Тёмный

Məşhurun evində doğulub, dəlixanada öldü - Oğlunun ölümü 40 gün gizlədildi 

1000 Production
Подписаться 154 тыс.
Просмотров 89 тыс.
50% 1

Taleh Hacıyev... Yəqin ki, çoxunuz bu adı xatırlamırısız. Ancaq”Belə qəmli dayanma” sözlərini eşidəndə hamınızın üzündə bir təbəssüm yaranır. İlk mahnısıyla Azərbaycan musiqi tarixinə öz adını yazdırdı. Biri var idi, məşhur bəstəkarın evində doğulub ruhi dispanserdə can verən bəsətkar, pianoşu Taleh Hacıyev...
Taleh Hacıyev 1957-ci il, avqustun 14-də Bakıda Azərbaycanın görkəmli bəstəkarı, dünyanın nadir qadın opera bəstəkarlarından olan Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh Şəfiqə xanımla ilə birgə yaşamağa başlayır. Uşaqlıqda çox nadinc və ərköyün olsa da, musiqiyə böyük həvəs göstərir və qısa zamanda öz istedadı ilə diqqət çəkməyə başlayır.
Şəfiqə xanım yaradıcı və iş adamı olduğundan Taleh anası ilə yanaşı bir çox yaxınları tərəfindən qayğıya alınır. Uşaqlıqda hamının sevimlisi olur. Sonradan onu psixi dispanserə qədər sürükləyən ruh halı elə uşaqlıqda zədələnməyə başlayır. Taleh Hacıyevin uşaqlığı ilə bağlı sənət adamlarının bildiyi və sənət adamlarının arasından kənara çıxmayan çox dəhşətli, tükürpədən söhbətlər də dolaşır. Şayələrdən biri uşaq yaşlarında Taleyə təcavüz olunması ilə bağlıdır. Onun uşaqlıqda başına gələn hadisələr , həm cismani, həm ruhani olaraq həyatında dərin iz buraxır. Lakin həmin danışılan söz-söhbətin bu gün sadalanması bir neçə aspektdən etik olmadığına görə məsələdən yan keçirik.
Şəfiqə xanım öz oğlunu “mənim taleyim” adlandırır. Hətta dillər əzbəri olan “Lay-lay” mahnısını oğluna həsr etdiyini bildirirdi.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və pianoçuluq fakültəsində təhsil alır. Taleh Hacıyev 18-20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayır.
Taleh Hacıyevin yazdığı ilk mahnı əksər bəstəkarların bir ömür çata bilməyəcəyi bir zirvədə qərar tutur. Əksər dinləyicilərin sevib müəllifini bilmədiyi həmin qəmli mahnı Taleh Hacıyevə məxsusdur. Bəli, Taleh musiqi tarixinə elə bircə mahnısı ilə möhürünü vurub: “Belə qəmli dayanma...” İlk dəfə - 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib. Daha sonra Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa edib.
Dünyanın hansı ölkəsində, hansı qurşaqda yaşamasından asıllı olmayaraq həmin mahnını dinləyən bütün şəxslər, müəllifin keçirdiyi giziltidən xəbər tuta bilir.
Flora xanım müsahibələrindən birində deyir ki, Taleh çox tələbkar və musiqiyə əlahiddə həssaslıqla yanaşan bri imiş. Belə qəmli dayanma mahnısının ilk ifaçısı olan Flora xanım qeyd edir ki, mahnının yazılması prosesində Taleh Hacıyev olduqca tələbkarlıq nümayiş edib.
“Qarabağa dolan bulud”, “Bəxtəvərlik nəğməsi”, “Bu sevda”, “Sənsiz yaman darıxmışam”, “Həyat sən nə şirinsən” mahnıları dövrün ən məşhur müğənniləri tərəfindən oxunub.
Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayır. Anası Şəfiqə Axundova tərəfindən yazılan ilk operanın konsertmeyestri olur. Opera və Balet Teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnələşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayiət edir.
Xalq artisti Flora Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırır. Bu, o deməkdir ki, onun bir tək piano ifası böyük bir orkestri əvəz edirmiş.
