Тёмный

Hüseyn Arif - Qayıt uşaqlığım 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 31 тыс.
50% 1

Şeir: Hüseyn Arif - Qayıt uşaqlığım
Səsləndirmə: Orxan Dadaşov
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
HÜSEYN ARİF - QAYIT UŞAQLIĞIM
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
İtən günlərimi tapmaq istərəm.
Minib axşamüstü qarğı atımı,
Yollardan-yollara çapmaq istərəm…
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Yeriyib, yıxılıb, qaçmaq istərəm.
Səhərlər çiynimdə məktəb çantası,
Sinif otağını açmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Mən səni bağrıma basmaq istərəm.
Nənəmin saxlancı ala çatıyla,
Ağacdan yelləncək asmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Sən niyə tez keçdin? Bilmək istərəm…
Həyat şirin imiş, mən bu dünyaya,
Yenidən doğulub gəlmək istərəm…
Hüseyn Arif'in qızı Zöhrə xanım:
"... Söyün qağam ( Hüseyn Arif ) gəncliyində məşhur aşıq Aşıq Mirzənin qızını sevib. Qonşu olublar Ağstafada. Yaylaqda dəyələrini yanaşı qurublar həmişə. Bənövşə ilə o vaxtlar bir-birini istəyiblər. Bunu mənə anam - Söyün qağamın anası ( nənəm ) danışıb. Ancaq qovuşmayıblar. Əsgərlikdə olanda Bənövşə varlı bir kişiyə qoşulub gedir, tez də ayrılır ondan. Ömrünün sonunacan tək yaşadı Bənövşə xala. Ölümündən bir neçə ay qabaq gördüm onu. Dedim, ay Bənövşə xala, niyə atamı qoyub qaçdın? Dedi, bu barədə danışmaq istəmirəm. Anam danışdı mənə hamısını. Söyün qağam əsgərlikdən gələndə istəyib evlənsin onunla. Açıb deyiblər ki, vəziyyət nə yerdədir.
Bundan sonra şair bir çox sevgi şeiri yazmağa başlayır. Onun nakam sevgisindən məşhur və dillər əzbəri olan şeirlər yaranır. Görəsən Bənövşə məni heç xatırlayır mı deyərək "Xatırla məni" şeirini yazır. Qəlb qırıqlığına baxmayaraq Hüseyn Arif sevgi şeirlərində “İlk və son məhəbbətim” deyə Bənövşəyə işarələr vurur..."
#hüseynarif #qayitusaqligim #orxandadasov #biraddimla #biraddimlayol

Опубликовано:

 

