Тёмный

Əmisi qızıyla evləndi - arvadı onu atıb, başqasıyla getdi - Atası onu atdı 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 38 тыс.
50% 1

#1000production #birivaridi #rafaeldadasov
O Atasından fərqli olaraq aktyor olmaq istəmirdi. Amma həyat elə gətirdi ki, dövrünün ən peşəkar sənət adamı oldu. Sənətdə öz dərin izini qoydu və getdi. Biri var idi - Rafael Dadaşov
Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada aktyor Məlik Dadaşov və həyat yoldaşı Sofiya Hüseynovanın ailəsində dünyaya gəlib. Amma onun ata-anasının ailə həyatı uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlirlər. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana - doğma teatra qayıdır.
Bəzi mənbələrdə Məlik Dadaşovun oğlu Rafaelə sahib çıxmadığı yazılır. Bu fakt Rafael Dadaşovun verdiyi müsahibələrdə atası haqqında çox danışmaq istəməməsi və anasının onu təkbaşına böyütdüyünü söyləməsi ilə öz təsdiqini tapır.
Nənəsi aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olur. Oranı bitirəndən sonra elə sirkdə işləməyə başlayır. Rafael Dadaşov valideynlərindən fərqli olaraq aktyor olmaq istəmirdi. Ancaq iş elə gətirir ki, yenidən Naxçıvana nənəsinin yanına gedib bir müddət orada nazirlikdə işləyir, diktor kimi fəaliyyət göstərir.
Elə həmin ərəfədə - 1975-ci ildə rejissor Tofiq Kazımov onu teatra dəvət edir və deyir ki, qurtardın bu qaraçı həyatından? Gəl, teatra gəl, Don Juan rolunu sənə verəcəm. Rafael Dadaşov razılaşır, amma sınaq rolu kimi ifa edəcəyini bildirir. O, Tofiq Kazımova deyir ki, əgər Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacaq. Ancaq həmin rol aktyora uğur gətirir. O, Akademik Milli Dram Teatrının truppasına daxil olur.
Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında "Hamlet", "Heç nədən hay küy", "Cehizsiz qız", "Səhra yuxuları", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Unuda bilmirəm", "İblis", "Şəhərin yay günləri", "Qılınc və qələm", "Sevgililərin cəhənnəmdə vüsalı", "Sokratı anma gecəsi", "Afət", "Ölülər" tamaşalarında uğurlu rollar ifa edir. Aktyorun səhnədəki son rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olur.
Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edir.
Kinoya çəkilməməsini Rafael Dadaşov müsahibələrinin birində birbaşa rejissor Adil İsgəndərovun adl ilə bağlayır:
“Bu məsələ Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. O, mənim kinoda çəkilməyimə imkan vermədi. “Qaynana” filmində İlqar roluna, “Dəli Kür”də Şamxala, “Mən ki gözəl deyildim”də Məzahirə, “Babək” filmində başqa bir rola çəkilməyə qoymadı. Eldar Quliyev “Var olun qızlar” filminə məni dəvət edəndə sirkdə işləyirdim. Sınaq çəkilişlərinə gələndə mən ona dedim, Eldar müəllim, onsuz da siz məni çəkməyəcəksiniz. O da dedi, niyə belə deyirsən? Dedim, vallah məni nə qədər sınaq çəkilişlərinə dəvət ediblər, ifamı da bəyəniblər, amma filmə gəlib çatanda çəkməyiblər. O, mənə sınaq çəkilişlərinə qarışmamağı məsləhət gördü. Eldar müəllim balaca adam deyildi, atası Tofiq Quliyev isə böyük sənətkar idi. Ona görə də Adil İskəndərov mənim həmin filmə çəkilməyimə mane ola bilmədi.”
Aktyor 80-ci illərin sonunda öz əmisi qızı Sədaqət Dadaşova ilə ailə həyatı qurub. Bu evlilikdən onların üç övladı dünyaya gəlib. Lakin, bir müddət sonra aktyorun xanımı onu tərk edərək evdən gedib və başqa bir insanla ailə qurub. Bu gediş aktyor üçün böyük zərbə olsa da, o, ikinci dəfə heç kimlə ailə həyatı qurmuyub, ömrünü övladlarını böyütməyə həsr edib.