Şəfiqə Axundova deyir ki, o uşaqlıqdan özü piano arxasına keçib. Ona heç kəs piano çalmaq öyrətməyib. Anası uşağa məəttəl qalırmış. Taleh sanki illərdir piano çalmağı öyrənibmiş kimi birbaşa, ürəkdən ifa edirmiş. Şəfiqə Axundova onun ifasına baxıb ağlayırmış. İşlədiyi bütün müğənnilər onun fövqəladə bir pianoçu, musiqi duyumu olan şəxs kimi xatırlayır, onun barmaqlarının pianonun dillərinin üstündə gəzişməsini, durna qanadının səmada hərəkəti ilə müqayisə edirlər.
Taleh Hacıyev xalasının məsləhəti ilə gənc bir xanımla ailə qurur. Xüsusi diqqət və qayğı tələbə edən Talehin xasiyyəti ilə ailə qurduğu xanımın xasiyyəti ilə uyğunlaşmadığından bir müddət sonra onlar ayrılır.
Yaradıcılığının ən parlaq vaxtında gənc yaşlarında hər şeyə və hər kəsə qarşı əsəb və gərginlik göstərən Taleh qısa zaman ərzində ruhi xəstəliyə tutulur. Şəfiqə xanım da oğlunun bu vəziyyətini gördükcə çətin günlər yaşayır, sarsılır. Ana kimi çox əzab çəkir.
Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: “Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.
Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.
Şəfiqə Axundova 2013-cü ilin iyulun 26-da - oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə, oğlunun ölümünün ildönümündə dünyasını dəyişir.

Опубликовано:

 

25 июн 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 178   
@afaqqasimova021
@afaqqasimova021 3 года назад
Bedbext Tale . Mekanin cennet olsun . Bele istedadlar tesadūfū dūnyaya gelir . Ruhun şad olsun nakam Tale 🎼🎹🎹🎹 🎶
@ilhamekamilkz9534
@ilhamekamilkz9534 2 года назад
😓😓😓
@vusal960
@vusal960 3 года назад
Allah pis adamlara lənət eləsin.Necə istedadlı insanın taleyin uşaq ikən məhv etdilər .Allah Şəfiqə xanıma və oğluna rəhmət eləsin.
@nailehesenova9038
@nailehesenova9038 2 года назад
Amin
@mahbubaaliyeva3693
@mahbubaaliyeva3693 Год назад
O cür pis adamlar o qədər çoxaldi ki,artiq azərbaycan xalqınin oğul və qizlarini bəbəxt edib,gələcəklərini məhv etdilər!Qizları fahişə,oğlanlari ibnə və narkoman etdilər! Savadli.agilli gəncləri isə ölkədən qaçirdilar və qaçirirlar.
@skinhuseyinova1000
@skinhuseyinova1000 3 года назад
Yazıq oglan Allah rehmet elesin tfu merdimazara
@elmiraabbasova6703
@elmiraabbasova6703 3 года назад
Tanrı hər ikisinə rəhmət eləsin. Taleh piono çalanda bütün divar titrəyirdi. Onun həyatını pozanların bütün var yoxlarının talelərini tanrı pozsun.
@shamohuseynov831
@shamohuseynov831 2 года назад
Salam Elmira xanım bağışlayın narahat edirəm🤲bu gözəl bəstəkarın uşaqlıqda nə təcavüzü olubki tam anlaya bilmirəm.
@user-ko7xx4ni6h
@user-ko7xx4ni6h 2 года назад
Amin
@kmalkamalova4635
@kmalkamalova4635 3 года назад
Allah rəhmət eləsin
@user-lj9tc5vk3b
@user-lj9tc5vk3b 3 года назад
Bəxtsiz cavan,insanlara musiqi zövqü yaşadan bir ananın talehi kəm Talehi... Xoşbəxtliyi dadmayan Şəfiqə xanım.. Məkanınız cənnət olsun..
@nahidmeherremli671
@nahidmeherremli671 3 года назад
ALLAH RƏHMƏT ETSİN
@shuyol5342
@shuyol5342 3 года назад
Allah Size rehmet elesimet elesin evezsiz betekarimiz, ruhun daima shad olsun
@rodhorror
@rodhorror Год назад
​@@shuyol5342
@samsungsamsungova611
@samsungsamsungova611 3 года назад
Lap uşaq yaşımdan tanıyırdım hər ikisini. Şəfigə xanım çox mədəni alicənab bir qadın idi..Taleh də çox yaxşı uşaq idi. Anası onu heç yanından ayırmazdı.Hər yerə birlikdə gedərdilər.Bu filmə baxdım çox pis oldum.Ğöz yaşlarımı saxlaya bilmədim. Bir yerdə keçirdiyimiz ğünlər yadıma düşdü. Heyif o gözəl insanlar artıq aramızda deyillər. Allah hər ikisinə rəhmət eləsin. Məkanları cənnət olsun.
