Тёмный

Tofiq Bayram. Kişilər görmüşəm. Səs: Xalq artisti Eldost Bayram. 

Zəkəriyyə Qurbanov
Подписаться 1,3 тыс.
Просмотров 5 тыс.
50% 1

Səs: Xalq artisti Eldost Bayram
Foto və video montaj :Aysel Abdul
Səs rejissoru :Tofiq Balayev
Musiqi tərtibatı :Elnur sadiq.
Kişilər görmüşəm, qisməti,payı
Böyük bir külfətdir, balaca otaq,
Hər axşam qadını dəmləyən çayı
Yüz-yüz ziyafətə dəyişməz ancaq.
Qadınlar görmüşəm, ac-susuz qalıb,
Ürəyi həsrətdən bişəsi olub.
Yollara baxmaqdan gözü qaralıb,
Çeşməyi pəncərə şüşəsi olub.
Rəislər görmüşəm, sinə qəfəsi
Az qalıb, partlasın bir zəng səsindən.
Hirsini soyudub qadın nəfəsi
Evdə şəfa tapıb bir təbəssümdən.
Qadınlar görmüşəm, dünya qəmini
Evindən didərgin salır hər axşam.
Kişi ürəyinin sarı simini
Qayğı mizrabıyla çalır hər axşam.
Hardasa başına yağır alqışlar,
Kiməsə şöhrətin,adın gədəkdi.
Evdə ipək əllər, gülgün baxışlar,
Evdə səni duyan qadın gərəkdi.
Sevən ürəklərdə bir istək gəzir,
Bir şirin təbəssüm, bir loxma çörək.
Vəfalı kişilər evə tələsir
İlk görüş yerinə tələsənlərtək.

Видеоклипы

Опубликовано:

 

14 май 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 16   
@anarncfli2666
@anarncfli2666 5 месяцев назад
👍👍
@user-gm9vm4ps2f
@user-gm9vm4ps2f 5 месяцев назад
Möhtəşəm şeir , ruhu qidalandıran həzin səs.
@aygunmuxtarova7446
@aygunmuxtarova7446 3 месяца назад
Uşaqlıq illərindən radioda eşitdiyim sehrli səs allah ömür versin sizə Eldost Bayram müəllim
@hkimkamiloglu8158
@hkimkamiloglu8158 2 месяца назад
Allah ömür versin Eldost müəllimə.Canlı əfsanədı bu kişi.Televiziyalar xalqa belə nümunələri göstərməlidirlər və bunlardan görüb götürməlidirlər.Yoxsa buraxma verilişlər yığıb milləti cana.Öpürəm sənətkarı.Xoşbəxtəm ki onun səsiylə böyümüşəm və onu canlı görmüşəm.Fəxr edirəm bununla.
@esmerhuseynova7788
@esmerhuseynova7788 5 месяцев назад
Qadınlarınızın qədrini bilin əziz kişilər. Onları kimlərəsə dəyişib qəlbini qırmayın…
@feridelcin3546
@feridelcin3546 4 месяца назад
Super
@user-sp6ne7jl6r
@user-sp6ne7jl6r 5 месяцев назад
Beh-beh, mohtewem!!! Gozel seir, gozel ses, gozel tertibat. Ehsen sizlere, cooox sag olun.
@gunelmehemmedova8766
@gunelmehemmedova8766 3 года назад
Tofiq Bayramin butun şeirleri menalidir. Xususen de her şair qadin ureyinden anlamaz,amma Tofiq Bayram istisnadir
@seirclngihicranumid2560
@seirclngihicranumid2560 3 года назад
Evde ipek eller,gulgüm baxışlar,evde seni duyan qadın gerekdi...
@gunahkar2898
@gunahkar2898 3 года назад
Uğurlar✨Gözəl paylasim✨🌼
@ayselabdul3775
@ayselabdul3775 4 года назад
Sözləri o qədər mənalı,dərindiki adama təsir edir 😔
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 4 года назад
Razıyam
@xzin4591
@xzin4591 3 года назад
Bəh bəh bəh! Nə gözəl şeirdi. Eldost müəllimin səsi var olsun! Allah Tofiq Bayrama rəhmət eləsin. Son iki misra ilə möhürünü virub. Vəfalı kişilər evə tələsir, İlk görüş yerinə tələsənlər tək.
@pervizmemmedli6055
@pervizmemmedli6055 3 года назад
Zəkəriyyə bəy,var olun! Tofiq Bayramın Ruhu,Eldost bəylə Sizin könlünüz şad olsun!
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 3 года назад
Dinlədiyinizə görə minnətdaram sizə
@gulcaninmetbexi_gulcana8713
@gulcaninmetbexi_gulcana8713 5 месяцев назад
Var olun,çox duyğulandım👏🏻👏🏻👏🏻
Далее
2.3.21:Tofiq Bayram: "Ana dilim".
3:27
Просмотров 11 тыс.
Cəfər Cabbarlı - Susmaz Duyğum
3:20
Просмотров 34 тыс.
Özümüzdən danışaq - Səsin sehri | 28.01.2024
19:49
Tofiq Bayram - Itki
4:40
Просмотров 136
Mirjalol Nematov - I love you (Videoklip)
3:56
Просмотров 1,6 млн
Big Baby Tape, Aarne - Not Obama [Official Video]
2:34