Тёмный

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİ UNUTMARIQ 

Anacan
Подписаться 1,4 тыс.
Просмотров 184
50% 1

Allah və dini yolunda, vətən və milləti uğrunda canı, malı, namus və şərəfi ilə ölənlərə Şəhid deyilir. Əziz balalar bu günkü videomuz Vətən Müharibəsinin qalibləri şəhidlərimizə həsr olunur.
Vətənini anasından irəlidə görən igidlərimizdi şəhidlərimiz. Şəhidliyi gülə gülə qarşılayan igidlərimizdi şəhidlərimiz.
Bir ananın övladı üçün verdiyi südün əvəzi necə ödənmirsə, şəhidlərimizin də Vətən üçün etdiklərinin əvəzi ödənilməz. Məhz buna görə şəhidlik ən müqəddəs məqamdır.
Son ucu ölümlü dünyadan şəhid adı qazanmaq ən şərəflisidi. Şəhidlərimizlə fəxr edirik. Onlar bizim gələcəyimizin qəhrəmanlarıdı. O qəhrəmanlar ki, bizə bu torpağı bağışladılar.
Bu yumruq bizim birliyimizdi. Bizim gücümüzdü. Düşməni əzən gücümüzdü.
Başını dik tut Vətən! Sənin uğrunda can verən övladların var. Başını dik tut Vətən! Sənin diridən də diri nur üzlü şəhidlərin var. Onlar indi Səni ölümsüz ruhları ilə qoruyurlar. Bizim qürurumuzsunuz, əziz Şəhidlər! Allah Sizə Rəhmət Etsin! Siz əsgər kimi gedib, qəlblərimizin qalibi kimi qayıtdınız. Qazanılan qələbə sizə aiddir.
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Bəxtiyar Vahabzadə
Dədə Qorqud belə demişdi: Bil ki, torpağın yurd, vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, gərək torpağı əkib becərəsən, o birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin, əkib becərməyə dəyməz.
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar
vətən yaxşıdır,
Şair sorma
vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm dastana döndü.
Şəhid Xudayar Yusifzadə
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!
Abbas Səhhət
Sizə olan vətən borcumuz heç vaxt bitməyəcək!
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə).
Sizin qoruduğunuz vətənimiz indi bizə əmanətdir. Rahat uyuyun İgidlər! Yeriniz cənnət, duaçınız isə bütün Azərbaycan xalqıdır!
Ölüm var ki, həyat kimi dəyərli...
Hüseyn Cavid
Musiqi: Azərbaycan - Sami Yusuf
• Sami Yusuf - Azerbaija...
***
Salam, dəyərli izləyicilərim. Kanalıma xoş gəldiniz!
Bu kanalda uşaqlarımızı:
Azərbaycan dilində öyrədici videolar;
Uşaq şeirləri;
Yaradıcı əl işləri;
Uşaqlar üçün faydalı yemək reseptləri;
Əyləncəli və maraqlı (oyuncaqlar, slime, orbeez, barbi, lol, play doh və s. ilə) videolar gözləyir.
Bütün videolar ana qayğısı ilə hazırlanır.
Kanala üzv olmaq, videoları bəyənmək, şərh yazıb videoları bölüşməklə biz bir yerdə böyüyəcəyik.
Kim Anacanla yoldaşlığa hazırdır?
#QarabağAzərbaycandır #şəhidlərölməz #anacan
Telegram: tele.click/ana...

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@xalqlarcapevi9109
@xalqlarcapevi9109 3 года назад
bu cür gözəl qəlbli ana və balaya sadəcə ayaq üstə alqışlar !!!!!!! Afərin !
@anacan3546
@anacan3546 3 года назад
Təşəkkürlər, xoş sözlərə görə!
@xalqlarcapevi9109
@xalqlarcapevi9109 3 года назад
@@anacan3546 💖
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 294 тыс.
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Просмотров 2,9 млн
27 сентября 2024 г.
4:49
Просмотров 1,2 тыс.
Menzil: Bir tarikatın anatomisi I Fayn - Özel Dosya
33:53
PAYIZ Yarpaqlarından PİŞİK Aplikasiyası / Anacan
7:43