@nailehesenova9038
@nailehesenova9038 2 года назад
Amin
@Nezaket-vn7tw
@Nezaket-vn7tw 10 месяцев назад
Allah hər ikisinə rəhmət eləsin
@elcinsxliyev8357
@elcinsxliyev8357 10 месяцев назад
Mezari haradadi talehin
@MaksimSevcenko
@MaksimSevcenko 9 месяцев назад
​@@elcinsxliyev8357 Qurd qapısı qəbiristanlıgındadır
@user-vd2cc3qm8h
@user-vd2cc3qm8h 8 месяцев назад
Amma heyat yoldaşına , qarşı coxx kobud danışıb, ve heyat yoldaşınnan ayrılıbdı
@mmdjjjssjjdjf4269
@mmdjjjssjjdjf4269 3 года назад
ŞƏFİQƏ AXUNDOVANIN OĞLUYDU..ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT, RUHU ŞAD OLSUN AMİN. QONŞUM İDİ. ANA BALA DAHİLƏR. İNDİKİ. KÜÇƏ MÜĞƏNNİLƏRİ ÖZLƏRİNƏ TANINMIŞLAR DEYİRLƏR. ÇİX KƏDƏRLİ ÇOX DƏHŞƏTLİ BİR HAL CAN .TALEH.
@elcinsxliyev8357
@elcinsxliyev8357 10 месяцев назад
Məzarı haradadı talehin
@elxanhuseynov5613
@elxanhuseynov5613 3 года назад
O həm də konservatoriyanın qırmızı diplomla qurtarmışdı.Belə sənətkar bir daha gəlməz dünyaya
@xudayarhesenov3371
@xudayarhesenov3371 3 года назад
Allah rəhmət eləsin dəyərli sənətkarımıza çoooooox heyif ki, Taleh mûəllimi vaxtsız itirdik çoox heyif😢😢
@ceyranhashimova3197
@ceyranhashimova3197 3 года назад
ALLAH HƏR İKİSİNƏ RƏHMƏT ELƏSİN
@mamedzadeulviyye8268
@mamedzadeulviyye8268 3 года назад
ALLAH REHMET ELESIN HER IKSINI
@yusif_0241
@yusif_0241 3 года назад
Allah mərdiməzara lənət eləsin.Amin!
@gulumehdizade4163
@gulumehdizade4163 3 года назад
Amin
@hsrtsuleymanov.5622
@hsrtsuleymanov.5622 8 месяцев назад
Nolub ki , nə mərdimazar ki
@leylamohubbetqizi8166
@leylamohubbetqizi8166 3 года назад
СОХ HEYIF ! KOVREK BIR HEYAT HEKAYESI...HER KESIN BIR OMUR YAZISI , NAXIWINDAN XEBERIMIZ YOX! RUHLARI WAD OLSUN .
@nuridemirzeyeva2343
@nuridemirzeyeva2343 3 года назад
Mən Şəfiqə xanımın evində olmuşam .Əsil xanım xatın xanım idi.Basisi Rəfiqə xanım ona baxırdı.Necə sevinirdi mahnıların 50 dollara a ol anda.İBəzi tanınmış müğənnilərlə zəng elədi ki gəlin mənim yaradıcılıq gecemi keçirir universitet onlar gəlmədilər dedi mənim mahnılarımı məhşurlaşibkar gör indi hərəsi bir bəhanəynən rədd edirlər.Şəfiqə xanım oğlunu heç cürə unuda bilmirdi Həmdə Heydər Əliyevə rəhmət oxuyurdu deyirdi bu evi o mənə bağışlayıb.Bakida tri koronada qalırdılar ALLAH rəhmət eləsin hamisina
@nusabbaxsyeva4291
@nusabbaxsyeva4291 3 года назад
Allah rəhmət eləsin.daşında özünə görə dərdi var.
