Тёмный

Torpaqlarımız sürətlə yararsız hala düşür - SOS! 

APA TV
Подписаться 348 тыс.
Просмотров 453
50% 1

#APATV #fermer #fermerlər #şoranlaşma #əkin #Aranrayonları #Kür #Araz #KəndTəsərrüfatıNazirliyi #FirudinTağıyev #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Bölgələrdə yaşayan fermerlər torpaqların sürətlə şoranlaşmasından ciddi narahatlıq keçirirlər. Ekspertlər isə həyəcan təbili çalır ki, Azərbaycanın əkinə yararlı torpaq sahələrinin 40 faizə yaxını şoranlaşıb.
Ən acınacaqlı hal isə Aran rayonları və Kür-Araz ovalığında müşahidə olunur. Aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, hektarlarla ərazi əkinə yararsız hala düşməkdə davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyir ki, problemin qarşısını almaq üçün müasir suvarma sistemlərindən istifadə olunmalıdır: ”Bununla bağlı ən böyük çağırışımız müasir suvarma sistemlərindən istifadə etməkdir. Bu yöndə dövlət dəstəyi də mövcuddur. Aqrar Kredit və İnkişaf Agentliyi müasir suvarma sistemlərini alan fermerlərə 40 faiz dövlət güzəşti mövcuddur. 5 illik faizsiz kredit təklif olunur. Bu zaman həm fermerlərimiz qazanır, həm də torpaqlarımız münbitləşir”.
Şoranlaşmanın qarşısını alan digər ən effektiv üsul isə kollektor-drenaj sistemləridir. Bu sistemlərə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nəzarət edir. Qurumun Melorasiya şöbəsinin müdiri Mətləb Quliyevin sözlərinə görə, ölkədəki bütün kollektiv-drenaj şəbəkələri işlək vəziyyətdədir. Lakin bu da şoranlaşmanın qarşısını ala bilmir: ”1.443.000 hektar suvarılan torpaq sahəsinin 252 min hektarı müəyyən səbəblərdən şoranlaşıb. Lakin bugünkü tarixdə təmirinə ehtiyac duyulan kollektor-drenaj olsa da, onların hamsı işləyir. Yararsız suları kənarlaşdırmaq gücündədir”.
Mətləb Quliyevin fikrincə, şoranlaşan torpaqlarda duz sevən bitkilərin əkilməsi də torpağı münbitləşdirə bilər.
Bu günə qədər əkib-becərdikləri torpaqların qarış-qarış əllərindən çıxdığını görən fermerlər isə kollektor-drenaj sistemlərinin normal işləmədiyini deyirlər.
Fermer Əli Ələsgərov deyir ki, şoranlaşmanın əsas səbəblərindən biri selləmə suvarılmadır: “Sudan çox istifadə etdiyimiz üçün də vəziyyət belədir. Yağış və ya damcı sulamaya nə qədər ki keçməmişik, torpaqlarımız günü-günüdən şoranlaşacaqdır”.
İqtisadçı Elşad Məmmədov isə deyir ki, bu məsələdə qurumların kordinasiyalı şəkildə işləməməyi, qida ehtiyatlarının da azalmasına səbəb olur: ”Su təsərrüfatına cavabdeh olan qurumların effektiv fəaliyyət göstərməməsi, idxaldan aslılığımızı artırdı. Buna misal olaraq taxıl məhsullarını qeyd etmək olar. Torpağın şoranlaşması daxili bazarlarımıza və ixrac potensialımıza mənfi təsir göstərməsi, bir çox iqtisadi problemlərə rəvac verdi. Bu proses isə davam edir”.
Elşad Məmmədovun sözlərinə görə, problemin həlli, yeni texnalogiyalardan istifadə etmək və kollektor-drenaj şəbəkələrinin genişləndirilməsidir. Bu proseslər davamlı olaraq aparılarsa, torpaqların şoranlaşma prosesinin qarşısı alına bilər.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Каха и жена (недопонимание)
00:37
Сколько стоят роды мечты?
00:59
Просмотров 780 тыс.
Komedixana  387-ci Bölüm 15.09.2024
1:06:55
Просмотров 41 тыс.
Turş torpağı neytrallaşdırmağın qaydası.
6:46
Просмотров 3,6 тыс.
Каха и жена (недопонимание)
00:37