Тёмный

Məmməd Araz - Dünya düzəlmir - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 23 тыс.
50% 1

#məmmədaraz #kamranyunis #eminsabitoğlu #dünyadüzəlmir
#kamranmyunis #poeziyateatrı #şeirlər #şiirler #atları yəhərləyin
Məmməd Araz - Dünya düzəlmir ki, düzəlmir baba
Bəstəkar - Emin Sabitoğlu - "Atları yəhərləyin" filmindən
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı...
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!
Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkənəm,
Özüm də yükəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Çox verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!

Кино

Опубликовано:

 

25 апр 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 93   
@zakirhsnov7842
@zakirhsnov7842 Год назад
Rəhmətlik Məmməd Araz BDU-nun coğrafiyasını bitirsə də ədəbiyyat aləmində xüsusi yeri olan bir sənətkar olub.Allah qəni-qəni rəhmət eləsin.
@gsgsvsgsgsvsv688
@gsgsvsgsgsvsv688 3 года назад
Бойук Меммед Араз ве Сизин монтешем ифаныз...Тешеккурлер...Дунйа дузелмир она горе ки эрзин агсаккалы дуруст Инсан тербийе эде билмир...
@seva8887
@seva8887 2 года назад
Möhtəşəm. Mənəvi qida üçün ancaq sizi dinləyirəm. Var olun, Sənətkar.
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Bəs niyə bu dünya düzəlmir, baba!
@eminhuseynov5708
@eminhuseynov5708 4 года назад
Allah Rəhmət eləsin Mirzə Cəlili ,, Məmməd Araz...Millətin dərdini çəkə çəkə dərd tapdınız!
@behbudovamanzar
@behbudovamanzar Месяц назад
Salamlar!Məmməd İnfil oglu İbrahimov_Memməd Araz!Dunya haqda o qədər gözəl şeirlər yazib ki... Çünki coğrafiya müəllimi olub!Həm də "Azərbaycan təbiəti" jurnalinin baş redaktoru!Vətən sevgisini Azərbaycanin ikinci böyük çayını öz adında əbəbiləsdirib!Araz həm öz dogma Naxçıvanin rəmzidir,həm də Azərbaycanı 2 yerə bölən çay!Bunlarin 2 _ nin bir adamın adında cəmləşməsi elə onun dahiliyinə işarədir! Dünya da cografi məfhumdur! İçində yasadigimiz yer kurəsi!Əlbəttə ,dunyanin qlobal problermləri hələ Memməd Araz vaxtinda bu qədər aktual deyildi!Ona gorə də...sadə formada dünyaya öz baxışını bu şeirdə ifadə edib!Cox vətənpərvər şair olub!Şeirleri dillər əzbəri!Allah rəhmət eləsin!Bizim dinc dövrümüzdə olan məsələləri "şerlərində ifadə edib!"Qarabag problemi " basimizi elə məsgul elədi ki... Heç dunya bizim dərdimizə bir çarə eləmədi?Ona gorə də hər kəs oz başına çarə qılmalıdır!Dinyaya bel baglamaq olmaz!Necə ki...biz özümüzu dünyaya subut etdik!Dunyanin o qədər dərdleri var ki..."Səhralaşma , turşulu yağışlar, buzlaqlarin əriməsi, qlobal istiləşmə, ozon qatının deşilməsi, əhali artimi ,ərzaq _sirin su catmamazligi...və s.ler!Bunlərin səbəbkari insan fəaliyyətidir!Ona görə də dinyanin düzəlməsi hec vaxt olmayacaq !Lokal xarakterli ola bilər!Kamran bəyə də xüsusi təşəkkürlər! 🙏🌹Gündəlik problemlerdən başımız acilir ki?Dunya haqda da düşünək?🌍🌎???
@user-hx2jy8dg4z
@user-hx2jy8dg4z 8 месяцев назад
Allah rəhmət eləsin dahi şairim! Oxuyanın da ağzına sağlıq
@cesur6417
@cesur6417 Год назад
Bəs niyə bu dünya düzəlmir,Baba?!Sözün bitdiyi yer.... Kaş ki,Sizi çoxdan tanıyaydım...