@marinah4677
@marinah4677 3 года назад
Əsl sənətkarlar, məkanları cənnət olsun!
@gulsenzulfuqarova7775
@gulsenzulfuqarova7775 3 года назад
Ən çox sevdiyim mahnının müəllifi ---- Taleh Hacyevə Allah rəhmət eləsin. " Belə qəmli dayanma " Flora xanımın ifasında ən gözəl mahnııarfan biridir.
@gulnare1148
@gulnare1148 3 года назад
,,Belə qəmli dayanma"----Gəl də dayan?!!!Necə qəmsiz dayanasan məsum həyatlari iyrənc barmaqlariyla bulandiranlar olduqdan sonra....
@TP-jy1th
@TP-jy1th 2 года назад
Allah pis adamlara lənət eləsin! Allah sənə rəhmət eləsin!
@aliabbaszade
@aliabbaszade 2 года назад
Mənədə kimsə öyrətməyib bu zamana qədər piano çalmağı, mahnılar bəstələməyi.Eynən məndə Hacıyev Taleh kimi istedatla bacarıram. Taleh Hacıyev dünyaca əvəzedilməz bir yeganə bəstəkar, pianoçudur. Onu Şəfiqə Axundovanın "Həsrətindən" ifasından tanımışam. "Həsrətindən", " Yandım! Elə Yandım." Mahnılarını elə gözəl çalır ki, bəlkədə gün ərzində 10-15 dəfə ifa edirəm vaxt ayırıb. Allah rəhmət eləsin hər ikisinədə.😔🥀
@rustamgurbanli864
@rustamgurbanli864 Год назад
AYIB,BAŞLIĞI DƏYİŞİN, HƏR ŞEYİ DANIŞMAQ OLMAZ.TALEHİN TALEHİ BELƏ GƏTİRİB. PAXILLIQ, QISQANCLIQ YAXŞILARI MƏHV EDİR.RUHU ŞAD OLSUN
@letifeibrahimova8992
@letifeibrahimova8992 2 года назад
Cox teessuf.Bele shexsiyyetleri olumunden sonra taniyiriq cox vaxt. ALLAH rehmet etsin anaya da ogula da 🙏
@ruslanliyev1223
@ruslanliyev1223 Год назад
Gözəl sənətkarlar gözəl musiqilər qoyub getddiz bizə Allah hər ikinizə rəhmət eləsin və ruhuvuzu şad eləsin.
@ayxankazmzad8719
@ayxankazmzad8719 2 года назад
Çox təsirləndim Allah rəhmət eləsin Məkanı cənnət olsun Amin,,
@samireveliyeva263
@samireveliyeva263 3 года назад
SANATKARA ALLAH RAHMAT elasin.Ruhi xestalarimda yeri canatdi axi onlarin eladiklari ozlarindan asili deyil.Onun hayatini mahvedanlarada lanat olsun.
@ilaheqasimova8167
@ilaheqasimova8167 3 года назад
Hayıf talesiz TALEDƏN 😓😓😓😓😓
@arzuasadova5775
@arzuasadova5775 3 года назад
Allah rəhmət eləsin.AMİN
@mtantmmmdova4175
@mtantmmmdova4175 2 года назад
Bu haqda heç məlumatım yox idi çox kədərləndim göz yaşları içində izlədim bizə belə maraqlı məlumatlar verdiyiniz üçün var olun 🙏 nə yaxşı ki Azərbaycanımızın sizin kimi dəyərli ogulları var yaxşı ki varsız
@raisaquliyeva316
@raisaquliyeva316 2 года назад
Allah ana balanı rəhmət eləsin. İKİSİDƏ gözəl musiqiçi idi. Şəfiqə xanim şərqdə ilk opera yazan bəstəkar qadın idi
@govhryusifova774
@govhryusifova774 3 года назад
Allah rehmet elesin her ikisine.Dehsetli bir tale.Ana Allah bilir ne qeder vicdan ezabi cekib.
