#Ginekoloq #Xəyalə #Hamiləlik
Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi
Tel: 055 882 38 34,
077 312 38 34
İnstaqram: www.instagram....
Facebook: www.facebook.c...
MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru
Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika,
Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO
Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan
Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan
Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan
Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan
Qadınların çoxu çanaq əzələlərinə lazımi qədər diqqət yetirmir. Baxmayaraq ki, bu əzələlər qadınlar üçün çox əhəmiyyətlidir - onlar uşaqlığı düzgün mövqedə fiksasiya edir, onun sallanmasına imkan yaratmır.
Uşaqlığın sallanması, onun yalnış mövqedə olmasından xəbər verir, yəni uşaqlıq dibinin və boynunun anatomik xəttən aşağı olmasından. Bu ,çanaq dibi əzələlərinin və uşaqlıq bağlarının zəifləməsi nəticəsində baş verir.
Uşaqlıq sallanmasının səbəbləri:
⦁ Doğuş travmaları, cinsiyyət orqanlarında cərrahi əməliyyatlar nəticəsində çanaq dibi əzələlərinin zədələnməsi, aralığın cırılması;
⦁ Sidik-cinsiyyət sisteminin innervasiyasının pozulması;
⦁ Təbii menopauza zamanı və ya cərrahi menopauzadan sonra estrogenlərin çatışmazlığı;
⦁ Birləşdirici toxumaların displastik prosesləri;
⦁ İri uşağın doğulması;
⦁ Uzunmüddətli və çoxsaylı doğuşlar, ağır travmatik doğuşlar;
⦁ Kökəlmə;
⦁ Xroniki respirator xəstəliklər.
Xəstəlik nə ilə təhlükəlidir
Anatomik diskomfort - uşaqlıq sallanması zamanı yaranan yeganə şikayət deyil. Xəstəliyin ilkin mərhələlərində uşaqlığın sallanması uzunmüddətli ağrılarla, qarının aşağı nahiyəsinə, belə təzyiqlə, uşaqlıq yolunda yad cismin olması hissləriylə, ağrılı cinsi əlaqəylə, uşaqlıq yolundan qanlı ifrazatlarla müşayət oluna bilər. Mentrsual siklin müddəti uzanır, sikl daha ağrılı keçir.
Daha sonra uroloji problemlər qoşulur: sidik ifrazatının çətinləşməsi və tezləşməsi, qalıq sidiyin ifrazat orqanlarında qalması, hansı ki, sonradan iltihabi xəstəliklərə səbəb ola bilər. Sidik qaçırma problemləri yarana bilər.
Həmçinin defekasiyayla da problemlər yaranır, qəbz halları, nəcis qaçırma, kolitlər və s.
Uşaqlıq sallanması olan xəstələrdə - əksər hallarda varikoz xəstəliyi aşkarlanır (kiçik çanaq damarlarının varikoz genişlənməsi), hansıki ağrıları artırır.
Xəstəliyin diaqnostikası
Xəstəliyi kliniki göstərişlərinə əsasən aşkar etmək olur.
1-ci dərəcə - uşaqlığın sallanması. Servikal kanala giriş normal yerləşməsindən aşağıdadır, eyni zamanda hətta güc verməklə cinsiyyət dəliyindən xaricə çıxmır.
2-ci dərəcə - uşaqlığın natamam sallanması (prolapsı). Uşaqlığın bir hissəsi cinsiyyət dəliyindən xaricə çıxır (güc vermə və hətta adi hallarda).
3-cü dərəcə - uşaqlığın tam düşməsi. Uşaqlıq tamamilə cinsiyyət dəliyindən xaricə çıxır həm adi, həmdə yüngül gücvermə,asqırma, öskürmə zamanı. Uşaqlıq öz-özünə əvvəlki mövqeyinə qayıtmır.
Qeyd etməliyik ki, özlüyündə uşaqlığın sallanması mümkün deyil. Bir qayda olaraq, ondan öncə uşaqlıq yolunun sallanması və düşməsi baş verir. Vaginal prolaps qismən (uşaqlıq yolunun ön və ya arxa divarı sallanır) və ya tam ola bilər. Bu da öz növbəsində, sidik kisənin arxa divarının sallanması (vezikosele) və ya düz bağırsağın ön divarının (rektosel) sallanmasıyla əlaqəlidir.
7 сен 2024