Тёмный

HAMINIZDAN ZƏHLƏM GEDİR - Sinoplu Diogen | Həyatı, Fəlsəfəsi | 

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 452
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop - təq. e.ə. 323) - qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Diogenes barəsində əsasən Diogenes Laertius xəbər vermişdir.
Sinoplu Diogenes özünü açıq şəkildə ictimai əxlaqa qarşı qoyan adam olmuşdur. Buna da epataj deyilir. Onu epataj üslubunun ilk fəlsəfi nümayəndəsi saymaq mümkündür. Məsələn, günlərin birində Diogenes meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogenes onlara demişdir: "Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".
Bir kərə çəlləkdə oturan Diogenesin yanına Makedoniyalı İskəndər gəlib demişdir ki, "məndən dilədiyin bir şey varmı?". Diogenes isə cavabında: "Sən mənim isindiyim günəşin önünü kəsdin; ona görə istəyim odur ki, qarşımdan çəkiləsən".
Bundan başqa Diogenes bir çox cəmiyyət tərəfindən qınanılan hərəkətləri hamının qabağında edirdi. Öz fikirlərini insanlara çatdırmaq və onların diqqətini cəlb etmək üçün Diogenes hətta onların qarşısına çılpaq da çıxırdı, ictimai əxlaqı pozan bir sıra başqa hərəkətlər də edirdi. Bununla da öz azadlığını sərgiləyirdi. O deyirdi ki, kişilərlə qadınların münasibətləri azad olmalıdır. Diogenesin fikrincə əxlaq nisbi anlayışdır. O, bu hərəkətləri ziyan vermək üçün deyil, insanların diqqətini müxtəlif problemlərə cəlb etmək üçün edirdi.
O, həm də hər şeyi üzə deyən kobud insan olmuşdur. Ona görə Platon ona "Dəli Sokrat" demişdi. Diogenes dünyadan ayrılaraq abid həyatı keçirdirdi. O hətta, evini tərk edib çəlləkdə yaşamış və orada olarkən dünya haqqında fikirlərə qapanmışdır. Diogenes zənginliyə nifrət edib və köhnə geyimlərdə gəzirdi. Həmçinin o, evlənməyə qarşı idi.
Diogenesə görə xeyrə yönəlmək ictimai qanunlara riayət etməkdən üstündür. O, dövləti və dini də inkar edərək onları bəzi demaqoq insanların uydurması hesab edirdi.
Sinoplu Diogen
Qədim Yunanıstanın ən tanınmış adamlarından biri Sinoplu Diogendir. Onun yaşadığı dövr böyük şəxsiyyətlərlə zəngin olsa da, Diogen onların içində itib-batmayıb. O, qəribə yaşayış tərzi, qeyri-adi fəlsəfəsi, tikanlı sözləri, gerçək və adına yazılan əfsanə və rəvayətlərlə bu gün də məşhurdur.
Ən məşhur əməli isə gündüz əlində çıraqla ADAM axtarmasıdır.
Ata nəsihəti faydasız olmaz.
Sinoplu Diogen eramızdan əvvəl 400-cü ildə Sinop şəhərində anadan olub. Bu şəhər hazırda Türkiyə ərazisindədir. Diogenin həyatının bir çox aspektinə işıq salan çoxlu lətifə və rəvayətlər var. Bunların böyük bir qismi, deyilənə görə, sadəcə, onun ayağına yazılır - uydurmadır. Deyirlər ki, Diogenin atası Gikesey puldəyişən olub. Onların sikkə sexləri də varmış. Bir dəfə atası Diogenə təklif edir ki, saxta pul kəsib köşklərində işə keçirsinlər. Guya bundan dilxor olan Diogen Delfi məbədinə gedib ki, kahinlərdən məsləhət alsın. Kahin ona belə deyir: «Uğur qazanmaq üçün sən dəyərləri yenidən qiymətləndirməlisən». Gənc Diogen bunu müsbət cavab kimi anlayır və ata-oğul başlayırlar saxta pul kəsməyə. Tezliklə onların bu işinin üstü açılır və hər ikisini həbs edirlər. Atası elə türmədəcə dünyasını dəyişir. Diogen özü isə bir müddət sonra azadlığa buraxılsa da, rüsvayçı şəkildə şəhərdən qovulur. Beləliklə, uzun illər davam edən bu didərginlik Diogeni Afinaya gətirib çıxarır. Kahinin dedikləri düz imiş. Sadəcə, gənc və perspektivli vücud onu düzgün başa düşməyib. Burada o, yeni bir şəxsə çevrilir. Sonralar Diogen özünün nihilist fəlsəfi görüşləri ilə həyat və mənəviyyatla bağlı dəyərlərə tamam yeni qiymət verəcəkdi. Kahin də bunu nəzərdə tuturmuş, Diogen bunu sonralar anlayacaqdı. Amma həbsdən əvvəl dəyər deyəndə ağlına ilk gələn pul, sikkə olmuşdu.
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
#fəlsəfə #düşüncələr #azərbaycan #diogen #fəlsəfədünyası

Опубликовано:

 

7 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 9   
@BlackBoxProductionn
@BlackBoxProductionn 5 месяцев назад
Kanalımıza abunə olmağı unutmayın ❤
@sky_art9955
@sky_art9955 4 месяца назад
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏
@aresck1892
@aresck1892 5 месяцев назад
👍👍👍
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏
@rsidsadixzad970
@rsidsadixzad970 2 месяца назад
👍👍👍 DUZZZ
@BlackBoxProductionn
@BlackBoxProductionn 2 месяца назад
🙏
@user-ox4zk2oj5m
@user-ox4zk2oj5m 5 месяцев назад
Salamlar çox gözəl izah edirsiniz çox bəyəndim Dieqonun her kese nifrət etməsi başa duşuləndir insanların bu qədər ac göz olmalarına nifrət edib və özu də boçkada yaşamağnan demək istəyib ki mən boçkada yaşasam da əsas onur ki azad insanam və heçkimdən aslı deyiləm mənim fikrimcə Diogen çox mənalı bir həyat yaşayıb.
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏
Далее