Тёмный

Mirzə Ələkbər Sabir - Tərpənmə, amandır, bala, qəflətdən ayılma - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 2,4 тыс.
50% 1

#kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
#cavanşirquliyev #sevgişeirləri #sátira
Mirzə Ələkbər Sabir - Tərpənmə, amandır, bala, qəflətdən ayılma
Bəstəkar - Cavanşir Quliyev
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Açsan gözünü rəngü məşəqqət görəcəksən,
Millətdə qəm ümmətdə, küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Bir ləhzə ayıldınsa, qutar canın yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanın, yuxla,
İllərcə şüar etdiyin adətən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Göz nurudur uyqu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir ləhzə sözündən,
Amma elə bərk yuxula ki, hətta get özündən,
Afaqı tutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Кино

Опубликовано:

 

17 окт 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 38   
@sevincaslanova8502
@sevincaslanova8502 2 года назад
Allah sənə rəhmət eləsin ay Sabir .Yazdıqların bizim millət üçün neçə əsr keçsə də kohnəlməyəcək .Elə ayilmayib yataciyiq həmişə .
@ulviyyahajili9267
@ulviyyahajili9267 2 года назад
Hər dövrün şairi.Allah rəhmət eləsin
@yazyagmuru9752
@yazyagmuru9752 2 года назад
Allah Sabirə rəhmət etsin. Yazdıqları bu gen də aktualdır
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
🌹2🌹
@rsadmmmdov2102
@rsadmmmdov2102 2 года назад
Laylay bala,laylay
@azize4
@azize4 2 года назад
Təşəkkürlər, USTAD
@xatirebaxsaliyeva9507
@xatirebaxsaliyeva9507 2 года назад
Möhtəşəm .Çox sağ ol əziz sənərçimiz
@zzzzzzzzs695
@zzzzzzzzs695 2 года назад
Əla super
@amalyamehdiyeva3691
@amalyamehdiyeva3691 2 года назад
Mohteşem!
@samireesedova7508
@samireesedova7508 2 года назад
🌷7🌷
@azizaaliyeva7413
@azizaaliyeva7413 2 года назад
👍👏👏👏
@sevincabbasova7122
@sevincabbasova7122 2 года назад
Möhtəşəmsiniz Kamran bəy.
@aygunaygun8263
@aygunaygun8263 2 года назад
Kamran bey🙏🏻🙏🏻
@sevdasalayeva9482
@sevdasalayeva9482 2 года назад
Əsrlər keçsə də dedikləri indiki həyatımıza da aiddir...Allah rəhmət eləsin Sabirə.Sizə də uzun ömürlər diləyirəm əziz Ustad
@gunelsuleymanova2565
@gunelsuleymanova2565 Год назад
Çox sağ olun, Kamran bəy. Allah rəhmət eləsin Mirzə Ələkbər Sabirə. Kaş sağ olaydı və günümüzdə də gözəl şeirlər yazardı. Heyf ki, daha belə şairlər yoxdur.
@konulbayramova3514
@konulbayramova3514 2 года назад
Zamanimizla ayaqlawan movzu.. Bilib,duyub,sanki gorub Mirze Elekber Sabir...Min rehmet...... Tanri qorusun sizi deyerli senetkar 🤲❤️
@bizgibi
@bizgibi Год назад
👏👏👏👏
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Açma gözünü, xabi-cəhalətdən ayılma!💐
@sebrsebr9683
@sebrsebr9683 2 года назад
Təşəkkürler kamran bey
@cickyags4191
@cickyags4191 2 года назад
💐29💐
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Hər vaxtınız xeyir olsun Sevimli Sənətkarımız!🙏
@aminataghiyeva1756
@aminataghiyeva1756 2 года назад
Kamran bey bu serle sizin ve bezilerinin ureyinden kechenleri xeber verdiniz. Bir daha gozel ifaya gore tesekkurler.
@sebnemyusifzade9324
@sebnemyusifzade9324 2 года назад
Sadəcə bir dövrün deyil hər dövrün sənətkarı.
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 года назад
Gözdərrr...😍
@yaqutosmanl5593
@yaqutosmanl5593 2 года назад
Ruhunuz ürəyiniz sevinsin Kamran Bəy . Nə gözəl Sabirə müraciət etdiniz Allah sizdən razı olsun.
@iravanxanliqi5075
@iravanxanliqi5075 2 года назад
AZERBAYCAN TURK YURDUNU VIRAN GOYDULAR SABIRIN VAXTINDADA MILLETIMIZ MANGURT OLUB YOXSA 30 ilin icinde TERTER SOYGRIMINDAN SONRA BILURDIM
@rsadmmmdov2102
@rsadmmmdov2102 2 года назад
ALLAH M.Ə.Sabirə qəni-qəni rəhmət eləsin!🤲
@esmirakrimova1315
@esmirakrimova1315 2 года назад
5👍🌹👍
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Afaqı tutan şurü qiyamətdən ayılma!💐
@azize4
@azize4 2 года назад
O dövrün insanlarının bir coxunun basa düşə bilmədiyi şair(( daş qalaq edilib (( indiki zamanda yaşasaydı daha kəskin yazardi..Ruhu Şad Olsun..Allah Rəhmət Etsin..
@samireesedova7508
@samireesedova7508 2 года назад
Her vaxtınız xeyir.
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Böyük zəhmətinizə sağlıqlar MÖHTƏŞƏM!💐
@esmirakrimova1315
@esmirakrimova1315 2 года назад
Cehaletden ayilma.....🤔🤔
@dilarequlieyva4839
@dilarequlieyva4839 2 года назад
Birdə rəhmətlik Sabir deyir:"Əcnəbi göydə balonlarla gəzir,biz hələ avtomobil minməyiriz"....hərçənd indi avtomobil də miniriz,hətta kimlərinsə uçağı da var.. amma nə fayda?
@aminataghiyeva1756
@aminataghiyeva1756 2 года назад
Bu uzun iller erzinde avtomobil surmeyi, teyyare idare etmeyi ancaq ki, oyrenmishik. Esas marifet onlari duzeltmekdir, o, da bizde yoxdur. Demirem bacarmariq, istemirik. Her seyi bizim evezimize kimlerinse gormesini isteyirik.
@vusalavelixanov6699
@vusalavelixanov6699 Год назад
Arxan fon musiqini necə tapım?
@kamranmyunis
@kamranmyunis Год назад
təəssüf ki, tapa bilməyəcəksiz...
@vusalavelixanov6699
@vusalavelixanov6699 Год назад
Kömək etsəz sevinərəm
Далее
Беда приходит внезапно 😂
00:25
Просмотров 326 тыс.
아이들은 못말려 〰️ With #짱구
00:11
Просмотров 353 тыс.
Məmməd Araz - Dünya düzəlmir - Kamran M. YuniS
4:43