Тёмный

Vaqif Aslan - Gəzirəm 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 300
50% 1

Şeir: Vaqif Aslan - Gəzirəm
Səsləndirmə: Vaqif Aslan
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
VAQİF ASLAN - GƏZİRƏM
Ay səni, bağ yiyəsi, mən də durub bar gəzirəm,
Əncirin vaxtı keçib, eyb eləməz, nar gəzirəm.
Mən mənim, sən də mənim, mən bilərəm neyləyərəm,
Var ki var, axtarıram, dəxli kimə, var gəzirəm.
Qışda yazdan ötəri xiffət edib qəm yemişəm,
Yaz gəlib, yanğımı söndürmək üçün qar gəzirəm.
Yarısından yarıyan kimsələrə eşq olsun!
Yarımaq eşqi ilə mən hələ də yar gəzirəm.
Bilmədi kimsə başımdan nə dumanlar keçdi,
Elə zənn eylədilər ki, uşağam, şar gəzirəm.
Sənə min rəhmət ola, ey canımın canı anam,
Laylamı sən necə çaldın ki, mən ağlar gəzirəm?
Yamyaşıl yarpaq idim, qaldım ayaqlar altda,
Yel vurub yengələri oynayan bağlar gəzirəm.
Ala dağlar, qara dağlar ucadırlar, bilirəm.
Dağlarımla yanaşı durmağa dağlar gəzirəm.
Balaca, bapbalaca bir ürəyim vardı mənim,
O keçən günlərimi əldə çıraqlar gəzirəm.
Vaqif Aslan, hər ürəkdə uyuyur bir aslan,
Qaz vurub qız gətirən sevdalı çağlar gəzirəm.
“Vaqif Cumay oğlu Aslanov 1950-ci il iyulun 5-də Azərbaycanın ən qədim diyarı olan Şəkinin ən qədim və safalı kəndi olan Kişdə dünyaya göz açıb. Orta təhsilini doğma kəndində və qonşu Oxud kəndində ana dilində başa vurduqdan sonra, fransız dilinə meylini salıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsində ali təhsil alıb. Şeir, poema, roman, dram əsərləri çap edilmiş çoxsaylı kitabların, elmi-publisistik məqalələrin müəllifi olan Vaqif Aslan Azərbaycan Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi və Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının rəhbəridir.
Var-dövlət, ad-san, şan-şöhrət ardınca heç vaxt qaçmayan, hətta tutduğu vəzifəyə görə yaşadığı və işlədiyi regionda ədəbi mühitin təmsilçiləri və ədəbiyyat sevərlərlə görüşlər keçirmək üçün bir otaq belə tələb etməyən Vaqif Aslan tez-tez Şəkidə M.Füzulinin və B.Vahabzadənin adlarını daşıyan istirahət parklarında, Şəhidlər Xiyabanında, Xan Sarayının həyətində oxucularla, şair və yazıçılarla görüşlər keçirir. Özündən soruşanda ki, niyə görüşlər, rəsmi tədbirlər, poeziya gecələri keçirmək üçün məkanı yoxdur? - cavab verir ki, insanlarla təbiətin qoynunda görüşməkdən böyük zövq alır.
Vaqif Aslan poeziyası VII sinifdə oxuyanda yazdığı ilk şeiri olan “Mən sizə vuruldum, a qarlı dağlar”la başlayıb, sonra isə onun qələmi “istirahət” nədi bilmədən şeirdən poemaya, poemadan pyesə, pyesdən isə tarixi romanlara qədər gedib.
Tanınmış tənqidçi, siyasətçi alim Aydın Məmmədov Vaqif Aslanın yaradıcılığı haqqında yazdığı məqalədə deyirdi:
“Vaqifin şeirlərinin mərkəzində həmişə insan, onun hiss və həyəcanları durur. Səmimiyyət onun şeirlərində nəzər-diqqəti cəlb edən əsas xüsusiyyətdir. Toxunduğu mövzudan asılı olmayaraq, onun yazıları dağ çeşməsi kimi saf, uşaq gülüşü qədər səmimidir”.
#vaqifaslan #vaqifaslanşeirləri #gəzirəm #şeir #şair #poeziya #ədəbiyyat #ədib #sənət #sənətkar #musiqi #kitab #yazar #yazıçı #şeirlər #şairlər #şeirlərimiz #şairlərimiz #biraddimla #biraddimlayol

Опубликовано:

 

9 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Könül Dünyamız - Vaqif Aslan, Güllü Muradova
13:02
SUCAYƏT AZƏR
5:04
Просмотров 30 тыс.
Natiq Qasimov
2:37
Просмотров 17 тыс.
NÜSRƏT
9:09
Просмотров 252 тыс.
Akif Səməd - Ölüm, qurtar gordan məni
0:45
Manaf Ağayevin   Dəbdəbəli Evi   Eksklüziv
8:28
Просмотров 106 тыс.
Vaqif Aslan
9:52
Просмотров 1,9 тыс.