Rafael Dadaşovun ən çox ifa etmək istədiyi obraz Hamlet olub, buna isə nail ola bilməyib. O, müsahibələrinin birində bu haqda deyir:
“Mən heç vaxt rejissorlardan rol istəməmişəm. Yeganə Hamlet rolu idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər. Düz 9 aydan sonra məni çağırdılar ki, gəl kralı məşq elə. Mən də həmin vaxt “Fedra” tamaşasına hazırlaşırdım. Gəldim teatra və 3 aya həmin rolu hazırladım”.
Rafael Dadaşov Xalq artisti adını çox gec, 60 yaşında alıb.
Xalq artisti Rəfael Dadaşov 2019-cu ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Şöhrət ordeniylə təltif edilib.
Ömrünün son illəri artıq çəkidən və ürək xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında ürəyində və ağ ciyərində olan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilir. 2020-ci il martın 16-da 74 yaşında vəfat edir.ondan geriyə isə heç vaxt unudulmayacaq səhnə və ekran işləri qalır.

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 78   
@Kenan_miranFight
@Kenan_miranFight Год назад
ALLAH sənə qəni-qəni rəhmət etsin.Çox yaxşı aktyor idi.Nurlar içində yatsın.Amin Amin 🤲🤲
@gulumir3067
@gulumir3067 Год назад
Nur içində yat gözəl aktyorumuz🤲🥀
@perimovsumova9167
@perimovsumova9167 Год назад
Alen Delon Azerbaycanin RAFAEL DADASOVUDUR! GEDRINI BILMEDILER❤.MEKANI CENNET OLSUN.❤🌹🌹
@кузякузя-с5ю
@кузякузя-с5ю Год назад
Onun gədrini hec ailəsi bilmədi. Galmişdiki camaat olsun.
@eliqazaxli2120
@eliqazaxli2120 Год назад
*Cox Dəyərli aktyor və cox gozəl insan. Allah Rəhmət Eləsin nur icində yat😢*
@ТунзалаМикаилова
Çox yaraşıqlı, istedadlı aktyor Rəfael Dadaşov❤️gözəl obrazlarıilə yaddaşımızda qalacaq həmişə😔Allah rəhmət eləsin🤲💔🥀
@realmadrid6791
@realmadrid6791 Год назад
Cox heyif sizden gozel senetkar.Siz xalq sevgisi qazanmis bir senetkarsiniz.Rafael Dadasov rehmete gedende o qeder aglamisdim.baxmayaraq ki sade tamasaci idim ve omrumde onu hec canli gormemisdim.Bir Rafael muellimi birde Flora xanimi canli gormek arzusunda olmusam.
@FFGojoKNL
@FFGojoKNL Год назад
Çox dəyərli aktyor ❤❤❤😢
@ГухарАхмедова-и7п
Mekani cennet olsun 🤲
@elvinelvinnn9679
@elvinelvinnn9679 Год назад
Gozel senetkar.heyif senden.seyideni saqolsunki seni yasadlr.deyer verir.hemde herseyi olduqu kimi duzune duz danlslr.
@vuqar2835
@vuqar2835 Год назад
Allah rəhmət eləsin.
@xanimyusifova3029
@xanimyusifova3029 Год назад
Hər biri bir karifeydilər...Allah rəhmət eləsin 😢
@narsim790
@narsim790 Год назад
İstedadlı və xalq tərəfindən sevilən insanları uğursuz və istedadsız indanlar hər zaman mane olmağa sındırmağa çalışıblar əvəzində isə haq hesab sahibi onları dahada ucaldıb və xalqın sevimlisi edib.Ona görədə xatırlananda hər kəs Allah rəhmət etsin nur içində yatsın məkanı cənnət olsun ruhu şad olsun deyir❤
@abbrashad1857
@abbrashad1857 Год назад
Ruhu shad olsun🙏🇦🇿
@yaquthamidova4840
@yaquthamidova4840 Год назад
Allah rehmet etsin amin
@sahibealiyeva9228
@sahibealiyeva9228 Год назад
Çox gözəl Aktyor idi...
@firuzemelikzade4897
@firuzemelikzade4897 Год назад
Gozel senetkarlar
@nurlanahuseynova8556
@nurlanahuseynova8556 Год назад
Allah rehmet elesin.
