Тёмный

Vaqif Səmədoğlu - Mənə vətən yolu dar gəlir yenə 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 121
50% 1

Şeir: Vaqif Səmədoğlu - Mənə vətən yolu dar gəlir yenə
Səsləndirmə: Fəxrəddin Manafov
Musiqi: Polad Bülbüloğlu - Sevinc buxtası (b/f)
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
VAQİF SƏMƏDOĞLU - MƏNƏ VƏTƏN YOLU DAR GƏLİR YENƏ
Mənə vətən yolu
dar gəlir yenə,
Üzümə bahar yox,
qar gəlir yenə…
Yenə qar üstündə iz qoyub getmək,
qar üstə yıxılıb, üz qoyub getmək.
Getmək, dağlar aşıb.
aranlar keçib
və bilmək, və bilmək, bilmək ki gecdir,
karvan çoxdan keçib,
köç çoxdan köçüb,
Sən bel bağladığın,
ümid sandığın
bulağın suyunu özgələr içib…
Bulaqlar qupquru,
səma dupduru,
bu yurda çox gördü Tanrı uğuru…
İndi hansı səmtə, haraya doğru
üz tutub gedəsən qar yağa-yağa?
Tale görə-görə, baxt baxa-baxa
üzümə bahar yox,
qar gəlir yenə,
mənə vətən yolu
dar gəlir yenə…
1993
Fəxrəddin Manafov:
“Ata-ana ağ vərəqə yazılanların köküdür, çünki uşaq dünyaya məhz bu şəkildə gəlir - ağappaq bir vərəq kimi. Ailədə valideynlər özünü necə aparırsa, uşaq da elə böyüyəcək. Mən məhəbbətlə dolu bir ailədə böyümüşəm. Atamın anama ölçüyə gəlməyən məhəbbəti olub. Və bəlkə ondan da artıq anamın ona. Əgər uşaq sevgi-məhəbbət dolu ailədə böyüyürsə, o, heç zaman nə yolunu azar, nə də insaniyyətdən uzaq düşər. Bu, mümkün deyil. Böyük ailəmız vardı - beş qardaş, bir bacı. Çox kasıb yaşayışımız olub.
İstedad hər kəsdə var. Tanrı bizi yaradanda hər kəsə öz payını verib. Sənətə gələcəyimi bilmirdim. Bir də gördüm deyirlər ki, artıq səni filmlər, tamaşalar gözləyir. İnsan çox şeylər yaradıb, icad edib və hələ belə də davam edəcək, lakin insan övladı incəsənətdən gözəl heç nə yaratmayıb. Bəlli bir ömür yaşamışam və hələ elə bir insana rast gəlməmişəm ki, yaradıcı olmasın. Yəqin ki, fikir vermisiniz, bu gün məmurlar şeir də yazır, mahnı da bəstələyir.
Aktyor sənəti bir riyaziyyatdır. Çox qəliz, çox ağır, insanı yoran, insanın ruhunu açdığı qədər də, onda ikrah hissi yaradan bir sənətdir. Uşaqlıqda dörd qardaş kino-kino oyunu oynayardıq və mən həmişə nələrsə fikirləşib deyirdim. Evdə adımı aktyor qoymuşdular. Müəllif əsəri yazanda öz fikrini açmaq üçün pyesdə bəlli bir sayda personaj yaradır və hərəsinə bir xarakter verərək istədiyini göstərməyə çalışır. Mən əsərdəki 3-5 xarakterdən biriyəm. Mən öz növbəmdə neyləməliyəm? Səhnəyə çıxıb o xarakteri oynamamalıyam, onu birər-birər göstərməliyəm. Bizə tələbə vaxtında öyrədiblər - gör, duy, hiss elə. Şəxsən mənim qoxu bilmə hissim yoxdur. Arxamda yanğın baş verərsə, qoxunu duymaram, bu, uşaqlıqda burnumdan aldığım xəsarətlə bağlıdır. İndi əgər mən qoxunu hiss etmirəmsə, oynaya bilmirəm? Bu sənətin güclü metodologiyası var, hansını ki, mən intuitiv olaraq bilirdim və sonradan Vaqif İbrahimoğlu bunu nəzəriyyəyə çevirərək açdı. Yəni aktyorluğun qayda-qanunu, bir sistemi var. Bunu açmağı bacarmaq lazımdır. Aktyorluq qurban verən, ruhdan ruh alan bir sənətdir”.
#vaqifsəmədoğlu #mənəvətənyoludargəliryenə #fəxrəddinmanafov #poladbülbüloğlu #sevincbuxtasi #aktyor #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 242 тыс.
Se las dejo ahí.
00:10
Просмотров 6 млн
DAXSHAT!!! Avaz Oxun sahnada yeg'lab yubordi
10:46
Просмотров 489 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 2,9 тыс.
ŞUKUR EDƏNLƏR İZLƏSİN - Haci Şahin Həsənli
27:38
Ramiz Rövşən - Səhər ölmək istəyirəm
0:55
Просмотров 10 тыс.