Тёмный

Tənha narın nağılı (1984) 

Azərbaycanfilm
Подписаться 123 тыс.
Просмотров 59 тыс.
50% 1

12+
Film müharibədən sonrakı illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamların həyatından bəhs edir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir.
Çəkilişlər Şəkidə və Zabratda aparılıb.
Film yazıçı Əkrəm Əylislinin “Adamlar və ağaclar” silsilə povestlərindən biri “Tənha nar ağacı” povestinin motivləri əsasında ekranlaşdırılıb.
İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 31.01.1984
Texniki göstəricilər: 35 mm, 21:9
Janr: dram
Rejissorlar: Şamil Mahmudbəyov, Həsənağa Turabov
Ssenari müəllifi: Roza Hüsnitdinova
Operator: Zaur Məhərrəmov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Tofiq Quliyev
Rollarda: Ruslan Nəsirov (Sadıq), Şükufə Yusupova (Mədinə), Nəcibə Hüseynova (Mərcan), Yaşar Nuri (Qubad), Rasim Balayev (Yaqub), Natəvan Məmmədova (Surət), Süsən Məcidova (Bəyxanım), Əminə Yusifqızı (Füruzə), Həsən Əbluc (Səyyad), İlqar Ağayarov (Xəzər)

Кино

Опубликовано:

 