@akifxelilzade5985
@akifxelilzade5985 Год назад
Allah rəhmət etsin ata və oğula. Ata düz deyib bacarıqlı, sərbəst və savadlı insanları bizdə sevmir onlarla çox zaman gizli bəzəndə açıq düşmənçilik edirlər. Güclü olmaq lazımdır.
@nuriyyeesedova7523
@nuriyyeesedova7523 Год назад
Allah rəhmət etsin gözəl aktyor.
@subnaznuriyeva5384
@subnaznuriyeva5384 Год назад
Məncə səni sevməyəntamaşaçı yox idi Rafael .Allah rəhmət eləsin dəyərli sənətkar
@ayyildiz3787
@ayyildiz3787 Год назад
RAFAEL DADAŞOV--SƏHNƏMİZİN OLEN DELONU... HƏM YARAŞIQLI,HƏM DƏ İNCƏ RUHLU İNSAN... ÇOX İSTEFADLI, LAKİN SEVGİDƏ BƏXTİ GƏTİRMƏYƏN BÖYÜK SƏNƏTKAR...
@natiq-ee8pz
@natiq-ee8pz Год назад
Allah rəhmət eləsin(
@zulfiyyekerimova4332
@zulfiyyekerimova4332 Год назад
mekanin cennet olsun Rafael dadasov heyf sizden hem yarasiqli hemde savadli cox heyf seninde talehin cox aci oldu
@samirerova1600
@samirerova1600 Год назад
Onlar vardır bu həyatda.Əvəzsiz !
@vugaribrahmov7503
@vugaribrahmov7503 Год назад
Allah cc rəhmət etsin.
@metanetanxelanra5928
@metanetanxelanra5928 Год назад
Allah bu gözəl aktyorumuza rəhmət eləsin. Gözəl rollar yaratdı. Filmlərə az çəkilsə də televiziya tamaşalarındakı rolları, lentə alınmış teatr tamaşalarındakı rolları ilə xalqın qəlbində, yaşayacaq, hətta sonrakı gənc nəsillərin də qəlbinə sevgi ilə yol tapacaq. Allah rəhmət eləsin🙏🏻 Belə bir aktyorumuz haqqında veriliş hazırladığınıza görə sizə təşəkkür edirik.
@selshattincakr5331
@selshattincakr5331 Год назад
Allah rehmat etsin gözal senatkara qizida çox yaxşi övladi
@mammadovamammadova6072
@mammadovamammadova6072 Год назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sehlaxelilova8438
@sehlaxelilova8438 Год назад
Ehhh,bu dunyadan bir yaraşiqli da keçdiiii....ACİ GERÇƏKLƏR...
@gunelneymantklli5018
@gunelneymantklli5018 Год назад
Çox gözəl proqramdır.uğurlar.xüsusəndə alt yazılarına görə minnətdaram.eşitmə əngəlliləridə nəzərə alırsız
@gulbnizkrimova5597
@gulbnizkrimova5597 Год назад
Hörmətli Kamal müəllim , xahiş edirəm məhrum aktrisa Məsumə Rzayeva haqqında məlumat verəsiniz.Allah Rəfael müəllimi rəhmət etsin.
@rozanuriyeva2509
@rozanuriyeva2509 Год назад
RAFAEL DADAŞOV YANI BAKININ ALEN DELONU HEÇ VAXT YADDAN ÇIXMAYACAG.....MƏSƏLƏN ONUN RƏKS EDƏN TƏRƏKƏMƏSI ÇOX GÖZƏLDIR....TƏKRAR OLUNMAZDIR....ÇOX KÜBAR ÜZ MIMIKASI . MÖHTƏŞƏM!!!!!
@zulfiyymmmdova9882
@zulfiyymmmdova9882 11 месяцев назад
Yaraşıqlı kişinin bəxti heç vaxt olmur😢🇦🇿🙏🫣😭
@zulfiyymmmdova9882
@zulfiyymmmdova9882 11 месяцев назад
Evdə arvadı çox sevəndə belə olur qoyub qaçır😢
@aygunaliyeva7166
@aygunaliyeva7166 Год назад
Heyif! Azərbaycan kinosunun tərk edib getdilər! Onlardan lazımınca istifadə edə bilmədik!
