Тёмный

Nurəngiz Gün - Gözlərimin pərdəsindən bir-bir itəcək 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 50
50% 1

Şeir: Nurəngiz Gün - Gözlərimin pərdəsindən bir-bir itəcək
Səsləndirmə: Nurəngiz Gün
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NURƏNGİZ GÜN - GÖZLƏRİMİN PƏRDƏSİNDƏN BİR-BİR İTƏCƏK
Gözlərimin pərdəsindən bir-bir itəcək
Gördüyüm dağlar, vadilər, aranlar, çaylar.
Gözlərimin pərdəsində şəfəq dolu tellərini
Birdən-birə bitirəcək
Hər gün günəşdən su içən bu qızılı qayalar.
Bir gün qara torpaq gözlərimi, məni, ömrümü, sənələrimi
Birdən-birə çəkəcək
Sinəmdə şehli-şehli bənövşələr bitəcək.
Bir gün hündür köpülü torpağın üstdən
Bir igid yüksələcək, qara söyüd hönkürəcək
Bu səs mənə yetəcək.
Hökmən bir gün günəş doğarkən
Əzalarımın ən gec öləni uzun-uzun tellərim
Torpaq altdan yavaş-yavaş ürpəşəcək.
“Əslən Ərdəbildən olan Nurəngiz Quliyeva 21 sentyabr 1938-ci ildə Bakıda dünyaya gəlib. Ailədə üç bacı, üç qardaş olublar. O, orta məktəbi bitirəndən sonra 1 saylı Bakı Tibb Məktəbinə daxil olur. Buranı başa vurandan sonra isə İncəsənət Universitetinə daxil olur. Azərbaycan Televiziyasının ilk diktorlarından biri kimi fəaliyyət göstərir, populyar verilişlərin aparıcısı kimi tanınır.
1979-cu ildən sonra o, “Tanrı bəşər övladıdır” povestilə ədəbiyyata gəlir. Bir müddət işlədikdən sonra o, televiziyadakı işindən könüllü ayrılır. İncəsənət Universitetində müəllim kimi fəaliyyətə başlayır. 1965-ci ildə, 27 yaşında televiziyada musiqili verilişlərin redaktoru kimi fəaliyyət göstərən Fazil adlı biri ilə tanış olur. Bir-birlərini bəyənən bu iki insan ailə qururlar. 1966-cı ildə Nurəngiz xanımın qızı Jalə dünyaya gəlir.
Deyilənə görə yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının qəhrəmanı Təhminənin prototipi Nurəngiz Gün olub. Nurəngiz Gün “Ağlama Zaur, ağlama” adlı şeir də yazıb. O, sağlığında bu barədə müsahibələrinin birində deyir:
“Anar məni diktor kimi tanıyırdı. Ola bilsin, mənim danışıq tərzim, ifadələrim onun yadında qalıb. Təhminə də diktor idi. Onun əsərdə yaşadıqları isə mənim həyatımla heç uyğun deyil. Açığını deyim ki, Anar əsəri çox güclü yazıb. Rejissor işi isə alınmayıb. Filmi çəkə bilməyiblər. Təhminənin iç dünyası gözəl idi. Filmdə isə onun etdiyi hərəkətlər, vərdişləri mənə yaddır. O, mənə necə oxşaya bilər axı? Getdi içdi, həyatını itirdi. Mən isə ana südündən başqa ancaq su içmişəm. Onu yazan bilir ki, kimin həyatını qələmə alıb. O əsərdə həyatı qələmə alınan adam ölüb”.
Ömrünün son illərində şairin böyrəklərində ciddi problem yaranır. Həyəcanlanmaması üçün qızı ondan xəstəliyini gizlətməli olur. O, hər dəfə həkimə nə üçün getdiklərini soruşanda, qızı ona müxtəlif yalanlar deyir, sakitləşdirməyə çalışır, Nurəngiz xanım isə bu yalanlara uşaq məsumluğu ilə inanırmış.
Nurəngiz Gün 20 dekabr 2014-cü ildə, 76 yaşında Bakı şəhərində dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur”.
#nurəngizgün #nurəngizquliyeva #gözləriminpərdəsindənbirbiritəcək #jaləəliyeva #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #biraddimla #biraddimlayol

Опубликовано:

 

24 янв 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@yasarabdullayev5236
@yasarabdullayev5236 5 месяцев назад
Möhtəşəm.Var olun ❤
Далее
RETRO AZERBAIJANI MUSIC
21:12
Просмотров 477 тыс.
Vahid Əziz - Səninlə küsülü qala bilmirəm
1:00
Stupid Barry Family Vs Prisoners
00:26
Просмотров 1,3 млн
SUCAYƏT AZƏR
5:04
Просмотров 30 тыс.
Vahid Əziz
2:58
Просмотров 8 тыс.
Bəhram Nəsibov Sevgi Həyatı
35:20
Просмотров 136 тыс.
Səməd Vurğun - Bahar
1:17
Просмотров 87
Zeynəb Xanlarov xatirələr 1-ci hissə
25:15
Просмотров 43 тыс.