@qeribehesenova9195
@qeribehesenova9195 3 года назад
Allah rəhmət eləsin harda pis insanlar olubsa həyatinda Allah onlarada lənət eləsin
@narmilaaskerova5114
@narmilaaskerova5114 3 года назад
Amin
@aygunbabayeva8673
@aygunbabayeva8673 2 года назад
Amin
@narminaseyidova1600
@narminaseyidova1600 Год назад
Allah onun həyarını puç edənləŕi heç cəhənnəmdən çıxarmasın inşallah Amin
@adilamammadova7431
@adilamammadova7431 3 года назад
Allah hər 2 sənətkara rəhmət eləsin
@user-re6gq2iw9x
@user-re6gq2iw9x 7 месяцев назад
Allah heç kimin balasını Taleh kimi talehsiz elemesin Allah anabala her ikisine rehmet elesin😢
@jewjjsjeusbsbhshshshsh5861
@jewjjsjeusbsbhshshshsh5861 3 года назад
Acl tale..😢💔💔Allaj rehmet elesin her ikisine de..
@raduqaraduqa7002
@raduqaraduqa7002 3 года назад
Allah rəhmət eləsin. Məkanları cənnət olsun.
@Mamedoff023
@Mamedoff023 3 года назад
Çox sağ olun gözəl süjetə görə.
@aydinaydin8923
@aydinaydin8923 3 года назад
Bəstələdikləri Möhtəşəm Sənət Əsərləri Şəfiqə xanımı və Tale Hacıyevi hələ Uzun İllər Yaşadacaq😔Bu gün,,,Sabah və Əbədi😔🙏🕋🥀
@psevdonim203
@psevdonim203 2 года назад
Necə pis oldum,o qədər təsirləndim ..Necə ağır tale olub bu gözəl qəlbli insanda..Hər ikisi bəxtsiz olublar...Bala dərdi çox yaman olurmuş..Şəfiqə xanım çox gözəl insan olub...Çox təəssüf ki ,sonları belə acınacaqlı oldu..Allah məzarlarını nur ilə doldursun...
@elxanhuseynov5613
@elxanhuseynov5613 3 года назад
Allah rəhmət eləsin.yeri cənnətlik olsun.
@Cema-cu1nk
@Cema-cu1nk 3 года назад
Allah rəhmət etsin məkanı cənnət olsun Amin
@zohrasemedova6416
@zohrasemedova6416 3 года назад
Niyə heç nə yazmırsız Əvəzsiz musiqi qoyub gediblər ana bala çoooox heyf Yerləri behişit olsun
@qeribana1543
@qeribana1543 2 года назад
Amin Allah 🤲
@jewjjsjeusbsbhshshshsh5861
@jewjjsjeusbsbhshshshsh5861 3 года назад
Allah merdimazara lenet elesin.. Her kesin heyatlnda merdimazar olur ve heyatlnl mehv edir..
@samiraikbal3656
@samiraikbal3656 3 года назад
Çox üzüldüm, keçmişdə bizi maraqlandıran sənıtkarlar idi. O üzdən nələr yaşadığlarını bilməzdik. Nə bilək ki o dahinin həyatını cılız bir varlığ(Allah lənət eləsin) cəhənnəmə çevirib. Mən Talehi ekranlarda görəndə anauşağı bilirdim. Heyif. Çox heyif. Allah rəhmət eləsin.
@resmiyyebabayeva8727
@resmiyyebabayeva8727 3 года назад
Kanala təsadüfən rast gəldim və sizə çox təşəkkür edirəm maraqlı oldu məniçün davamlı olsun əməyinizin əvəzin Allahım versin ...
@denizquluyev6412
@denizquluyev6412 3 года назад
ALLAH hər kəsi pis insanlardan qorusun
@reyhanhuseyn4847
@reyhanhuseyn4847 3 года назад
Ifasi super idi...indi ele ifa gormurem
@sevinhasanova8426
@sevinhasanova8426 3 года назад
Allah her ikisine rehmet elesin. Heyatda her şey olur
@xalisa2677
@xalisa2677 2 года назад
Hər kəs bir taleh yaşayır. Buda Ana və balanın acı talehidir.Talehin yazdıgı mahnılarda tamam qəm kədərdir. Allahdan hər ikisinə rəhmət diləyirəm. 💔💔💔💔😥😥😓😢🤲🤲
@mlahtcfrova4002
@mlahtcfrova4002 3 года назад
Allah rəhmət eləsin məkanı cənnət olsun Amin İnşallah
@qmrxanimalisanova3566
@qmrxanimalisanova3566 3 года назад
Allah rehmet elesin nur icinde yatsinlar
@_alliswell_1376
@_alliswell_1376 3 года назад
Allah rəhmət eləsin Çox tez dünya sını dəyişib
@eyvazov2504
@eyvazov2504 3 года назад
Allah butun tecavuzcu insanlari iflic xesteliyi ile cezalandirsin. Insanlara tecavuz edib onlari bedbext edirler. Onlar artiq nifretle yasayirlar. Allah hec kimin basina getirmesin bele belani.
