Тёмный
No video :(

UCQAR KƏNDLƏRDƏ DƏRS DEYƏN MÜƏLLİMLƏR BAKIYA DƏVƏT OLUNUBLAR 

CBC TV Azerbaijan
Подписаться 1,1 млн
Просмотров 14 тыс.
50% 1

Gülnar İsmayılova 2016-cı ildə tələbəlik həyatı ilə sağollaşdıqdan sonra müəllim olmağa qərar verib. Heç bir çətinlikdən qorxmayaraq ilk təyin olunacağı rayona getməyi qərarlaşdırıb. Deyir, ən böyük arzusu artıq reallaşıb. Artıq Daşkəsən rayonunun Dəstəfur kənd məktəbinin Azərbaycan dili və Ədəbiyyatı müəllimidir. "Balaca məktəblilərin psixologiyaları özləri kimi rəngarəng və mürəkkəbdir". Deyən Gülnar İsmayılova şagirdlərini üz ifadələrindən, danışdığı cümlələrdən anlayan, şəxsiyyətlərinə hörmət edən müəllim olmağa çalışır.
Natiq Məlikov isə Quba rayonunun Xınalıq kəndində Coğrafiya müəllimi kimi çalışır. Deyir, balaca məktəblilərlə çalışmaq çətin deyil. Əksinə, Azərbaycanın sıldırım qayalardan keçən ən ucqar yaşayış məskəni, ən soyuq iqlim tipinə hakim ərazisində dərs keçmək daha maraqlı və şərəflidir. Xınalıqda dünyaya göz açıb böyüyən bu gənci coğrafiya fənninin tədrisi razı salmadığından özü məhz bu ixtisas üzrə təhsil alıb və kəndinə qayıdıb.
Bu gənclərin hamısı Azərbaycanın ən ucqar kəndlərində dərs keçən müəllimlərdir. Uğurlu gələcək naminə savadlı və təmiz ruhlu şagirdlərin yetişdirilməsi missiyasının onların əlində olduğunu dərk edirlər. Müəllimlər Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakıya dəvət olunublar. Bakıya “Gənclər günü”nü qeyd etməyə gəlsələr də, hamısı dərs keçdiyi kəndə qayıtmağa tələsir. Çünki onların yolunu sevgi, qayğı, isti baxış və təbəssümə, bəzən adi görünən “afərin!” sözünə belə ehtiyacı olan balaca şagirdləri gözləyir.

Опубликовано:

 

2 фев 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Ucqar kəndlərə işləyən müəllimlər danışdı
5:36
❌Разве такое возможно? #story
01:00
Classic Italian Pasta Dog
00:20
Просмотров 2,5 млн
❌Ему повезло больше всех #story
00:41
Ucqar Kəndin Gənc Muəllimi
7:04
Просмотров 130 тыс.