Тёмный

Mirzə Ələkbər Sabir - Şairəm, çünki vəzifəm budur əşar yazım - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 2,4 тыс.
50% 1

#kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
#şeirlər #cavanşirquliyev #mirzəələkbərsabir #hophopnamə #şairəm
Mirzə Ələkbər Sabir - Şairəm, çünki vəzifəm budur əşar yazım
Bəstəkar - Cavanşir Quliyev - “Cavid ömrü” filmi
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,
Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, -
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…
Yoxsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!
Necə mən dörddə birin yazmağa əymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,
Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,
Elə bir halə düşərsə ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!

Кино

Опубликовано:

 

18 окт 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@yaqutosmanl5593
@yaqutosmanl5593 2 года назад
Allah sənə rəhmət eləsin Mırzə Ələkbər Sabir.
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 2 года назад
Dinle, dinle yorulmursan. 🤝
@sevincrehimova4757
@sevincrehimova4757 2 года назад
Minnetdaram👏 USTAD🤲 Deyerli satirikimiz Sabire de Allahdan min rehmet🤲
@ulviyyahajili9267
@ulviyyahajili9267 2 года назад
Niyə bəs böylə bərəldirsən a qarə gözünü Yoxsa bu ayinədə əyri görürsən özünü
@cickyags4191
@cickyags4191 2 года назад
Niyə bəs böylə bərəldirsın, a qarə gözünü? 💐💐💐
@konulbayramova3514
@konulbayramova3514 2 года назад
Seheriniz xeyre acilsin deyerli senetkar 🤲🤲
@srxansoltanl8387
@srxansoltanl8387 2 года назад
Biz həmişə bu şeirlər ilə qidalandıq
@yaqutosmanl5593
@yaqutosmanl5593 2 года назад
Hər vaxtınız xeyirli olsun Usdad
@yaqutosmanl5593
@yaqutosmanl5593 2 года назад
Kamran Bəy Var olun.
@azize4
@azize4 2 года назад
Təşəkkürlər, USTAD
@srxansoltanl8387
@srxansoltanl8387 2 года назад
Allah razı olsun
@srxansoltanl8387
@srxansoltanl8387 2 года назад
Axşamınız xeyr
@aygunaygun8263
@aygunaygun8263 2 года назад
Kamran bey🙏🏻🙏🏻
@smrhuseynxan5468
@smrhuseynxan5468 2 года назад
Gününüz xeyr olsun Ustad
@lolaazeri3917
@lolaazeri3917 2 года назад
Sonzuz təsəkkurlər.
@nurcahan6353
@nurcahan6353 2 года назад
Şairəm😘
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
🌹6🌹
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Hələ gördüklərimin dörddə birin yazmayıram!💐
@azizaaliyeva7413
@azizaaliyeva7413 2 года назад
🙏🙏🙏👏🌹
@nurcahan6353
@nurcahan6353 2 года назад
Xeyirli Axşamlar Bəy 🌹
@samireesedova7508
@samireesedova7508 2 года назад
Hər vaxtınız xeyir.
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏
@elnurnhmt7435
@elnurnhmt7435 2 года назад
1/4 # 1/14 Sabir həm düşüncə, həm də lirik təfəkkürdə ədəbiyyatımızın novator şairi kimi birinciliyini qoruyub saxlamaqdadır. Təşəkkür edirik, müəllim.
@sebrsebr9683
@sebrsebr9683 2 года назад
Cox darixir ureyim cox
@ranababanli4535
@ranababanli4535 2 года назад
Mirze Elekber Sabir ! Cox sevdiyim,insanları medeni şekilde yaşadıqları haqsızlıqdan,avamlıqdan ve s.hallardan cekinmeye calışan her dövr ücün aktual olan şeirler müellifi! 1960 illerde mektebli olan zaman oxuduqumuz ve şeirlerinden ibret aldıqımız şair! Bu gün de o şeirlere qulaq asıb heyatı ücün müeyyen meqamları yaşatmaqa ,öz terbiyesinde,davranışında , calışmaq isteyenler varmı? Yox! Cünki aqlımızda onun şeirlerinden biri," millet neçe taraç olur olsun ne işim var" setirleri yer tutub!
@cickyags4191
@cickyags4191 2 года назад
💐7💐
@amalyamehdiyeva3691
@amalyamehdiyeva3691 2 года назад
Tewekkurler!
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
🎧👍👍👍
@yaghmurluroya8358
@yaghmurluroya8358 2 года назад
Sabahlarınız xeyirlə, fərahla açılsın əzizlərim 🌧🎧🍂🍁🤲
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Gecəniz xeyir olsun Ustad Sənətkarımız!🙏
@xatirebaxsaliyeva9507
@xatirebaxsaliyeva9507 2 года назад
Xeyirli səhərlər əziz sənətçimiz .Var olasınız .
@rufatmammadov5112
@rufatmammadov5112 2 года назад
👍32👍 Min rehmet sene Ey Boyuk SABIR 🙏♥️,Size min can sagligi Eziz MAESTRO 🙏♥️
@smrhuseynxan5468
@smrhuseynxan5468 2 года назад
Elə darıxıram ki ((
@zemfirababayeva4926
@zemfirababayeva4926 2 года назад
57 👍🎧
@validammmdova1213
@validammmdova1213 2 года назад
Əla!Allah səsinizə qüvvət versin. Məkanın cənnət olsun, bənzərsiz şairimiz Mirzə Ələkbər Sabir.
@raulagayev1657
@raulagayev1657 2 года назад
Sən eybini qan ....
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
🎧🌹🌹🌹🌹🌹🌹🌹🙏
@ictimaifikir
@ictimaifikir 2 года назад
♥♥♥
@namazeshqi9343
@namazeshqi9343 2 года назад
Salam, arxa fon da ki musiqinin adı nedir?
@dilarequlieyva4839
@dilarequlieyva4839 2 года назад
Əgər rəhmətlik Sabir sağ olsaydı görən yeni bir Hophopnamə yazardı ?məncə yox.əgər yazsaydı belə,yenə dərddən vərəmliyib ölərdi.Sabirdən bu yana nə dəyişibki???
@rufatmammadov5112
@rufatmammadov5112 2 года назад
Cox duz 👍
Далее
We will see who will do it better 😂
00:14
Просмотров 4 млн
Must watch new special comedy wait for end 😆🤣
0:49