@gulnarehuseynova5536
@gulnarehuseynova5536 Год назад
Həm nifrətlə yaşayırlar,həm də neçə nəfərin dəli olduğunu, ya da özünü asdığını eşitmişəm.
@hsrtsuleymanov.5622
@hsrtsuleymanov.5622 8 месяцев назад
Nə təcavüz ? Zəhmət olmasa məlumat verində
@yusif_0241
@yusif_0241 3 года назад
Ruhları şad olsun
@sevincaslanova8502
@sevincaslanova8502 3 года назад
Allah rəhmət eləsin .
@mhmmdkrimli9530
@mhmmdkrimli9530 Год назад
Allah rəhmət eləsin! Çox təsir elədi. 😥😥😥
@orhankaynak7916
@orhankaynak7916 3 года назад
heyat digurdanda cox acimasizdi,ne geder uzuldùm men(((
@restemrustemov2130
@restemrustemov2130 3 года назад
Allah rəhmət eləsin hər ikisinə😢
@vippro359
@vippro359 3 года назад
ALLAHIM HER ÌKÌSÌNE REHMET ELESÌN, ÌKÌSÌNÌN DE MEKANLARI CENNET OLSUN ÌNSAALLAH
@pakizeyusifova5566
@pakizeyusifova5566 3 года назад
ALLAH HER IKINIZE REHMET ETSIN
@naziorucova3342
@naziorucova3342 11 месяцев назад
Allah rehmet elesin. Sag olun melumat ucun En cox sevdiyim mahnllarln muellifidir. 11:04 Wefiqe xanlma da allahdan rehmet dileyirem.Cox boyuk bestekarlmlz idi Onu unutmaq cox boyuk gunah olar.
@selalehuseynova4211
@selalehuseynova4211 3 года назад
Allah rehmet elesin yerleri cennet olsun
@ayselaysel3903
@ayselaysel3903 3 года назад
Allah rahmat elasin bu mahnini Mahabbat Kazimovda gozal ifa edib har ikisinada allah rahmat elasin
@azersadixzade7098
@azersadixzade7098 10 месяцев назад
Çox sağolun arasdirma və paylaşim ucun. ALLAH RƏHMƏT ETSIN.
@muzefferasgerov1378
@muzefferasgerov1378 Год назад
Allah hər ikisinə rəhmət eləsin .
@zemamemiyeva6457
@zemamemiyeva6457 3 года назад
Ana bala her ikisi bedbext oldular.Ne vaxt yadima duwurse o xanim ucun aglayiram.Allah her ikisini rehmet elesin.Men bunu qazetde oxumuwdum.Tale özu intervu vermisdi.Allah pis adamlara lenet elesin😢😢😢
@tomristuran2345
@tomristuran2345 3 года назад
Utanıram deməyə. Anasının bir alçaq namərd sevgilisi körpəni uzun müddət ... onda dəhşət oyadıb
@zemamemiyeva6457
@zemamemiyeva6457 3 года назад
@@tomristuran2345 Beli,eledi.Biqriyyet kishi.Eyer ona kishi demek olarsa!
@fatmaabdullayeva4824
@fatmaabdullayeva4824 3 года назад
@@tomristuran2345 Oh, nece pis oldum , övladı olan ana , kim ister olsun , eve adam getirmemelidir, ana hiss etmeli idi bu dehşeti
@tahireabdullayeva5244
@tahireabdullayeva5244 2 года назад
Allah hər iki sənətkarlmpza rəhmət eləsin!
@merikhesenli4068
@merikhesenli4068 3 года назад
😥😥😥
@gulnazmemmedova2625
@gulnazmemmedova2625 3 года назад
Məkanları Cənnət olsun ana balanın
@vusalagayev114
@vusalagayev114 Год назад
Şəfiqə xanım həmişə öləndən sonra Taleyə kimin baxacağının dərdini çəkirdi. oğlu özündən əvvəl rəhmətə getdi.