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Hələ bu dünyanın qeylü-qalı çox, Bilməm zəhəri çox, yoxsa balı çox.
@almnurkamalova7604
@almnurkamalova7604 2 года назад
Hər vaxdınız xeyir zəhmətinizə və səsinizə sağlıq gözəl usdadım
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 года назад
Dünya düzelmirki düzelmir! Var olun senetkar!
@sevincnovruzova9686
@sevincnovruzova9686 4 года назад
Əhsən!!!!Sanki film izlədim
@konulbayramova6840
@konulbayramova6840 4 года назад
Yaxwi ki varsız.Inanin qulaqlarimizin pasi gedir.menevi qidaya ehtiyac duyduğum anda siz varsız USTAD.Tanri qorusun sizi dəyərli sənətkar
@teyxall
@teyxall 4 года назад
Аллах М Араза рехмет елесин,сенеде джан саглыгы версин!
@hemidhemid8677
@hemidhemid8677 3 года назад
Dilinizə sağlıq. Var olasınız
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Dunya duzelmir ki ,duzelmir....
@baxsaliyevaxatire2715
@baxsaliyevaxatire2715 4 года назад
Dünya yerindədi ustad sənətçimiz .Onu pis günə salan yalnız öz mənfəətini düşünən insanlardı .Çox təəssüf ki bu belədi .
@miriyevametanet5891
@miriyevametanet5891 Год назад
Çox gözəl bir ifa ..
@user-bq7fi9lf6l
@user-bq7fi9lf6l 6 месяцев назад
Ne gozel sozler.
@alialiyev8704
@alialiyev8704 Год назад
Başarılarınızın devamını dilerim, l
@user-jm1os1cj5j
@user-jm1os1cj5j Год назад
Тшк едирем!
@alialiyev8704
@alialiyev8704 Год назад
Başarılarınızın devamını dilerim
@reyhanhesenova6827
@reyhanhesenova6827 3 года назад
Duzelmir ki duzelmir
@paradiseflower5015
@paradiseflower5015 4 года назад
Dünya düzələn deyil insanlar düzəlməyincə...
@nazamazanova4014
@nazamazanova4014 4 года назад
7👍
@besdimemmedova8341
@besdimemmedova8341 4 года назад
Bəli dünya düzəlmir ki düzəlmir. Cox saqolun. Allah rəhmət eləsin Məmməd Araza.
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 4 года назад
Cox sag olun, bey. Tesekkur edirem, bey. Sesinizle, istedadinizla hekk etdirdiniz bu seiri gelblere, beyinlere. 🙏
@eldanizakbarov7779
@eldanizakbarov7779 4 года назад
Cox,sagolun,aferin,ifaya,100yasa
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 года назад
Allah hamlya kömek olsun 🙏
@renaagayeva2817
@renaagayeva2817 4 года назад
Bu gedişlə heç düzələndə deyil,baba!
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Axır ki)) ❤️
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
👍İlkin üçüncüsü.
@fatimefatime8870
@fatimefatime8870 4 года назад
🎧 37👍 👏
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 4 года назад
Allah kərimdir deyərlər,gözəl insan,yaxşı qardaş,mehriban dost!
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
❤️❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Zəhmətinizə, səsinizə min sağlıq Ustad🙏
@user-kr8nz7ho1d
@user-kr8nz7ho1d 4 года назад
Illar otushub dayishsada,problemlar yerinda qalir. Yaltaqlar,satanlar,ayaq yiyanlar,yena da ish bashindadirlar. Allah shaira.rahmat elasin.uzaq goran olub. Neca ki,Mirza Alakbar Sabir. Onu da oxuyanda,adama ela galir ki,illar hec otmayib.hec na dayishmayib. Masalan:yatmishlari oyatma ,qoy hala yatsin. Mayar bu bu gun ucun yazilmayib? Kamran bay,cox saq olun. Dayarli sher oxudunuz.xoshum galdi. Eviniz+eshiyiniz,aylaniz saq olsun,var olsun.
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 года назад
M.Araz yaradıcılıgına muraciet etdiyiniz üçün sonsuz teşekkürler!
