Тёмный

Cəlil Cavanşir - Bir gün çıxıb gedəcəyəm - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 66 тыс.
50% 1

#kamranmyunis #kamranyunis #şeirlər #sevgişeirləri
#şiirler #poeziyateatrı #poeziya
Cəlil Cavanşir - Bir gün çıxıb gedəcəyəm
Bəstəkar - Aqşin Əlizadə - Hüzn valsı
bir gün çıxıb gedəcəyəm, sakit, səssiz-səmirsiz
nə günəş batacaq gedişimlə, nə ulduz axacaq
nə tufan qopacaq...
bəlkə qızım ağlayacaq üç gün,
sonra kiriyib susacaq
oğlum bir qız sevəcək hansısa uzaq şəhərdə,
və bir də,
getdiyim yollara baxacaq anam...
ana, mən getməyə qorxuram...
...arxanca baxan yoxdursa, ən yaxşısı getməkdi...
bir gün çıxıb gedəcəyəm, elə-belə, səbəbsiz
bir yarpaq düşəcək səssiz
bir şeir yarımçıq qalacaq dəftərimdə
bir söz donacaq dilimin ucunda,
məsələn, “əlvida”...
kimsə darıxacaq başqa bir şəhərdə,
kimsə əl yelləyəcək uzaqda...
nə zülümlə qopardım bu yaşımı əcəldən,
mən ki yol adamıyam,
mən yolçuyam əzəldən...
...arxanca baxan yoxdursa, yaxşısı dönməməkdi...
bir gün çıxıb gedəcəyəm, ən sonuncu qatarla
bir xəyal sürətilə, yoxa çıxıb itəcəm
yəni səssiz gedəcəm,
mən səbəbsiz gedəcəm...
boşaldıb ağrıları ürəyimin içindən
itəcəyəm hamının
və hər kəsin gözündən...
nə xatirəm qalacaq kiminsə ürəyində,
nə ağlayan olacaq...
heç kəs darıxmayacaq.
bir gün məktub yazacam qürbətdən:
“ana, mən qorxuram ölməkdən...”
...arxanca baxan yoxdursa, getmək elə ölməkdi...

Опубликовано:

 

22 июн 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 167   
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
Bir gün çıxıb gedəcəm bu dünyadan.Və beləcə canım qurtaracaq bu dünyanın haqsızlığından.
@aibrahimli1014
@aibrahimli1014 2 года назад
Dinleyib ağladım isdemeden , var olun Kamran bey
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Hec qizimda yoxdu,agliya....😔😔
@anarsgrov8044
@anarsgrov8044 Год назад
Bir gün hamımız bu dünyadan çıxıb gedəcik.Bir gün gələcək yaxınlarımız hər birimizi qəbirdə tək qoyub gedəcək.(((.
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Bir gün məktub yazacam qürbətdən
@qaqasqaqasov510
@qaqasqaqasov510 4 года назад
gedmek isteyenlere cesaret verir bu ses ve bu seir
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Kimsə darıxacaq başqa bir şəhərdə,
@sebuhisebuhi8113
@sebuhisebuhi8113 4 года назад
Arxanca baxan yoxdursa,gedmey ele olmekdi
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i 4 года назад
Менинчун ахлайан йохдурса еле кетсем йахшыдыр
@adilguliyev7207
@adilguliyev7207 4 года назад
Cox yaxşı nağıl danışdı. Nə ücün əksəriyyət şairlər həqiqətdən uzaqlaşırlar. Sambal yoxdu sözlərindən Yalan sözlərdən necə zövq alırlar? Fantaziya, xəyal
@yasinbakhtiyarov6245
@yasinbakhtiyarov6245 5 лет назад
Bizi aldadib gönderibler bu dünyaya,bir gün bunu bilib cıxıb gedeceyik bu dünyadan,cünkü bizi gözleyen var hardasa ...
@ranababanli4535
@ranababanli4535 3 года назад
CAAAN! " ANA" SOZUNUI NECE YANIQLI DEDIN ,AY OQUL! 😥
@cickyags4191
@cickyags4191 2 года назад
....arxanca baxan yoxdursa, yaxşısı dönməməkdi.....😔
@smrhuseynxan5468
@smrhuseynxan5468 5 лет назад
...və bir gün doğrudanda mən çıxıb gedəcəm...
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
.... Arxanca baxan yoxdursa, ən yaxşısı getməkdir...😔
@fuadyhyazad2776
@fuadyhyazad2776 5 лет назад
Əminə Yusif qızından sonra kimsənin ifası məni ağlatmırdı inanın.Allah sizə ömür versin
@gulshanhuseynova138
@gulshanhuseynova138 5 лет назад
İnsan elə yaşamalıdır ki, arxasıycan baxanda olsun, darıxanda olsun, ağlayanda,,,,,Sizlər kimi!!!
@user-be4yi7zd8f
@user-be4yi7zd8f 3 года назад
Бир кун бу дунйадан коцеси олсам йа ахла йа кул озун билерсен...
@validamamedova2237
@validamamedova2237 4 года назад
Bir gün hər kəsin çıxıb gedən günü -son gedişi var.Lakin Siz heç yerə getməyin.
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Bir gün çıxıb gedəcəyəm, ən sonuncu qatarla.
Далее
Ramiz Rövşən - Yuxu - Kamran M. YuniS
8:01
Просмотров 13 тыс.
Lalezar Mustafaeva, bir gun men olmasam
4:03
Просмотров 8 тыс.
Пиратские котики
00:50
Просмотров 55 тыс.
Советы на всё лето 4 @postworkllc
00:23
Mən Kamran Yunis
34:50
Просмотров 4,4 тыс.
Kamran Agabalayev Cəlil Cavanşir "Unutma"
1:23
Просмотров 19 тыс.
Ramiz Rövşən - Qadın - Kamran M. YuniS
5:30
Просмотров 49 тыс.