Тёмный

Məmməd Araz - Vətən mənə oğul desə 

biraddimla YOL
Подписаться 3,9 тыс.
Просмотров 6 тыс.
50% 1

Şeir: Məmməd Araz - Vətən mənə oğul desə
Səsləndirmə: Əminə Yusifqızı
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
MƏMMƏD ARAZ - VƏTƏN MƏNƏ OĞUL DESƏ
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara yumruq düyüb, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış; çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xazanımdır, xəzanım.
Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970
Peykər Həbibova:
“... Ölməz şair Məmməd Araz yaradıcılığında Qarabağa həsr olunmuş məqalələr və şeirlər Qarabağ simfoniyası kimi qəlblərə hopur. Qarabağa dəfələrlə səfər etmiş, hər dəfə gəldikdə isə "sanıram ki, bura ilk dəfə gəlirəm", - söyləmişdir. Ahıl vaxtlarında, səhhətinin o qədər də əlverişli olmadığı zamanlarda belə Qarabağ döyüşlərində iştirak edən əsgərlərimizlə dəfələrlə görüşmüş, erməni işğalçılarına qarşı mübarizədən bəhs edən şeirləri ilə Vətən oğullarına mənəvi dayaq olmuşdur.
Yaxşı xatırlayırıq, ölməz şairimiz bir neçə gün Murovdağ bölgəsinə səfər edərək soyuq səngərlərdə Vətənimizi qoruyan oğullarla görüşmüşdü. Həyata keçirilən bu səfər şairin yaddaşında dərin iz buraxır. Əsgərlərlə səmimi söhbət edən şair sonradan öz təəssüratlarında qeyd etmişdi ki, mən bu səfərdən bir əsgər əzmkarlığı ilə ayrıldım və burada xidmət edən hər kəsi bir qəhrəman sandım. Məmməd Araz hər zaman söyləyirdi ki, Vətən əsgəri adını şərəflə daşımaq hər igid əsgərin ən ülvi arzusu olmalıdır...”
#memmedaraz #məmmədaraz #vətənmənəoğuldesə #əminəyusifqızı #emineyusifqizi #şeir #poeziya #şair #biraddimla #biraddimlayol

Опубликовано:

 

3 окт 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@anatazadli6264
Allah rəhmət eləsin 🤲 çox gözəl sozlərdi😊
@LeylaMemetli-co7gz
Mübariz İbrahimov 😢🇦🇿🥀💔😭
@azerzeynalov5359
@azerzeynalov5359 Год назад
Allah sizə rəhmət eləsin şair, Amin.❤
@user-rn3yv5bv6x
Allah rəhmət eləsin
@kemaleaxverdiyeva4807
@kemaleaxverdiyeva4807 Год назад
Musiqinin adini deyə bilərsiz? Zəhmət olmasa..?
Далее
M. Araz - "Ayağa dur, Azərbaycan"!
5:48
Просмотров 7 тыс.
СМОТРИМ YOUTUBE В МАЙНКРАФТЕ
00:34
Просмотров 977 тыс.
Yol ayrıcında söhbət- Məmməd Araz
20:10
Просмотров 9 тыс.
Məmməd Araz  Məndən ötdü- Fazil Abbasov
3:58
Просмотров 20 тыс.
Bextiyar Vahabzade şeerlər öz səsi ilə
8:27
Просмотров 200 тыс.