@nazamazanova4014
@nazamazanova4014 4 года назад
Xos gorduk Gozumuz Qulagimiz sevindi 💖
@sevincabbasova7122
@sevincabbasova7122 4 года назад
Mükəmməl şer, möhtəşəm ifa👏👏👏
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Gecəniz xeyir Ustad🙏
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
🎧👍👍👍
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Sesine qurban oldugum .Allah bu sesi Size Sizi de bize cox gormesin .Ne gozel wer .ne gozel ses .Hec bitmesini istemirsen.
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Özüm yük çəkənəm, Özüm də yükəm!♥️ Allah rəhmət eləsin Dahi Şairimizə🙏
@letifequliyeva9552
@letifequliyeva9552 4 года назад
Nə yaxşıki varsınız🕊🕊🕊👏👏👏
@SS-pk7qj
@SS-pk7qj 4 года назад
Bawimin altindan yastigda gacir ... Kamran bey Tanri Sizi gorusun Amin❤❤❤❤
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 года назад
"Mənəm"deyənlərin məni görünmür Əli tətikdədir,özü hədəfdə...
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 года назад
Aynən...
@besdimemmedova8341
@besdimemmedova8341 4 года назад
Bu dünya belə gəlib, belə də gedəcək.
@aygunagakisiyeva2293
@aygunagakisiyeva2293 4 года назад
Tewekkur edirem.hormetle Aygun muel.
@romaramadanov4676
@romaramadanov4676 4 года назад
Ярамыза дузла истиоду гарышдыб яхма баба!!!!!!!!!
@konulesedova934
@konulesedova934 4 года назад
Mənim balam,bu dünyayla oynama.
@gulbaharr
@gulbaharr 4 года назад
Məmməd Arazın haq -ədalətsizliyə olan üsyanını o qədər gözəl söyləmisiz ki...Var olun,siz bizimçün çoox dəyərlisiz!!😍🙏👏👏👏🥰
@salvadorhenry3524
@salvadorhenry3524 2 года назад
you probably dont give a shit but does any of you know of a trick to log back into an Instagram account? I was dumb lost my password. I would love any help you can offer me
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
😥💔😔
@ibadetqasimov8449
@ibadetqasimov8449 Год назад
Bu dunya hec vaxdi duzelmiycek. Cunki haq edalet o dunyada olduqu ucun
@renababanli3490
@renababanli3490 4 года назад
"DUNYA DUZELMIR KI, DUZELMIR ......" Dumya duzelse gerek insanlar olmaya, cunki dunyani duzelden de, eyen de biz insanlariq. Kamran bey!Bu weiri belkr 4-5 defr oxumuwam , ancsq sizin ifanizdaki kimi dsxil olmayib ruhuma.Saq olun, ureyinize saqliq!
@gulbaharr
@gulbaharr 4 года назад
Çoox doğrudur,Kamran bəy şerləri içdən özünə məxsus şəkildə dediyi üçün onun dilində şerlər daha fərqli,sehrləyici olur,məhz onu da bizə sevdirən başqalarından fərqliliyidir,insanlığıdır..Balakənimizin fəxri,dəyərli Kamran bəyimiz,səsinin gözəlliyi,saflığı da elə ordan gəlir..Allah sizi qorusun!🙏🙏🙏🥰
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
😥
@orujovaf2031
@orujovaf2031 4 года назад
🖤
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Canim Kamran bey ..Allah Sizi qorusun Amin🙏🙏
@teymurmustafayev6837
@teymurmustafayev6837 4 года назад
Düz deyirsiniz müəllim.😔😔😔😔Gedir milyonçunun qəpik davası.😕😕Dünya həmin dünyadı müəllim .
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
😭
@yerazbass1516
@yerazbass1516 2 года назад
Cox verdim bu suali coxx... B3s niye duzelmir bu dunya baba????
@mekiseferov5836
@mekiseferov5836 4 года назад
Mənəm deyənlərin məni görünmür...
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Mükəmməl ifa.👏
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Azmış ağılların əli tətikdədir, özü hədəfdə...
