Тёмный

Tehran Əkbər "Darıxıram ay Ana" qiraət Zabir Əliyev ZABİRBAYCAN 

ZABİRBAYCAN
Подписаться 6 тыс.
Просмотров 108
50% 1

Vaxtınız xeyir, videonu izlədiyiniz üçün öncədən təşəkkür edirəm! Kanalıma abunə olsanız çox məmnun olaram. Lütfən, əməyimə dəyər olaraq bəyənmə düyməsini tıklamağı unutmayın.
Dərin Hörmətlə: Zabir Əliyev /ZABİRBAYCAN/
Səni düşünürəm hər axşam, səhər,
Xəyala dalıram mən yana-yana
Rahatlıq tapmıram hey boğur qəhər,
Yaman darıxıram sənsiz, ay Ana..
Hələ son nəfəsin qulağımdadır,
Əlinin soyuğu dodağımdadır.
Gözlərim hələ də yatağındadır,
Yaman darıxıram sənsiz, ay Ana..
Yoxluğun bilinir hər axşam çağı,
Görəndə o soyuq, o boş otağı.
Biz ki, görməmişik sənsiz olmağı,
Yaman darıxıram sənsiz, ay Ana..
Aldı əlimizdən səni də əcəl,
Apardın özünlə neçə xoş əməl.
Nə olar, hər gecə yuxumuza gəl,
Yaman darıxıram sənsiz, ay Ana..
Bağışla, dərdinə olmadı dərman,
Qoruya bilmədik, qalmadı güman.
Hər dəfə şəklinə baxdığım zaman,
Yaman darıxıram sənsiz, ay Ana..
Müəllif: Tehran Əkbər.

Опубликовано:

 

30 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@user-xo9qg9bi9f
@user-xo9qg9bi9f Месяц назад
😢
Далее
Elməddin qonağı Günay İbrahimli
18:58
Просмотров 59 тыс.
Штаны легионера
00:44
Просмотров 372 тыс.
Как пронести Конфеты В ТЮРЬМУ
19:16
Штаны легионера
00:44
Просмотров 372 тыс.