Тёмный

Musiqinin "Queen"i "BOHEMIAN RHAPSODY"nin hekayəsi 

Kitabıstan TV
Подписаться 3,8 тыс.
Просмотров 541
50% 1

"Queen"nin bütün mahnılarında özümüzdən nələrsə tapırıq, gah ruh yüksəkliyi, gah hard-rok içinə gizlədilmiş narahatlıq, yaxud da dərin bir həyat hekayəsi. Onlarla hissi eyni mahnıda yaşamağın nə demək olduğunu biz "Bohemian Rhapsody"də daddıq. Rok, pop, opera, ballada kimi janrları eyni anda dəqiqələr içində dinləmək bizə bir duyğuda ilişib qalmamağı, eynilə kəpənək qanadları kimi rəngarəng ruha sahib olduğumuzu anladıb!
Bəs, "Bohemian Rhapsody"nin yaradılışı necə baş tutub və bu sözlərlə Fredi bizə nələrisə söyləmək istəyib? Gəlin, bu dəfə yüzlərlə səhifəlik kitabları, saatlara sığan filmləri bir kənara qoyub 6 dəqiqə içində anladılan hekayəyə qulaq verək.
Mahnının ilk adı "Kovboy mahnısı"dır. Çünki Fredi yazı mərhələsində musiqidə Qərb ab-havasının daha çox hiss ediləcəyini düşünmüşdü. Onun ilk melodiyaları Fredi yuxusundan oyanıb pianoda ifa etməyə başlayanda üzə çıxır və bundan sonra mahnının tamamlanması tam 5 il çəkir. Yazılan ilk sözlər "Ana, mən bir adam öldürdüm" olur. Fredi illərlə mahnısının onlarla səhifəlik şablonunu yanında gəzdirir.
Mahnının lentə alınması isə ayrı bir məsələdir. Belə ki öncə də qeyd etdiyim kimi rok, pop, ballada və opera qarışığı olan şahəsəri lentə almaq üçün o illərin ən yüksək texnologiyaya sahib olan studialarına baş çəkir və mahnı 6 fərqli studiada yazılır.
5 dəqiqə 55 saniyəlik bu mahnının çox uzun olduğunu və dinlənilməyəcəyini düşünürlər. Hələ yayımlanmadan bir az əvvəl bir nüsxəsinə dostuna verən Fredi ona möhkəm-möhkəm tapşırır ki, radioda uzun versiyasını çalmasın. Lakin dostu mahnını dinləyir, çox bəyənir və eyni gün ərzində 14 dəfə radioda çalınır. Bu vəsilə ilə Fredinin dostu Keni Everetə təşəkkür edək.
Radiodakı şöhrətindən sonra "Queen" "BBC1"də yayımlanan, dövrünün məşhur proqramı "Top of Pops"dan dəvət alır. Albom hələ satışa çıxarılmadan 500 000 sifariş gəlir, 9 həftə İngiltərə musiqi siyahılarında zirvədə qalaraq rekord qırır.
İzləyicilərə maraqlı ola bilər deyə onu da qeyd edim ki, "Bohemian Rhapsody"də çalınan piano 60-ci illərin əfsanə qruplarından olan "The Beatles"ın "Hey Jude" lent yazısında Pol Makkartneyin çaldığı melodiyadır.
Bəs mahnının sözlərinə diqqət etsək, nə görəcəyik?
✅ Kanalımıza abunə olmağı və şərh yazmağı unutmayın.
🔴 SƏSLİ KİTAB bit.ly/2Vjw8l5
🔴 ƏDƏBİYYAT VƏ FƏLSƏFƏ bit.ly/2kBtSav
🔴 TARİX bit.ly/37UAnYS
🔴 MÜSAHİBƏLƏR bit.ly/2maUcIS
🔴 MÜZAKİRƏLƏR bit.ly/2kFfbDc
🔴 SORĞULAR bit.ly/2KLAGv9
Kitabıstan haqqında daha ətraflı 🔻
🔵 kitabistan.org
🔵 / kitabistanpage
🔵 / kitabistan_page
🔵 / kitabistan_page
🔵 t.me/kitabistan_page
#queen #bohemianrhapsody #kitabıstan

Опубликовано:

 

6 июл 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@kenanesedzade3660
@kenanesedzade3660 3 года назад
🍋
@guluabdul3752
@guluabdul3752 4 года назад
Ses cox sirindi 😍 Bohemian rapsodiya kinosunu hami izlemelidi😍
@vzbalyev7745
@vzbalyev7745 4 года назад
Fredi Merkürinin ruhu dediyiniz kimi rənglidir. Problemlərini , sarsıntılarını musiqi ilə catdırır. Bohemian Rhapsody filmi məni cox təsirləndirmişdi. Fredi həm də mifolojini yaxşı bilirdi. Bunu burdada istifadə edib.
@NəzrinTeacher
@NəzrinTeacher 3 года назад
Film içindəki təhriflər olmasa, yaxşıdır, məncə. Freddie’nin əsl imicini korlayır, əsl daxildən kim olduğunu yox, səhnədəki “özündən razı” obrazını işıqlandırır. Amma yenə də araşdırmağı sevənlər üçün Freddie Mercury xəzinəsinə giriş kimi ideal film ola bilər :)
@aytacx9355
@aytacx9355 4 года назад
əla ağznza sağlıq
@magistrhazrligi442
@magistrhazrligi442 4 года назад
👌👌
Далее
Kəhanət #nədir?
5:45
Просмотров 639
СЛУЧАЙ В ЧЕРНОБЫЛЕ😰#shorts
00:19
Просмотров 282 тыс.
B.Vahabzadə// " Ömrün payızı ".💛
1:23
Mapping the Trump Shooting
6:12
Просмотров 14 млн
Mikayıl Müşfiq - Məni Gözəl Xatırla
2:37
Просмотров 2 тыс.
СЛУЧАЙ В ЧЕРНОБЫЛЕ😰#shorts
00:19
Просмотров 282 тыс.