@metanetnurmemmedova7900
@metanetnurmemmedova7900 4 года назад
💞
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 года назад
💘💔🖤
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
DYNYA .DÜZƏLMIR KI .DÜZƏLMIR.
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 года назад
Axşamınız xeyirli olsun!Böyük Ustad! Yenə ruhumuzu oxşayan möhtəşəm bir ifa!Var olun!Təkrarsız möhtəşəm ifalarınızla dahi şairlərimizi yaşatdığınız üçün,sevgi dolu sonsuz təşəkkürlər!!!
@yeganequliyeva664
@yeganequliyeva664 9 месяцев назад
🎧🌹🌹🌹🌹🌹🌹🌹🤲
@vuskanecef
@vuskanecef Год назад
Dünya yaxşıdı insanları qudurgandı
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Zamanin nebzi..😏
@jujumj5318
@jujumj5318 4 года назад
fikrimce düzelmeyen insanlardir dünya ele eyni fesiller aylar iller deyişmir ama insanlar heç düzelmez . çirkin düşüncelere sahib olan insanlıq hele yaşayırsa dünyada bu dünyanin onlara merhemetidir.
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Vefasiz dunyadi Sevdiylerinizi qoruyun.Analarinizi qoruyun .Bu dunyada ANADAN BAWQASI YALAN Menim gozel Anam Atam Allah Size rehmet elesin .Meni bu dunyada kime tapwirdinizda bele tezlikle terk etdiniz 🙏🙏😔😔
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Allah rəhmət eləsin🙏 Allah səbrinizi versin🙏
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
😰🤕
@vuqaragayev4696
@vuqaragayev4696 Год назад
Dəyərli ustadın dəyərli sözlərini sevimli sənətkarımızın əvəzolunmaz səsi ilə dinləmək. Çox böyük zövq aldım,necə də insanı rahatlatan bir ifadır. Təşəkkür edirəm.Yaxşı ki,varsınız.❤️
@ezizqehremanli9335
@ezizqehremanli9335 Год назад
Baliqlari iylenibdi basindan Bu dunuanin duzelmeyi getdi ta.
@sevincrzayeva139
@sevincrzayeva139 3 года назад
Ammaozsesideyil
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
Eledi axı niye dùzelmir sesnize saglıģ
@ulviyyehacili6232
@ulviyyehacili6232 4 года назад
Bəs niyə bu dünya düzəlmir
@sebrsebr9683
@sebrsebr9683 3 года назад
Heç duzelende deyil
@userzemfira8022
@userzemfira8022 4 года назад
Bəs niyə bu dünya düzəlmir baba?.............. düzəlməyəcək də təəssüf ki. cünki nankordu insan övladları.
@user-sv5bc9gi7l
@user-sv5bc9gi7l 3 года назад
Гедир миллиончунун гепик давасы.
@cickyags4191
@cickyags4191 3 года назад
❤️337❤️
@yerazbass1516
@yerazbass1516 2 года назад
412🌹♥️🌹
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Ərzin nadanından ağsaqqalı çox. Bəs niyə bu dünya düzəlmir...
@validamamedova2237
@validamamedova2237 4 года назад
Ərzin nadanından ağsaqqalı çox Bəs niyə bu dünya düzəlmir,baba? Ağşaqqal məsləhəti eşidilsə, ağsaqqala ehtiram olunsa, dünya düzələr,məncə.
@sevincrzayeva139
@sevincrzayeva139 3 года назад
Sesihuzurverirsanki..
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Çürük fikirlərin, çürük davası....
Далее
Məmməd Araz  Məndən ötdü- Fazil Abbasov
3:58
Просмотров 20 тыс.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
Просмотров 1,3 млн
Məmməd Araz | Ötən günlər | 14.10.2023
1:27:19
Просмотров 21 тыс.
Mən Kamran Yunis
34:50
Просмотров 4,3 тыс.
Mikail Mirzə Rasim Kərimlinin şeri "Nə fayda"
6:49
Ramiz Rövşən - Dünya - Kamran M. YuniS
1:19
Просмотров 105 тыс.
Кого она вытащила из воды?😱
0:51