@tunzalemeherremova9316
@tunzalemeherremova9316 3 года назад
Allah rehmet elesen Bu vıdeonu dınledıkce fıkırleshırsen kı nıye belebır musıqıcını ınsanlar tanımadı Hec bır anlayıshı olmayanlar gündemden düshmür Nıye axı bızler ınsanı yoxluqunda tanıyırıq qıymet verırık Hec bele bır musıqıcını sızın kanal acıqlamasaydı yene debılmeyecekdık kı bele qemli dayanma kımı kederlı ve düshündürücü ve gözel bır musıqının bestekarı mehz Tale müellımıdı Shefıqe xanım kımı her tereflı gözel bestekarımuzın yegane balasının bu qeder talantlı olmasını nıye xalqımız bılmedı En azından tanımalıydıq ve dövletımız terefındwn layıqı qıymetını alardı Heyf cox heyf Allah her ıkı bestekarımuza ve ana balaya qeni qeni rehmet elesın Ve sızın kanala da cox saq olyn deyırık kı gızlı meqamları yenı tanınmamısh ınsanları yada salıb xalqımıza tanıtdınız
@ismayilismayilov-yp4pk
@ismayilismayilov-yp4pk 3 года назад
Allah rehmet elesin.
@user-ex8nv8xs3z
@user-ex8nv8xs3z Год назад
Problemi yaşamaq yox, həll etmək lazımdır . Övladı əzizıəmək yox,tərbiyə etmək lazımdır. Atasız oğlan uşağına çətin olur. Dəlixanalar insanları sağaltmır. Elə insanlar yaşadığı mühütü dəyişsə daha ümidvericidir. Allah rəhmət etsin.
@gadirgahraman297
@gadirgahraman297 3 года назад
Allah rahmet etsin,mekanı cennet olsun inşallah. Amin.
@ofeliyamemmedova5809
@ofeliyamemmedova5809 3 года назад
Məkanı cənnət olsun
@selale1970
@selale1970 Год назад
Mənim yoldasimda ruhi xest rehmete getdi isdiyeni öldüre bilirler
@yeganeimanova1873
@yeganeimanova1873 3 года назад
Allah rəhmət eləsin, qəbri nurla dolsun, ruhuna əl Fatihə. Belə fenomen istedadlar çox nadir halda yetişir və təəsüfki dəyər çox gec verilir. Dəyərə layiq olmaq üçün, onlar ya xəstələnməlidilər, yada bu dünyanı tərk etməlidilər. Çox təəsüf, sanki onlara belə istedadı verən allah, onlardan layiq olduqları dəyəri, onlardan əsirgəyir. Əlbətdə Allah məni bağışlasın belə düşündüyüm üçün. Talehdə öz zəmanəsinin fenomeni olaraq, istedadının dəyərsiz olmasından irəli gələrək bu hal onun psixikasına rəayyət etmişdir. İncəsənət insanları çox həssas qəlbə və hissə malikdirlər, buda onlara müxtəlif şəkildə səhətlərinə təsir edərək müxtəlif dərdə gətirir. Allah, Şəfiqə xanıma rəhmət eləsin, ruhuna əl Fatihə.
@smilmensimov3035
@smilmensimov3035 Год назад
Allah rehmet elesin sizi🤲
@elminazqasimova3288
@elminazqasimova3288 3 года назад
Kozel bestekar olub heyatda onunku ketirmeyib alah rehmet etsin mekanl cenet olsun
@user-ko7xx4ni6h
@user-ko7xx4ni6h 2 года назад
Allah her 2 Senetkara rehmet elesin. Allah pis insanlara lenet elesin.
@n.n.ekhalil1713
@n.n.ekhalil1713 3 года назад
Ugurlar size
@ismayilismayilov-yp4pk
@ismayilismayilov-yp4pk 3 года назад
Bu kanal chox maraqli kanaldi
@qenireaxundova5290
@qenireaxundova5290 2 года назад
İlk dəfədir eşidirəm. Təsirindən çıxa bilmirəm.Belə insanları qorumaq lazım idi.Mən ananı qınayıram ki uşağı yad kişinin yad kişinin yanında qoyub getməməliydi.Çünki deyildi ki kişi onun əri deyildi.Anasının Həsrət mahnısını daha gözəl ifa edib.Sanki çalmır,məlahətlə oxuyurmuş kimi.Allah hər ikisinə rəhmət etsin.