@firuzemelikzade4897
@firuzemelikzade4897 Год назад
Onlar her kesin evinin sakini kimi idi cunki her gun her gun evimizin icinde idiler indi onlar yoxdu bizvyetim qalmisiq indiki aktiyorlar hec ne mqraqsiz
@dilsuz1338
@dilsuz1338 Год назад
👍
@Qrttda
@Qrttda Год назад
Bu yaramaz adet- ne üçun Rafael Dadaşova Alen Delon adını qatırlar!? Bəlkə Alen Delon oxşasın Rafael Dadaşova!
@ayxaneliyev2812
@ayxaneliyev2812 Год назад
3 usagi var idise, onda niye olende ancaq birini gorduk? Qizi tek qalmisdi ortada. O biri usaqlari kimdi bes?
@НурайАлизаде-ю9з
Əvvəlki aparıcı haradadır? Sizə də uğurlar arzulayıram.
@ГУЛАГ_кесен
@ГУЛАГ_кесен Год назад
ОЛАНЫМЫЗ БУДУ,НЕЙНИЙЕК ИНШАЛЛАХ ГЕЖ ГЕЛЕР,ГУЖ ГЕЛЕР!АЛЛАХ РЕХМЕТ ЭЛАСИН!
@elmeddinmehemmed2672
@elmeddinmehemmed2672 Год назад
Qaqaw sende yaxwi alinmadiye nese bu verliw her weyin izini evvelden kim qoyursa onanda gedir ele
@alimusayev990
@alimusayev990 6 месяцев назад
Ay deıənçi mətıəb sag əıi nəvəıəreve başina puııarem beıə şər işıərə serfet amin Çet Iaçinin Əhmədıi kəndeve aıarden
@leylimemmedova573
@leylimemmedova573 Год назад
Məsuliyyətli veriliş aparan gözəl oğlan, sözün vurğusuna diqqət elə: Antonu düz , Antonoviçi yanlış səsləndirdin.1-ci yox, 2‐ci o hərfini vurğulamalıydın... Rəfayıl Dadaşov rolunu aksentsiz oynayan, səmimi və saf insan idi. Axırınçı dəfə Müfəttişdə canlı rolunu izləmişəm. Sanki prototipini ( aldanmış) ifa edirdi.... Həyat onu dara qısnasa da, kişi kimi mərd, dözümlü, baləcanlı bir ömür yaşadı....Məkanı cənnət olsun!!!
@azeking6259
@azeking6259 Год назад
lpppbo
@turkeyvazzade4970
@turkeyvazzade4970 Год назад
O biri aparici hani?
@selshattincakr5331
@selshattincakr5331 Год назад
Allah pis insanlarin belasını versin
@zulyaabbasova5144
@zulyaabbasova5144 Год назад
Allah rəhmət eləsin
@qurbanhuseynov6552
@qurbanhuseynov6552 Год назад
Məkanı cənnət olsun .əvəzolunmaz sənətgar idi
@Azerbaijan...
@Azerbaijan... Год назад
Allah rəhmət eləsin!
@letifeaxmedova9158
@letifeaxmedova9158 Год назад
Allah rəhmət eləsin
@sevilsemilova1856
@sevilsemilova1856 Год назад
Gözəl insan istedadlı aktyor allah sizə rəhmət eləsin.Mənim fikrimcə əsil sənətkar ölmür .O insanların qəlbində daim yaşayacaq
@afaqhaciyeva7670
@afaqhaciyeva7670 Год назад
Kishinin bedbexti deyende Rafael Dadashov yada düshür . Bu dadashova bacilari heresi bir ogulu bedbext edib .
@ГУЛАГ_кесен
@ГУЛАГ_кесен Год назад
ХАНЫМ!О ОГУЛУН БАШЫ ВАР?
@rozanuriyeva2509
@rozanuriyeva2509 Год назад
​@@ГУЛАГ_кесенXANIM ADƏMIDE HƏVVA YOLDAN ÇIXARIB.... DÜZ SÖZDIR!!!!!
@afaqhaciyeva7670
@afaqhaciyeva7670 Год назад
@@ГУЛАГ_кесен bezi minsifet qadinlar sade , terbiyeli , utancaq ogullari pult kimi idare edirler . Meselen Briliantin eri yaziq . Briliantin yaninda qocalib .
@qlmanbabayev5201
@qlmanbabayev5201 Год назад
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.Hər insanın bir tale yazısı olur. O da belə ömür sürməliymiş......