20 июн 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 73   
@elmiraisgenderova1889
@elmiraisgenderova1889 Год назад
Köhnə filimlər tam başqa aləmdi cox sağ olun yüklədiyiniz ücün
@sbuhisdli359
@sbuhisdli359 Год назад
ALLAH RUSLAN NƏSİROVA RƏHMƏT ELƏSİN! (Sadıq)🙏😔😢🙏
@reshadagayev374
@reshadagayev374 Год назад
Bu filimə ilk dəfədirki baxdim.sətir altı çox gözəl fikirləri ötürən və eyni zamanda çətin anlarda necə ayaq üstə durmağı öyrədən bir filimdir.uşaqlı illərimi xatirladım təşəkkür edirəm ərsəyə gəlməsində əməyi olan hər kəsə.
@vuqarmmmdov5206
@vuqarmmmdov5206 Год назад
Nəmişəki kimi yenə çox çox minnətarıq.hallivudda çəkilən kinolarda heçbir həyati məna yoxdur.❤❤❤🎉
@elovsetagayev7143
@elovsetagayev7143 Год назад
Allah dünyasını dəyişənlərə rəhmət eləsin
@UGUR_KAOS
@UGUR_KAOS Год назад
Bu yay baxmadigim butun Azerbaycan filmlerine baxacam😍😍
@ARMY_REJCHEL.7
@ARMY_REJCHEL.7 Месяц назад
həəəə
@rovsnzimov9868
@rovsnzimov9868 Год назад
Sovet dövründə çəkilən filmlər bir başqa aləmdir.Film tamaşaçını düşündürməli,yaxşı ovqat gətirməlidir.İnsanlığa sevgi aşılamalıdır. Çoxdan baxmışdım.Bir daha baxdım.Çox sağ olun ki,bura yükləmisiniz
@UGUR_KAOS
@UGUR_KAOS Год назад
Ruslan Nesirov Allah rəhmet elesin.(((kôceri kimi yadimda qalan)
@elmira7035
@elmira7035 Год назад
Əkrəm Əylislinin eserləri həyatıdır. Özü yaşıyıb bu həyatı.
@vusalkerimova9479
@vusalkerimova9479 11 месяцев назад
O cox gözel yazıcıydı, birce daş yuxuları olmasaydı,yazmasaudı gözdən duşməzdi.
@y.ahmed.2062
@y.ahmed.2062 Год назад
Filimin axirinci epizodunda seslenen rast,heyat bir wey👍👍👍👍👍
@Kenan.musayev1
@Kenan.musayev1 Год назад
Nə vaxtandlr bu filmi gızleyordim yaxşı efektdə çox sagolun
@user-lh7ms1bv3g
@user-lh7ms1bv3g Год назад
Bu filimi ilk kez baxdim bütov varliqimla kecmişe ve heyatima qaytdim43 il sonra❤❤❤❤
@nihadbabayev4942
@nihadbabayev4942 Год назад
putun kovrəltdiz məni
@arzualiyeva6635
@arzualiyeva6635 Год назад
Əla filmdir! Çox sağ olun!
@AlixanNermanov-nt3ro
@AlixanNermanov-nt3ro 16 дней назад
Tənha narın nağılı: Çox düşündürücü filmdir.
@firuzbabayeva6178
@firuzbabayeva6178 Год назад
Bu filmə baxmışam.Yadımdan çıxmışdı,yenidən izlədim.və aktyorları qeyd etdiyinizə görə çox təşəkkür edirəm. Sayənizdə aktyor Ruslan Nəsirovu tanıdım🤲🇦🇿
@sbuhisdli359
@sbuhisdli359 Год назад
ALLAH RUSLAN NƏSİROVA RƏHMƏT ELƏSİN! (Sadıq)🙏😔😢🙏
@firuzbabayeva6178
@firuzbabayeva6178 Год назад
Əslində aktyor kimi tanıyırdım,açma belə əsil adını bilmirdim,belə acı həyatı olmasından xəbərsiz idim.Allah rəhmət etsin 🙏🙏🙏
@sbuhisdli359
@sbuhisdli359 Год назад
@@firuzbabayeva6178 Amin!🙏😔😢🙏
@mhmmd5530
@mhmmd5530 Год назад
Burda bir şeyi başa düşmədim..pəncərədə soyunan kimdi ?hər dəfə
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 Год назад
Heyif Deyil Köhnə Kinolarmiz Allah Rəhmət Eləsin Böyük Sənətkarlara Əvəz Olunmaz Aqtiyor Və Aktrisalar Ruhunuz Şad Olsun
@borzuqurd3936
@borzuqurd3936 Год назад
Belə gözəl filmlər nəyə görə televiziyada yayımlanmır görəsən? Ancaq eyni filmləri təkrar təkrar göstərirlər
@azrhuseynov6531
@azrhuseynov6531 Год назад
Yəqin ki, Əkrəm Əylisliyə görə, film onun povesti əsasında çəkilib
@metanetagayeva5729
@metanetagayeva5729 Год назад
Bes gic gic seriallar nece olsun😏
@qhrmanmovlanov6267
@qhrmanmovlanov6267 4 месяца назад
Allah bir də bu xalqa müharibə qismət etməsin.
@oyunlardunyas1104
@oyunlardunyas1104 2 месяца назад
Amin
@user-nr5nr9ej6d
@user-nr5nr9ej6d 3 месяца назад
Çox maraqlı və gözəl filmdi
@NargizRahmatova
@NargizRahmatova Год назад
Köhnə filmlərdə dilimiz çox incə, şirin səslənir. İndi belə deyil, nə sirrdir, anlaya bilmirəm.
@konulmammadovahasanova7809
@konulmammadovahasanova7809 Год назад
Bu sirri mən sizə deyim: savadsızlıq, kitab oxumamaq, efirə senzurasız.hər bir şey yayımlanır. Ona görə də millətin dili də bu gün savadsız səslənir.
@NargizRahmatova
@NargizRahmatova Год назад
@@konulmammadovahasanova7809 Bəli, görürsən,mətni oxuyur,amma bir rus adını (insan,ya şəhər,ya nəsə) elə əcaib səsləndirir ki, bütün oxuduğundan xoşagəlməyən təəssürat qalır. Və yəqin ki,dilin incəliyini duymamaq. Amma əsas dediyiniz kimi savadsızlıq.
@qhrmanmovlanov6267
@qhrmanmovlanov6267 4 месяца назад
​@@NargizRahmatovaBəli Rus və digər xarici insan və yer adlarını deyəndə vurğunu düzgün hecaya qoymurlar.
@qhrmanmovlanov6267
@qhrmanmovlanov6267 4 месяца назад
Bizim çox gözəl və axıcı dilimiz var (idi) Aparıcılar, bəzi "ziyalılar" və digər üzdə olan şəxslər və nəhayət Elmlər Akademiyasının Dilçilik İnstitutu nün bir çox "alimləri" əlindən gələni edərək dilimizi murdarladı.