@user-vd2cc3qm8h
@user-vd2cc3qm8h 8 месяцев назад
Allah qeni-qeni rehmət elesinnn
@candymiwka125
@candymiwka125 2 года назад
Çox sağ olun.Hər videoda sənətkarlarımız haqqında maraqlı məlumatlar alıram.İnanınki cavab qazanırsız.Allah işinizi avand eləsin
@monikam7459
@monikam7459 2 года назад
çox çox təəssüf 😢😢😢😢😢😢😢
@zibaelesger2810
@zibaelesger2810 2 года назад
Allah her ikisine rehmet elesin
@kamilagalarov8610
@kamilagalarov8610 2 года назад
Allah hər ikisinə rəhmət eləsin
@aygunbabayeva8673
@aygunbabayeva8673 2 года назад
Allah hər ikisinə rəhmət eləsin 🤲🤲🤲
@zerifeahmedova3798
@zerifeahmedova3798 4 месяца назад
Nə vaxtsa belə bir ifadə oxumuşdum:Manqurtlar nümunəvi insanları yaşamağına mane olurlar. Bu ifadə həyatda elə tez tez yerini göstərir ki.Mən hakim olsaydım onlara ən ağır cəzanı kəsərdim. Keçən il 16 yaşlı Turan balamızı bir manqurt öldürdü,o qədər camaatın ğözünün qabağında.Girirlər insanın həyatına onu məhv edirlər.
@kemalemahmudova7298
@kemalemahmudova7298 3 года назад
Allah rəhmət etsin 🤲🤲🤲
@Rozi-vi7dw
@Rozi-vi7dw 10 месяцев назад
Allah ana bala hər ikisinə rəhmət etsin, məkanları cənnət ruhları şad olsun.
@xatiresadiqova3859
@xatiresadiqova3859 Год назад
Çox pis oldum. Allah rəhmət eləsin 😔 😔 😔
@melahetceferova4437
@melahetceferova4437 3 года назад
Dogrudur. Men sefige xanimin evinin ici olmusam. Her seyi gozlerimle gormusem her seye sahid olmusam. Ve teessuf ki danisdiglarinizin hamisi duzdur.
@rehimabiyev6512
@rehimabiyev6512 3 года назад
Məlahət xanım, mən çox pərişan oldum, mümkünsə bir qədər deyərdiniz, axı nə olmuşdu??? heç nə anlamıram, deyirsiniz hər şeyi görmüsünüz, axı evin içində nə olmuşdu?... kim onun həyatını pozub???...
@bestfreetime5832
@bestfreetime5832 3 года назад
Gormusuz imkan vermexdiz((
@rehimabiyev6512
@rehimabiyev6512 3 года назад
Harda yaşayıblar? Mənzil şəraitləri nə üçün pis olub? Axı nə olmuşdu???...
@nofelseyidov3972
@nofelseyidov3972 Год назад
NƏ PİS OLDUM DEMƏK OLAR Kİ,MƏNİM XALQIMIN DA TALEYİ BELƏDİR,HAMI DEPRESSİYADA.
@subnaznuriyeva5384
@subnaznuriyeva5384 11 месяцев назад
Dəyərli bəstəkarımız ruhun şad olsun
@cemileagayeva9979
@cemileagayeva9979 3 года назад
Dahi insanlar hemiwe ferqli heyat yawayirlar cunki onlar dahidirler
@tomristuran2345
@tomristuran2345 3 года назад
Bir az şablon çıxdıye
@user-hd6wl3ep5v
@user-hd6wl3ep5v 3 года назад
Аллах. Рехмет елесин. Меканы. Ченнет олсун
@bakubaku5112
@bakubaku5112 2 года назад
Allah onu bu narahatçılıqdan qurtardı, belə ki, oğlu anasından əvvəl dünyasını dəyişdi!
Далее
У тебя проблемы?
00:20
Просмотров 717 тыс.
Şəfiqə Axundovanın Etirafı
27:37
Просмотров 1,2 тыс.
Şəfiqə Axundova
4:26
Просмотров 2,4 тыс.