@latafatisayeva3244
@latafatisayeva3244 Год назад
Allah rehmet eylesi nur icinde yat gozel senetkar
@sevdaxancanova
@sevdaxancanova Год назад
Paxıllıq həmişə var, Amma Rəfael müəllim təkrarolunmaz sənətkar olub. Paxillar onu heç yuxularında da əvəz edə bilmezdiler
@samirerova1600
@samirerova1600 Год назад
Təkrarsız Sənətkar nur içində olsun
@ayxaneliyev2812
@ayxaneliyev2812 Год назад
O bacilarin hec biri ferli yolda olmayiblar.
@aga4074
@aga4074 Год назад
Buna bir çıxışında nifrət eləmişdim ondan sonra buna oğraş kimi baxırdım.demişdi ki,əyər ərdə olan qadın ərinə bir dəfə xəyanət edirsə onu bağışlamaq olar.ona görədə beləsinin arvadı ərdə ola ola evlənmə verilişinə çıxıb başqa kişi axtaracaqda
@gullerqurbetova4232
@gullerqurbetova4232 Год назад
Bes neden ailə məsələsində ətraflı onu günahkar görürdü eyer arvadl tərk etmiwdi sə
@reyhanenezereliyeva8427
@reyhanenezereliyeva8427 Год назад
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Amin
@bulfzAbbasov-lb2bb
@bulfzAbbasov-lb2bb 10 месяцев назад
Rafael Dadaşov 1946 4 Yanvar - 2020 16 Mart 2020 74 Yaşında Vəfat Etdi 2030 4 Yanvar 84 Yaşında Vəfat Etdi 2035 16 Mart 89 Yaşında Vəfat Etdi Allah Rəhmət Eləsin Məkanı Cənnət Olsun İnşallah 😢😢 2046 4 Yanvar 100iyi Olacaq İdi Azərbaycanın Alen Delon İdi Rafael Dadaşov
@bulfzAbbasov-lb2bb
@bulfzAbbasov-lb2bb 10 месяцев назад
Allah Rəhmət Eləsin Məkanı Cənnət Olsun İnşallah
@dodoisuususu4346
@dodoisuususu4346 Год назад
Aparıcı Antonoviç sözünü düzgün tələffüz etmədi.O ki qaldı gözəl sənətkar Rəfael Dadaşova,onun taleyi elə əvvəldən gətirməyib.Valideynləri başqaları ilə ailə qurub.Əmisi qızı xəyanət edib.Övladları datam əhatəsində olmayıb.Beləliklə, bir insanın ağır taleyi.
@trlanmmmdova7303
@trlanmmmdova7303 Год назад
Azərbaycanın alendolonu Allah rəhmət eləsin
@aygunmammadova430
@aygunmammadova430 Год назад
Rəfael Dadaşov həm yaraşıqlı həmdə rolunu yaxşı oynayırdı əmisi qızı bu cürə aktyoru niye tərk edib bilmirəm heyf Allah rəhmət eləsin
@elmira7035
@elmira7035 Год назад
80 ci illərin sonunda yox.
@НазимВелиев-и4ч
Allah rahmat elasin Rafail Dadashova. Man Rafail Dadashovun sasinin ahengini dialektni ozumda goruram. Birinci dafa manimla sohbat edanlar sual verirlar San Rafael Dadashovun nayisan ? Lazim olsa yardimchi ola bilaram.
@sabinahasanova9965
@sabinahasanova9965 Год назад
Allah rəhmət eləsin.
@ulviyyeavbasova3051
@ulviyyeavbasova3051 Год назад
MAHŞALLAH COX YARAŞİKLİ OLUB
@shlasam2068
@shlasam2068 Год назад
Sərdara nə oldu bəs? Aparıcını niyə dəyişdiniz?
Далее
RAFAEL DADAŞOV HAQQINDA ŞOK FAKTLAR
8:01
Просмотров 56 тыс.
Avaz Oxun - Yangisidan bor
14:29
Просмотров 430 тыс.
Меня Забанили в Steam CS2 / PUBG
19:19
Просмотров 157 тыс.
Дикий Бармалей разозлил всех!
01:00
Rafael Dadaşovun meyitini evdən belə çıxartdılar
4:08
Avaz Oxun - Yangisidan bor
14:29
Просмотров 430 тыс.