@TevanTevanelli
@TevanTevanelli 3 месяца назад
о вахт Азербайджан иди, инди ися Алвербайджан
@Elegy17
@Elegy17 Год назад
Gözəl filmdir
@RafOruzman
@RafOruzman Год назад
Əla!!!👍👍👍
@user-fc3jg6fn9s
@user-fc3jg6fn9s 6 месяцев назад
16 yaşımda bu kunolara baxıram indi il 2024 dü amma başa düşütəmki indinin kunoları xeşne di hayıf ovaxdın kunolarından nəbilim e vallah hər özünü bir yerə qoyuf biri tiktok çəkir biri zirt zibil heyif ovaxdan allah rəxmət etsin babam sag oləanda danışardı panbıxdan fermadan heyif çox heyif o günlərsən 🥀
@user-dl3yd8pz6l
@user-dl3yd8pz6l 5 месяцев назад
Super filimdir.sari simde her sey anladilir
@vusalkerimova9479
@vusalkerimova9479 11 месяцев назад
MUharibeler insanların ömrunə cox böyük zərbə vurur. Ön cəbhədəkilərin də, arxa cəbhədəkilərin də.
@nathanbabayev2356
@nathanbabayev2356 8 месяцев назад
çox gözəl və mənalı film. Ölənlərə rəhmət.
@hustlegangster3663
@hustlegangster3663 9 месяцев назад
RESPECT! DƏRİN FİLMDİR VƏ DİQQƏTLƏ İZLƏMƏK LAZIMDIR!
@trgulliyeva8116
@trgulliyeva8116 Месяц назад
Əla filmdir
@meryemehmedova345
@meryemehmedova345 Месяц назад
"Sadix bala gül bala manat verim xirdala" 😂😂😂😂😂😂
@samirehuseynov4773
@samirehuseynov4773 5 месяцев назад
Menevi safliqi,pakliqi terennüm eden gozel bir film.
@TevanTevanelli
@TevanTevanelli 3 месяца назад
Руслан, Руслан, о еля бил анадан актёр догулмушду, о хеле не гедер роллар ярададжагды, образлар джанландыраджагды, хейиф, гезаву-гедер имкан вермеди.....
@dilshadmammadova795
@dilshadmammadova795 3 месяца назад
Allah rehmet elesin dunyasni deyisen butun aktyorlarmza.
@beastbeast9859
@beastbeast9859 9 месяцев назад
RESPECT!
@user-me6ce6rt8f
@user-me6ce6rt8f Год назад
👍👍👍👍👍
@shahmarchobanov3932
@shahmarchobanov3932 Год назад
Rembo Dan hind kinolarından agzı cırıq mügənnilər hardadı yükləyin onlara baxaq.
@togrulmammadov8769
@togrulmammadov8769 3 месяца назад
Cann❤😢
@yaqubova48
@yaqubova48 7 месяцев назад
❤❤❤
@arzualiyeva6635
@arzualiyeva6635 Год назад
@bextiyarmemmedov8978
@bextiyarmemmedov8978 6 месяцев назад
👍🇦🇿
@zaurxanbabayev3946
@zaurxanbabayev3946 9 месяцев назад
Finaldaki o musiqi oldurdu meni😢
@TevanTevanelli
@TevanTevanelli 3 месяца назад
Дахи Экрем Эйлисли, дахи Тофик Кулиев!
@efqanibrahimxelilov2494
@efqanibrahimxelilov2494 Год назад
Ekrem Eylislinin şah eseri
@nuranezakirova5483
@nuranezakirova5483 11 месяцев назад
46 ci ildə Bakıda elə gözəl bina evləri olub yəni?
@vusalkerimova9479
@vusalkerimova9479 11 месяцев назад
O binalar, ondan da gözelleri, Sovet İttifaqı qurulanadək 1918 Bakı milyoncuları terefinden tikilmisdi.
@muradhuseynli700
@muradhuseynli700 Год назад
İlk
@farah41
@farah41 Месяц назад
Kohne filmlere catan olmaz nece defe baxmiwam
@AftandilIsmaylov
@AftandilIsmaylov 9 месяцев назад
Sizlede. Gedi Abir. Haya. Coooxxx. Heyiff
@ilhamemuseyibova2804
@ilhamemuseyibova2804 Год назад
Səslərə fikir verin necə gözəl səslərdir
@mirzagamemmedli6520
@mirzagamemmedli6520 5 месяцев назад
Əkrəm Əylislinin " mənim nəģməkar bibim" povesti əsasında cəkilib. Heyf Əkrəm Əylislidən,heyf
@user-cx7br5bm7z
@user-cx7br5bm7z 4 месяца назад
Советская школа , учили как снимать, не то что нвнешние сериалы однодневки
@ismayilnebiyev3288
@ismayilnebiyev3288 Год назад
👍👍👍👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@ruqiyye5671
@ruqiyye5671 Год назад
TURAL AXIR BİRİ TAPILIB YİYƏCƏK SƏNİN BAŞIVI😂
@user-cb9no4cq3n
@user-cb9no4cq3n 11 месяцев назад
Екрем муеллимин шах есери
@TevanTevanelli
@TevanTevanelli 3 месяца назад
"Свема"я чякиб фильмин ичине конкрет пох гойублар.....
@elovsetagayev7143
@elovsetagayev7143 Год назад
Bu Saqıx rolunu oynayan uşaq kimdir bilmirəm ?
@nicatrzayev2551
@nicatrzayev2551 Год назад
Ruslan Nəsibov
@ramazanmemmedov2673
@ramazanmemmedov2673 11 месяцев назад
Kaş televizya kanallarida milli kinolarinizi tez tez verseydi
Далее
Bayquş gələndə (1978)
1:13:13
Просмотров 32 тыс.
Çətirimiz buludlardır (1976)
1:04:47
Просмотров 33 тыс.
Həyat bizi sınayır (1972)
1:15:10
Просмотров 173 тыс.
Həm ziyarət, həm ticarət (1995)
1:18:18
Просмотров 52 тыс.
Mozalanin sevimlileri
25:10
Просмотров 853 тыс.
Avropali Gelin Azerbaycan dilinde
1:43:09
Просмотров 1 млн
Köhnə bərə (1984)
1:17:43
Просмотров 144 тыс.
OĞLAN EVİ filmi (2015)
1:44:55
Просмотров 10 млн
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Просмотров 779 тыс.
Кого она вытащила из воды?😱
0:51