26 окт 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 32   
@yenisey4730
@yenisey4730 4 месяца назад
Xalqın şairi Hüseyn Arif Allah sənə rəhmət eləsin, məkanın cənnət, ruhun şad olsun.
@valehabilov6028
@valehabilov6028 10 месяцев назад
Allah rəhmət eləsin
@nerminemusayeva8365
@nerminemusayeva8365 8 дней назад
XALQIMIN ZİYALI,ŞAİR OĞLU.SİZİ HÖRMƏTLƏ ANIRIQ.😔😔
@eminehesenova7085
@eminehesenova7085 Год назад
😔😔😔
@nailrehimov7990
@nailrehimov7990 Год назад
😢
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i 8 месяцев назад
Аталы кунлериме гайытмаг истерем эх залым фелек.....
@aslanimamquliyev4993
@aslanimamquliyev4993 3 года назад
Sən..Elimin.. Gözəl.. Şairi.. Hüseyn..Arif..Allah..Sənə..Rəhmət..Etsin .Amin..
@faiqhesenov637
@faiqhesenov637 2 года назад
Allah Huseyn Arife boyuk sair gozel insana ustada rehmet elesin.
@elsenquliyev8934
@elsenquliyev8934 3 года назад
çox heyf o günlər
@zemfirahuseynova8030
@zemfirahuseynova8030 3 года назад
Allah rehmet etsin shaire ! Ne gozel , ne menali ser......
@ElektronikKronik
@ElektronikKronik 3 года назад
Şair təzədən dünyaya gəlmə .Burda aləm dəyib bir birinə .Sovet ittifagi dagilib .
@user-nb8xo4yw6b
@user-nb8xo4yw6b 3 года назад
Allah rəhmət eləsin böyük şair
@turanturku961
@turanturku961 4 года назад
Möhteshem 🙏
@bshshdhshdjdjd3674
@bshshdhshdjdjd3674 2 года назад
Allah rehmet etsin. Mekanı cenet olsun amin.
@yalguzag4563
@yalguzag4563 2 года назад
ALLAH rəhmət eləsin dahi Azərbaycan şairi Hüseyn Arifinə
@zemfirahuseynova8030
@zemfirahuseynova8030 3 года назад
Bu sere her qulaq asanda aglayiram , ne ushaqliq var , ne de usaqligin kechdiyi Cebrayildan bir nishane.....
@raminsofiyev2703
@raminsofiyev2703 3 года назад
Hə vallah tam doğru.
@meryemismail4852
@meryemismail4852 2 года назад
Hemiwe aglayiram. ❤😥
@RrRr-ye9ln
@RrRr-ye9ln 6 месяцев назад
😢😢😢😢
@Kotandagi
@Kotandagi Год назад
allah sənə rəhmət eləsin hüseyin qağa
@leylan-eva8072
@leylan-eva8072 3 года назад
Dunen menim nenem rehmete gedib, bu sheire nece qelbi buruq qulag asiram. Kash qayida bilerdim ushagligima. Kash yene yayda kende gedeceyimiz gunleri hevesle gozleyerdim. Kash yene pambiq nenemin yanina gede bilerdim.
@biraddimla
@biraddimla 3 года назад
🤍
@user-nl5rf5ye5d
@user-nl5rf5ye5d 2 года назад
Аллах рахмат еласин
@elcinhmadov2658
@elcinhmadov2658 4 года назад
Sozun bitdiyi yer Cox gozel sozler Mekanin cennet olsun Huseyn Arif
@muhavizeci937
@muhavizeci937 Год назад
Gözlərindən nur yağır çox heyf
@faiqhesenov637
@faiqhesenov637 2 года назад
Dogurdanda heyif o gunlerden temiz pak qeseng gunler idi qaygili qaygisiz o gunler. Getdi o gunler bir daha geri gelmez. Her sey ter temiz semimiyyet munasibet esl dostlug ne bir bele xrsdeliy var idi nede bir bele derd. Cox heyif o gunlerden, o gunleri yasayanlar biler bunu ancaq.
@reminehaciyeva9805
@reminehaciyeva9805 8 месяцев назад
😢😢😢😢
@xeyalealiyeva7112
@xeyalealiyeva7112 2 года назад
QAYIT UWAGLIGIM.😔😔
@huseynagamuradov6155
@huseynagamuradov6155 3 года назад
Ehhhh. Hanı o günlər?
@tahirmemmedli8756
@tahirmemmedli8756 3 года назад
Bu da şeirdi ???
@ayguneliyeva1620
@ayguneliyeva1620 3 года назад
Allah rəhmət eləsin
@user-om4hd5lj2f
@user-om4hd5lj2f Год назад
Allah rəhmət eləsin məkanı cənnət olsun dahi insan
Далее
Bəhmən Vətənoğlu - Dünya
2:26
Просмотров 95 тыс.
Natiq Qasimov
2:37
Просмотров 13 тыс.
Ötən günlər - Hüseyn Arif
1:18:16
Просмотров 34 тыс.
Hüseyn Arif - Yaş altmışdır
4:07
Просмотров 1,6 тыс.
Şair Məmməd İsmayılın yaradıcılıq gecəsi
1:20:34
Hüseyn Arif "yetim qalmışam" /şeir/
2:19
Просмотров 9 тыс.