Тёмный

Nəriman Həsənzadə - Gəzəyən qız 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 3,7 тыс.
50% 1

Şeir: Nəriman Həsənzadə - Gəzəyən qız
Səsləndirmə: Nəriman Həsənzadə
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NƏRİMAN HƏSƏNZADƏ - GƏZƏYƏN QIZ
Səni görüblər Dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
Ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə mindiyin yerdə,
Sonra da evə gec döndüyün yerdə.
Haraya gedibsən göz qoyubdular,
Adını “gəzəyən qız” qoyubdular.
Məni gözləyibsən Dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
Özüm ötürmüşəm sonra, qadası.
Od tutub yanağın, üzün yanmasın,
Yenə görüşmüşdük gedib bir axşam:
Əvvəl bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə oturmusan sən,
Mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni,
Bir az gec ötürdüm mən evə səni.
Gör, necə yerbəyer, necə adbaad,
Məni görməyiblər, ay dadi-bidad!
Nəriman Həsənzadə:
“... 1981-ci ildə yazmışdım ki, “Ömürdən möhlət istəyirəm.” Ömür möhlət verdi, ancaq adam 100 faiz istədiyini edə bilmir. Bacardığımı etmişəm, hələ çox şeylər də etmək istəyirəm. Bircə ona heyfsilənirəm ki, çox vaxt itirmişəm. Bu da təbiidi. İnsanın iki həyatı var: cavanlıq-nadanlıq, ahıllıq-peşimanlıq.
Gəlimli-gedimli dünyada elə etmək lazımdı ki, özündən sonra bir şey qoya biləsən. Amma dünya yalan dünyadı və bununla bərabər, həm də gözəl dünyadı, - deyiblər. Mən də bunu təsdiq edirəm.
Yaxşı insanlara rast gəlmək Allahın insana lütfüdü. Bir də ki, mənimki halallıqdı, düzlük, təmizlikdi - adam qocalmır onda.
Odur ki:
İllər mənimkidi, yaş mənim deyil.
Nazim Hikmətin də belə bir sözü var:
“İnsan hər yaşda gəncdi”....”
#nerimanhesenzade #nərimanhəsənzadə #gəzəyənqız #şeir #poeziya #şair #musiqi #incəsənət #sənət #melodiya #biraddimla #biraddimlayol

Опубликовано:

 

18 сен 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@amilmeherrem3049
@amilmeherrem3049 6 месяцев назад
Nə gözəl şersən sən
@asifaliyev777
@asifaliyev777 Год назад
Allah ömür versin dahi sənətkara gözəl şair
@gunayliyeva5527
@gunayliyeva5527 Месяц назад
22.05.2024 X.....
@huseyntagiyev_96
@huseyntagiyev_96 Год назад
Ne gözəl yazıb şair
Далее
ГРАБИТЕЛЬ ИСПУГАЛСЯ МАМЫ
00:37
Просмотров 83 тыс.
Happy 4th of July 😂
00:12
Просмотров 3,6 млн
Envy recreating this new trend ✨ #shorts
00:14
Просмотров 1,8 млн
SUCAYƏT AZƏR
5:04
Просмотров 30 тыс.
Cəlalı pozulan Azərbaycan qadını
2:26
Просмотров 8 тыс.
Nəriman Həsənzadə - Tələbəlik
2:00
Просмотров 11 тыс.
Könül Dünyamız  -  Nəriman Həsənzadə  (14.01.2018)
1:05:12
Nəriman Həsənzadə - Ayrılıq
1:27
Просмотров 35 тыс.
ГРАБИТЕЛЬ ИСПУГАЛСЯ МАМЫ
00:37
Просмотров 83 тыс.