhətiniz üçün
@user-eo9uq4jx7l
@user-eo9uq4jx7l 3 дня назад
Medede qijqirma olanda, bir cimdik adi duzu dilin altina atin ve yavas yavas agiz suyunu udun, qijqirma yox olacaqdir.
@user-vl5ym6oh4y
@user-vl5ym6oh4y 3 дня назад
❤TESEKKURLER❤
@FrankSchubert-wt6yo
@FrankSchubert-wt6yo 3 дня назад
Onu da deyin ki sodali su medede mel cokuntusu yaradir
@Mikayl-wd1mk
@Mikayl-wd1mk День назад
2010 çu ildən Nomuvakinin qaydası ilə icirəm 70 yaşım var ,həkimə getmirəm .Perikis də icirəm.
@GulzarTagiyeva
@GulzarTagiyeva 3 дня назад
Mədədə problem varsa soda ziyan etməz bəs?
@nissdova6370
@nissdova6370 3 часа назад
Mənim mədəm ağrıyırdı avar qonşum demişi 1 çay qaşığı soda 1 stəkan suyla qatıb içmişdim uzun illər mədə problemim olmadı onuda deyimki sodanı 1 çay qaşığı içirsimizsə 3 gündən çox içmək olmaz bədəndə qanaxma ola bilər az doza bir çimdik içmək olar günlük birdə dişiniz şişibsə 1 çay qaşığı sodanın üstünə azca qaynar su tökün köpüklənəcək sonra stəkanı ilıq su ilə doldurun içinə 1 çay qaşığı pereks tökün qarqara edin 1 dəfəyə şiş gedir əgər olmasa yenə edin
@cimnazrasulova971
@cimnazrasulova971 3 дня назад
Mən elə indicə diş ətinə görə qarqara etmişəm bir az daoçmişəm elə kömək efir ki....
@durasanseyidov4238
@durasanseyidov4238 3 дня назад
Bizde var istifade etmeye qorxuram. Medemde qastrit var
@user-eo9uq4jx7l
@user-eo9uq4jx7l 3 дня назад
Medenizde qastrit varsa sizin ucun en yaxsi cobaban yastigi ve kekotudur onu demleyib, iki ay yemekden 30 deqiqe qabaq gunde 4 defe icin, bu sizin ucun cox xeyirli olacaqdir. Bundan qorxmayin otdan size hec vaxt ziyan gelmez. Birde aptekden Denol ve ya onu evez eden derman var alin icin ozunuzu mualice edin.
@soversennosecretnoss9673
@soversennosecretnoss9673 2 дня назад
Gastrit varsa yarim çay qawiqi soda istifade ede bilersiz
@metanetaliyeva9014
@metanetaliyeva9014 3 дня назад
Mən. Stəkan yarım çay qaşığı soda sonra üzərinə qaynar su bir az tökürəm o qaynadıqdan sonra ilə su töküb içirəm bu dadll olur nənəmdən belə görmüşəm ancaq bunu iki həftə sonra fasilə iki həftə sonra yeninə etmək olar. .
@soversennosecretnoss9673
@soversennosecretnoss9673 2 дня назад
Qayqanaq biwirende yumurtaynan bir yerde yarim çay qawiqi soda qariwdirin ve biwirin . Qayqanaq qalinlawir wiwir biwende . Olur amulet 😂
@NaniAgayeva-bw3vc
@NaniAgayeva-bw3vc 3 часа назад
Soda icdim sancidan öldüm qarin aqrisina düwdüm baqirsaqda problem olan adama soda icmek olmaz
@Ezize-yy1fu
@Ezize-yy1fu 3 дня назад
MƏNİM MƏDƏM AĞRIYRDI SODA İÇDİM AĞRISI KƏSİLDİ
@user-hf2vz7bo3j
@user-hf2vz7bo3j 3 дня назад
Men. Her. Gun. Bir. Cay. Qaşlxı tökurem. Caşkama. Birazda. Limon. Sıxıram. Sonra onu. İcirem her. Gun. Seher. İcirem. Yarım. Saat. Sonra. Seher yeməyimi. Yeyirem
@fedi3995
@fedi3995 День назад
Nəyə xeyri var
Далее
Make Up with Balloons 💄☺️🍓
00:23
Просмотров 2,5 млн
Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...
12:11